Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Trudovka (Avurğazı)
Trudovka (başq. Трудовка, rus. Трудовка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Kəbəç kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Tolbazı): 13 km, kənd sovetliyindən (Kəbəç): 4 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 24 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (64 %), ruslar (36 %)üstünlük təşkil edir.
Tarumovka
Tarumovka — Rusiya Federasiyası, Dağıstan Respublikası, Tarumovka rayonu ərazisində yerləşən kənd. İnzibati cəhətdən Tarumovka rayonunun və Tarumovka kənd sovetliyinin mərkəzidir. Tarumovka kənd inzibati vahidliyinin yeganə yaşayış məntəqəsidir. == Coğrafiyası == Maxaçqala — Həştərxan magistralı üzərində yerləşir. Mahaçqaladan 175 km aralıda yerləşir. Ən yaxın dəmiryolu stansiyası Qarabağlıdır (kənddən 13 km məsafədə yerləşir). == Tarixi == 1782-ci ildə II Yekaterina hökuməti Stavropol və Kuma ilə Terek çayları arasındakı torpaqlara dövlət kəndlilərinin köçürülməsi və kəndlilərə torpaqların paylanması haqqında fərmaz inzalamışdır. kənd 1786-cı ildə həştərxanlı prakror Andrey tarumov tərəfindən saınmışdır. O, mülkiyyətində olan torpaqlara kəndliləri köçürüərək kəndi salmışdır. Kənd onun şərəfinə adlandırılmışdır.
Tarumovka rayonu
Tarumovka rayonu – Rusiya Federasiyasının subyekti olan Dağıstan Respublikasının rayonlarından biri. == Coğrafiyası == Rayonun sahəsi 3.020 km², inzibati mərkəzi Tarumovka kəndidir. == Əhalisi == Rayonun əhalisi 32.507 nəfərdir (2015-ci il).
Aleksandra Trusova
Aleksandra Vyaçeslavovna Trusova (rus. Александра Вячеславовна Трусова; 23 iyun 2004, Ryazan, Rusiya) ― Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə baş tutan Avropa Çempionatının və ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. Trusova həmdə, Kanada Qran-Prisinin (2019) və Rusiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2018-ci ildə gümüş, 2019-cu ildə isə bürünc medala sahib olan Trusova, gənclər arasında Avstraliya (2017), Belarus (2017), Litva (2018) və Ermənistan (2018) Qran-Prilərinin də qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medala sahib olub. 2018 və 2019-cu illərdə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Trusova, Yelena Radionovadan sonra 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran idmançısıdır. O, həmdə 2018 və 2019-cu illərdə gənclər arasında Rusiya Çempionatının qalibi olub. == Karyerası == === 2016–2017-ci illər: Gənclərin Rusiya Çempionatında dördüncü pillə === Aleksandra Trusova 2017-ci ilin 1–5 fevralında St. Peterburq şəhərində baş tutan gənclər arasında Rusiya Çempionatında mübarizə apardı. O, qısa proqramda 64.95 balla altıncı, sərbəst proqramda isə 130.65 balla dördüncü pillənin sahibi oldu.