Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Udabno monastırı
Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir. Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir. Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir.
Damno
Odano Naotake
Odano Naotake (小田野直武, 18 yanvar 1750, Kakunodate[d] – 19 iyun 1780, Kakunodate[d]) – Akita məktəbinin nümayəndəsi olmuş Yaponiya rəssamı və samuray. 1749-cu ildə Kakunodate qəsəbəsində samuray ailəsində doğulmuşdur. Naotake əvvəlcə rəssamlığın Kano məktəbi üzrə biliklərə yiyələnmişdir. 1773-cü ildə Hiraqa Qennay ilə tanış olmuş, ondan Qərb rəssamlığının nəzəriyyələri və texnikaları haqqında biliklər əldə etmişdir. 1773-cü ilin dekabrında metallurgiya öyrənmək üçün Edo şəhərinə köçmüş və Qennayın evində qalmışdır. Naotake tezliklə rəssam kimi məşhurlaşmış və 1774-cü ildə Suqita Qenpakunun "Yeni anatomiya kitabı" əsərini illüstrasiya etmək üçün seçilmişdir. O, Qennayın "Müxtəlif materialların klassifikasiyası" (1763) adlı əsərini illüstrasiya etmiş rəssam So Şisekidən dərslər alaraq Şen Nanpin üslubunda quş və çiçək rəssamlığını öyrənmişdir. Naotakenin əsərləri çiçəklər, quşlar, heyvanlar, fiqurlar, mənzərələr kimi müxtəlif mövzuları əhatə edir və Qərb dünyasının naturalist texnikaları ilə çəkilmişdir. O, Akita məktəbinin tanınmış nümayəndəsi olmuş, Akita daymyosu Satake Şozana rəssamlığı öyrətmiş və 1778-ci ildə onu Edo şəhərinə dəvət etmişdir. Lakin onun bu əlaqələri Qennayın xoşuna gəlməmişdir.
Pol Dano
Pol Frenklin Dano (ing. Paul Franklin Dano; 19 iyun 1984, Harlem, Nyu-York ştatı) — ABŞ aktyoru. Karyerasına Brodvey tamaşalarında çıxışlar edərək başlayıb. 2001-ci ildə çəkilmiş "L.I.E." filmindəki roluna görə "Müstəqil ruh" mükafatına layiq görülüb. 2006-cı ildə rol aldığı "Balaca günəş işığı" filmi ilə geniş tanınma əldə edib. O, Pol Tomas Andersonun rejissorluğu ilə çəkilmiş "Qan töküləcək" filmində əkiz personajları canlandırıb. Bu filmdəki performansına görə aktyor "BAFTA" mükafatına namizəd göstərilib. Pol Dano Nyu-York ştatında yerləşən Nyu-York şəhərində anadan olub. Anası evdar qadın atası isə maliyyə məsləhətçisidir. Aktyorun özündən yaşca kiçik Sara adlı bacısı var.