Rusif İbrahim oğlu Ağayev (16 aprel 1987, Hirkan, Lənkəran rayonu – 2 aprel 2016, Talış, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Rusif Ağayev | |
---|---|
Rusif İbrahim oğlu Ağayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 aprel 1987 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 2016 (28 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Gizir |
Təltifləri |
Rusif Ağayev 1987-ci ilin 16 aprel günündə Lənkəran şəhərinin Hirkan kəndində anadan olub.
Rusif Ağayev məktəbi bitirdikdən sonra, sənədlərin Ali Hərbi Akademiyaya verdi. Lakin lazım olan balı yığa bilmədi və 2005-ci ildə hərbi xidmətə yola düşdü. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başladı. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıtdı. Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim tərbiyəsi, gün güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək , nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirdi. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd etdi. Sınaqlarda uğurla keçən 12 hərbçi arasında Rusif Ağayevdə olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibədə böyük qəhrəmanlıq göstərmiş, Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirmişdir. Öz əsgər yoldaşlarını qurtaran zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur