Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Tiri
Tiri — Azərbaycan Respublikasının Zəngilan rayonunun Cahangirbəyli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 22-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur.
Tirə
Tirə (rus. гряда, ing. ridge) — müxtəlif mənşəli uzunsov, nisbətən alçaq, müsbət relyef formalarının ümumi adı /mis: moren, oz, qum, sualtı, ada tirələri və s./.
Tir
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Tır
Tırlar – qoşqulu və ya çəkicili yük çəkən yük maşınlarıdırlar. Tırlar əsasən güc, davamlılıq və səmərəlilik məqsədilə böyük həcmli dizel mühərriklərinə, çoxlu oxlara və çoxpilləli ötürmə sistemlərinə malik olurlar.
İrq
İrq – müəyyən coğrafi regionda formalaşmış irsi bioloji əlamətlər və xarici oxşarlıqlarla birləşən insan qrupları sistemi. Müxtəlif irqlərin xarakterik cizgiləri insanın müəyyən mühitə adapsasiyası nəticəsində yaranır. Tarixən konkret bir ərazidə qərarlaşan, nəsildən-nəslə keçən fiziki əlamətlər kompleksinə görə bir-birindən fərqlənən böyük insan qruplarına irq deyilir. İrqlər ümumi, oxşar xarici fiziki əlamətlərinə görə bir-birindən seçilirlər. Canlı orqanizmin ətraf fiziki-coğrafi mühitə uyğunlaşmasının irqlərin formalaşması prosesində böyük rolu olmuşdur. İrqlərin formalaşması üst paleolit dövründə (40-16 min il) əsasən başa çatmışdır. İrqləşmə, yəni insan qruplarının irsən keçən fiziki əlamətlərinin dəyişməsi müasir dövrdə də davam edir. Lakin burada adaptasiya, yəni uyğunlaşma deyil, ictimai-iqtisadi proseslər həlledici rol oynayır. Etnoqrafiya irqləri deyil, elə insan qruplarını öyrənir ki, onların fiziki xüsusiyyətləri irqlərin tarixi əlaqələri nəticəsində dəyişikliyə məruz qalmış və yeniləşmişdir. Antropoloji ədəbiyyatda bu cür insan qruplarını antropoloji tip adlandırırlar.
Huanq Tinq
Huan Tin (2 iyul 1977) — Çini təmsil edən bədii gimnast. Huan Tin Çini 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 5-ci pillənin sahibi olub.
Niko Tiru
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Resekvent tirə
Resekvent tirə (rus. гряда ресеквентная, ing. resequent ridges) — ikinci dərəcəli antiklinal tirə olub, monoklinal subsekvent dərələrlə sərhədlənir.
Ting (nəşriyyat)
Ting — Azərbaycan Yazıçılar Birliyinin üzvü, 10-dan çox rəngarəng və tərbiyəvi uşaq kitablarının müəllifi Çinarə Köçərlinin təsis etdiyi nəşriyyat. “Sağlam ting, saf meyvədir” devizi ilə fəaliyyətə başlayıb. 2021-ci ildə Ting nəşriyyatı VII Bakı Beynəlxalq Kitab Sərgisi, Sumqayıt Kitab Sərgisi, Gəncə Kitab Sərgisi, Milli Kitab və b. sərgilərdə iştirak etmişdir. 2021-ci ildə Türkiyənin tanınmış uşaq yazarı Ufuk Tufanla birlikdə çox önəmli bir layihəyə imza atıb. Belə ki, Kitabi-Dədə Qorqud hekayələrindən ilham alaraq Ufuk Tufanın qələmə aldığı və 5 fərqli dəyərə yer verdiyi “Bamsı Beyrək Divlər Ölkəsində”, “Banu Çiçək Pərilər Diyarında” adlı, nəfis tərtibatlı, 8 yaşdan yuxarı uşaqlara xitab edən hekayələrdən ibarət, müxtəlif rəsmlərdən ibarət, qədim türk kəlimələrinin açıqlamasından və kitabın sonunda dəyərləndirmə testlərindən ibarət 112 səhifəlik kitab işıq üzü görüb. Kitablarda “Dədə Qorqud” dastanının önəmli qəhrəmanlarının səyahəti, başlarına gələn müxtəlif hadisələr uşaqların həyəcan və maraqla kitabı oxumasına səbəb olsa da, daha çox onlara müsbət mənəvi keyfiyyətləri aşılayır, türk millətinin qəhrəman və qorxmazlığını anladır. Belə ki, qəhrəmanların simasında vətən sevgisi, sülhsevərlik, vətənpərvərlik, sirindillik, sadəlik kimi xüsusiyyətlər öyrədilir. Mərhəmətli, nikbin, ədalətli, fədakar olmağa çağırır. Heyvanları sevməyin, təbiəti qorumağın mühümlüyü vurğulanır.
Tira Qrafström
Tira Qrafström, nikahdan əvvəlki soyadı Boklund (isv. Inga Thyra Carola Grafström; 1 noyabr 1864, Stokholm – 1925, Stokholm) — İsveç rəssamı və toxucu. Tira Qrafström rəssam Yohan Boklundun ailəsində anadan olmuşdur. 1881 — 1882-ci illərdə Konstfack Texniki Məktəbində oxumuş və əlavə olaraq atası Yohandan dərslər alırdı. Tira gənc yaşlarında 1882-ci ildə Handarbetets vänner (Sənətkarların dostları) işə düzəldi və birliyin lider mövqelərinə çatdı. Tira Qrafström 1897 — 1902-ci illərdə Nordiska Kompaniet ilə əlaqəli öz toxuculuq studiyasını açdı, lakin 1922-ci ildə yenidən öz toxuculuq emalatxanasını açdı. Fəaliyyətləri sayəsində modaya, xüsusən də tikmələrin populyarlaşmasına güclü təsir göstərməyə başladı. 1907-ci ildə Qrafström Ədəbiyyat və İncəsənət medalına layiq görüldü. İsveç Milli Muzeyində Tira Qrafströmun müxtəlif çiçək naxışlı divar qobelenləri təqdim olunur, hansıları ki o, Ferdinand Boberq ilə birgə hazırlamışdır. Bundan başqa, onun öz emalatxanasında hazırladığı əsərlər digər muzeylərdə də təqdim olunub.
