Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Turia
Luffa (lat. Luffa) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi.
Turin
Turin (it. Torino) — ( Pyemont dilində- Turin) şimali İtaliyanın Pyemont bölgəsinin paytaxtıdır. Şəhər Alp dağları ilə əhatələnmişdir və Po çayının sol sahilində yerləşir. Turin adının mənası Kəlt dilində "dağlar" mənasına gələn Tau sözüdəndən gəlir. İtaliyanca isə bu şəhərin adınln mənası "kiçik buğa" olduğuna görə onun gerbində və bayrağında buğa şəkli var. Şəhər 1997-ci ildən UNESCO-nun Dünya İrsinə daxil edilmişdir. == Ərazisi və iqlimi == Turin Şimal və qərbdən Alp dağları tərəfindən əhatə olunmuşdur. Cənubdan "Monferatto" təpələrinin uzantısı olan tıbii bir yüksək təpə vardır. Şəhər şərqdən qərbə az meyilli bir düz (240m dən-280m ə) üzərində qurulmaqla bərabər yeni salınan qisimlər təpələrə doğru meyl etmişdir. Şəhər içindən 4 böyük su hövzəsi keçməkdədir.
Turist
Turizm (fransız sözü olub, gəzinti, səfər deməkdir) — fəal istirahətin geniş yayılmış və ən kütləvi növüdür. 1954-cü ildə BMT-nin yığıncağında "Turizm" sözü müzakirə olunmuş, onun beynəlxalq mahiyyəti, kulturoloji və sosial-iqtisadi əhəmiyyəti müəyyənləşdirilmişdir. Hər il minlərlə insan səyahət həvəskarları sırasına qoşulur və getdikcə turizm daha geniş vüsət alır. Turizm son 20–25 ildə insanların vərdiş etdikləri həyati təlabatdır. Turizm xidmətlərinin və turist tələbatlı malların reallaşdırılması ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu turizm sənayesini yaranır Bura mehmanxanalar, iaşə obyektləri, sənaye və ekskursiya büroları aiddir. Turist — ölkə daxilində, yaxud xaricində müxtəlif məqsədlər üçün 24 saatdan 6 aya qədər müddətə səfər edən şəxsdir. Tur– konkret müddətdə konkret marşrut üzrə fərdi və ya qrup halında səfərdən ibarət olan turizm məhsulunun vauçer şəklində satılan formasıdır. Turizm məhsulu isə turistlərə göstərilən xidmətlər kompleksidir. Son onilliklər ərzində insanların həyat şəraiti yaxşılığa doğru xeyli dəyişilmişdir. Bununla yanaşı, mədəni inkişafın kölgəli tərəfləri də özünü büruzə verməyə başlamışdır.
Turut
Turut düzü — Şəki rayonu ərazisində düz. Turut (İran) — İranda kənd.
Türi
Türi (est. Türi, alm. Turgel‎) — Estoniyanın mərkəzində, Yarvamaa bölgəsində şəhər. Əhalisi 6 minə yaxındır. == Qardaşlaşmış şəhərlər == Türi 1991-ci ildən aktiv olaraq Douzelage adlı birliyə daxil oldu. Bu birliyə Avropa Birliyindən həmçinin 24 şəhərdə daxildir. Hər il bu şəhərlərdə müxtəlif festivallar və bayram şənlikləri keçirilir.
Kosmik turist
Kosmik turizm (ing. Space tourism) — əyləncə, elmi-tədqiqat və ya biznes məqsədləri ilə kosmik səyahət. == Tarixi == İlk kosmik turist – amerikalı Denis Tito olmuşdur. Belə ki, D. Tito 2001-ci ildə Rusiyaya məxsus olan "Soyuz TM-32" kosmik gəmisində demək olar ki, 8 sutka qalmışdır. Ümumiyyətlə isə, Beynəlxalq Aeronaftika Federasiyasının verdiyi məlumata görə, bütün bəşər tarixi boyu kosmosda dünyanın 37 ölkəsindən 467 nəfər olmuşdur. Azərbaycanda potensialı olmayan hələ ki, kosmik turizmdir. Çünki bu, yeni bir turizm növüdür və ondan yalnız Rusiya yararlanır. Amerika və Böyük Britaniya bu yöndə işlər görürlər, atmosfer qatından yüksəyə qalxa bilən gəmilərin hazırlanması üzərində iş gedir. Bu gün kosmik turizm təxminən 10 milyon dollara başa gəlir. Amma mütəxəssislər hesablayıblar ki, hardasa 200–250 min dollar civarında xərclə bunu təşkil etmək olar.
