Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayti
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.
Uti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Uti kəndi
Uti kəndi (fars. آتی‌کندی‎) və ya Utu kəndi- İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,047 nəfər yaşayır (207 ailə). Aşıq Hüseyn Cavan bu kənddə doğulub.
Uti possidetis
Uti possidetis (mülkiyyətinizdən istifadə edin) — beynəlxalq praktikada inkişaf etmiş prinsip, bu da müstəqillik qazanan yeni dövlətlərin əvvəllər olduğu ərazilərə və sərhədlərə sahib olduqlarını, digər dövlətlər daxilində inzibati vahidlər daxil olmaqla müstəmləkə və ya asılı ərazilər olduqlarını göstərir. Qaydaya görə, əvvəllər yeni yaranmış müstəqil dövlətin ərazisində mövcud olmuş köhnə inzibati sərhəd beynəlxalq sərhədə çevrilir. Bu prinsip müstəqil bir hüquqi prinsip deyil, çünki hüquqi xarakterini yalnız sərhədlərin toxunulmazlığının daha geniş beynəlxalq hüquqi prinsipi daxilində qazanır. Qoşunların irəliləməsi, işğal, ilhaq və s nəticəsində dövlətlərin müəyyən müddətdə mövcud olan və ya mövcud olmuş ərazi vəziyyəti. Bəzi hallarda Uti possidetis «status-kvo» termininə uyğun gəlir, lakin «Status-kvo» daha geniş məna daşıdığı və vəziyyəti bütünü ilə (ictimai- hüquqi və xüsusi-hüquqi münasibətlər və s.) ifadə etdiyi halda, Uti possidetis ərazilərə faktiki sahib olmaya aiddir. Uti possidetis termininin tətbiqi hazırkı vəziyyətin aid olduğu anı dəqiq müəyyən etməyi tələb edir. == Müasir tətbiqetmə praktikası == === Afrika === 21 iyul 1964-cü il tarixində, Qahirədə Afrika Birliyi Təşkilatı çərçivəsində sərhəd mübahisələrinə dair 16 (1) saylı qərar qəbul edildi və iştirakçı dövlətlərin milli müstəqillik əldə etmədən əvvəl mövcud olan müstəmləkə sərhədlərinə hörmət etməyi öhdələrinə götürdüklərini bildirdi. Qətnamə gələcəkdə dövlətlərin müstəmləkələşmədən sonra uti possidetis prinsipinə uyğun olaraq müəyyən edilmiş sərhədləri yalnız qarşılıqlı razılaşma yolu ilə yenidən düzəltmək barədə suallarının olmamasına yönəlmiş bir siyasi bəyanatdır. Afrika qitəsindəki sərhədlərlə bağlı vəziyyət Latın Amerikası qitəsindən daha mürəkkəb olduğundan, hər şeydən əvvəl müstəmləkə sərhədləri metropollar tərəfindən yerli əhalinin mənafelərinə hörmət edilmədən, müxtəlif yaşayış yerlərinin təbii sərhədlərini pozmadan qurulduğundan. uzun müddət inkişaf etmiş tayfalar.