Tirə (İzmir)
Tirə (türk. Tire) — İzmir ilinin ilçəsi. İzmirin cənub-şərqində yer alır. İl mərkəzinə uzaqlığı 64 km-dir. İlçənin şərqində Ödəmiş, şimalında Bayındır, qərbində Torbalı və Səlcuq ilçələri, cənubunda isə Aydın ili yerləşir. İlçənin sahəsi 716 km2-dir. 2019-cu ilin statistikasına əsasən ilçə əhalisi 84,804 nəfərdir.
Tirə ada
Tirə ada (rus. гряда островная, ing. island ridge) — vulkan, yaxud mərcan mənşəli zəncirvari adalar. Sualtı silsilələrin, yaxud xətti yerləşmiş dağların su üzərinə çıxmış zirvələrindən təşkil olunur. Okeanların mərkəzi hissəsində adalar adətən düzxəttli, materiklərin yaxınlığında isə qövsvari yerləşir.
Tirə relyefi
Tirə relyefi (rus. Рельеф грядовый, ing. Ridge relief) — çay dərəsində, dəniz sahilində, yaxud səh­rada akkumulyativ mənşəli tirələrdən ibarət relyef.
Uzun tire
Tire (—) (fr. tiret, tirer - çəkmək) durğu işarəsi. Sintaktik konstruksiyaları bir-birindən ayırmaq, fərqləndirmək üçün istifadə olunur. Adətən, cümlədə fikrin istiqamətini (gedişini) dəyişdirmək və ya kəsmək, eləcə də aydınlaşdırıcı şərhi seçdirmək üçün istifadə olunan punktuasiya işarəsi (––). Bu ingilis terminində bəzi şriftlərdə baş M hərfinin eninə bərabər olan mətbəə ölçüsü vahidinin (em) adından istifadə olunub; eynienli (MONOSPACE) şriftlərdə uzun tireni göstərmək üçün çox zaman iki ardıcıl defisdən istifadə olunur.
Avropa (irq)
Avropa irqi (qafqazoid və ya qafqaz ing. Caucasian race və ya avropoid) — Avropa, ön Asiya, Mərkəzi Asiya, Şimali Amerika və şimali Hindistanda Böyük coğrafi kəşflər dövrünə qədər yaşamış irq. Sonradan bu tip insanlar bütün qitələrə yayılmağa başladı. Onlar daha çox Şimali Amerika və Cənubi Amerika, Cənubi Afrika və Avstraliyada yayılmağa başladılar. Üzləri horizontal müstəvidən xeyli qabağa çıxır. Saçları düz və ya dalğavarı, əsasən yumşaq (xüsusilə şimal qruplarda). Qaşlarının dairəsi böyük, göz kəsimləri böyük, burunları böyük və irəli çıxan, dodaq qalınlığı çox da böyük deyil və ya ortadır, saqqal və bığ çıxımı gurdur. Ayaq pəncəsi və əlləri genişdir. Dəri, piqment və göz rəngləri şimal qruplarındakı açıq rəngdən cənub qruplarında çox tünd rəngə qədər dəyişir. İlk dəfə 1780-ci illərdə Göttingen tarix məktəbinin üzvləri tərəfindən təqdim edilmiş bu termin bəşəriyyətin üç əsas irqindən birini (Qafqazoid, Monqoloid və Neqroid) ifadə edirdi.
Coğrafi irq
Monqoloid (irq)
Monqoloid, monqol irqi və ya Asiya-Amerika irqi — böyük irqlərdən biri. Saçın cod, düz, qara, bəzən dalğavarı, tük örtüyünün sinədə və üzdə zəif inkişafı, gözlərin tünd rəngli, dərinin buğdayı, çox vaxt sarımtıl olması, almacıq sümüklərinin çox çıxıq, burun üstünün adətən yastı, epiantusun və üst göz qapağı büküşünün çox inkişaf etməsi ilə fərqlənir. Asiya və Amerikada (hindilər) mövcuddur. Bir neçə kiçik irqlərə bölünür: Şimali Asiya, Cənubi Asiya, Arktika, Uzaq Şərq, Amerika. Monqoloid // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.
Neqroid (irq)
Neqroid (irq)-Afrikada yaşayanların əkskariyerinin mənsub olduğu irq.
Tir (ay)
Tir (fars. تیر‎) — İran və Əfqanıstanın rəsmi təqviminin dördüncü ayı. Tir ayında 31 gün var. Bu ay iyun ayında başlayıb iyul ayında sona çatır. Tir yayın ilk ayıdır.
Tir (dəqiqləşdirmə)
Tir bu mənalara gələ bilər: Tir (şəhər) Tir (ay) Tir (atıcılıq) Tir (tanrı) Tir (idman) Tır — yük daşıyan nəqliyyat vasitəsi.
Tir (şəhər)
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Tir şəhəri
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.