Turet sindromu
Turet sindromu (Turet xəstəliyi, Jil de la Turet sindromu) — mərkəzi sinir sisteminin əsasən uşaq yaşlarında müşahidə edilən və çoxsaylı hərəkət tikləri və ən azı bir səs tiki ilə xarakterizə olunan genetik mənşəli pozğunluğu. Əvvəllər Turet sindromu nadir və qəribə bir xəstəlik hesab edilməklə yanaşı, həm də senzuradan kənar, cəmiyyətdə yersiz və təhqiredici hesab edilən söz və ifadələrin dilə gətirilməsi ilə assosiasiya olunurdu, lakin bu simptom Turet sindromu olan şəxslərin çox az qismində görülür. İndiki dövrdə bu xəstəlik nadir hesab olunmur, üstəlik heç də həmişə düzgün diaqnoz qoymaq mümkün olmur. Çünki əksər hallarda simptomlar yüngül formada müşahidə edilir. 1000 uşaq arasında 1–10 nəfər Turet sindromundan əziyyət çəkən olur, 10 nəfərdən artığı isə müxtəlif tik pozğunluqları yaşayır. Turet sindromu olan şəxslərin intellekt səviyyəsi və ömür müddəti normada olur. Uşaqların əksəriyyətində tiklərin kəskinliyi yeniyetməlik dövrünün başa çatmasından sonra azalır, Turet sindromunun ağır dərəcəsi isə yetkinlik dövründə çox nadir müşahidə edilir. Xəstəliyin dəqiq səbəbləri məlum olmasa da, sindromun etiologiyasında genetik və ekoloji faktorlar müəyyən rol oynayır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur. Çünki hər bir konkret tik üçün effektiv ola bilən dərman vasitəsi mövcud deyil, lakin xəstənin vəziyyətini yaxşılaşdıran dərmanların və müalicə metodlarının tətbiqi özünü doğruldur.
Turin atı
Turin atı — 2011-ci il istehsalı olan Bela Tarr və Ágnes Hranitzkynin rejissorluq etdiyi macar filmidir. Filmdə János Derzsi, Erika Bók və Mihály Kormos çəkilmişlər. Film Bela Tarr və László Krasznahorkai tərəfindən yazılmışdır. İtaliyanın Turin şəhərində sahibi tərəfindən döyülən atın Nitşe tərəfindən qucaqlanması, Nitşenin sonrakı həyatının məlum olması, filmin isə atın sonrakı həyatından bəhs ilə başlayır. == Mükafatlar == Film 61-ci Berlin Beynəlxalq Film Festivalında Jeri Gran Pri-si almışdır. == İdeyası == Filmin ideyası 1980-ci illərin ortalarında Krasznahorkai tərəfindən Nitşenin Turindəki at macərasının danışılması və atın sonrakı taleyi barədə soruşulan sualla Tarrın ağlına gəlmişdir. == Məkan == Film Macarıstanda bir vadidə baş verir. Film 35 gün ərzində çəkilib.
Turin kəfəni
Turin kəfəni — İsa çarmıxdan endirildikdən sonra sarıldığı iddia edilən saqqallı adamın ön və arxa siluetləri olan kətan parça. 4-cü əsrə aid bir mənbə bildirir ki, Thaddaeus və ya Addai İsanın şəklini Edessada (Urfa) “seçimli boyalarla” çəkiblər. 6-cı əsrə aid başqa bir mənbə bildirir ki, İsa üzünü dəsmalla siləndə şəklini onun üzərində qoyub. İsa bu dəsmalı padşah V Abqarın elçisinə verdi. İsanın Edessada təsvir edilməsi hekayələri 944-cü ilə, Bizans ordusunun şəkli Konstantinopola (İstanbul) apardığı vaxta qədər davam etdi. Rəsm burada 1204-cü ilə qədər qaldı, həmin il Dördüncü Səlib yürüşünün cəngavərləri şəhəri talan etdilər və bu vaxt rəsm əsərini götürdülər. Kəfənin 14-cü əsrdə Fransada nümayiş etdirilməsinin izahı bu ola bilər. İlk dəfə 1350-ci illərdə Fransada sərgilənib. 1578-ci ildə İtaliyaya gətirildi və Turində San Giovanni Battista Katedralində saxlanmağa başladı. Çoxları bunun möcüzə olduğuna inansa da, skeptiklər bunun saxta olduğunu düşünürdülər.
