Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uqarit
Uqarit — indiki Suriyada qədim şəhər-dövləti. Dünyada ən qədim partitura Uqaritdə tapılmış gil lövhəsində həkk olunmuşdu.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Vasit
Vasit (ərəb. وَاسِط‎ Wāsiṭ) — İraqın Vasit mühafəzəsində tarixi şəhər.
Üveit
Üveit – gözün orta hissəsinin iltihabıdır: qüzehli qişa, kirpikli cisim (siliar), xorioid və şüşəvarı cisim.
Uvaria triloba
Üçpər azimina (lat. Asimina triloba) — annonakimilər fəsiləsinin asimina cinsinə aid bitki növü. Şimali Amerikadan Florida və Texasa qədər yayılmışdır. 15 m hündürlükdə koldur.Zoğları sıx tüklü,birillikləri çılpaq,qəhvəyi rəngdə,parıldayan,ikiillikləri isə boz,yaxşı gözə çarpan mərciməklərə malikdir.Tumurcuqlar qırmızımtıl-qəhvəyi rəngdə,tüklüdür.Yarpaqları tərs uzunsov-yumurtavari,uzunluğu 12-30 sm,eni 4,5-12 sm,uclardan qısa sivrləşmiş qaidəyə doğru getdikcə yastılaşmış,tamkənarlı,dərivari,xırda nöqtəvari vəzilərə malikdir.Çiçəkləri qəhvəyi və ya qırmızımtıl-qonurdur,1-3 sm uzunluqda,tüklərlə örtülü çiçək saplağı üzərində yerləşir.Çiçəkyanlığı 9 yarpaqcıqdan ibarətdir.Erkəkcikləri spiral şəklində düzülmüşdür.Dişicik 3-15 sərbəst,3-20 yumurtacığa malikdir.Kasa yarpaqları 3 ədəd,yumurtavarı iti,yaşılımtıl və tüklüdür.Ləçəklər enli yumurtavari,ucları dairəvi,arxaya əyilmiş olur.Aprel və may aylarında çiçəkləyir.Meyvəsi ellips formalı,5-7 sm uzunluqda,yaşılımtıl-sarı,sonradan qonurlaşandır.Toxumları 2-2,5 sm uzunluqdadır.Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Şaxtayadavamlıdır,rütubət,işıqsevəndir. Mərdəkan dendrarisində 2001-ci ildə introduksia olunmuşdur.Park və bağlarda çox az rast gəlinir. Yaşıllaşdırmada,tək və qrup əkinlərində istifadə olunur.Tərkibində asitogen,toxumunda insan üçün lazım olan mikroelementlər vardır. Tofiq Məmmədov, "Azərbaycan dendroflorası II cild", Bakı:-"Səda"-2015.
Vakit (qəzet)
"Vakit" və ya "Vəqt" (tatar. وقت — Вакыт) — 1906–1918-ci illərdə Orenburqda tatar dilində çıxmış qəzet. Birinci nömrəsi 1906-ci il 21 fevral tarixində nəşr olunmuşdur. İlk nömrədən 1917-ci ilə qədər baş redaktoru Fatih Kərimi, 9 noyabr 1917-ci ildən son nömrəsinə kimi yazıçı və dramaturq Yarulla Vəli olmuşdur. "Vakit" qəzeti XX əsrin əvvəlindəki tatar mətbuatında görkəmli yer tutan, tatar qəzetləri arasında öndə gedənlərdən biri olmuşdur. O, siyasi məsələlərdə diqqətli və ölçüb-biçilmiş yazan, dini və milli məsələlərdə onu izləyən digər milli qəzetlərə nümunədir. Geniş miqyasda təhsil, dil və ədəbi, mədəni, milli teatr və musiqi sənətinə dəstək verib və dövlət məktəblərinə daxil olmağı ardıcıl olaraq müdafiə etmişdir. O, müsəlmanların milli ticarət və torpaq satın almalarının zəruriliyi haqqında çoxlu yazılar yazmışdır. Məzmununa, texnikasına, dilinə və məqalələrinin tematik genişliyinə görə bütün Rusiyada aparıcı qəzetlərdən biri olan ən hörmətli tatar qəzetidir. "Vakit"in səhifələrində tatar qadınlarının təhsilinə və ailədəki roluna, müsəlmanlar arasında hökm sürən xurafatların tənqidinə mühüm yer verilmişdir.
Vasit (el)
Vasit mühafəzəsi - İraqın 18 mühafəzəsindən biri. Vasit mühafəzəsinin ərazisi 17.153 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 783.614 nəfər, inzibati mərkəzi Kut şəhəridir. Mühafəzanın Bədrə elçəsində kompakt halda türkmanlar məskunlaşıblar.
Vasit mühafazası

Vasit mühafəzası

Vasit mühafəzəsi