Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Traviata
Traviata (it. La Traviata) - İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Françesko Maria Piyavenin librettosunun yazdığı 3 pərdəli opera əsəri. İlk dəfə 6 mart 1853-cü ildə Venesiyadakı La Feniçe teatrında səhnəyə qoyulmuşdur. Aleksandr Dümanın 1848-ci ildə yazdığı "Kameliyalı Qadın" romanının motivləri əsasında səhnələşdirilmişdir. Opera ilk dəfə 6 mart 1853-cü ildə Venesiyadakı La Feliçe teatrında səhnəyə qoyulmuşdur. "La Traviata" "Yolunu azmış qadın" və ya "Doğru yoldan çıxmış qadın" mənasını verir. Opera hazırlanarkən libretto müəllifi Piyave və bəstəkar Verdi, əsərdə Düma kimi XIX əsrin olmasını istəyirlər. Lakin əsəri sifariş verən La Feliçe teatrı əsərin daha keçmişi, 1700-cü illərin əhatə etməsini tələb edir. Buna baxmayaraq 1880-ci illərdən sonrakı əsərlərdə bəstəkar və librettoçunun istəkləri nəzərə alındığından, opera XIX əsri əhatə edərək tamaşaçılara çatdırılır. Əsərdə 1853-cü ildən bəri müxtəlif dəyişikliklər edilmiş, bəzi yerlərdə 2, bəzi yerlərdə isə hətta 4 pərdəli olaraq səhnələşdirlimişdir.
Travniki
Travniki (alm. Trawnikimänner‎) — Barbarossa əməliyyatından sonra Mərkəzi və Şərqi Avropada Nasist Almaniyası tərəfindən əsir götürülmüş insanlardan Qırmızı Orduya qarşı döyüşməyə razılıq verən şəxslərə verilən addır. İyunda başlayan Polşa işğalı əməliyyatında minlərlə kollaborsionist Ümumi Hökumət üçün çalışmışdı. Polşada fəaliyyət göstərən Trawnikilər Hiwi kateqoriyasında idi. Nasistlərin Sovet hərbi əsirlərinə qarşı törətdikləri cinayətlərin əsnasında bir çox insanın ölümündə onlar məsuliyyət daşıyırdılar. 1941-ci ilin sentyabr ayından 1942-ci ilin sentyabr ayına kimi Alman SS və polis bölmələri xüsusi Trawniki təlim düşərgəsində Wachmänner (gözətçilər) olaraq bilinən 2500 trawnikiyə təlim verdi; 1944-cü ilin sonuna qədər ümumi olara 5,082 nəfər trawniki var idi. Sahə əməliyyatları zamanı təxminən 1000 Hiwinin qaçdığı məlumdur. Trawniki və ya Hiwilərin əksəriyyəti hərbi əsirlərdən gəlsə də, Şərqi Avropadakı Volksdeutschelər arasından da gələnlər var idi. Əsasən ukraynca, rusca, Polyak və işğal edilmiş ərazilərin digər dillərində danışırdılar. Trawniki düşərgəsindəki bütün zabitlər Reichsdeutsche və qrup komandirlərinin əksəriyyəti Volksdeutsche idi.
Travnik
Travnik (bosn. Travnik, serb. Травник, xorv. Travnik) — Bosniya və Herseqovinada şəhər. Eyniadlı icmanın və Mərkəzi Bosniya kantonunun mərkəzi.
