Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Brusit
Brusit (yun. νῆμα — sap, λίθος — daş) — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Növ müxtəliflikləri == Manqanbrusit (18%-dək MnO), ferrobrusit (16%-dək FeO), nemalit – lifli brusit. == Xassələri == Rəng – ağ, bəzən yaşılımtıl-ağ, sarımtıl, boz, qəhvəyi; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma səthində sədəfi, nemalitdə – ipəyi; Şəffaflıq – şəffafdan yarımşəffafadək, Sıxlıq – 2,47; S – 2,5; Kövrəkdir; Ayrılma – {0001} üzrə tam mükəmməl; Sınıqlar – hamar; nemalitdə – tikanlı; Morfologiya – kristallar: yastı lövhəcik şəkilli, iynəvarı; Mineral aqreqatları: vərəq - və pulcuqvari, incəlifli (liflərin uzunluğu bəzən 0,5 m-dən çox olur), bütöv sıx, nisbətən az – dənəvər kütlələr, axın formaları, periklaz üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Metamorfik və hidrotermal proseslər zamanı əmələ gəlir. Metamorfik brusitə metamorfikləşmiş dolomit və əhəngdaşlarında periklaz və dolomitin dəyişilmə məhsulu kimi rast gəlinir. Habelə yaşıl şistlərdə və karbonatlı fillitlərdə qeyd edilir. Brusitə maqnezial skarnlarda da rast gəlinir. Hidrotermal brusit serpentinləşmiş massivlərin kəskin qələvi mühitdə hidrolizi zamanı əmələ gəlir.
Scott Trust
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
Scott Trust Limited
"Scott Trust Limited" — Birləşmiş Krallıq şirkəti. Şirkət "Guardian Media Group"un sahibidir == Tarixi == Trast 1936-cı ildə "Manchester Guardian" və "Manchester Evening News"un sahibi Con Skott tərəfindən təsis edilmişdir. Trastın məqsədlərindən biri "The Guardian"ın liberal xarakterini gələcək sahiblərinin onu dəyişdirmək cəhdlərindən qorumaq idi. "Scott Trust" sonradan ləğv edilmiş və 1948-ci ildə yenidən formalaşmışdır. Bu zaman Con Skott şuranın üzvlərini təyin etmək üçün müstəsna hüququndan imtina etmişdir. Müvafiq sənədlərin imzalanmasından 5 ay sonra Con Skott vəfat etmişdir. 2008-ci ilin oktyabrında trastın ləğvi və onun aktivlərinin yeni "The Scott Trust Limited" şirkətinə təhvil verilməsi elan edilmişdir. Bu müqavilənin məqsədi fondun "The Guardian"a verdiyi müdafiəni gücləndirmə idi.
In God We Trust
In God We Trust — ABŞ və Floridanın rəsmi dövlət devizi. Mənası "Biz Tanrıya Ümid Bağlayırıq" deməkdir.
Brukit
Brukit — mineral, TiO2 == Haqqında == Brukit - rombik. Kristalları lövhəvari. Ayrılma: {110} üzrə qeyri-mü­kəm­məl. Rəngi sarı, yaxud qara. Parıltısı almazı. Sərtliyi 5-6. Xüsusi çəkisi 4,0. Alp tipli damarlarda, qızıllı və başqa səpintilərdə. Növ müxtəlifliyi: arkanzit. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Turist
Turist — gəzinti, səfər edən şəxs. Turist (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist (film, 2010) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Turist tələsi — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Trest
Trest — Kartel və sindikatla müqayisədə nisbətən yüksək inhisar formasıdır. Trestə daxil olan müəssisələr istehsal və kommersiya müstəqillikləriini tam itirirlər. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur.. == Mənbə == Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.339.