Uti vilayəti
Uti və ya Utik (Qədim yunan mənbələrində "Οτένα", Qədim erməni dilli mənbələrdə "Ուտիք") — Cənubi Qafqazda yerləşmiş tarixi vilayət. Antik və orta əsr mənbələrinin məlumatlarına görə indiki Uti vilayətinin ərazisi müasir Azərbaycan Respublikasının düzənlik Qarabağ zonasından Qazax-Tovuz-Şəmkir zonasınadək olan ərazini və müsir Ermənistan Respublikasının Tavuş və Geğarkunik mərzlərinin bir hissəsini əhatə edirdi. Kür çayının sol sahilində yerləşən tarixi Utik vilayəti cənub-şərqdən Paytakaran, cənubdan Arsak, şimaldan Kambisena, şimal-qərbdən isə Quqark vilayəti ilə sərhədlənirdi; vilayətin qərb hüdudları Albaniyanın İberiya ilə sərhədinə qədər uzanırdı. Tarixçi-armenoloq Robert Hyusenin fikrincə Uti vilayətinin avtoxton sakinləri utilər olmuşlar E.ə. 91-87-ci illərdə Böyük Ermənistan hökmdarı II Tiqranın İberiya və Qafqaz Albaniyasına yürüşləri nəticəsində Qafqaz Albaniyasının Uti, Arsak və Paytakaran əyalətləri, İberiyanın isə sərhədyanı cənub əraziləri Böyük Ermənistanın tərkibinə qatılır. 387-ci ildə Ermənistanın Bizans və Sasani imperiyaları arasında bölünməsindən sonra Qafqaz Albaniyası və İberiyanın tutulmuş ərazilər geri qaytarılır. 551-ci ildə Qafqaz Albaniyasının paytaxtı Kabalaka şəhərindən Uti vilayəti ərazisində yerləşən Partav şəhərinə köçürülür. Paytaxtla birlikdə həmin tarixdə Alban Həvari Kilsəsinin mərkəzi və Albaniya katolikosunun iqamətgahı da Partav şəhərinə köçürülür. 630-cu ildən Partav Mihranilər sülaləsindən olan ilk alban hökmdarı Varaz Qriqorun iqamətgahına çevrilir. == Yerləşməsi və adı == Vilayətin, onun mərkəzi və havarlardan biri olan Uti-Ərəncək ərazisinin adı, Uti vilayətinin əsas sakinləri olan utilərin adından törəmişdir.
Acacia montis-usti
Acacia montis-usti (lat. Acacia montis-usti) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Namibiya üçün endemik növdür.
Senegalia montis-usti
Acacia montis-usti (lat. Acacia montis-usti) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Namibiya üçün endemik növdür.
Usti nad Labem
Usti nad Labem (çex. Ústí nad Labem — Usti na Labe, keç. alm. Aussig an der Elbe‎) — Çexiyanın şimalında, Bilinanın Elbaya, töküldüyü yerdə şəhər. Əhalisi 98.9 min nəfər (2009). Şəhər dörd rayona bölünür: Neştemitse (Neštěmice), Severni-Terasa (Severní Terasa), Strşekov (Střekov) və Sentrum (Centrum). == Tarix == Şəhərin əsası Prjemısl II Ottokar tərəfindən Usti adı ilə əsası qoyulmuşdur. 1473-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Sigizmund şəhəri kurfürst Fridrixə həvalə vermişdi.
Hyui, Dyui və Lui (personajlar)
Hyui, Dyui və Lui (ing. Huey, Dewey, and Louie) — 1937-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajlarıdır. Donaldın bacısı oğlanlarıdırlar. Della dak (Donaldın bacısı) onların anasıdır. Atası isə Deyzi dakın adsız qardaşıdır. Hyui qırmızı, Dyui mavi, Lui isə yaşıl geyinir.
Altı
Altı — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Beşdən sonra, yeddidən əvvəl gəlir. == Ümumi məlumat == Qədim mənbələrdə altı sayı daha çox dünyanın yaradılması ilə bağlı şəkildə özünü göstərməkdədir. "Bibliya"nın verdiyi xəbərə görə, Tanrı dünyanı altı gün içində yaratmış, sonrakı günü isə özü üçün dincəliş günü hesab etmişdir. İran məişətində də Tanrının dünyanı altı gün ərzində yaratmasına inam mövcuddur. Altaylıların bir yaradılış dastanının yaydığı xəbərə görə, Tanrı dünyanı altı günə yaratmış, yeddinci gün isə yuxudan oyanıb yaratdıqlarına tamaşa etməyə başlamışdır[55]. Altı sayı heç bir mənbədə "Kitabi-Dədə Qorqud"da olduğu qədər özünə geniş yer tapmayıbdır. Abidədə deyilir: "Bəzirganlar Bayburanın oğlu üçün bir dəniz qulunu boz ayğır aldılar. Bir ağ tozlu qatı yay aldılar, bir dəxi altı pərli gürz aldılar". Qazan: "- Bəylər!
