Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Faqot
FAQÓT (it. fagotto, alm. Fagott‎, fr. basson, ing. bassoon) - konusvari kanalı və ikiqat qamış dilçəyi olan, nəfəsli musiqi aləti. Faqot ağcaqayından düzəldilir. Faqotun konusvari gövdəsi ikiqat əyilmiş uzun boru formasındadır. Faqot isə XVI əsrdə İtaliyada quraşdırılmışdır, orkestrdə XVII əsrin sonlarından tətbiq edilir, XVIII əsrdən orkestrlərdə daimi istifadə olunur. == Xarici keçidlər == Faqotun iştirakı ilə əsərlər. Faqota həsr olunmuş sayt.
Laqos
Laqos — Nigeriyanın ən böyük şəhəri. 1991-ci ilin dekabr ayınadək ölkənin paytaxtı olmuşdur. Əhalisi 7 937 932 nəfər (2006), sahəsi 999,6 km²-dir.
Tanos
Tanos (ing. Thanos) – Marvel Comics nəşriyyatı tərəfindən 1973-cü ildə yaradılmış komiks personajı. Maykl Fredrix və Cim Starlin tərəfindən yaradılmış və ilk dəfə "Iron Man" komiksinin 55-ci sayında peyda olmuşdur. Məsləhətçinin oğlu, Starfoksun qardaşıdır. Personaj ilk dəfə "Qisasçılar" filmində Deymon Puate tərəfindən canlandırılmışdır. "Qalaktika Mühafizəçiləri" (2014), "Qisasçılar: Altron dövrü" (2015), "Qisasçılar: Sonsuzluq savaşı" və adsız Qisasçılar sikvelində Coş Brolin tərəfindən canlandırılmışdır. Bunlardan əlavə, Tanos bir çox videooyun və teleserialda görünmüşdür. Tanos IGN-in "Ən yaxşı 100 komiks supercinayətkarı" siyahısında 47-ci yerdə, Wizard-ın "Ən yaxşı supercinayətkarlar" siyahısında 22-ci yerdə, "Complex" jurnalının "Ən yaxşı 25 komiks supercinayətkarı" siyahısında 21-ci yerdə göstərilmişdir. == Yaradılması == Yazıçı-rəssam Cim Starlin Tanos personajını hələ kollecdə psixologiya oxuyarkən fikirləşmişdir. O, personajın görünüşü üçün Cek Körbinin Darksayd personajından ilhamlandığını etiraf etmişdir.
Tarot
Tarot — orta əsrlərdə yaranan 78 kartdan ibarət oyun dəstəsidir. Psixoloji dəstək məqsədləri üçün istifadə olunmağa başlansa da, kəhanət və falçılıqla bu günə qədər gəlib çatmışdır. Ənənəvi olaraq Tarot 22 böyük arkana və 56 kiçik arkana kartlarından ibarətdir.Kiçik arkana kartları klassik iskambil kartlarının (oyun kartları) ilkin variantıdır. == Etimologiyası == Tarot sözü ilk dəfə 1500-cü illərdə italyan dilində "tarocchi" və fransızca "taraux" olaraq rastlanılıb. Sözün mənşəyinin ərəbcə "tarh" (toplama, qoymaq, getmək) sözünə dayandığına inanılır.İlk zamanlarda bu kartlar Tarocchini kimi kart oyunları oynamaq üçün istifadə edilən oyun kartları idi. İtalyan köklərindən Tarot kartları Avropanın çox hissəsinə yayıldı və Alman Grosstarok,Fransız tarot, Avstriya Königrufen kimi modern oyunlar ailəsinə çevrildi .18-ci əsrin sonlarında fransız okkultistləri öz tarixləri və mənaları ilə bağlı mürəkkəb lakin əsassız iddialar irəli sürdülər ki bu da tarot kartlarının oxunması yolu ilə kəhanəttə istifadə üçün oraya çıxmasına yol açdı.
Txqot
Tamaşa (Txqot) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tuğqut kəndi dağətəyi ərazidədir. Kəndin adı keçən əsrin əvvəllərində ermənilər tərəfindən təhrif olunaraq Txqot kimi rəsmiləşdirilmişdi. Müstəqillik illərində kəndin əsl adı özünə qaytarılmışdır. Oykonim tuğ (etn.) və qut (İran dillərində "qala") komponentlərindən düzəlib, "tuğ qalası" mənasındadır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Tamaşa kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır.
Oryak-Laqast
Oryak-Laqast (fr. Auriac-Lagast, oks. Auriac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Kassan-Beqone kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12015. Kommuna təxminən Parisdən 530 km cənubda, Tuluza şəhərindən 110 km şimal-şərqdə, Rodezdən isə 23 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 256 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 148 nəfər arasında (15–64 yaş arasında) 100 nəfər iqtisadi fəal, 48 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 67,6%, 1999-cu ildə bu 67,7%).
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.
Laqos ştatı
Laqos ştatı (ing. Lagos State) — Nigeriya Cənub-qərb geosiyasi zonasında ştat. Şimalda və şərqdə Oqun ştatı ilə, qərdə isə Benin ilə həmsərhəddir. Cənubda Atlantik okeanın tərəfindən sulanır. == Adı == Laqos Portuqallılar gələn vaxtından bəri qəbul olunmuş addır. Ondan əvvəl, Eko adı işlənilirdi. Bu əvvəlki ad əsasən Laqos adasına aid olaraq istifadə olunurdu. Ekonun ilk sakinləri Avori tayfası idi. Avori ovçuları və balıqçıları İfedən sahil tərəfi köçüblər. Eko sözü bini dilindəki hərbi düşərgə sözündən gəlir.