Ferdinand Ruşits
Ferdinand Eduardoviç Ruşits (pol. Ferdynand Ruszczyc; belar. Фердынанд Рушчыц; 10 dekabr 1870[…], Bahdanava[d], Vilen quberniyası[d] – 30 oktyabr 1936[…], Bahdanava[d], Novoqrudok voyevodluğu[d]) — Belarus və Polşa rəssamı, qrafik, səhnə qurucusu. == Həyatı == Orta klassik təhsilini Minsk gimnaziyasında almışdır. 1890-cı ildən Sankt-Peterburq Universitetinin hüquq fakültəsində oxumuşdur. 1892—1897-ci illərdə İ.İ.Şişkin və A.İ.Kuincinin rəhbərliyi altında İmperator Sənətlər Akademiyasının nəzdində Ali Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə təhsil almışdır. Təhsil məqsədi ilə Krım, Fransa, Almaniya, İtaliya, İsveç kimi bir neçə yerə səyahət etmişdir. 1897-ci ildə Rəssamlıq Akademiyasının diplom işləri sərgisində debüt etdi. O vaxtdan 1900-cü ilə qədər əsərləri akademiyanın illik sərgilərində nümayiş etdirilirdi. 1899-cu ildə ilk sərgi Vilnada təşkil edildi.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Taksit kartı
Taksit Kart — plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Azərbaycan bankları 2012-ci ildən etibarən taksit kart sistemini tətbiq etməyə başlayıblar. Hal-hazırda 5 bank sistemi tətbiq etməkdədir. 2014-cü ilə qədər sistemi tətbiq edəcək bankların sayının 10 olacağı proqnozlaşdırılır.
Tilsit sülhü
Tilzit sülhü — Fransa ilə Rusiya arasında sülh müqaviləsi. 1807-ci ilin iyununda Fridland yaxınlığında fransızlarla döyüşdə rus qoşunları məğlub oldu. İyul ayında isə Tilzitdə Rusiya ilə Fransa arasında sülh müqaviləsi imzalandı. Müqaviləyə əsasən, Rusiya Napoleon Bonapart tərəfindən Avropada həyata keçirilmiş dəyişiklikləri tanımağa və Kontinental blokada siyasətinə (İngiltərəyə qarşı) qoşulmağa və böyük məbləğdə təzminat verməyə məcbur oldu. == İstinadlar == == Ədəbiyyat == Шильдер, "Имп.
Turist (Xaçmaz)
Turist — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Turist qəsəbəsi düzənlikdədir. Yaşayış məntəqəsi 1965-ci ildə burada turist bazasının yaranması ilə əlaqədar belə adlandırılmışdır.
Turist mehmanxanası
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. == Tarixi == Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir. 1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı. == Memarlığı == "Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Yuri Trubin
Aktyor
Annallar (Tasit)
"Annallar" (lat. Annales) orijinal başlığı – "İlahi Avqustun ölümündən" (lat. Ab excessu divi Augusti) — Roma tarixçisi və senatoru Tasitin Roma imperiyasının b.e. 14–68-ci illərindən, yəni Tiberinin hakimiyyəti dövründən Neronun hakimiyyəti dövrünə qədərki tarixi haqqında yazdığı əsər. "Annallar" b.e. I əsrində Roma imperiyasının tarixinin başa düşülməsi üçün mühüm mənbədir. Bu, Tasitin son əsəridir və müasir tarixçilər ümumiyyətlə onu onun ən böyük yazısı hesab edirlər. Tarixçi Ronald Mellor bunu "Roma tarixi yazısının zirvəsini" təmsil edən "Tasitin pik nailiyyəti" adlandırır.Tasit "Tarix" and "Annallar" birlikdə 30 kitabdan ibarət idi. Bəzi alimlər bəzi kitabların hansı əsərə aid edilməsi ilə bağlı fikir ayrılığına düşsələr də, ənənəvi olaraq 14-ü "Tarix"ə, 16-sı isə "Annallar"a aid edilir. İyeronimin istinad etdiyi 30 kitabın təxminən yarısı qorunub saxlanılmamışdır.
