Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Romen Qrojan
Romen Qrojan (fr. Romain Grosjean, d. 17 aprel 1986, Cenevrə) — Fransa lisenziyasında yarışan İsveçrə və Fransa yarışçısı, GP2 seriyasının çempionu (2011). 2009-cu ildən 2012-ci ilə kimi Formula 1 pilotu; 2016-ci ildən bəri Haasda çıxış edir. Lotus komandası üçün 10 podium qazanmışdır. == Ümumi informasiya == Evlidir. O və onun həyat yoldaşı Marionun Saşa (2013), Simon (2015) adlı oğulları və Kamilla adlı qızları (2017) var. == İdman karyerası == 2000-ci ildə ilk dəfə avtoidmanında bir çox kartinq müsabiqəsində iştirak edərək özünü sınadı. Qrojan çox tez müxtəlif müsabiqələrdə peloton liderləri ilə bərabər mübarizə apardı. 2001-ci ildə İCA sinfində Fransa çempionluğunu qazanmış, iki il sonra İsveçrə və İtaliyada Formula Reno seriyasındakı 1.6 litrlik sinif yarışlarında iştirak edən formula tipli yarışda debüt etdi.