Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trevis Fimmel
Travis Fimmel (15 iyul 1979, Eçuka[d] və ya Avstraliya) — Avstraliyalı aktyor və keçmiş modeldir. == Həyatı == Onun modellik karyerası Melburnda kəşf edildikdən sonra başlayıb və 2002-ci ildə Los-Ancelesdə yerləşən LA Models agentliyi ilə müqavilə imzalayıb. O, Calvin Klein-in ətir və alt paltarı promosyonlarında göründükdən sonra populyarlıq qazanıb və müxtəlif jurnalların üz qabığına çıxıb. Daha sonra Fimmel aktyorluq üçün işə başladı, 2003 Warner Bros. O, "Tarzan" serialında baş rolu oynayıbO, 2013-cü ildə History kanalında yayımlanmağa başlayan Vikinqlər serialında 45 seriyada Ragnar Lothbrok obrazını canlandırıb və ifası ilə diqqət çəkib. O, 2016-cı ildə ekranlara çıxan Warcraft filmində baş rolu canlandırıb.
Trevis Skott
Trevis Skott (əsl adı: Jak Berman Vebster II; 30 aprel 1991, Hyuston, Texas, ABŞ) — amerikalı repçi, müğənni, mahnı yazarı və prodüser. O, "Billboard", "Latin Qremmi", "MTV Video" və "BET Hip Hop" da daxil olmaqla çoxsaylı mükafata layiq görülüb, üstəlik səkkiz dəfə "Qremmi" mükafatına namizəd göstərilib. O, 2023-cü ilə qədər ABŞ-də 49 milyondan çox albom satmağa nail olmuşdur. Trevis 2012-ci ildə Epic Records ilə müqavilə imzalayıb, bunun ardınca o, 2013-cü ildə "Owl Pharaoh" adlı ilk miksteypini çıxarıb. Onun ikinci miksteypi "Days Before Rodeo" növbəti il 2014-cü ildə buraxılıb. 2015-ci ildə yayımladığı ilk albomu "Rodeo" ona geniş tanınma qazandırıb, alboma daxil olan "Antidote" sinqlı "Billboard" hit-paradında yuxarı cərgələrdə qərarlaşıb. İkinci albomu "Birds in the Trap Sing McKnight" 2016-cı ildə işıq üzü görüb, və bu onun ilk bir nömrəli albomu kimi yadda qalıb. Trevisin üçüncü albomu "Astroworld" 2018-ci ildə işıq üzü görüb, Dreyk ilə birgə ifa etdiyi "Sicko Mode" albomun ən çox sevilən treklərindən biri olub. Trevis növbəti il 2019-cu ildə "Jackboys" kompilasiya albomunu dinləyicilərinə təqdim edib. 2023-cü ildə, uzun müddətdir gözlənilən dördüncü albomu "Utopia"nı yayımlayıb.
Trevi fəvvarəsi
Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir. Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır. == Məzmunu == Poli sarayının (it. Palazzo Poli) nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat.