Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buda
Buda (mac. Buda) - Macarıstan krallığının mərkəzi olmuş tarixi şəhər. Budin şəhərinin yerləşdiyi tarixi yer Budapeşt şəhərindən keçən Dunay çayının cənub tərəfi hesab olunur. Osmanlı imperiyası və Macarıstan krallığı arasında 1526-cı ildə baş vermiş Mohaç döyüşü nəticəsində şəhər Osmanlı imperiyasının nəzarəti altına keçmişdir.
CUDA
CUDA (ing. Compute Unified Device Architecture — Birləşmiş Cihaz Arxitekturasının Hesablanması) — Nvidia tərəfindən yaradılmış, qrafika emalı üçün paralel hesablama arxitekturasıdır. CUDA, Nvidia GPU-larında hesablama mühərrikidir. GPU-da proqram yazmaq üçün proqramlaşdırma dili kimi C dilinin Nvidia tərəfindən xüsusi olaraq CUDA üçün hazırladığı (genişləndirdiyi) versiyadan istifadə olunur.
Quda
Quda pendiri və ya Xavda pendiri (nid. Goudse kaas) — inək südündən istehsal olunan Niderland pendiridir. Bu sarı pendir salatlarda, tortlarda və s. istifadə olunur. Adını Niderlandın Quda şəhərindən almışdır; amma adı tam qorunulmayıb. Ancaq, Avropa Komissiyası "Quda Hollandiya" adının qorunmalı olduğunu təsdiq etmişdir.
Xuda
Tanrı — Bir çox dinlərdə (xüsusilə monoteist dinlərdə) Ali Qüvvə və yaradıcı olaraq qəbul edilən varlıq. == Anlam == Fövqəlbəşər və insanlar üzərində suverenliyi olan varlıq. Yaradıcı, ilah. Müxtəlif türk birliklərində Tənri, Tənqri, Tanqrı, Tənqəre, Tanqara, Teneqere, Tinqir şəklində istifadə olunur. Monqollar Tənqir ve ya Tenqər deyirlər. Ulu Tanrı, Xan Tenqri kimi ifadələr tez-tez keçər. Bəzi türk boylarında qoruyucu ruhlar üçün də istifadə edilər; Su Teyrisi, Yer Teyrisi kimi. Əslində kainatın hər yanındakı bu ruhlar bir bütündür və bir-birinə bağlıdır. Tanrıçılıq sistemli bir quruluşa sahib olaraq bütün ictimai həyata işləmişdir. Türklər tanrıların adlarının sonuna Toyun və ya Bator sifətlərini gətirərkən, monqollar daha çox Saqan (Saqağan) "ağ", Ulan (Ulağan) "qırmızı" sifətini istifadə edərlər.
Tuda-Mənqu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Tuda Məngu
Tuda Məngu (monq. Parlaq Ölümsüzlük) - Məngü Timurun kiçik qardaşı idi. 1280-ci ildə taxta çıxmış, 3 il sonra müsəlman olmuşdu. Çox müharibə aparmamağa çalışırdı. 1287-ci ildə qardaşı oğlu Tula-Buqanın xeyrinə xanlıqdan istefa verdi. Ölüm tarixi bilinmir.
Aleks Buda
Aleks Buda (7 sentyabr 1910, Elbasan[d] – 7 iyul 1993, Tirana) ― Albaniya tarixçisi. İtaliyada və Avstriyada təhsilini başa vurduqdan sonra Albaniyaya qayıtmışdır. Əsas təhsili ədəbiyyatla bağlı olsa da, Albaniyada sosializm dövründə tarixçi karyerasını qurdu. Albaniya Elmlər Akademiyasının üzvü və prezidenti olmuşdur. == Erkən illəri == Buda, 7 sentyabr 1910-cu ildə Osmanlı İmperiyasının Elbasan şəhərində (müasir Albaniya) anadan olmuşdur. İbtidai sinifləri İtaliyanın Leççe şəhərində, orta məktəbi isə 1930-cu ildə Avstriyanın Zalsburq şəhərində bitirmişdir. Bundan sonra fəlsəfə və ədəbiyyat oxuduğu Vyana Universitetinə daxil oldu, lakin məzun olmadan Albaniyaya qayıtdı. == Peşəkar karyerası == İxtisasca ədəbiyyatçı olsa da, tarixçi kimi karyera qurdu. O, həmçinin II Dünya Müharibəsindən sonrakı Albaniyada tarixşünaslığın qurucusu olaraq da adlandırılırdı. Buda Albaniyanın sosializm dövründə ən məşhur alban siyasi tarixçilər qrupuna aid olunurdu.
Andjey Duda
Andjey Sebastyan Duda (pol. Andrzej Sebastian Duda; 16 may 1972[…], Krakov, Polşa Xalq Respublikası) — Polşanın siyasi xadimi, 6 avqust 2015-ci ildən Polşa prezidenti. == Həyatı == 16 may 1972-ci ildə Krakovda doğulub. 24 may 2015-ci ildə Polşanın dövlət başçısı seçilmişdir. 2014–2015-ci illərdə Avropa Parlamentinin deputatı olmuşdur. == Prezidentlik == 2015-ci il seçkilərində qalib gələrək prezident Bronislav Komorovskini əvəz etdi. 6 avqust 2015-ci ildə Andjey Dudanın təntənəli andiçmə mərasimi oldu, bundan sonra rəsmi olaraq prezidentliyini qəbul edildi.
Avena nuda
Avena nuda (lat. Avena nuda) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin yulaf cinsinə aid bitki növü.
Cuda Perl
Cuda Perl (ing. Judea Pearl — Cudia Perl, ivr. ‏יהודה פרל‏‎; 4 sentyabr 1936, Tel-Əviv, Britaniya Fələstini[d]) — kompüterşünaslıq sahəsində Amerika və İsrail alimi, Bayesian şəbəkələrinin riyazi aparatının müəllifi, ehtimal olunan nəticələrin riyazi və alqoritmik bazasının yaradıcısı, qrafik ehtimal modelləri üçün etimad yayma alqoritminin müəllifi, hesablama və əks-şərti hesablama. 2011-ci ildə Perl Türinq mükafatına "ehtimal və səbəb səbəbləri üçün hesablama hazırlamaqla süni intellektə əsaslı töhfə" qazandırdı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2014). Cudanın "Ağıllı Sistemlərdə Ehtimal Təqdimatı: Şüalanan İnferans Şəbəkələri" (ing. "Probabilistic Reasoning in Intelligent Systems: Networks of Plausible Inference") (1988) kitabı sitatların sayına görə CiteSeerX verilənlər bazasında 7-ci yeri tutur (May 2012-ci il tarixinə 5.222 fakt). Pakistanda 2002-ci ildə öldürülən amerikalı jurnalist Daniel Perlın atasıdır. == Bioqrafiyası == 4 sentyabr 1936-cı ildə Təl-Əvivdə Mandatalı Fələstində, Polşadan gələn mühacir ailəsində anadan olmuşdur. Uşaqlıq Bnei Brakda keçdi - bu şəhəri quran Gur Hasidim qrupunda onun babası - Chaim Perl idi.
Cüda (Germi)
Cüda (fars. جدا‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Germi bölgəsinin Ənqut kəndistanında, Germi qəsəbəsindən 25 km şimaldadır. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 356 nəfər yaşayır (72 ailə).
Fragaria nuda
Meşə çiyələyi (lat. Fragaria vesca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. Çiyələyin məlum olan 20 növündən bir növü – meşə çiyələyi Azərbaycanın dağ-meşə rayonlarında çox geniş yayılmışdır və ehtiyatı çoxdur. Meşə çiyələyi mayın axırı, iyunun əvvəllərindən başlayaraq bütün yayı çiçəkləyir. Çiçəkləri ağ rəngli olub ətirlidir. Meyvələri iyunavqustda yetişir. Meyvələri ətirli, şirin, meyxoş olub, forması yumurtavari və uzun konusvaridir. Rəngi qırmızı, ağ, bəzən bənövşəyi olur. Çiyələk xırda meyvəciklərin birləşməsindən əmələ gəlib, hər meyvəciyin üzərində qeyri-həqiqi xırda sarı toxum yerləşir. Meşə çiyələyinin tərkibində 6% şəkər (fruktoza və qlükoza), 1,5% üzvi turşu (alma, limon), 1,5% azotlu maddə, 0,4% aşılayıcı maddə, 1,3% pektinli maddə, 20-50 mq% C vitamini, 3,5 mq% karotin, dəmir və kalium duzları, efir yağları vardır.
His (duda)
His(duda) — Qeyri-nəzarətolmayan şəraitdə karbohidrogenlərin natamam yanmasından və ya termiki parçalanmasından əmələ qələn amorf karbona his deyilir. Əsasən, şin və rezin-texniki sənayedə (hisin istehsalının dörddə üçü) tətbiq olunur. Poliqrafik və lakboya sənayesində, qara metallurgiyada, elektrotexniki sənayedə onu iri miqdarda qara boyanın hazırlanmasında istifadə edirlər. Fransada, II Karlın hakimiyyətində hisdən istifadə etməklə çəkmə boyası-vaksinin hazırlayırdılar. Rezinin və digər plastik kütlələrin doldurulmasında sənaye miqyasında alınan texniki karbona hərdən çox dəqiq olmayan “his” termiki kimi də adlandırırlar.“His” piqmenti olan qara boya (ən çox bədii) qazlı his adlanır. == Alınması == Alınma üsuluna görə his 3 qrupa bölünür: kanallı, sobalı və termiki. Kanallı (diffuzlu) hislər deşikli qaz lampalları ilə təchiz olunmuş yanacaq kameralarda təbii qazın və ya onun yağ ilə qarışığının (məsələn, antrasenlə) natamam yanmasından alınır. Kameranın daxilində sərinləşdirici səthlər yerləşdirilmişdir ki, diffuziya alovundan çıxan his onların üzərinə cökür. Sobalı hislər reaktorlarda (sobada) xüsusi qurğu ilə yaradılmış alovdan yağın, təbii qazın və ya onların qarışığının natamam yanmasından əmələ qəlir. His aerozol şəklində reaktorlardan yanma məhsulları ilə çıxarılır və xüsusi filtrlərə yığılır.
Hüda Şəravi
Hüda Şə’ravi (ərəb. هدى شعراوي‎; 23 iyun 1879, Əl-Minya, Misir xidivliyi – 12 dekabr 1947 və ya 1947, Qahirə, Misir krallığı[d]) — Misirli feminist və aktivist.
Nothofagus nuda
Nothofagus nuda (lat. Nothofagus nuda) — nothofagaceae fəsiləsinin notofaqus cinsinə aid bitki növü.
Oxera nuda
Oxera nuda (lat. Oxera nuda) — minaçiçəyikimilər fəsiləsinin oxera cinsinə aid bitki növü.
Quda (şəhər)
Quda Qudiyev
Quda Əliyeviç Qudiyev (12 fevral 1880, Vladiqafqaz – 6 sentyabr 1920, Bakı) — Bakı polismeystri (1919–1920), general. == Həyatı == Qudiyev Quda Əliyeviç milliyyətcə inquş idi. O, 1880-ci il fevralın 12-də Qafqaz dağlarının ətəyində, Vladiqafqaz şəhərində Ter daimi milisində işləyən yunkerin ailəsində anadan olub. Vladiqafqaz Real məktəbini bitirib. 1916-cı ilin martında Quda Qudiyev rotmistr (kapitan) rütbəsi almışdı. O, Vəhşi diviziya tərkibində də döyüşüb. === Öldürülməsi === Ali İnqilabi Tribunalın 29 avqust 1920-ci il tarixli hökmü dərhal icra olunmuş və beləliklə, Quda Qudiyev 40 yaşında güllələnmişdi. == Fəaliyyəti == Azərbaycan hökuməti tərəfindən Bakıya dəvət olunan rotmistr Quda Qudiyev 1 fevral 1919-cu il tarixində Qarabağ general-qubernatoru Xosrov bəy Sultanovun müavini təyin edilmişdir. Daha sonra o, daxili işlər naziri Nəsib bəy Yusifbəylinin 29 aprel 1919-cu il tarixli əmri ilə Bakı şəhərinin polismeysteri təyin edilmişdi. Lakin 1919-cu ilin iyununda o, Bakı şəhər rəisi vəzifəsinə təyin olunmuşdu.[mənbə göstərin] Quda Qudiyev 15 iyun 1919-cu ildə Bakı qradonaçalniki vəzifəsinə başlaması haqqında 1 nömrəli əmr vermişdi.[mənbə göstərin] == Mükafatları == 4 iyun 1904-cü ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni.
Quda şəhəri
Umeko Tsuda
Tsuda Umeko (津田 梅子, Tsuda Ume, つだ・うめ; 31 dekabr 1864, Edo[d] – 16 avqust 1929, Kamakura, Kanaqava prefekturası) — Yapon maarifçisi, xristian və Meydzi dövrü Yaponiyada qadınlar üçün təhsildə qabaqcıl idi. Əsil adı Tsuda Ume idi, mume və ya ume adı, Yapon gavalısına istinadən verilmişdir, 1902-ci ildə adını Umeko olaraq dəyişdirmədən öncə ABŞ-də təhsil alarkən Ume Tsuda adı ilə ora getdi. == Erkən həyatı == Tsuda Ume, Edonun Uşiqome məhəlləsində (indiki Minami, Şincuku) Tsuda Sen və həyat yoldaşı Hatsukonun ikinci qızı olaraq dünyaya gəlib. 1871-ci ildə Tsuda Sen, Kuroda Kiyotakanın rəhbərliyi ilə Hokkaydo müstəmləkəçilik layihəsində iştirak etdi, qadınlar üçün də, kişilər üçün də qərb təhsili mövzusunu qaldırdı. Kurodanın sponsorluğu altında Tsuda Ume, atası tərəfindən İvakura missiyasının beş qadın üzvündən biri olaraq könüllü edildi. Altı yaşında həmçinin ekspedisiyanın ən gənc üzvü idi. 1871-ci ilin noyabrında San-Fransiskoya gəldi və 18 yaşına qədər tələbə kimi ABŞ-də qaldı. Tsuda, 1871-ci il dekabr ayından Vaşinqtonda, Çarlz Lanman (Yapon legionunun katibi) və onun həyat yoldaşı Adelin ilə birlikdə yaşadı. Uşaqları olmadığı üçün onu öz uşaqları kimi qəbul edirdilər. Ume Tsuda adı ilə, ingilis dilini öyrəndiyi,orta təhsil aldığı Corctaun kollecinə daxil oldu.
Yukio Tsuda
Yukio Tsuda (15 avqust 1917 - 17 aprel 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
İuda Makkavey
İuda Makkavey (ivr. ‏יהודה המכבי‏‎; Yehuda ben Matityaqu ha-Haşmonay; e. ə. I minillik, bilinmir – e.ə. 160) — Yəhudi (İudeya) vilayətində Selevkilərin ağır siyasi, dini və vergi siyasətinə qarşı xalq üsyanının rəhbəri. == Həyatı == 167-ci ildə Selevki padşahı IV Antioxun yəhudilərin təqibini genişləndirməsinə cavab olaraq başlanmış üsyana rəhbərlik etmişdi (bu üsyan "Makkavey müharibəsi" adını almışdı). E.ə.167-162-ci illərdə İuda Makkaveyin ordusu Selevkilərin üstün qüvvələrini darmadağın etmiş, e.ə.164-cü ildə Yerusəlimi tutmuş, Yəhvanın məbədini yenidən müqəddəsləşdirmişdi. Döyüşdə həlak olmuşdur. == İstinadlar == == Mənbə == Иуда Маккавеј // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: Италија—Куба.
İuda ordeni
İuda ordeni — 1709-cu ildə Rusiya çarı I Pyotrun əmri ilə getman İvan Mazepanın təltif edilməsi üçün tək nümunədə hazırlanmış orden. == Ordenin təsviri == Orden 5kq çəkiyə malik gümüşdən hazırlanmış dairə formasında idi. Dairənin içərisində ağcaqovaq ağacında edam edilən İuda İskariot, 30 gümüş pul və yazı təsvir olunmuşdur. İuda İskariotun bu ordendə təsvir edilməsi simvolik xarakter daşıyır. Çünki İsa Məsihin 12 həvarisindən biri olan İuda Sonuncu şam yeməyi zamanı onu 30 gümüş pula romalılara satmışdır. Təsvirin aşağısında bu yazı vardır: "Lənətə gəlmiş pulpərəst İuda boğulur". I Pyotr vaxtilə təltif etdiyi Andrey Pervozvannı ordeninin əvəzinə ona xainlik edərək İsveç kralı XII Karlın tərəfinə keçmiş Mazepanı bu ordenlə təltif etməyi tapşırmışdır. Lakin I Pyotrun planı baş tutmamışdır. Nəticədə I Pyotr tərəfindən Bütün Təlxəklər, Sərxoşlar və Dəlisovlar kilsəsi (I Pyotr İçki məclislərində, karnavallarda əylənmək məqsədilə katolik kilsəsinə parodiya olaraq yaratmışdır.) yaradılmış və ordenlə knyaz Yuri Fyodoroviç Şaxovski təltif olunmuşdur. .
HÜDA PAR
Hür Dava Partiyası (türk. Hür Dava Partisi, qısaldılmış halı ilə HÜDA PAR; kürd. Partiya Doza Azadî) — Türkiyədə sünni kürd islamçı siyasi partiya. == Tarixi == 2002-ci ildə silahlı mübarizəyə son qoymaq qərarından sonra "Hizbullah"ın tərkibində olan "Mənzil" qruplaşmasının fəalları 2003-cü ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"ni adlı assoasiasiya yaratmışdılar. Bu, "Müstəzəflər hərəkatı" kimi də tanınırdı. 18 aprel 2010-cu ildə "Müstəzəflər ilə Həmrəylik Dərnəyi" Diyarbəkirdə islam peyğəmbəri Məhəmmədin mövludunu qeyd etmək üçün kütləvi yığıncaq təşkil etmişdir. Türkiyə polisi tədbirə 2 milyon adamın qatıldığını bildirmişdir. Təşkilatçılar bu rəqəmin 2,5 milyondan çox olduğunu bildirmişdilər. 20 aprel 2010-cu ildə Diyarbəkir məhkəməsi "Müstəzəflər ilə Həmrəylik Dərnəyi"nin "Hizbullah terror təşkilatı adından fəaliyyət göstərməsi" səbəbi ilə bağlanmasına qərar vermişdir. Qərar Kassasiya Məhkəməsi tərəfindən 11 may 2012-ci ildə təsdiq edilmişdir.
Tamara Duda
Tamara Anatolyevna Duda (ukr. Тамара Анатоліївна Дуда), Tamara Oroxovoye Zyornışko təxəllüsü ilə də tanınır (ukr. Тамара Горіха Зерня; 5 yanvar 1976, Kiyev) — Ukrayna yazıçısı. O, 2022-ci il Taras Şevçenko adına Ukrayna Milli Mükafatı laureatı olmuş, 2019-cu ildə yazdığı "Qız" romanı "BBC" tərəfindən "İlin kitabı" seçilmişdir. Tamara Duda könüllü fəaliyyəti ilə tanınır. == Həyatı == Tamara Anatolyevna Duda Kiyevdə anadan olmuşdur. 1992-ci ildə Ukrayna Humanitar Liseyini bitirmişdir. 1993-cü ildə Kiyev Universitetinin Jurnalistika İnstitutuna daxil olmuş, 1998-ci ildə diplomunu müdafiə etmişdir. 2003–-2005-ci illərdə Kiyev Beynəlxalq Universitetində təhsil almışdır. O, 20 ildən artıqdır ki, ingilis dilindən iqtisadiyyat haqqında mətnləri ukrayn dilinə tərcümə edir.