Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kreslo
Kreslo (rus. кресло) — dirsəklərə dayaq edilməsi üçün qolları olan stul növü. == Çeşidləri == Çarpayı-kreslo — açılıb-yığılan kreslo. Transformer-kreslo — əlavə təchiz olunmuş kreslo (məsələn, bir az genişləndirmək üçün mexanizmlə). Yelləncək-kreslo. Ofis kreslosu — qaldırıb-endirmək mexanizminə malik kreslo. Masaj kreslosu. Siqaret çəkən üçün kreslo — külqabı ilə təchiz olunmuş kreslo.
Tremolo
Tremolo it. tremolo – titrəyən 1. Eyni bir səsin cəldliklə təkrarlanması; bəzən bir neçə alətdə birlikdə də tətbiq olunur. 2. İki qonşu olmayan səslərin və ya səs birləşməsinin növbələşərək səsləndirilməsi.
Trento
Trento — İtaliyada Trentino-Alto Adige Muxtar Vilayətinin paytaxtı və eyni adı daşıyan Trento (Muxtar) vilayətinin mərkəzidir. Şəhərin əhalisi 111.000 nəfərdir. Bələdiyyə Başçısı Alberto Pacherdir. 157 km²-lik bir sahəyə malikdir.
Trepel
Trepel — kövrək və ya zəif sementləşmiş, çox yüngül, incə məsaməli ağ, boz-qonur, qırmızı və qara çökmə opal süxur Fiziki-kimyəvi xassələrinə görə diatomitə uyğundur, lakin trepel üzvi qalıqlar az olur və ya tamamilə olmur. Əsasən kiçik sferik opal və bəzən xalsedon qloblalarından (0,01–0,02 mm) təşkil olunmuşdur. Diatomea skeletlərinin iştirakından asılı olaraq diatomealı və diatomeasız (qlobulyar) trepel fərqləndirilir. Adətən tərkibində az miqdarda gilli maddə, qlaukonit, kvars, çöl şpatları dənələri olur. Təbaşirin dəniz çöküntülərində, qismən kaynazoy çöküntülərində yataqları məlumdur. Biogeokimyəvi mənşəli olması ehtimal edilir. Trepel izolyasiya, cilalama, tikinti materialı, uducu, katalizator, doldurucu, adsorbent kimi və dinamit hazırlamaq üçün istifadə edilir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Trepça
«Trepça» (alb. Miniera e Trepçës, serb. Рудник Трепча) — Kosovoda böyük sənaye kompleksi. Mitrovitada yerləşir. Zavodun mülkiyyət məsələsi Serbiya və Kosovo hakimiyyəti arasında mübahisə predmetidir. Yuqoslaviyanın dövründə Trepçada 23000 nəfərə qədər işçi çalışırdı. Bu isə onu ölkənin ən böyük sənaye müəssisələrindən birinə çevirdi. 1930-cu illərdə bir ingilis şirkəti Mitrovitsa yaxınlığındakı Stanterq mədənindən istifadə hüququnu əldə edir. İkinci Dünya müharibəsindən sonra, sosializm şəraitində şirkət genişlənməyə davam edir. Trepça müəssisəsi, əsasən Kosovoda, qismən Monteneqroda yerləşən 40 mədən və fabrikdən ibarət bir konqlomerat idi.
Trevol
Trevol (fr. Trévol) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. İzyor kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03290. 2008-ci ildə əhalinin sayı 1599 nəfər təşkil edirdi. İllərə görə əhalinin sayı 1962= 777 1968= 812 1975= 1004 1982= 1255 1990= 1405 1999= 1366 2008= 1599 2007-ci ildə 1069 nəfər əmək qabiliyyətli (15-64 yaş arasında) insanlar arasında 802 nəfər iqtisadi cəhətdən fəal, 267 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 75.0%, 1999-cu ildə 75.0%). 802 aktiv şəxsdən 763 nəfər (403 kişi və 360 qadın) işləyir, 39 nəfər işsizdir (17 kişi və 22 qadın). Aktiv olmayan 267 nəfər arasında şagird və ya tələbə, 121 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Treto
Treto (fr. Treteau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03189. 2008-ci ildə əhalinin sayı 551 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 330 nəfər arasında (15-64 yaş arasında) 242 nəfər iqtisadi fəal, 88 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,3%, 1999-cu ildə bu 63.6%). Fəal olan 242 nəfərdən 218 nəfəri (128 kişi və 90 qadın), 24 nəfər işsiz (9 kişi və 15 qadın) idi. 88 hərəkətsiz 13 nəfər arasında şagird və ya tələbə, 37 nəfər təqaüdçü, 38 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Boris Teplov
Boris Mixayloviç Teplov (rus. Борис Михайлович Теплов; 9 (21) oktyabr 1896, Tula – 28 sentyabr 1965, Moskva) — doğuşdan yaranan fərdi fərqliliklər və istedad problemlərini (məsələn, musiqi istedadları, sərkərdəlik qabiliyyəti) tədqiq edən bir rus psixoloqu idi. O, həmçinin Sovet Psixoloji Differensial psixologiya məktəbinin banisidir. Tanınmış rəqibi Aleksey Leontyev idi ki, o insanların istedadlarının doğuşdan əmələ gəldiyini deyil, təhsil və digər xarici təsirlərdən təsirləndiyini bildirirdi. Boris Teplov Voprosy Psikhologii adlı əsas rus psixoloji jurnalının baş redaktoru idi.
