Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tidore
Tidorе (ind. Pulau Tidore) — Malukk adalarına daxil olan və İndoneziyanın şərqində yerləşən ada. Halmahera adasından qərbdə yerləşir. Tidore öz növbəsində aktiv vulkandır. Vulkanın hündürlüyü 1730 m təşkil edir. Adanın cənubunda vulkanın qolu olan Kiematabu yerləşir. İnzibati mərkəzi — Saosio adanın şərq qutaracağında yerləşir. Burada Qoto limanı vardır. Şəhərin bu hissəsində bazar və avtovağzal fəaliyyət göstərir. Şəhərdə yerləşən sultan sarayı 2010-ci ildə restavrasiya olunmuşdur.
Tiplər nəzəriyyəsi
Tiplər nəzəriyyəsi-maddələr sadə qeyri-üzvi maddələrdən (tiplərdən) törəyir və öz hidrogenlərinin qalıqlarla əvəz olunmasında əmələ gəlir. Bu nəzəriyyə radikallar nəzəriyyəsinin əksinə olaraq, molekulun dəyişən hissəsini əsas tutur, üzvi maddələrin reaksiyaları ilə qeyri-üzvi maddələrinin reaksiyaları arasında böyük oxşarlıq olduğunu irəli sürürdü. Ilk dövrdə bu nəzəriyyəni radikallar nəzəriyyəsinə zidd tutur və hətta radikal kəlməsini işlətməyərək, onu qalıqla əvəz edirdilər. Əsas tiplər H2O, HCl, NH3 və daha sonra CH4 qəbul olunmuşdur. Bu tiplərdə hidrogeni qalıqlarla əvəz edir və üzvi birləşmələrin bu, yaxud başqa tipə mənsubiyyətini aydınlaşdırmaqla onları müxtəlif siniflərə ayrırdılar. Məsələn, spirtlər, efirlər, turşular və onların törəmələri su tipinə aid edilir. Əsas tiplərdən törəyən üzvi maddələr bu tiplərin reaksiyalarını verməli idi. Su tipinə aid edilən spirtlərin su kimi natrium və PCl3 ilə reaksiyaya girməsi buna bir dəlil idi. Tiplər nəzəriyyəsini inkişaf etdirərək Kekule metan tipini aşkar etdi və beləliklə, tiplər sistemində doymuş karbohidrogenlərə yer tapmadı. Daha sonra tapılan bəzi maddələri məlum tiplərə aid etmək mümkün olmadığı üçün qatışıq və mürəkkəb tiplər irəli sürüldü.
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Sargocentron tiere
Sargocentron tiere (lat. Sargocentron tiere) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin holosentrkimilər dəstəsinin holosentrlər fəsiləsinin sargocentron cinsinə aid heyvan növü.
Modinos Kiprə qarşı
Modinos Kiprə qarşı — (16 EHRR 485 (25 mart 1993)) Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi ilə əlaqədar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qəbul edilmiş qərar. İş 1987-ci ildə, Apeleftherotiko Kinima Omofilofilon Kiprou (AKOK) və ya "Kipr Gey Azadlıq Hərəkatı"nın əsasını qoymuş gey hüquqlarının müdafiəçisi Aleksandros Modinos tərəfindən qaldırılmışdır. Eyni zamanda öz həmcinsi ilə cinsi əlaqəyə daxil olan iddiaçı bəzi homoseksual hərəkətlərə görə cinayət məsuliyyətini nəzərdə tutan Kipr Cinayət Məcəlləsinin 171-ci maddəsinin qüvvədə olması səbəbi ilə böyük gərginlik, narahatlıq və təqib qorxusu ilə yaşadığını bildirmişdir. Məhkəmə 8 səs lehinə, 1 səs əleyhinə olmaqla belə qərara gəlmişdir ki, qadağanın mövcudluğu ərizəçinin şəxsi həyatına birbaşa və davamlı olaraq təsir etmiş, nəticə etibarilə ərizəçinin şəxsi həyatına hörmət hüququna müdaxilə olunmuşdur. Beləliklə, bu işdə 8-ci maddənin pozuntusu baş verib; ərizəçinin çəkdiyi məhkəmə xərcləri ona qaytarılmalı, eləcə də Strasburqda işin dinlənilməsi ilə bağlı çəkdiyi xərclər ona tam məbləğdə ödənilməlidir. Məhkəmə bu qərarı ilə təsdiq edir ki, homoseksual münasibətlər 8-ci maddə çərçivəsində müdafiə olunur. Bu münasibətləri qadağan edən qanun ərizəçiyə tətbiq olunmasa da, qadağanın açıq-aşkar dəstəklənməsi və təqib olunma riski (dövlət ittihamı və ya xüsusi ittiham əsasında) və digər zərərverici hüquqi hərəkətlər ərizəçinin şəxsi həyatının toxunulmazlığı hüququnun pozulduğunu hesab etmək üçün kifayətdir. Məhkəmə belə bir məsələ barəsində öz fikrini ifadə etmədi ki, ərizəçi yəqin ki, öz hərəkatının baxışlarını təbliğ etməkdə heç nə ilə məhdudlaşdırılmayan azadlığa malikdir; baxmayaraq ki, bu hal xüsusi rəyini bildirmiş hakim Pikisdə ərizəçinin həqiqətən şəxsi həyatına mümkün müdaxilə ilə bağlı qorxu hissi keçirdiyinə qarşı şübhə doğurdu, lakin bunu hər hansı qərəzlilik riskinin olmadığını təsdiq edən sübut hesab etmək çətin ki mümkün olsun. Avropa İnsan Hüquqları Məhkəməsi: Konvensiyanın 8 və 14-cü maddələri üzrə məhkəmə təcrübəsi. Bakı, Qanun nəşriyyatı, 2005-ci il, 456 səh.
Türkiyənin Kiprə müdaxiləsi
Kipr əməliyyatı (türk. Kıbrıs Harekâtı), həmçinin Türkiyənin Kiprə müdaxiləsi (yun. Τουρκική εισβολή στην Κύπρο) və ya Atilla əməliyyatı (türk. Attila Harekatı) — 20 iyul 1974-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə başlatdığı və 14 avqust tarixində türk silahlı birləşmələrinin paytaxt Nikosiyaya daxil olması ilə nəticələnən əməliyyat. Türkiyə hökuməti bu əməliyyatın Sürix və London müqaviləsinin 4-cü maddəsinə istinadən yerinə yetirildiyini bildirmişdir. Buna baxmayaraq BMT və Avropa Şurası bunu işğal olaraq qiymətləndirmişdir. Avropa Şurası Parlament Assambleyasının 29 iyul 1974-cü il tarixli 573 saylı qərarında və Afinadakı Apelyasiya Məhkəməsinin 21 mart 1979-cu il tarixli qərarında Türkiyənin müdaxiləsinin qanuni olduğu vurğulanmışdır. Ancaq, beynəlxalq qərarların çoxu bunu "işğal" olaraq adlandırmışdır. Türklər və yunanlar arasında ilk hadisələr 1920-ci ildə, Osmanlı imperiyasının 1878-ci il tarixli 50 illik icarə müqaviləsi ilə adanı Böyük Britaniyaya verməsindən sonra, icarə müddətinin bitməsinə 8 il qalmış başladı. Bu hadisələr yalnız siyasi döyüşlər olsa da, silahlı toqquşmalar şəklini almayıb.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.