Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tütünün Becərilməsi (1967)
== Məzmun == Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Məzarınıza tüpürüm (film, 2010)
Məzarınıza tüpürüm (ing. I Spit on Your Grave) Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının Günü" (və yaxud "Məzarınıza tüpürəcəyəm") filminin remekidir. Filmin ABŞ-də premyerası 2010-cu ildə baş tutub. == Məzmun == Cennifer Hills adlı gənc yazıçı xanım yazacağı yeni roman üçün başqa şəhərə gələrək burada bir ev kirayə tutur. Sakit çayın kənarındakı bu evdə işini görməyi planlaşdıran Cennifer burada başına gələcəklərdən xəbərsizdir. Hər şeyin qaydasında getdiyi bir vaxt gecə Cenniferin evinə bir neçə oğlan gəlir. Bu oğlanlar onun bura təzə gəldiyi vaxt yanacaqdoldurma məntəqəsində gördüyü həmin oğlanlardır. Əylənmək istəyən oğlanlar bu gənc xanımla amansız rəftar edərək ona fiziki, mənəvi və cinsi zorakılılar edirlər. İşləri qurtardıqdan sonra onu aradan götürməyə qərar verən oğlanlar onu öldürmək istəyirlər.
Tütünün becərilməsi (film, 1967)
== Məzmun == Kinolent tütünün Azərbaycanda təsərrüfat sahələrindən birinə çevrilməsindən, iqtisadiyyatda müəyyən yer tutmasından, respublikamızda tütünçülüyün inkişafından, onun qabaqcıl üsullarla becərilməsindən və istehsalından söhbət açır. == Film haqqında == Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Əli Musayev Ssenari müəllifi: Fərman Kərimzadə, Əjdər İsmayılov Operator: Mehman Dadaşov Səs operatoru: Şamil Kərimov == Sponsor == Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170–179.
Turun Palloseura FK
TPS — Finlandiyanın futbol klubu. == Tarixi == == Avropa kuboklarında iştirak == 10 dəfə Avropa kuboklarında iştirak edib.
Məzarınıza tüpürüm 2 (film, 2013)
Məzarınıza tüpürüm 2 (ing. I Spit on Your Grave 2) — Amerika istehsalı olan kriminal/triller janrlı filmdir. Bu film 1978-ci ildə nümayiş olunan "Qadının günü (və yaxud "Məzarınıza tüpürüm") filminin motivləri əsasındadır və eyni zamanda 2010-cu ildə nümayiş olunmuş "Məzarınıza tüpürüm" filminin davamıdır. == Məzmun == Keyt model olmaq niyyətindədir. Bunun üçün fotosessiyalar, müsahibələr və s. kimi yerlərdə olmağa çalışır. Gələcək üçün çoxlu xəyalları var. Lakin həyatda heçdə hər şey insanın istədiyi kimi olmur. Xüsusəndə bəzi vəhşi insanların yaşadığı dünyada yaşayırsınızsa. Bir gün Keyt firmanın təyin etdiyi bir iş üçün deyilən yerə çəkilişlər üçün gedir.