Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aladin
Aladin – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 30 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Tarixi == Aladin kəndi Dağlıq ərazidədir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərb. ailələr tərəfindən salınmışdır. Şərur r-nunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır.
Ulaşıq
Ulaşıq, Üləşik, Ulya Şeyx — İrəvan əyalətinin, Dərəçiçək nahiyəsində, İrəvan xanlığının, Dərəçiçək mahalıda, İrəvan quberniyasının Yeni Bəyazid qəzasında, Ermənistan SSR, Razdan rayonunda, indiki Ermənistan Respublikası Kotayk mərzində kənd. == Tarixi == Maymax dağının ətəyində, Töykəli kəndi yaxınlığında yerləşirdi. Kənd ötən əsrin 30-cu illərində ləğv edilib. == Əhalisi == Azərbaycanlılar yaşamış kəndin Azərbaycanlı əhalisi 1831-ci ildə 66, 1905-ci ildə 425, 1914-cü ildə 733, 1931-ci ildə 302 nəfər olub. Əhalinin 2 dəfə azalması 1918-1920-ci illər soyqırımının təzahürüdür.
Uqarit
Uqarit — indiki Suriyada qədim şəhər-dövləti. Dünyada ən qədim partitura Uqaritdə tapılmış gil lövhəsində həkk olunmuşdu.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Uacit
Uto ya Uacet — Qədim Misirə aid Nil deltasında yerləşmiş qədim Buto şəhərinin və ümumiyyətlə Aşağı Misirin hökmdarlarının mühafizəkarı gözlüklü ilan - kobra cildində ilahə. Qədim əfsanəyə görə papirusrəngli ilahə İsidaya Horu Setdən xilas edərkən Nilin delta bataqlığında gizlədilməsində ona kömək etmiş və Horu bəsləmişdir. Buna uyğun yunan mfologiyasındakı rəvayət isə Leto ilə bağlıdır. Leto (yun. Λητώ miken yazılarında ra-to) - yunan mifologiyasında titan ilahə, Koy və Febanın qızı, Zevsin Heranın qorxusundan atmış olduğu sevgilisi (arvadı), ekizlərin Apollon və Artemidanın anası. Fironlar öz hakimiyyətlərinin mənbəyini, döyüşlərdə məğlubedilməzliklərini Aşağı Misirin mühafizəçisi Uacetin mərhəmətində görürlərmiş. Bu məqsədlə də Misir hökmdarları onun əksini baş örtüyünün alın hissəsində daşıyarmışlar.
Uldız
Uldız (IV əsr – 412) — Avropa Hun İmperiyasının hökmdarı. == Həyatı == Uldız, Bizansı təzyiq altına almaq məqsədiylə Trakya üzərinə yeridi. Barış istəyən Trakya qubernatoruna "Günəşin batdığı yerə qədər hər yeri zəbt edə bilərəm" deyərək Şərqi Romaya (Bizansa) meydan oxudu. O, 404-409-cu illərdə Bizans üzərinə hücum etdi.Türklərin gücündən çəkinən Bizans, müqavilə bağlayaraq Hunların üstünlüyünü qəbul etdi.Bizans sülh bağlamağa məcbur oldu. Bu dövrdə Hunlar, Orta Avropadan Xəzərin şərqinə qədər uzanan geniş torpaqlara sahib olmuşdular. Dövlətin şərq bölgəsini Qaradonun idarə etdiyi bilinirsə də bu hökmdar haqqında çox məlumat yoxdur. Onun ölümündən sonra, 410-cu ildə hakimiyyətə Qaradon xan keçdi.