Drust Qurdinmox
Drust Qurdinmox və ya II Drest — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. == Həyatı == "Piktlərin xronikası"na əsasən Drust Qurdinmox və ya II Drest VI əsrdə I Nextanla Qalanan arasında on üç il hakimiyyətdə olmuşdur. Bu tarixi mənbəyə görə o, mənası bu vaxta qədər dəqiqi məlum olmayan "Gurthinmoch" epitetini daşıyırdı, lakin bu sözün birinci hissəsini Valliy (Uels) dilindəki "gwrdd" sözü ilə izahına cəhd göstərildikdə "Böyük" mənasında işlənildiyi ehtimal olunur. == Mənbə == Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland.
Farrell Trisi
Farrell Trisi (29 aprel 1995) — Böyük Britaniyalı şort-trekçi. Farrell Trisi Böyük Britaniyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Farrell Trisi birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 1500 m məsafəyə şort-trek yarışlarında iştirak etdi. Trisi yarışdan diskvalifikasiya olundu və yarımfinala vəsiqə qazana bilmədi.
Korneli Tasit
Tasit Korneli (təq. 54 və ya ən tezi 54 və ən geci 56 – təq. 120, Roma imperiyası) — Roma tarixçisi. == Həyatı == Qədim Roma tarixçisi Tasit Korneli 58-ci ildə Şimali İtaliyada Roma əyaləti olan Qalliya Narbonda varlı süvari ailəsində anadan olmuş, mükəmməl təhsil almışdır. Müasiri olmuş üç Roma imperatorunun üçü də ona himayədarlıq etmiş, o, ən yüksək dövlət vəzifələrinə təyin edilmişdir. Gənc yaşlarında təhsilini səssizcə davam etdirdiyindən "Səssiz" — "Tasit" ləqəbini almışdır. Ən yaxın dostu Plinus olmuşdur Tasit Korneli 69–96-cı illərdə Romanı idarə edən Flavilərlə dostluq etmiş, bu sülalənin nümayəndəsi, 69–79-cu illərdə Poma imperiyasını idarə edən Vespasian Tasit Kornelini senata üzv təyin etmiş, Dominisian (81–96) isə onu pretor təyin etmişdir. 77-ci ildə general Aqrikolanın qızı ilə evlənmişdir. 89–93 illərində hətta bəzi legionların generalı təyin olunmuşdur Böyük natiqlik qabiliyyəti olan Tasit Korneli 93-cü ildən sonra senatın üzvü kimi imperator Dominisianın repressiyalarından canını güclə qurtarmışdır. Tasit 96-cı ildə Romada baş vermiş dövlət çevrilişini alqışlamış, hakimiyyətə gələn Antonilər sülaləsinin (96–192) əsasını qoyan imperator Nerva (96–98) onu konsul təyin etmiş, Trayanın zamanında (98–117) isə məhkəmə natiqi kimi şöhrətlənmişdir.
Kuşit dilləri
Kuşit dilləri — Şimal-Şərqi və Şərqi afrikada yayılmış sami-hami dilləri qrupu. Kuşit dillərində 15,1 milyon adam danışır (1975). Kuşit dillərinə aqau, bedauye (beca), saxo, afar (danakil), Somali, qalla, sidamo, kimirra, ometo, kaffa, konso, arbore, eləcə də az öyrənilmiş moqoqoda, dume, daxalo (sane) və s. dillər daxildir. == İstinadlar == == Ədəbiyyat == А.П.Долгопольский. Сравнительно-историческая фонетика кушитских языков.
Marsel Prust
Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[…], Paris – 18 noyabr 1922[…], Paris) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir. == Həyatı == Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır.
Rusif Ağayev
Rusif İbrahim oğlu Ağayev (16 aprel 1987, Hirkan, Lənkəran rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib. == Həyatı == Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub. == Hərbi xidməti == Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi.