Kreslo (1988)
Trento Universiteti
Trento Universiteti - İtaliyada ali təhsil müəssiəsi. Rektoru Ton Notermansdır.
Treyll adası
Treyll (dan. Traill Ø) — Ada Qrenlandiyanın şərqində yerləşir. Ada 10 avqust 1822 ildə Vilyam Skorsbi tərəfindən Baffin gəmisi ilə üzərkən aşkarlanır və zooloq Tomas Stüart, Treyllin şərəfinə adlandırılmışdır. Adanın ən hündür nöqtəsi 1884 metrdir. Ada Şimal-Şərqi Qrenlandiya Milli Parkı ərazisinə daxil edilmişdir.
REPL
REPL (ing. read-eval-print loop, azərb. oxuma-hesablama-çap dövrəsi‎) — sadə interaktiv proqramlaşdırma mühiti. Bu termin daha çox Lisp proqramlaşdırma dilinin interaktiv mühitinə aid işlədilir, ancaq Smalltalk, Python, Ruby, Haskell, Scala, JavaScript və başqa dillərin interaktiv mühitinə də aid edilə bilər. Belə mühitdə istifadəçi hər hansı ifadəni daxil edə bilər ki, mühit onu dərhal hesablayar, hesablamanın nəticəsini isə istifadəçi üçün əks etdirər. “Read-eval-print loop” adı Lisp dilinin bənzər funksiallığı gerçəkləşdirən primitivlərinin adından götürülüb: read funksiyası bir ifadəni oxuyur və onu yaddaşda uyğun verilənlər strukturuna çevirir. eval funksiyası belə bir verilənlər strukturunu qəbul edir və ona uyğun ifadəni hesablayır. print funksiyası ifadənin hesablanmış nəticəsini qəbul edir və onu istifadəçi üçün çap edir. Hər hansı dil üçün REPL-mühitini gerçəkləşdirməkdən ötrü yuxarıda sadalanan üç funksiyanı gerçəkləşdirmək və onları sonsuz dövrdə birləşdirmək kifayətdir. Yeni dilin öyrənilməsi zamanı REPL-mühiti çox əlverişli olur, çünki istifadəçiyə sürətli əks əlaqə təqdim edir.
Repo
Repo müqaviləsi (ing. Repurchase agreement) — qiymətli kağızların satışı zamanı bağlanır. Bu müqaviləyə əsasən qiymətli kağızları satan tərəf onları əvvəlcədən müəyyən edilmiş qiymətə geri almağı öhdəsinə götürür. Bu cür müqavilələr hələ orta əsrlərdən — italyan bankirlərinin veksellərlə əməliyyatlar keçirdiyi vaxtlardan mövcuddur Repo zəmanəti verən avtomobil dileri öhdəsinə götürür ki, satdığı avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Məsələn, diler −10 Repo zəmanəti verirsə, bu o deməkdir ki, o, 1 il ərzində satdığı avtomobili əvvəlki dəyərindən 10% çıxaraq geri satın almağı öhdəsinə götürür. Və hər növbəti il onun qiyməti daha 10% aşağı düşür. Beləliklə, diler avtomobil alıcısının avtomobilə sahib olma zamanı itirəcək maksimal məbləğə zəmanət verir. Repo zəmanəti adətən müəyyən müddət (3–5 il) ərzində qüvvədə qalır.
Trel
Trel (it. trillare — cingildəmək) — melizmlərin ən çox işlənilən növlərindən biri olub, əsas səs ilə onun üst qonşu səsinin mümkün qədər tez – tez növbələşməsini göstərir.
Trep
Trep (fr. Trept) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Kremyo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38515. Kommunanın 2006-cı il üçün əhalisi 1785 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 38 km cənub-şərqdə, Qrenobldan 65 km şimal-qərbdə yerləşir.
Denni Treho
Den (Denni) Treho (ing. Dan «Danny» Trejo; doğ. 16 may 1944, Los-Anceles) —ABŞ aktyoru. == Həyatı == Kiçik Denni Traho (Dan Trejo Jr) 16 may 1944-cü ildə ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. Denni gənc olarkən heç də nümunəvi bir oğlan deyildi. Narkotik və cinayətkarlıq onun daimi yol yoldaşı idi. O 9 yaşında olarkən boksla məşğul olur, narkotiklərin dadına isə daha əvvəldən baxmışdı. Onun tezliklə həbs edilməsi heç də təəccüb doğurmur və o bu günə qədər 9 həbsxanada olub. İllər keçdikdən sonra narkotik asılılığından xilas olan Denni Traho reabilitasiya mərkəzində işləyərək digərlərinə də bu asılılıqdan xilas olmağa kömək etməyə çalışır. O "Runaway Train" filminin çəkiliş meydançasına təsadüfən gəlib çıxır.