Qladio əməliyyatı
Qladio əməliyyatı (it. Operazione Gladio) — İkinci Dünya Müharibəsindən sonra kommunistləri nüfuzdan salmaq və güc strukturlarından sıxışdırmaq üçün NATO-nun gizli əməliyyatının adıdır. Bunun üçün yollardan biri Varşava müqaviləsi ölkələrinin İtaliya və digər Qərbi Avropa ölkələrinə soxulacağı təqdirdə müqavimət göstərmək, təxribat və partizan müharibəsi aparmaq üçün nəzərdə tutulmuş “arxada qalanlar” (ing. stay-behind) adlı hərbiləşdirilmiş təşkilatlar şəbəkəsinin yaradılması idi. Qladio termini İtaliyada yaradılmış təşkilatlara aid edilsə də, bu ad çox vaxt qeyri-rəsmi olaraq Qərbi Avropada onun çərçivəsində yaradılmış bütün təşkilatlar üçün istifadə olunurdu. Qısa Roma qılıncı (lat. gladius) İtaliya təşkilatının simvolu, xarabaçıl isə beynəlxalq simvol idi. MKİ-nin keçmiş direktoru Vilyam Kolbi əməliyyatı “böyük proqram” adlandırıb. Qladio əməliyyatının mövcudluğu bu əməliyyatda iştirak edən ölkələrin hökumətləri tərəfindən rəsmən tanınıb. Eyni zamanda, Amerika hökuməti terrorizmin təşkili ittihamlarını rədd edir.
Qladis Tejeda
Qladis Tejeda (30 sentyabr 1985, Jauja, Peru) — Perulu marafonçu. Qladis Tejeda Perunu 2012 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Qladis Tejeda birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Böyük Britaniyanın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 37 dəqiqə 2 saniyəyə qət edərək 118 marafonçu sırasında 43-cü yeri tutdu. Qladis Tejeda növbəti Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 29 dəqiqə 55 saniyəyə qət edərək 15-ci yeri tutdu.
Ratko Mladiç
Ratko Mladiç (serb. Ратко Младић; 12 mart 1943, Bojanoviçi[d], Bosniya Serb Respublikası) — "Serb qəssabı" ləqəbli general, Serbiya Respublikası Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilən qərargah rəisi (1992–1995). == Həyatı == 12 mart 1942-ci ildə Xorvatiyanın Bojanoviçi kəndində doğulub. 1996-cı ildə Mladiç digər Serbiya rəhbərləri ilə yanaşı Beynəlxalq Haaqa Tribunalı tərəfindən Sarayevonun mühasirəsi zamanı hərbi cinayətlər və soyqırım törətməkdə, eləcə də Srebrenitsa qətliamında ittiham olunmuşdur. Onun həbs edilməsi Serbiyanın Avropa İttifaqına üzv olması üçün əsas şərt kimi irəli sürülmüşdür. Mladiçin yeri haqqında məlumat verməyə görə 10 milyon avro mükafat vəd olunmuşdu. Ratko Mladiç 2011-ci ildə Serbiya xüsusi dövlət təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılmışdır.2017-ci ilin noyabrın 22-də Haaqa məhkəməsinin qərarı ilə Mladiç ömürlük həbs cəzasına məhkum olunmuşdur. Onun digər silahdaşı Karaciç isə 40 il müddətinə azadlıqdan məhrum etmə cəzasına qərar verilmişdi..
Şamil Aladin
Şamil Aladin (d. 12 iyul 1912, Bağçasaray, Rusiya imperiyası – 21 may 1996, Simferopol, Ukrayna) – Krım tatarı olan yazıçı, şair, tərcüməçi və insan haqları aktivisti. Şeirlə başladığı ədəbiyyat həyatına daha sonra nəsr və qurğusal olmayan əsərlərlə davam etmişdir. == Həyatı == Kamil Şamil Aladin 12 iyul 1912-ci ildə Rusiya imperiyasına tabe olan Bağçasarayın Mahuldur adlı tatar kəndində anadan olmuşdur. 21 may 1996-cı ildə Ukraynaya aid olan Simferopolda vəfat etmiş və Simferopoldakı Abdal məzarlığında dəfn edilmişdir. === Təhsili === Baxçasarayda 7 illik təhsil görmüşdür. Ağməsciddə (Simferopol) Pedoqogika Tenxikomunu bitiridkdən sonra, Pedinstitutda təhsil almışdır. 1932-ci ilin sonunda Qırmızı Orduya çağırılmış, Qızıl Kazak Atlılar bölüyündə xidmət etmişdir. == Fəaliyyəti == 1935-ci iıdə Qızıl qazaxın yırları adlı ikinci şer kitabı nəşr edilmişdir. 1937-ci ildə SSRİ Yazıçılar Birliyinə üzv kimi qəbul edilmişdir.