Asti
Asti — İtaliyanın Pyemont regionunda şəhər.
Axtı
Axtı kəndi (ləzg. Ахцагь , Ахцегь ), Dağıstanda Axtı rayonunun inzibati mərkəzi və "Axtı kənd sovetinin " yaşayış məntəqəsidir. Dağıstanın əsas tarixi və mədəni mərkəzlərindən biridir. == Coğrafiya == Axtı kəndi, Dağıstan Respublikasının cənubunda, Axtıçayın Samurçaya töküldüyü vadidə yerləşib boz daşlardan ibarət dağlarla əhatə olunmuşdur: Qestinkil 2788 m, Uxindağ 1870 m, Şalbuzdağ 4142 m, Yarusadağ 3584 m. Axtı şimaldan Samur silsiləsi, cənub-qərbdə Helmets-Axtın silsiləsi, cənub-şərqdən Şalbuzdağdan uzanan yan silsilələrə bitişir. == İqlim == Axtıda iqlim mülayim kontinentaldır. Günəş və ultrabənövşəyi radiasiyanın artması ilə xarakterizə olunur. Atmosfer təzyiqi demək olar ki, daim 675 mm civə sütunu səviyyəsində saxlayır ki, bu da kəndin yerləşdiyi dəniz səviyyəsindən 1000 m hündürlük üçün normaya uyğundur. Orta illik yağıntının miqdarı 399 mm-dir. Yaz isti, quru, mülayim istilik xarakterikdir.
Ayrı
Başqa — fəlsəfənin əsas kateqoriyalarından biri.. Başqa — Mən olmayan, mənə əks olan, mənim dünyamdan kənarda yerləşən. Başqası da mənim xüsusiyyətlərimə malikdir : mövcuddur, düşünür, hərəkətdə və inkişafdadır. Başqa anlayışı materiyanın cansız hissələrinə də aiddir. == Həmçinin bax == Fəlsəfə Şəxsiyyət Təfəkkür == Ədəbiyyat == Бахтин М. М. К философии поступка // Философия и социология науки и техники. Ежегодник. 1984—1985. М., 1986. Бахтин М. М. Проблемы поэтики Достоевского. 4-е изд.
Aytıs
Aytış və ya Aytıs (qaz. айтыс, qırğ. айтыш, başq. әйтеш) — qazax, qaraqalpaq, qırğız və başqırd poeziyasında akınların mahnı yarışı, şifahi xalq şeirinin geniş yayılmış ənənəvi formalarından biri olmuşdur. Bütün xüsusiyyətləri ilə Azərbaycanda şair və aşıqlarının deyişmələrini xatırladır.Deyişmə – poetik söz qüdrətinə güvənən iki aşığın qarşı-qarşıya dayanaraq birinin digərini məğlub etməsi məqsədi daşıyan şeirləşmə. Bir neçə mühüm mərhələdən ibarət olan aşıq deyişmələrinin sonunda qalib tərəf məğlub tərəfin sazını əlindən almaq hüququna malik olur. Adətən, ya özünə güvənən bir aşıq tanınmış bir saz-söz ustadının üstünə gedərək onu deyişmə meydanına çəkir, ya da məktub göndərərək qarşı tərəfi öz meydanına çağırır. Dirili Qurbaninin Dədə Yediyarla, Tufarqanlı Abbasın Təbriz aşıqları ilə deyişmə meydanına çıxması birinci, Dərbəndli Zərnigarın Abdalgülablı Valehə, Naxçıvanlı Reyhan xanımın Şəmkirli Aşıq Hüseynə deyişmə dəvəti göndərməsi isə ikinci tip deyişmələrə aiddir.
BMTİ
Bakı Müstəqil Televiziya İdarəsi və ya qısaca BMTİ — 1993-cü ilin avqust ayının 16-da Bakı şəhərində fəaliyyət başlamış televiziya kanalı. "Moskva" mehmanxanasının binasından yayımlanırdı. Fəaliyyətə başlamamışdan əvvəl tezliyində " Super Channel " adlı kanal var idi. Telekanalda əsasən şəxsi istehsalı olan verilişlər və xarici filmlər, kliplər efirə çıxırdı. Məşhur verilişlərindən biri "Refren" verilişi idi. 1994-cü ilin may ayında telekanalın fəaliyyəti dayandırılmışdır. Kanalın təsisçisi Mahmud Məmmədov, baş direktoru isə Elşad Quliyev olub.