Denni Trexo
Den (Denni) Treho (ing. Dan «Danny» Trejo; doğ. 16 may 1944, Los-Anceles) —ABŞ aktyoru. == Həyatı == Kiçik Denni Traho (Dan Trejo Jr) 16 may 1944-cü ildə ABŞ-nin Los-Anceles şəhərində dünyaya gəlib. Denni gənc olarkən heç də nümunəvi bir oğlan deyildi. Narkotik və cinayətkarlıq onun daimi yol yoldaşı idi. O 9 yaşında olarkən boksla məşğul olur, narkotiklərin dadına isə daha əvvəldən baxmışdı. Onun tezliklə həbs edilməsi heç də təəccüb doğurmur və o bu günə qədər 9 həbsxanada olub. İllər keçdikdən sonra narkotik asılılığından xilas olan Denni Traho reabilitasiya mərkəzində işləyərək digərlərinə də bu asılılıqdan xilas olmağa kömək etməyə çalışır. O "Runaway Train" filminin çəkiliş meydançasına təsadüfən gəlib çıxır.
Vrelo Bosne
Vrelo-Bosne (serb-xorv. Vrelo Bosne) — Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhəri yaxınlığında, İqman dağı ətəklərində olan Bosna çayı ətrafındakı ictimai park. «Vrelo Bosne» parkı İlica bölgəsində yerləşir və ölkənin ən məşhur görməli yerlərindən biridir. Bosna çayı üzərində Roma körpüsü var. Körpü 1530-1550-ci illər arası inşa edilmiş. Körpünün tikintisində qədimdə mövcud olmuş roma körpüsünün daşlarından istifadə olunmuş. Roma imperiyası zamanı bu körpüdən istifadə edərək Aquae Sulphurae kəndi ilə əlaqə saxlanılırdı Yaz aylarında Bosna çayı suyu çox təmiz olduğundan içməyə belə yararlı olur. İl ərzində parkı 60 000 turist ziyarət edir. Turistlər parkda piyada və ya atla gəzişərək istirahət edə bilərlər. Əsas gəzinti yolunun uzunluğu 3 km-dir.
Vrelo mağarası
Vrelo (mak. Врело) — Skopye yaxınlığında iki mağara sistemi. Mağaranın bir hissəsi su altında yerləşir. Dərinliyi 230 metr olan bu mağara Balkanlarda ən dərin sualtı mağara, Avropada isə ikinci dərin mağara hesab olunur. Mağaranın dərinliyi tam tədqiq olunmayıb. Vrelo Avropada və dünyada ən dərin sualtı mağaralardan biri hesab olunur. Sualtı Vrelo mağarası Matka kanyonunda, Treska çayının sağ sahilində yerləşir. Mağara - iki fərqli mağaralar sistemindən ibarətdir. Yuxarıda yerləşən mağara Vrelo, sualtında qalan mağara isə Podvrelo adlanır. İkinci mağarada göl yerləşir.
Vrelo zirvəsi
Vrelo zirvəsi (bolq. връх Врело, ‘Vrah Vrelo’ \'vr&h vre-'lo\) — Antarktidanın Qreyam Torpağının II Oskar sahilindən qərbdə yerləşən, 1250 m hündürlüklü qaya zirvəsidir. Aristotl dağlarının Parliçev silsiləsinə daxildir. Pequyo buzlağından cənubda, Melvill buzlağından şimalda yerləşmişdir. Zirvə cənubi Bolqarıstanda yerləşən Vrelo şəhərinin adını daşıyır. Vrelo zirvəsi 65°31′00″ c. e. 62°41′10″ q. u. koordinatlarında yerləşmişdir.
Covanni Batista Tyepolo
Covanni Batista Tyepolo, (digər adı Janbatista və ya Jiambatista Tyepolo) 1696-1770-ci illər ərzində yaşayıb, fəaliyyət göstərib. Venesiyalı rəssam, qravür ustası idi. Tyepolo Venesiya freskaçılarının son “böyük usta”sı olaraq tanınırdı. == Uşaqlığı və gəncliyi (1696-1726) == Janbatista Tyepolo Venesiyada kapitan Dominiko Tyepolonun ailəsində doğulub. Bu soyad aristokrat nəslinə aid idi. Amma Dominiko aristokrat rütbəsini almaq istəmədi. Rəssam yaşadığı bölgədəki Pietro di Castello da xaç suyuna salınıb. Xaç atası Covanni Batista Dorianın adına uyğun olaraq bu adı veriblər. Tyepolonun bir yaşı olanda atası ailəsini maddi çətinliklər içində qoyaraq vəfat edir. Janbatista əvvəllər Gregorio Lazzarinin şagirdi olub.
Kreslo (film, 1988)
Portlənd Treyl Bleyzers
Portlənd Treyl Bleyzers — Origen ştatının Portlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.
Portlend Treyl Bleyzers
Portlend Treyl Bleyzers — Origen ştatının Portlend şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-də Qərb Konfransında mübarizə aparır.