Turin əyaləti
Turin (it. Città metropolitana di Torino, pyem. Sità metropolitan-a 'd Turin, oks. Ciutat metropolitana de Turin) — İtaliyanın Pyemont regionunda tarixi əyalət. 2014-cü il 31 dekabra qədər mövcud olmuşdur. Həmin tarixdən etibarən Turin metropolu ilə dəyişdirilmişdir.
Turist (Xaçmaz)
Turist — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Turist qəsəbəsi düzənlikdədir. Yaşayış məntəqəsi 1965-ci ildə burada turist bazasının yaranması ilə əlaqədar belə adlandırılmışdır.
Turist mehmanxanası
Qarabağ mehmanxanası və ya Turist mehmanxanası — bir vaxtlar Bakıda mövcud olmuş mehmanxana. Şəhərin təpəlik hissəsində yerləşdiyi üçün şəhərin bir çox yerindən görünürdü. == Tarixi == Mehmanxananın binası 1974-cü ildə tikilib. Binanın memarları B. Şulgin və E. Melxisedekov, konstruktorları K. Kərimov, Q. Şamilov idi. Binanın layihəsi Bakı Dövlət Layihə İnstitutunda tərtib edilmişdi. Mehmanxana 1976-cı ildə istismara verilmişdir. 1989-cu ilə qədər "Turist" adını daşıyan mehmanxanaya sonralar "Qarabağ" adı verilmişdi. Qayalı təpənin üzərində tikilmiş "Qarabağ" 1978-ci ildə Nyu-Yorkda nəşr edilmiş "Dünyanın Memarlıq Ensiklopediyasına" daxil olmuşdu. Binanın layihəsi isə 1979-cu ildə "Le Korbyuze" mükafatını almışdı. == Memarlığı == "Qarabağ" mehmanxanası Bakı amfiteatrının daha yüksək hissəsində qayalı təpənin üzərində yerləşirdi və şəhərin bir çox nöqtələrindən aydın görünürdü.
Turist tələsi
Turist tələsi (ing. Tourist trap) — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
İsmail Türüt
İsmail Türüt (8 iyun 1965) — Türkiyə xalq musiqisi sənətçisidir. 30-dan çox albomu yayınlanmışdır. == Həyatı == İsmail Türüt 8 iyun 1965-ci ildə Rizənin Ambarlıq kəndində dörd uşaqlı — üç oğlan, bir qız — ailənin ikinci uşağı olaraq dünyaya gəlmişdir. İbtidai məktəbi Ambarlıqda bitirmişdir. Ayşə Türüt ilə evlidir və dörd uşaq atasıdır. == Karyerası == Laz Uşağı adlı ilk albomunu 1982-də çıxartmışdır. Kanal 7, TGRT, Flash TV və Vizyon Türk TV-də "Türüt Show", Kanal 7 və Flash TV-də Fıkralarla Türkiye, və Meltem TV-də isə "Türütten Türküler" proqramlarını aparmışdır.
Turist (dəqiqləşdirmə)
Turist — gəzinti, səfər edən şəxs. Turist (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Turist (film, 2010) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. Turist tələsi — Bir çox turisti cəlb edən və mal və xidmətlərin normaldan daha bahalı olan bir yer.
