Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
UNIVAC
UNIVAC ( Universal Avtomatik Kompüter ) ing. Universal Automatic Computer Eckert-Mauchly Kompüter Korporasiyasının məhsulları ilə başlayan elektron rəqəmsal saxlanan proqramlı kompüterlər xətti idi. Daha sonra bu ad Remington Rand şirkətinin bölməsinə və onun davamçısı təşkilatlara şamil edildi. Eckert-Mauchly Kompüter Korporasiyası tərəfindən qurulan BINAC kommersiya məqsədli ilk ümumi təyinatlı kompüter idi, lakin bu , uğur qazanmadı. Sonuncu UNIVAC nişanlı kompüter 1986-cı ildə istehsal edilmişdir.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Biva
Biva gölü — Yaponiyanın ən böyük şirin sulu gölü. Biva (musiqi aləti) — Yapon musiqi aləti.
Biva gölü
Biva gölü (lat. 琵琶湖, əvvəllər isə Omi gölü — Yaponiyanın ən böyük şirin sulu gölüdür. Göl Honşu adasının mərkəzində Şiqa prefekturası ərazisində yerləşir. Yaponiyanın keçmiş paytaxtı olan Kiotodan şimal-şərqdə qərarlaşır. Paytaxtın yaxınlığında yerləşməsi onun yapon ədəbiyyatında təcəssümünə səbəb olmuşdur. Gölə çoxlu sayda şeyrlər qoşulmuşdur. Sahillərində çoxlu sayda döyüşlər baş vermişdir. == Ümumi məlumat == Gölə ümumilikdə 400 kiçik tökülür. Göldən isə yalnız bir, Edo çayı axır. Gölün hövzəsinin sahəsi 3174 km², uzunluğu 63,49 km, eni 22,8 km, sahəsi 670,4 km², maksimal dərinliyi 103,58 m, su həcmi 27,5 км³, sahil xəttinin uzunluğu 235,2 km və dəniz səviyyəsindən hündürlüyü 85,6 m təşkil edir.
Tivat Beynəlxalq Hava Limanı
Tivat Beynəlxalq Hava Limanı (serb. Аеродром Тиват) — Tivat şəhərindən 4 km aralıda yerləşən beynəlxalq hava limanı. Monteneqronun iki beynəlxalq hava limanından biri. Tivat hava limanı İkinci Dünya müharibəsindən sonra hərbi və mülki paraşutçuların hazırlanması məqsədi ilə inşa edilmişdir. 1 may 1957-ci ildə Tivat hava limanı rəsmən açılır. Artıq 15 iyun 1957-ci ildə Belqrad-Tivat—Belqrad reysləri təşkil edilir. 1968-ci ildən etibarən isə bütün Belqrad, Zaqreb və Skopye reysləri DC-3 və İl-14 təyyarələri ilə həyata keçirilir. 1968 - 1971-ci illərdə hava limanında yeni 2500 m × 45 m olan eniş-uçuş zolağı inşa edilir. Modernləşdirilmiş «Tivat» hava limanı rəsmən 25 sentyabr 1971-ci ildə açılır. Hava limanının xarakterinə görə uçuşların 80 %-dən çoxu yay turizm mövsümündə baş tuturdu.