Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Udabno monastırı
Udabno monastırı (gürc. უდაბნოს მონასტერი) — Keşikçidağ monastır kompleksinə daxil olan tarixi-memarlıq abidəsi. Abidə, David Qareci lavrasının cənub-qərbində, böyük qayanın enişində yerləşir. == Təsviri == Udabno monastırı bir neçə mağara kilsəsindən ibarətdir. Kompleksin əsas tikilisi hündür və geniş zala malik olan Tanrı anası kilsəsidir. Kilsənin şimal tərəfində yerləşən girişi üç tağlı monumental arkada ilə vurğulanmışdır. Kompleksə həm də bir-birinin yanında yerləşən mağara sovmələr daxildir. Udabno mağarasının interyerlərini bəzəyən freskalar silsiləsində ilk dəfə ardıcıllıqla David Qarecinin həyatını əks etdirən səhnələr yer almışdır. Kilsə freskalarının ən alt qatı X əsrin II yarısına aid edilir. Lakin, bu tarix yalnız freskaların tarixinə aid edilməklə, monastırın özünün daha əvvəlki dövrə aid olması qeyd edilir.
Jason Dolley
Ceyson Skot Dolli (5 iyul 1991, Los-Anceles, Kaliforniya) — Amerika aktyoru, müğənnisi, musiqiçisi. Ən məşhur rolu Uğurlar, Çarli! filmindəki Picey Dankan roludur.
Jason Lee
Jason Lee (ing. Jason Lee; 25 aprel 1970) — ABŞ aktyoru, "Oskar" mükafatı laureatı.