Turist attraksionu
Turist attraksionu — turistlərin adətən özünəməxsus və ya nümayiş etdirilən təbii və ya mədəni dəyəri, tarixi əhəmiyyəti, təbii və ya tikilmiş gözəlliyi, istirahət və əyləncə təklif etdiyi maraq doğuran yer. == Növlər == Çimərliklər, tropik ada kurortları, milli parklar, dağlar, səhralar və meşələr kimi təbii gözəlliklərə malik yerlər insanların ziyarət edə biləcəyi ənənəvi turistik yerlərə misaldır. Mədəni turistik yerlərə tarixi yerlər, mühüm tarixi hadisənin baş verdiyi yerlər, abidələr, qədim məbədlər, zooparklar, akvariumlar, muzeylər və incəsənət qalereyaları, botanika bağları, bina və tikililər aid edilə bilər. Zavod turları, sənaye irsi, yaradıcı incəsənət və sənətkarlıq emalatxanaları sənaye turizmi və yaradıcı turizm obyektidir. Müəyyən bir yerə səfər edərkən turistlərin gözləntiləri seçilmiş destinasiyanın bir sıra xüsusiyyətləri ilə bağlıdır: mədəniyyət, memarlıq, qastronomiya, infrastruktur, landşaft, tədbirlər, alış-veriş və s. Bu xüsusiyyətlər insanları təyinat yerinə cəlb edir və səyahətin ümumi təcrübəsinə töhfə verir. Attraksionların əsas məqsədi müştərinin diqqətini cəlb etməkdir ki, onlar müəyyən bir yerə gəlib tətildə müxtəlif attraksionları araşdıra bilsinlər. Səyahət və turizm sənayesində attraksionlar xüsusilə mühüm rol oynayır, çünki bu, dünyanın hər yerindən turistləri cəlb edir. ABŞ-də attraksionların sahibləri və marketoloqları, xüsusən də ucqar ərazilərdə magistral yolların və yolların kənarındakı reklam lövhələrində turistik yerləri reklam edirlər. Turist attraksionları tez-tez istirahət zonalarında, məlumat mərkəzlərində, fast food restoranlarında və motel otaqlarında və ya lobbilərində nümayiş etdirilmək üçün pulsuz tanıtım broşürləri paylayır.
Turi yarımadası
Turi yarımadası — Rusiyanın Murmansk vilayəti ərazisində yerləşən yarımada. == Təsviri == Kola yarımadası, Ağ dənizin Kandalaşski sahilində yerləşən yarımada. Yarımadanın uzunluğu 15 km, eni 10 km təşkil edir. Ərazisində Turi və Nosok burunları vardır. Şimal-qərbdən Sosnovoy körfəzi, şərqdən Karj körfəzi ilə əhatələnmişdir. Ərazisində bir çox göl vardır. Onlar arasında ən iriləri Letneqorskoy, Qolışevo və Kujozerki. Yarımadanı materiklə birləşdirən bərzəxdə Nijnee Vıpçozero gölü yerləşir. Ərazisindən çoxlu çay və axar keçir. Şimalı bataqlıqlaşmışdır.
Beynəlxalq turist marşrutları
İstənilən hər hansı bir səyahətin (müvəqqəti qalma, turlar) ön­cədən seçilmiş marşrutu, gecələmək proqramı, müəyyən davamiy­yət və məqsədi olur. Marşrut - siyahı üzrə qeyd olunmuş bütün coğrafi məntəqələrə və yerlərə gedilməsi nəzərdə tutulan və səyahət müddətində dayanacaqdan-dayanacağa qədər turistlər tərəfindən gedilən yoldur. Səyahətin başlanğıcı və sonu marşrutun çıxış və son nöqtələri hesab olunur. Marşrutun başlanğıcı - müqavilədə nəzərdə tutulduğu kimi, turistə ilk, sonu isə axıncı turist kimi xidmət göstərən məntəqədir. == Marşrut növləri == Marşrut üzrə gedilən istiqamətdə yerdəyişmədən asılı olaraq, marşrutun xətti, dairəvi, radial (radius istiqamətli) və kombinasiyalı (quraşdırılmış) növləri vardır. Xətti marşrut - başlanğıcı və sonu müxtəlif coğrafi məntəqə­lərdə olan marşrut, məsələn, Bakı-Şəki-Sumqayıt-Tiflis. Dairəvi marşrut - başlanğıcı və sonu eyni coğrafi məntəqədə olan marşrut, məsələn «Türkiyə turu» (İstanbul - İzmir - Quşadası - Patnakqala - İstanbul). Dairəvi marşrutdan fərqli olaraq, başlanğıc nöqtəsində yerləşən turist, həmin nöqtədən müxtəlif istiqamətlərə səyahət edərək yenidən başlanğıc nöqtəsinə qayıdır. Məsələn, Bakı-Şamaxı-Bakı, Bakı-Gəncə-Bakı, Bakı-Şəki-Bakı, Bakı-Nabran-Bakı. Kombinasiyalı marşrut - xətti, dairəvi və radial marşrut elementinin ixtiyari kombinasiyasım' özündə birləşdirən marşrut.