Byüi
Büi (fr. Buhy) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — . Əhalisi — 293 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 19 km şimalda, Serji belediyyənin 28 km qərbdə yerləşir.
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Qoytı
Qoytı (çeçen. ГӀойтӀа ) kəndi Çeçenistan Respublikasının Urus-Martan rayonunda yerləşir. Qoytı kənd yaşayış məntəqəsinin inzibati mərkəzidir. == Coğrafiya == Kənd Qoyta çayının (Sunjanın sağ qolu) və Sənaye kanalının hər iki sahilində yerləşir. Qroznıdan 12 km cənubda, Qafqaz federal magistral yolundan 7 km cənubda və Urus-Martan şəhərindən 3 km şimal-şərqdə yerləşir. Ən yaxın yaşayış məntəqələri: cənub-qərbdə Urus-Martan, şimal-qərbdə Alxan-Yurt, şimal-şərqdə Qikalo, şərqdə Qədim Ataqi, cənubda Miçurina, Qoyskoye və Alxazurovo. == Tarixi == Kənd haqqında ilk məlumat 1785-ci ildə, Qafqaz müharibəsi tarixində, Şeyx Mənsurun Qoytı kəndindən bir qızla evləndiyi qeyd olunur. 1822-ci ildə Qoytı və Urus-Martan kəndləri polkovnik Qrekov tərəfindən dağıdıldı. 1918-19-cu illərdə Sovet hökumətini dəstəkləyən Taştamir Elderxanovun rəhbərliyi ilə Çeçenistan Xalq Şurası bu kənddə yerləşirdi. Qoytı Şurası, A.Şeripovun komandanlığı ilə Çeçenistan Qırmızı Ordusunu yaratdı.
Çatı
Çatı – tükdən (qıldan — əsasən keçi qılından) hörülmüş və ya toxunmuş qalın kəndir. Çatıdan heyvanları bağlamaq, şələ, səhəng götürmək üçün istifadə edilərdi. Heyvandarlıqda istifadə etmək üçün üç-dörd, şələ və səhəng götürmək üçün beş-yeddi tağdan toxunur. Çatı toxunduqdan sonra hər iki ucuna yundan toxunmuş rəngli qotazlar tikilir. Çatı əsasən keçi tükündən (qəzilindən) hazırlanır. Çünki yuna nisbətdə keçi tükü daha dözümlü olur. Çatının uzunluğu iki metrə qədər olur.
Altı yüz altmış altı
Vəhşi heyvanın rəqəmi, həmçinin heyvan rəqəmi, iblis rəqəmi və ya vəhşi heyvana məxsus say (q.yun. Ἀριθμὸς τοῦ θηρίου, Arithmós toû thēríou) — Vəhy Kitabının 13-cü fəsli, 18-ci ayəsində Vəhşi heyvan əlaqələndirilən rəqəm. Əhdi-cədidin əksər əlyazmalarında və Bibliyanın tərcümələrində vəhşi heyvanın rəqəmi altı yüz altmış altı və ya "χξϛ" (yunan rəqəmlərində "χ" 600, "ξ" 60 və "ϛ" 6-nı təmsil edir) təşkil edir. Vəhy Kitabının qorunub saxlanmış ən qədim əlyazması olan 115-ci papirus, eləcə də "Codex Ephraemi Rescriptus" kimi digər qədim mənbələrdə vəhşi heyvanın rəqəmi "χιϛ" və ya "χιϲ", yəni ərəb rəqəmləri ilə 616 (χιϛ) kimi verilmişdir. Yunanca mətnin "Novum Testamentum Graece" kimi tənqidi nəşrləri variant kimi "χιϛ"ni qeyd edir. == İnterpretasiya == Korneli Tasitin qeydləri və sonrakı dövrün xristian ənənəsinə görə, Neron 64-cü ildə şəhərin bir hissəsini məhv edən və Roma əhalisini iqtisadi cəhətdən çökdürən Böyük Roma yanğınına görə xristianları günahlandırmışdır. Entoni A. Barrett yazmışdır ki ki, "böyük arxeoloji səylər son vaxtlar yanğın üçün yeni dəlillər ortaya çıxarıb, lakin onu kimin başlatdığını göstərə bilmir". Tasitin "Annallar"ında qeyd edilmişdir: Tasitin bu qeydləri Neronun Böyük Roma yanğınına görə xristianları günahlandırmasını təsdiqləyən yeganə müstəqil dəlildir və ümumiyyətlə həqiqəti əks etdirdiyinə inanılır. Tasitin müasiri olmuş Svetoni müəllifi olduğu Neronun bioqrafiyasının XVI fəslində yazmışdır ki, "yeni və şeytani xurafata inananların sinfi olan xristianlara cəza verilmişdir". Buna baxmayaraq, o, cəzanın səbəbini göstərməmişdir.
