Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Boris Ukaçin
Boris Ukaçinoviç Ukaçin (rus. Борис Укачинович Укачин;18 fevral 1936 – 25 dekabr 2003) — Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi, SSRİ Yazıçılar Brliyinin üzvü (1964), Rusiya Federasiyası Əməkdar Mədəniyyət işçisi (1993) == Həyatı == Boris Ukaçin 18 fevral 1936-cı ildə Oyrot Muxtar Vilayətinin (indiki Altay Respublikasının) Onqudaysk rayonunun Kayarlık aulunda çoban ailəsində doğulmuşdur. O, orta məktəbi 1956-cı ildə doğulduğu aulda bitirmişdir. Lakin ailə yoxsul olduğundan tez-tez təhsilini yarımçıq buraxmağa məcbur olmuş, kolxoz və digər təsərrüfat işlərində anasına kömək etmişdir. Uzaq Şərqdə hərbi xidmət keçmişdir. “Yollarda” adlanan ilk şeir toplusunda əsgər həyatının müxtəlif problemlərini “Əsgər düşüncələri” silsilə yazılarında poetik şəkildə əks etdirmişdir. 1962-1967-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır. O, institutda Fikrət Qoca, Qazimbəy Baqandov, Əhməd Qubanov, Vasili Belov, İqor Şklyarevski, Ruslan Kireyev, Nikolay Rubtsev kimi sonra ədəbiyyat aləmində böyük nüfuz sahibi olmuş yaradıcı şəxsiyyətlərlə birgə oxumuşdur. “Altaydın çolmonı” «Pravda», «Sovetskaya Rossiya», «Sovetskaya kultura», «Literaturnaya qazeta», «Literaturnaya Rossiya» qəzetlərində, «Drujba narodov», «Sibirskiye oqni», «Znamya», «Don», «Avrora», «Smena», «Yunost», «Neva», «Sovetskaya literatura» dərgilərində və radioda jurnalist kimi çalışmışdır. === Vəfatı === 25 dekabr 2003-cü ildə Altay Respublikasının Qorno Altaysk şəhərində vəfat etmişdir.