Turin çar papirusu
Turin çar papirusu (Papyrus royal de Turin) uzunluğu 170 sm olan, günümüzə 160 fraqmentə parçalanmış şəkildə gəlib çıxmış, üzərində Qədim Misirin mifik və tarixi çarlarının siyahısı həkk olunmuş papirus əlyazma Turin çar papirusuhda ilk on beş sülalə fironlarının adları, hökmranlıq müddətinin ili, ayı və günü, hər bir sülalənin yekun hökmranlıq müddəti göstərilmişdir. Turin çar papirusundakı siyahı tanrı sülalələri ilə başlanır. Siyahının ilk hissəsində Ptahla başlanan Memfis tanrıları, ikinci hissədə Amonla başlanan Fiv tanrıları, üçüncü hissədə tanrı xarakterli ilahi heyvanlar (Anubis, İbis, Apis, Mnevis və s.) yer alırlar. Papirusun yazılma (yaranma) tarixi mübahisəlidir. Əlyazmada dövri olaraq XX sülalə fironu III Ramzesin adının xatırlanması onun qədim nüsxədən köçürülmə olmasına bir növ işarədir. Papirus Manefon çar siyahısı ilə tutuşdurulduqda onların hər ikisinin eyni mənbədən yarandığını demək olar. Turin çar papirusunda Misir fironları ilə yanaşı hiksos hökmdarlarının və digər az tanınan çarların adları da göstərilmişdir. Papirus Liksorda 1820 ci ildə Misirdə Fransanın baş konsulu vəzifəsini tutarkən Bernardino Drovetti tərəfindən aşkarlanmış və onu 1824 cü ildə Turin Misir muzeyinə satmışdır. Italiyaya gətirilərkən papirus ovxalanaraq kiçik fraqmentlərə parçalanmış olur. Onu ilk dəfə yığmaq dahi Şampoleona nəsib olmuşdur.
Turist (film, 2010)
Turist (ing. Tourist) — rejissor Florian Henkel fon Donnersmarkın filmi. == Məzmun == == Maraqlı faktlar == Conni Deppin rolunu Sem Uorqtinqton oynamalıydı. Ancelina Colinin rolunu Şarliz Teron oynamalıydı. Filmdəki banditlər Belarus dilində danışırlar.
Turet-dü-Şato
Turet-dü-Şato (fr. Tourette-du-Château) — Provans-Alp-Kot-d'Azür regionunun, Fransanın cənub-şərqində yerləşən kommun, Dənizkənarı Alplar departamenti, Nitsa dairəsi, Vans kantonu . Mart 2015-ci ilə qədər kommun inzibati olaraq ləğv edilmiş Rokesteron kantonunun (Nitsa dairəsi) bir hissəsi idi. Kommunanın sahəsi — 9,74 km², əhalisi — 114 nəfərdir (2006) artım tendensiyası ilə: 119 nəfər (2012), əhalinin sıxlığı 12,2 nəfər / km²-dir. == Əhalisi == 2011-ci ildə əhalinin sayı — 117 nəfər təşkil edirdi, 2012-ci ildə isə — 119 nəfər.