Traviata (opera)
Traviata (it. La Traviata) - İtalyan bəstəkar Cüzeppe Verdinin bəstələdiyi, Françesko Maria Piyavenin librettosunun yazdığı 3 pərdəli opera əsəri. İlk dəfə 6 mart 1853-cü ildə Venesiyadakı La Feniçe teatrında səhnəyə qoyulmuşdur. Aleksandr Dümanın 1848-ci ildə yazdığı "Kameliyalı Qadın" romanının motivləri əsasında səhnələşdirilmişdir. Opera ilk dəfə 6 mart 1853-cü ildə Venesiyadakı La Feliçe teatrında səhnəyə qoyulmuşdur. "La Traviata" "Yolunu azmış qadın" və ya "Doğru yoldan çıxmış qadın" mənasını verir. Opera hazırlanarkən libretto müəllifi Piyave və bəstəkar Verdi, əsərdə Düma kimi XIX əsrin olmasını istəyirlər. Lakin əsəri sifariş verən La Feliçe teatrı əsərin daha keçmişi, 1700-cü illərin əhatə etməsini tələb edir. Buna baxmayaraq 1880-ci illərdən sonrakı əsərlərdə bəstəkar və librettoçunun istəkləri nəzərə alındığından, opera XIX əsri əhatə edərək tamaşaçılara çatdırılır. Əsərdə 1853-cü ildən bəri müxtəlif dəyişikliklər edilmiş, bəzi yerlərdə 2, bəzi yerlərdə isə hətta 4 pərdəli olaraq səhnələşdirlimişdir.
Federiko Qravina
Federiko Karlos Qravina (isp. Federico Carlos Gravina y Nápoli; 12.8.1756, Palermo — 9.3.1806, Kadis) — hersoq San-Migelin oğlu (kral III Karlın nigahdan kənar oğlu da hesab edilir) ispan admiralı Trafalqar döyüşünün əsas iştirakçılarından biri. Kartahanda dəniz məktəbini bitirmişdir. 12 yaşından qardemarin rütbəsi ilə donamada, sonralar miçman kimi Santa Klara freqatında Braziliyada xidmət emişdir. İlk kamandirlik təcrübəsini Santa-Katalina adası yaxınlığındakı Vozneseniza adasının höcumla alınmasında qazanmışdır. 1777 ci ildə onun freqatı qəzaya uğrayır. Xoşbəxtlikdən sağ qalanların içində Qravina da olur. 1778 ci ildə İspaniyaya qayıdaraq, sahil mühafizə gəmisində leytenant kimi xidmətə girir. 1779 cu ildə ilk gəmi, San-Lui onun sərəncamına verilir. Bu gəmidə Qravina Gibraltarın mühasirəsində iştirak etmişdir.
Qravina Federiko

Qravina adaları
Qravina adaları (ing. Gravina Islands) — Alyaskanın cənub-şərqində, Sakit okeanın isə şimal-şərqində yerləşir. Onlar qərbdə Klarens boğazı və şərqdə Revilyahihedo kanalı ilə həmsərhəddir. Qrupun ən böyük adaları bunlardır: Qravina, Annett, Dyuk və Meri. İspan tədqiqatçısı Xasinto Kaamaqno 1792-ci ildə Qravina adalarını Federiko Qravinanın şərəfinə adlandırır.
Qravina adası
Qravina adası (ing. Gravina Island) — Aleksandr arxipelaqına aid olan, Alyaskanın cənub-şərqində yerləşən ada. Adanın uzunluğu 34 km, eni 15 km, sahəsi 246 km²-dir. 2000-ci il siyahıyaalınmasına görə, adada 50 nəfər yaşayırdı. Yaxın adalara olan məsafə: Revilyahihedo adasına (şimal-şərqdə) — təxminən 300 metr, Annett adasına (şərq) — təxminən 2,2 kilometr. Ketçiken hava limanı adanın şimal hissəsində yerləşir. Ada 1792-ci ildə ispan səyyahı Xasinto Kaamaqno tərəfindən kəşf edilmişdir; Trafalqar döyüşündə iştirak etmiş ispan admiralı Federiko Qravinanın şərəfinə bir qrup adaya Qravina adını verir. Növbəti il ingilis səyyahı Corc Vankuver bu adı adalardan birinə tətbiq edərək onu təsdiq edir. 2005-ci ildə bərə xidmətini əvəz edəcək, qonşu Qravina və Revilyahihedo adalarını birləşdirəcək körpü üçün layihə təklif edilir. Siyasətçilərin səs-küylü bəyanatlarına və bir neçə yüz milyon dollar məbləğində pul ayrılmasına baxmayaraq, tikintiyə başlanılmır.