Rabindranat Taqor
Rabindranat Taqor (benq. রবীন্দ্রনাথ ঠাকুর, Robindranatx Thakur, ing. Rabindranath Tagore; 7 may 1861[…], Kəlkətə[…] – 7 avqust 1941[…], Kəlkətə, Britaniya Hindistanı[…]) — hind yazıçı, şair, bəstəkar, rəssam və ictimai xadimi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1913). Əsərlərini benqalca yazmışdır. Hindistan və Banqladeşin himnlərinin müəllifidir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Benqal şairi, dramaturq, rəssam, bəstəkar və filosof, Hindistan və Banqladeşin milli himnlərinin müəllifi, Asiya qitəsinin ilk Nobel mükafatı laureatı Rabindranat Taqor Kəlküttədə yaşayan zəngin brahman ailəsinin 14-cü uşağı idi. 14 yaşında anasını itirdikdən sonra tənha və qapalı həyat sürməyə başlamışdı. İlk şeirlərini kiçik uşaq ikən - səkkiz yaşında yazmışdı. Ev şəraitində, Kəlküttədəki Şərq seminariyasında və Benqal Akademiyasında təhsil almışdı.
Rikardo Laqos
Rikardo Froilan Laqos Eskobar (isp. Ricardo Froilán Lagos Escobar; 2 mart 1938, Santyaqo) — vəkil, iqtisadiyyatçı və 2000–2006-cı illərdə Çili prezidenti. Rikardo ABŞ-nin Laqos ştatında yerləşən Braun Universitetində siyasət və iqtisadiyyat dərsləri keçir. Həmçinin Madrid Klubunun keçmiş prezidentidir.
Tanos Mikruçikos
Tanos Mikruçikos (13 aprel 1947, Patras Yunanıstan — 28 dekabr 2019, Afina, Yunanıstan) — bəstəkar və siyasətçi. == Həyatı == Tanos Mikruçikos 13 aprel 1947-ci ildə Yunanıstanın Patras şəhərində anadan olmuşdur. 1994-1996-cı illərdə Mədəniyyət Naziri vəzifəsini icra etmişdir. Haris Alexiou'nun ifa etdiyi Mia Pista Apo Fosforo (ΜΙΑ ΠΙΣΤΑ ΑΠΟ ΦΩΣΦΟΡΟ) adlı mahnının bəstəkarıdır. Bu mahnı Azərbaycanın Xalq Artisti Aygün Kazımova tərəfindən şairə Xanım İsmayılqızının sözlərinə Vətən anadır olaraq səsləndirilmişdir.
Arjeles-Qazost (rayon)
Arjeles-Qazost (fr. Argelès-Gazost) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Pireney. Suprefektura — Arjeles-Qazost. Rayon əhalisi 2006-cı ildə 39 595 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəfər / km². Rayon ərazisi — 1,300 km².
Nicholas D'Agosto
Nicholas D'Agosto (1980-ci il, 17 aprel tarixində dünyaya gəlib) Amerikalı aktyordur. O, Final Destination 5 'dakı xilaskar və Heroes'dakı rolları ile tanınır. 2013'cü ildən etibarən Showtime kanalındakı Masters of Sex serialına çəkilməyə başlayır.
Aqos (qəzet)
Aqos — Həftəlik nəşr olunan Türkiyə erməniləri üçün nəzərdə tutulmuş qəzet. Qəzet İstanbulda yaşayan erməni yazarlar tərəfindən yaradılmışdır. Hrant Dink, Luiz Bakar, Haratyun Şeşetyan 1996-cı ildə qəzetin ilk sayını çap etdirmişdilər. Hrant Dink 19 yanvar 2007-ci ildə qəzet binasının qarşısında ödürülməsi, nəticəsində qəzetin şöhrəti artmışdır. Uzun müddət Türkiyə televiziya kanallarında və digər mətbuat orqanlarında Aqos haqqında məqalə və repartajların hazırlanması ilə qəzetin tirajı 5 minə yüksəlmişdir. Hrant Dink ölümündən sonra, baş redaktor vəzifəsini Etyen Mahçupyan tutmuşdur. 2010-cu ildən etibarən isə qəzetin baş redaktoru Rober Kopdaşdır. Qəzet həftədə bir dəfə nəşr edilir. Ümumi səhifə sayı 24-dür. Bu səhifələrdən 4 səhifəsi ermənicə, qalan 20 səhifə isə türkcə nəşr edilir.
Məsihin Katedral Kilsəsi, Laqos
Məsih Marina Katedral Kilsəsi, Laqos şəhəri, Nigeriyadakı Anqlikan kilsəsidir.. == Tarixi == İlk kafedral binanın təməl daşı 29 mart 1867-ci ildə qoyulmuş, kafedralın təməli isə 1869-cu ildə tamamlanmışdır. Memar Baqan Benjamin tərəfindən layihələndirilmiş binanın tikintisinə 1 noyabr 1924-cü ildə başlanılıb.. Katedralın tikintisi 1946-cı ildə tamamlanmışdır. 1976-cı ildə İngiltərə kilsəsinin ilk Afrikalı yepiskopu olmuş, keçmiş yorubalı qul olan Möhtərəm Samuel Ajayi Krouterin qalıqları kafedrala köçürülmüşdü. Kenotaf onun abidəsi kimi ucaldılıb.. Məsih Katedrali Nigeriya kilsəsindəki ən qədim Anqlikan kafedralıdır. Tarixin müxtəlif dövrlərində kafedral Qərbi Afrika əyalətinin Arxiyepiskopunun, bütün Nigeriyanın Arxiyepiskopunun və primatının iqamətgahı və Lagos kilsəsi vilayətinin Arxiyepiskopunun iqamətgahı idi. Hal-hazırda Laqos yepiskopunun iqamətgahıdır.