Viryal/Turi çuvaşlar
Viryal/Turi çuvaşlar (viryal, çuvaş dilində vir "yuxarı, qərb" və yal "kənd, icma" deməkdir) — çuvaşların iki böyük etno ərazi qrupundan biri. "Viryal", yəni Volqaboyu daha yüksəklərdə yaşayan atlılar adı "anatri" (çuvaş dilindən anat "aşağı, şərq"), yəni Volqaboyu daha aşağılarda yaşayan yerli çuvaşlar adına qarşıdır. == Mənşəyi == Bir sıra alim və antropoloqların fikrincə, atlı çuvaşların əcdadları burada yaşamış yerli fin-uqor tayfalarıdır (marilər, mordvalar). == Tarixi arayış == Rus salnamələrində viryal çuvaşlar Maris dağı ilə birlikdə "dağ çeremisi" kimi qeyd olunur. Marilərin özləri çuvaşları "suasla mari", tatarları isə "suas" adlandırırdılar. == Ənənəvi geyim == Tədqiqatçıların (N. İ. Qagen-Torn və digərləri) fikrincə, Çuvaş-Viryal və dağ Mari arasında qadın köynəklərinin kəsimi, eləcə də qadın geyimlərinin bütün kompleksi demək olar ki, eynidir. Viryal və dağ Mari arasında samandan çarıq hazırlamaq texnologiyası Anatri çuvaşların istifadə etdiyi texnologiyadan fərqli olaraq üst-üstə düşürdü. Anatri çuvaşlar uzun ayaq paltarı və onuçi geyinirdilər. Ayaqlarını fin-uqor qonşuları kimi qalın bükürdülər. Viryal ayaq örtükləri qara parçadan, anat ençi — qara və ağdan, anatri — yalnız ağdan toxunurdu.
Turin atı (Film, 2011)
Turin atı — 2011-ci il istehsalı olan Bela Tarr və Ágnes Hranitzkynin rejissorluq etdiyi macar filmidir. Filmdə János Derzsi, Erika Bók və Mihály Kormos çəkilmişlər. Film Bela Tarr və László Krasznahorkai tərəfindən yazılmışdır. İtaliyanın Turin şəhərində sahibi tərəfindən döyülən atın Nitşe tərəfindən qucaqlanması, Nitşenin sonrakı həyatının məlum olması, filmin isə atın sonrakı həyatından bəhs ilə başlayır. == Mükafatlar == Film 61-ci Berlin Beynəlxalq Film Festivalında Jeri Gran Pri-si almışdır. == İdeyası == Filmin ideyası 1980-ci illərin ortalarında Krasznahorkai tərəfindən Nitşenin Turindəki at macərasının danışılması və atın sonrakı taleyi barədə soruşulan sualla Tarrın ağlına gəlmişdir. == Məkan == Film Macarıstanda bir vadidə baş verir. Film 35 gün ərzində çəkilib.
Dyatlovun turist qrupunun həlak olması
Dyatlov keçidi insidenti — 1–2 fevral 1959-cu il tarixində Ural dağlarında 9 xizəkçinin müəmmalı şəkildə öldüyü hadisə. Hadisə Xolat-Syaxıl (rus. Холат-Сяхыл) dağının şərqində yerləşən aşırımda baş vermışdir. Bu hadisədən sonra aşırım qrupun lideri olan İqor Alekseyeviç Dyatlovun soyadı ilə adlandırılmağa başlanmışdır. Tədqiqatçılar xizəkçilərin hadisə gecəsi bilinməyən bir səbəblə çadırlarını cırmaq məcburiyyətində qaldıqlarını, yalın ayaqla −30 ° C-də və güclü qar yağışında çadırdan kənarda tapıldıqlarını demişdilər. Tapılan cəsədlərin ikisinin kəlləsində; digər ikisinin qabırğalarında sınıqlar müəyyən edilmişdir. == Hadisənin zəmini == 1959-cu ildə Sovet İttifaqının Sverdlovsk vilayətindəki Ural dağları boyunca xizək ekspedisiyası üçün bir qrup yaradıldı.23 yaşlı radio mühəndisi olan İqor Dyatlov qrupun lideri seçildi. Səkkiz kişi və iki qadından ibarət qrupun hər bir üzvü xizək turu təcrübəsi olan təcrübəli II dərəcəli yürüşçülər idi və geri qayıtdıqdan sonra III dərəcəli sertifikat alacaqdılar. O vaxt Sovet İttifaqında mövcud olan ən yüksək sertifikat bu idi və namizədlərdən 300 kilometr (190 mil) keçməsini tələb olunurdu. == Ekspedisiya == === Heyət üzvləri === Georgy Krivonischenkoy (13 yanvar 1936) Yuri Doroshenkoy (29 yanvar 1938) Zinaida Kolmogorov (12 yanvar 1937) Rüstəm Slobodin (7 fevral 1935) Alexandr Zolotaryov (2 fevral 1921) Alexandr Kolevatov (16 noyabr 1934) Ludmilla Dubinina (12 may 1938) Nicolay Vladimiroviç (5 iyun 1935) İqor Dyatlov (13 yanvar 1936) Yuriy Yudin (19 iyul 1937) 25 yanvar 1959-cu il səhərin erkən saatlarında Sverdlovsk vilayətinin şimal əyalətinin mərkəzində yerləşən şəhərə İvdel (Ивдель) qatarı ilə gəldi.