Ladi
Ladi (rus. лади, ing.
Ladı
Ladı - xovsuz xalça növü. Bu texnika da palaz texnikasının bir növü hesab edilə bilər. Lakin bu texnika palaz toxunma texnologiyasında xeyli fərqlənir. Ladının toxunuşu zamanı hər dəfə arğac-ərişlərin arasından müəyyən say əsasında keçirilir. Ladını toxumaq üçün yer hanasından (sadə toxucu dəzgah) istifadə edirlər. Digər xalça növlərindən fərqli olaraq şəddə və xalça məmulatı olan örkən kimi ladı da əvvəllər evdə deyil həyətdə torpağın üstündə yer hanasını üfüqi vəziyyətdə uzatmaqla toxunurdu. Ladının ənənəvi mərkəzləri Qazax və Xızı hesab olunur. Bu gün ladının əsas istehsal mərkəzləri Yardımlının, Lerikin, Astaranın dağ kəndlərində yerləşir. Ladı rəngli arğac sapların müəyyən hesabla ərişdən keçirilməsi yolu ilə hazırlanır. Nəticədə məmulatın daralan və genişlənən naxışlar şəklində bədii xüsusiyyətləri üzə çıxır.
Afrika ulağı
Afrika eşşəyi və ya Afrika ulağı (lat. Equus asinus, bəzən Equus africanus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid heyvan növü. Afrika eşşəyinin vətəni Afrika qitəsidir və bu heyvanların əhliləşdirilməsi insanların təsərrüfat və mədəni həyatında mühüm tarixi əhəmiyyət kəsb etmişdir. == Xüsusiyyətləri == Atdan fərqli olaraq eşşək dırnaqlarının üstünün kələkötür olması və möhkəmliyi ilə fərqlənir. Baxmayaraq ki, sürətli qaçmaq üçün o qədər də əlverişli deyil, onlar daha təhlükəsiz hərəkətə köməklik edir. Bəzən eşşəklərin sürəti 70 km/saat-a çatır. Eşşəklər quru iqlimi olan yerlərdə yaşamağa uyğunlaşıblar. Onların dırnaqları rütübətli Avropa iqliminə pis uyğunlaşır. Ona görə də belə yerlərdə eşşəklərin dırnaqlarına xüsusi qayğı tələb olunur. Eşşəklərin tüklərinin rəngi boz, qəhvəyi və ya qara olur.
Fərid Ulami
Fərid Ulami (7 avqust 1974) — Əlcəzairi təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərid Ulami Əlcəzairi 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 33-cü pillənin sahibi olub.
Marina Vladi
Marina Vladi (fr. Marina Vlady; əsl adı və soyadı — Yekatrina Marina Vladimirovna Polyakova-Baydarova, Katrin Marina de Polyakoff-Baydaroff kimi də məşhurdur (fr. Catherine Marina de Poliakoff-Baïdaroff); doğ. 10 may 1938 — rus əsilli fransa aktrisası və müğənnisi. == Həyatı == Fransanın məşhur teatr və kino aktrisası, müğənni Marina Vladi Parisin və Monte-Karlonun opera artisti Vladimir Polyakov-Baydarovun dörd qızından sonbeşiyidir. Atası Moskva Konservatoriyasını bitirsə də, Birinci Dünya müharibəsi başlayanda könüllü olaraq Fransaya döyüşməyə gedir, çünki dul anasının yeganə oğlu olduğundan ruslar onu cəbhəyə göndərmir. Pilot kimi döyüşlərdə iştirak edən Vladimir şücaətinə görə təltif olunur. Müharibədən sonra Fransada qalır, yaxşı səsi olduğuna görə Paris operasına işə qəbul olunur. Marinanın anası Milisa Envald isə mühacir rus generalının qızıdır, ailələri 1919-cu ildə Belqrada köçüb. Balet aktrisası olan Milisa Belqradda Vladimirlə tanış olur, evlənirlər.