Rusif Hüseynov
Rusif Şakir oğlu Hüseynov (24 avqust 1987, Sahil) — Azərbaycan araşdırmaçısı, siyasi eksperti. O, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru, eləcə də "The Politicon" onlayn siyasi jurnalının həmtəsisçisi və baş redaktorudur. Əsas maraqları post-sovet ölkələrində ictimai-siyasi proseslər, dondurulmuş münaqişələr, etnik azlıqlar olub, tədqiqat regionları isə əsasən Şərqi Avropa, Orta Şərq, Qafqaz və Mərkəzi Asiyanı əhatə edir. == Həyatı və fəaliyyəti == Rusif Hüseynov 24 avqust 1987-ci ildə Azərbaycan SSR-nin Qaradağ rayonu ərazisində yerləşən Sahil qəsəbəsi də anadan olmuşdur. O, həmin qəsəbənin 228 saylı orta məktəbində təhsil almış, 2004-cü ildə oradan məzun olmuşdur. Hüseynov həmin il Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər ixtisasına prezident təqaüdü ilə qəbul olmuş, 2008-ci ildə oradan bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, magistr dərəcəsini Tartu Universitetinin Yohan Şütte Siyasət Araşdırmaları İnstitutundan almışdır.Hüseynov 2018-ci ilin aprel ayında Murad Muradov ilə birlikdə Topçubaşov Mərkəzini təsis etmişdir. Mərkəz Bakı şəhərində fəaliyyət göstərən Regional Araşdırmalar İctimai Birliyi daxilində fəaliyyət göstərir.Hüseynov "Modern Diplomacy", "The Independent Türkçe", "Visegrad Insight", "New Eastern Europe", Strateji və Müasir Araşdırmalar Mərkəzi, "The Jamestown Foundation", Ankara Böhran və Siyasət Araşdırmaları Mərkəzi, "Foreign Policy News", "The National Interest", "Al Bawaba", "The Times of Israel", "TRT World", "Vostokian", "Polis180", "Kyiv Post" kimi beynəlxalq media orqanlarında məqalələr və müsahibələr ilə çıxış etmiş, həmçinin Azərbaycan mətbuatında (İctimai TV, AzTV, APA TV, Space TV) da çıxış etmişdir.
Rusif Kazımov
Rusif Yusif oğlu Kazımov (29 mart 1997; Cəlilabad rayonu, Azərbaycan — 5 noyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rusif Kazımov 1997-ci il martın 29-da Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. 2003–2011-ci illərdə Uzuntəpə kənd tam orta məktəbində, 2011–2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014–2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Rusif Kazımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı 5 noyabr tarixində Laçın koridoru istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.Cəlilabad rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rusif Kazımov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rusif Quliyev
Rusif Asim oğlu Quliyev (9 sentyabr 1989; Yenigün, Ağstafa rayonu — 5 noyabr 2020; Şuşa rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rusif Quliyev 1989-cu il sentyabrın 9-da Ağstafa rayonunun Yenigün kəndində anadan olub. 1996–2007-ci illərdə E. Mustafayev adına Yenigün kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Təranə adlı bir qızı yadigar qaldı. == Hərbi xidməti == Rusif Quliyev 2007–2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Rusif Quliyev 8 illik hərbi xidmət müddətində "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib. Rusif Quliyev 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərinin iştirakçısı olub. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun əsgəri olan Rusif Quliyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Rusin dili
Rusin dili (руська бесіда, руски язик и др.) və ya rusin dilləri — müxtəlif dialekt, dialek tərkibli və ədəbi dil qrupu. Rusinlərin ənənvi yaşadığı Karpat, Qərbi Ukrayna, Şərqi Slovakiya, Serbiya, Xorvatiya, Macarıstan, Rumıniya və Polşada yaşamış və yaşayan rusinlərin və lemkaların dili. Bir hissəsi ABŞ və Kanadada yaşayır..Dünyada ümumi sayları 1,5 milyon nəfərdir.