Audit
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Auditin əsasını dövlətin, müəssisənin müdriyyətinin və onun sahiblərinin (əmanətçilərin, səhmdarların) qarşılıqlı marağı təşkil edir. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Britaniya Audit Praktikasi Komitəsinin 1989-cu ildə verdiyi tərifə görə, Böyük Britaniyada audit “qüvvədə olan qanunvericiliklə müəyyənləşdirilmiş bütün qaydalara riayət olunmaqla, müəssisənin mühasibat hesabatı barədə peşəkar fikir ifadə etmək məqsədi ilə həmin hesabatın xüsusi təyin edilmiş auditor tərəfindən müstəqil öyrənilməsi deməkdir.” Qanuna əsasən ABŞ-də səhmləri qiymətli kağızlar birjasında qiymətləndirilməyə buraxılan bütün səhmdar cəmiyyətlərinin maliyyə fəaliyyəti auditdən keçməlidir. Qərbdə (ABŞ) auditə verilən ən məqbul təriflərdən biri aşağıdakı kimidir: Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyində ifadə etmək üçün həmin informasiya haqqındə sübutlar toplayır və onları qiymətləndirir. Amerika Mühasibat İşi Assosiasiyasının auditin əsas prinsipləri üzrə komitəsi auditə aşağıdakı tərifi vermişdir. “Auditin – iqtisadi hərəkətlər və hadisələr haqqında obyektiv məlumatlar alınmasının və qiymətləndirilməsinin, onların müəyyən meyara uyğunluğu səviyyəsinin müəyyənləşdirilməsinin və nəticələrin əlaqədar istifadəçilərə verilməsinin sistemli prosesidir.” Amerika mütəxəssislərinin qeyd etdikləri kimi audit iqtisadi obyektin (müstəqil təsərrüfat bölməsinin) fəaliyyətinə və vəziyyətinə dair faktların və ya bu cür fəaliyyət və vəziyyət barədə informasiyanın toplanmasından və qiymətləndirilməsindən ibarət olan və müəyyən edilmiş meyarlar əsasında həmin fəaliyyətə keyfiyyət cəhətdən rəy verəcək səlahiyyətli sərbəst şəxs tərəfindən həyata keçirilən fəaliyyət növüdür. Deməli, audit dedikdə, maliyyə hesabatının müstəqil yoxlanması və bu barədə fikir ifadə olunması başa düşülür. Auditin kifayət qədər böyük tarixi var və müxtəlif tərcümələrdə “o dinləyir” və ya “dinləyici” mənalarını verir.