Qafqaz uları
Qafqaz uları (lat. Tetraogallus caucasicus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstü, yanları, yüyəni və boynunun yuxarı hissəsi bozdur. Boynu kürəndir. Gözünün üstü, qulağının və boynunun yanları ağdır. Belində, döşünün qabaq tərəfində və çinədanı üzərində sarı xəttlər vardır. Dimdiyinin əsasında boğazının yanlarına və arxaya doğru tünd-sarı, şabalıdı zolaqlar keçir. Bel hissəsini və quyruğunun üstünü örtən lələklər tünd-bozdur. Dimdiyi açıq-qonurdur.
Uldis Berzinş
Uldis Berzinş (latış. Uldis Bērziņš‎; 17 may 1944, Riqa – 24 mart 2021, Riqa) — latış şair və tərcüməçi. == Həyatı == Uldis Berzinş 1944-cü il may ayının 17-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub. Latviya Universitetində latış filologiyasını öyrənib. İlk şeirlər toplusu 1980-ci ildə işıq üzü görüb. 1968–1971-ci illərdə Leninqrad Universitetinin Şərqşünaslıq kafedrasında türk dilini öyrənib. Moskva Dövlət Universitetinin Şərqşünaslıq və afrikaşünaslıq şöbəsində (fars və türk dilləri) təhsil alıb. Daşkənd Dövlət Universitetində (özbək dili üzrə), Reykyavik Universitetində (island dili üzrə), eləcə də Çexoslovakiyanın, İsveçin və digər ölkələrin universitetlərində oxuyub. Polyak, rus, qədim island, türk, azərbaycan, türkmən, fars, qədim yəhudi, ərəb dillərindən tərcümələr edir, ivriti, tatar və çuvaş dillərini bilir. Berzinş İncilin tərcüməsi məsələlərinə dair Amsterdam açıq universitetində keçirilən beynəlxalq seminarda, Quranın tərcüməsi məsələlərinə dair Lund universitetində təşkil olunan forumda iştirak edib.
Xəzər uları
Xəzər uları (lat. Tetraogallus caspius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstünün və boynunun lələkləri bozdur, boğazı qabaqdan ağdır. Belinin qalan hissəsi boz olub, pas rənginə çalır. Çalma lələkləri ağ, ucları tünd-qonur rəngdədir. Çinədanı, döşünün ön hissəsi maviyə çalan boz rəngdədir, bədəninin yanları kürən tünd rəngdə olub, uzununa zolaqlıdır. Qanadının üst örtük lələkləri dalğavar pas rənglidir. Dimdiyi mavi rəngə çalır. Ayaqları sarımtıl-narıncı, qüzehcəsi tünd-qəhvəyi rəngdədir.
Qurdlar Vadisi: Qladio
Qurdlar Vadisi: Qladio — Qurdlar vadisi teleserialı çərçivəsində qurdlar vadisi pusqu filminin davamı olaraq Pana Film tərəfindən istehsal olunan türk döyüş macəra filmi. 4 iyun 2009-cu ildə elan edilmiş, 20 noyabr 2009-cu ildə buraxılmışdır. Filmin məzmununun Türkiyənin yaxın tarixinə təsir edəcək hadisələr olacağı bildirilib. == Mövzu == Bir dərin dövlət agentinin illərlə xidmət etdiyi qladio ilə hesablaşma hekayəsi. İsgəndər Böyük təqaüddə olan kəşfiyyatçıdır və dərin dövlət naminə çoxsaylı əməliyyatlar həyata keçirib. Qaranlıq keçmişinə görə müttəhim kürsüsünə qoyulduqda, yanında baronun göndərdiyi gənc və təcrübəsiz vəkil Ayşədən başqa heç kim yox idi. Məhkəməsinə göz yumanlarla haqq-hesab çəkməyə qərar verən İsgəndər Böyük bildiyi hər şeyi bir-bir danışmağa başlayır. İsgəndərin qaranlıq keçmişinin səhifələri arasında ölkəni sarsıdacaq faktlar var. Bu şokedici faktların işarə etdiyi yeganə ünvan "Qladio"dur. Onun açıqlamaları ölkədə hər gün yeni gündəm yaratsa da, onun qisas hissi daha da artırdı.