Amor fati
Amor fati — latınca tale sevgisi və ya birinin taleyinə duyduğu sevgi kimi tərcümə olunan ifadə. Bu ifadənin özündə ehtiva etdiyi yanaşma tərzinə əsasən həyatda insanın başına gələn hər bir şey, hətta iztirab və itki belə mühüm əhəmiyyət daşıyır. Amor fati Nitsşenin ədəbi təkrarlanma adı verilən konsepsiyası ilə bağlıdır. Onun fikrincə, hər şey sonsuz bir zaman müddətində sonsuz sayda yenidən təkrarlanır. Buradan da o, özünə ucsuz-bucaqsız zaman ərzində eyni həyatı olduğu kimi təkrar-təkrar yenidən yaşamaq arzusunu aşılayır (...bu əbədi təsdiqlənmədən və damğadan başqa heç nəyi belə atəşli dərəcədə arzulamamaq). == Nitsşe == Amor fati konsepsiyası Epiktetin adı, eləcə də Mark Avrelinin yazıları ilə (o, latınca yox, yunanca yazdığından yazılarında bu sözləri işlətməmişdi) əlaqələndirilsə də, ən geniş ifadəsini Nitsşedə tapdı. Tale sevgisi onun fəlsəfəsinin mərkəzində yer alırdı. O, "Ecce Homo" əsərinin "Niyə belə ağıllıyam?" adlı 10-cu hissəsində belə yazır: Bu ifadəyə Nitsşenin başqa əsərlərində də rast gəlinir. "Şən elm" əsərinin 276-cı hissəsində o, həyata olan ümumi münasibətini belə ifadə edir: Nitsşe "hə" deyən ifadəsini hər hansı siyasi və ya sosial vəziyyətlə bağlı işlətmir. O, burada xoşagəlməz reallığı qəbul edə bilən insana istinad edir.
Ansu Fati
Anssumane Fati Viyera — (isp. Anssumane Fati Vieira; 31 oktyabr 2002, Bisau) — La Liqa təmsilçilərindən olan Barselona klubunun hücumçu kimi çıxış edən peşəkar İspaniya futbolçusudur. == Erkən illər və şəxsi həyat == Bissauda anadan olan Fati, altı yaşında böyük qardaşı Braimanın Sevilla ilə müqavilə bağladıqdan sonra, ailəsi ilə birlikdə Herrera'ya köçdü.
Asti əyaləti
Asti əyaləti — İtaliyanın Pyemont regionunda əyalət.
Aymi Kunitake
Aymi Kunitake (d. 10 yanvar 1997) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Ayçi prefekturası
Ayçi prefekturası — Yaponiyanın Çubu regionunda, Honşu adalarının mərkəzi hissəsində prefektura. Ərazisi 5 164 kvadrat kilometr, əhalisi 7 415 000 nəfərdir. Mərkəzi Naqoya şəhəridir.