Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tanuja
Tanuja Samart (23 sentyabr 1943, Bombey, Britaniya Hindistanı), Tanuja kimi tanınan – hind kinoaktrisasıdır. 23 sentyabr 1943–cü ildə Hindistanda aktrisa Şobna Samart və prodüser Kumarsen Samartın ailəsində dünyaya gəlmişdir. Aktyor Şomu Mukerci ilə evli olmuşdur. Cütlüyün iki qız övladı dünyaya gəlmişdir. Böyük qızı məşhur hind aktrisası Kacol, kiçik qızı aktrisa Tanişadır. Memdidi (1961), Chand Aur Suraj (1965), Baharen Phir Bhi Aayengi (1966), Jewel Thief (1967), Nai Roshni (1967), Jeene Ki Raah (1969), Haathi Mere Saathi (1971), Anubhav (1971), Mere Jeevan Saathi (1972) və Do Chor (1972) filmlərindəki rolları ilə tanınmışdır.
Kakutsa Çolakaşvili
Kakutsa Çolokaşvili (gürcücə: ქაიხოსრო [ქაქუცა] ჩოლოყაშვილი, d. 14 iyul 1888 - ö. 27 iyun 1930) — gürcü hərbi xadimi və Gürcüstandakı antisovet üsyanının komandanı. Gürcüstanın milli qəhrəmanı olaraq qəbul edilir. Zadəgan ailəsindən çıxan Çolokaşvili Birinci Dünya müharibəsi zamanı Rusiya imperiyası ordusunda rütbəli zabit idi. 1917-ci il Rus inqilabından sonra Gürcüstan Demokratik Respublikasının ordusuna qoşuldu. Respublikanın 1921-ci ildə Sovet işğalı ilə süqut etməsindən sonra Çolakaşvili bir qrup tərəfdarı ilə dağlara çəkildi və Kaxetiya əyalətində Sovet hökumətinə qarşı gerilla kompaniyası yürütdü. Çolakaşvilinin ən böyük üsyan qrupuna rəhbərliyi 1924-cü ildə uğursuz olduqdan sonra Fransaya qaçdı. Elə orada da vərəm xəstəliyindən vəfat etdi. Nəşi 2005-ci ildə dəfn edildiyi Paris yaxınlığındakı Leuville məzarlığından çıxarılaraq Gürcüstana gətirildi və Tiflis şəhəri yaxınlığındakı Mtatsminda panteonunda dəfn edildi.
Kakutsa Çolokaşvili

Tanişa Mukherci
Tanişa Mukherci (1 yanvar 1978)— hind aktrisası və modeli. == Həyatı == Aktrisa, produserdir. 1 yanvar 1978-ci ildə Mumbay şəhərində anadan olmuşdur. Bacısı tanınmış aktrisa Kacol Mukhercidir. Tanişa– hind kanallarının birində televiziya proqramının aparıcısıdır. Subaydır.