Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hubert Minnis
Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri. 2016-cı ilin dekabrında partiyasındakı liderlik vəzifəsindən azad edildi və partiyadakı daxili qarışıqlıqdan sonra 2017-ci ilin aprelində vəzifəsinə qaytarıldı. Partiyasının 10 may 2017-ci il tarixli ümumi seçkilərdə qazandığı zəfərdən sonra Baş nazir oldu. == Həyatı == Minnis Baham adalarının paytaxtı Nassau şəhərində dünyaya gəlib. Nassaudakı Bizim Xanım İbtidai məktəbi, Qərbi Cunior və Müqəddəs Avqustin Kollecində ilk təhsilini almış, sonra isə Minnesota Universitetində davam etdirmişdir. 1985-ci ildə Londonda Qərbi Hindlər Universiteti və Kral Mamalıq və Ginekologiya Kollecində doktorluq dərəcəsi aldıqdan sonra Baham adalarına qayıtdı. Burada Şahzadə Marqaret Xəstəxanasında həkim olaraq çalışdı. Minnis Baham Adaları Tibb Dərnəyinin Prezidenti, Tibb Şurasının üzvü, Baham Adaları Xəstəxanalar Korporasiyasının sədri və Qərbi Hindlər Universitetində Qadın Xəstəlikləri və Ginekologiya müəlliminin köməkçisi olub. Minnis ilk dəfə 2007-ci ilin mayında parlamentə seçildi və Səhiyyə Naziri olaraq kabinetə təyin edildi.
Maksim Mirnıy
Maksim Nikolayeviç Mirnıy (belar. Максім Мікалаевіч Мірны; doğulub 6 iyul 1977-ci ildə, Minsk, SSRİ) — Belarusiyalı peşəkar tennisçi, əməkdar idman ustası. Keçmişdə dünyadakı ilk raketkası (cütlükdə); qarışıq cütlərdə 2012 Olimpiya çempionu; cütlüklərdə Böyük Dəbilqə turnirlərinin 10 qat qalibi; cütlüklərdə ATP Final Turnirinin ikiqat qalibi (2006, 2011); 53 ATP turnirinin qalibi (onlardan biri təkdir). 29 Noyabr 2018-ci ildə idman karyerasının başa çatdığını elan etmişdir . == Bioqrafiyası == Maksim - Nikolay və Tatyana Mirnıyın iki oğlundan böyüyü idi; qardaşının adı Peterdir. Maksimin ailsə idmançı ailəsi idi: atası 1960-cı illərdə voleybolda SSRİ çempionatının elit divizionunda oynayıb, anası isə keçmiş üzgüçü olub, 1971-ci ildə 200 metr kəpənəkdə (butterfly) BSSR rekordunu müəyyənləşdirmişdir. Maksim 2004-cü ildə model Ksenia Rubçeniya ilə evləndi. Onların dörd övladı var: qızları Melaniya (2004) və Petra (2007), oğulları Demid (2009) və Trofim (2014). Maksim yeddi yaşından tennislə məşğuldur; uşaqlıqdan onun məşqiçisi zaman-zaman Amerikanın müxtəlif mütəxəssisləri tərəfindən köməklik olunan atası idi. Oyun karyerasından əlavə olaraq Mksimin bir sıra qeyri-idman layihələri var: Bradentonda, yerli tennis mərkəzindən aralıda Maksim öz pizza məkanını işlədir.
Con Tinni Makkatçen
Con Tinni Makkatçen (ing. John Tinney McCutcheon; 6.5.1870–10.6.1949) — ABŞ qəzet siyasi karikaturisti, onu "amerika karikaturistlərinin dekanı" adlandırırdılar. Makkatçen ABŞ-nin İndiana ştatının Tippekano dairəsində dünyaya gəlmişdir. == Mükafatları == 1932-ci ildə karikaturalara görə Pulitser mükafatına layiq görülmüşdür. Doğulduğu Tippekanodakı Makkatçen tam orta məktəbi onun şərəfinə adlandırılmışdır. Makkatçen İllinoys ştatının Leyk-Forest şəhərində vəfat etmişdir.
Minni Maus (personaj)
Minerva "Minni" Maus (ing. Minerva "Minnie" Mouse ) — 1928-ci ildə "Walt Disney Animation Studios" kampaniyası tərəfindən yaradılan cizgi filmi personajıdır. Əsası Volt Disney və Ab Ayvarks tərəfindən qoyulmuşdur. Onlar Mikki Mausu "Dovşan Osvald" adlı personajı əvəz etməsi üçün yaratdıqdan sonra Mikki personajının tək personaj kimi qalmamasına görə yeni siçan personajı "Minni Maus"u yaradırlar. Minni Maus personajı Mikki Maus kimi məşhurluq qazana bilir. Onun tam adı Minerva Minni Maus kimi səslənir. Adının yazılışındakı "Minerva" sözü Qədim Roma mifologiyasında müdriklik ilahəsi olan Minervanın şərəfinə adlandırılmışdır.