Azurit
Azurit Cu2[(OH)2 | CO3] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – intensiv lacivərdi-göydən tünd-göyədək; torpaqvari kütlələri mavidir; Mineralın cizgisinin rəngi – mavi, göy; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffafdan işıqkeçirənədək; Sıxlıq – 3,77-3,83; Sərtlik – 3,5- 4,0; Kövrəkdir; Ayrılma – {011} üzrə mükəmməl, {100} üzrə orta; Sınıqlar – qeyri-hamar, pilləli; Morfologiya – kristallar: kiçikdir; yaxşı ifadə olunmuş sütun- və lövhəvari həbəoxşar, nisbətən az hallarda qısaprizmatik, bəzən izometrik, çox zaman əyriüzlü; Mineral aqreqatları: torpaqvari (mis göylüyü), böyrək- və salxımvarı, radial-şüalı kütlələr, qabıqlar, qaysaqlar, konkresiyalar, druzalar, fırçalar, malaxit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mis filizi yataqlarının səciyyəvi törəmə mineralı olub, karbonatların iştirak etdiyi şəraitdə ilkin Cu minerallarının oksidləşməsi hesabına əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: malaxit, xalkozin, digenit, kovellin, kuprit, bornit, Fe hidroksidləri və b. Mineralın tapıldığı yerlər: Sumeb (Namibiya); Broken-Xill və Burra (Avstraliya); Kelli, Bisbi (ABŞ); Kopiapo (Çili); Kornuoll, Devonşir, Derbişir (Böyük Britaniya); Cezkazqan (Qazaxıstan); və b. Azərbaycanda hər yerdə kəskin üstünlük təşkil edən malaxitlə sıx assosiasiyada rast gələn azuritin kiçik yığınları Gədəbəy rayonunda müşahidə edilir. == Tətbiqi == Bəzən Cu mənbəyi kimi praktik maraq doğurur. Göy boya alınmasında da istifadə edilir. Mineral-indikator kimi mis filizlərinin axtarışında istifadə olunur.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Cirit
Cirit — at üzərində oynanılan idman növlərindən biridir. At üzərindəki idmançının ciritini rəqibinə dəqiq atmasını, döyüş zamanı özünə və atına hakim olmasını və bu yolla rəqibinə hakim olmağı hədəfləyən qaydaları olan bir idman növüdür. Ümumiyyətlə Qars, Bayburt, Ardahan, Uşak və Ərzurumda oynanılır. == Tarixi == Cirit türklərin Mərkəzi Asiyadan Anadoluya gəlişindən bəri oynadıqları döyüş oyunu olaraq bilinir. Sonrakı dövrlərdə Anadoluda oynanılan və atçılıq idmanı olaraq da bilinən cirit, nəsildən-nəslə ötürülərək mövcudluğunu bu gün də davam etdirir. Alp Arslan dövründə Anadoluda oynanılan bu idman növü, Şərqi və Orta Anadolunun fərqli bölgələrində daha çox yayılmışdır. XI–XVI əsrlərdə Anadoluda döyüşü oyunu kimi oynanılan cirit, sonrakı dövrlərdə, xüsusilə XIX əsrdə Osmanlı imperiyası sarayında ən böyük əyləncə idman növü idi. Müsabakalarda yaşanan hayati Yarışmalardakı həyati təhlükə səbəbiylə bu oyun II Mahmut dövründə qadağan edildi və daha sonra Anadoluda yenidən nümayiş oyunu olaraq oynanılmağa başlandı. Türkiyədəki cirit idmanına bugünkü dövrdə maraq Şərqi Anadolu bölgəsində yaşayan insanların daha sıx maraq göstərdiyi görülür. İlk Atçılıq İdman klubu 1957-ci ildə bu bölgədə Ərzurumda quruldu.
Dunit
Dunit — demək olar ki, təmamilə olivindən (>90%) ibarət, olivinitlər – dunit ailəsindən olan tam kristallik ultraəsasi dərinlik süxuru. == Haqqında == Tərkibində adətən 3–12% fayalit komponenti olur. Aksessor minerallardan yüksəkxromlu idiomorf xrom-şpinelid (5%-dək) iştirak edir. Adətən qismən serpentinləşmiş olur. Panidiomorf dənəvər, serpentinləşmiş növü isə ilgəkvari quruluşda olur. Qırışıqlıq əyalətlərdə dunit – qarsburkit və dunit – piroksinit-qabbro komplekslərində, qədim platformalarda isə təbəqələşmiş intruzivlərdə və həlqəvi qələvi-ultraəsasi komplekslərdə yayılmışdır. Növ müxtəlifliyi: tərkibinə görə – hortonolitli, qranatlı, xromitli, enstatitli dunit, ferrodunit; əmələgəlmə şəraitlərinə görə – törəmə dunitlər. == Həmçinin bax == Olivin Süxur Aksessor minerallar == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006.
Furiy
Furiy (fr. Fourilles) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Şantel kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03116. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 207 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 122 nəfər (15-64 yaş) arasında 83 nəfər iqtisadi fəal, 39 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 68.0%, 1999-cu ildə 73.1%). Fəal olan 83 nəfərdən 74 nəfər (41 kişi və 33 qadın) işləyir, 9 nəfər işsizdir (4 kişi və 5 qadın). 39 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 21 nəfər - təqaüdçü, 11nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.