Tosya-Ladik zəlzələsi
Tosya-Ladik zəlzələsi — 1943-cü il noyabrın 27-də baş vermiş zəlzələ. Zəlzələ zamanı 10 mindən artıq ev uçmuş, 7 mindən artıq insan tələf olmuşdur.
Usama Bin Ladin
Üsamə bin Laden (tam adı: Üsamə bin Məhəmməd bin Əvəz bin Laden, ərəb. أسامة بن محمد بن عوض بن لادن‎; 10 mart 1957[…], Ər-Riyad – 2 may 2011[…], Üsamə bin Ladenin Abbottabaddakı kompleksi, Abbottabad, Pakistan) — müxtəlif beynəlxalq təşkilatlar və ölkələr tərəfindən terror təşkilatı olaraq tanınan İslam təşkilatı Əl-Qaidənin qurucularından biri və ilk rəhbəri. 1994-cü ildə vətəndaşlıqdan çıxarılıb apatrid olana qədər Səudiyyə Ərəbistanı vətəndaşı olmuşdur. Üsamə bin Laden "Bin Laden" nəslinin tanınmış nümayəndəsidir. Nəslinin şəcərəsi Yəməndə yaşayan Kinda çarlığına qədər uzanan Üsamə bin Laden Ər-Riyadda anadan olmuşdur. 1979-cu ildə Pakistana üz tutmuş və Əfqanıstanda SSRİ-yə qarşı döyüşən mücahid qüvvələrinə daxil olmuşdur. 1988-ci ildə Əl-Qaidə terror təşkilatını yaradan ən tanınmış şəxslərdən biri olmuşdur. 1992-ci ildə Səudiyyə Ərəbistandan xaric edildi və Sudanda yaşamağa başladı. Amerika Birləşmiş Ştatlarının təzyiqi səbəbi ilə 1996-cı ildə Sudandan Əfqanıstana gedərək burada təşkilatı gücləndirməyə başladı. Körfəz müharibəsində müsəlmanların ən müqəddəs məkanlarından ikisinin mövcud olduğu Səudiyyə Ərəbistanına Amerika döyüşçüləri yeridildiyini görən Üsamə bin Laden bu hərəkətlə İslam dininə təhqir edildiyini və bunun qisasının alınacağını bildirdi.
Ulad-Hədac
Ulad-Hədac (ərəb. أولاد هداج‎, fr. Ouled Hedadj) — Əlcəzairin şimalında, Bumerdes vilayəti ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 30 metr hündürlükdə yerləşir, 10 km2 ərazini əhatə edir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 31 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 18 kilometr qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 30 573 nəfər idi.
Ulad-Musa
Ulad-Musa (ərəb. أولاد موسى‎, fr. Ouled Moussa) — Əlcəzairin şimalında, Bumerdes vilayətinin ərazisində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 117 metr yüksəklikdə yerləşir, sahəsi 29 km2-dir. Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 38 kilometr şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 15 kilometr cənub-qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 45,770 nəfər idi.
Ulad-Səid
Ulad-Səid (ərəb. أولاد السعيد‎) — Əlcəzairin mərkəzi hissəsində, Adrar vilayətində şəhər və kommuna. Timimun dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Bğyük Səhranın şimal-qərbindəki vahələrindən birinin ərazisində, ölkənin paytaxtı Əlcəzairdən təxminən 850 kilometr cənub-cənub-qərbdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 343 metrdir.Ulad-Səid kommunasının sahəsi 650 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı - 19 mm). Orta illik temperatur 24,2-dir °C. Ən soyuq ayın (yanvarda) orta temperaturu 11,9°C, ən isti ayda (iyulda) 36,6°C-dir.
Ulad-Yəiş
Ulad-Yəiş (ərəb. أولاد يعيش‎) — Əlcəzairin şimalında, Blida vilayəti ərazisində şəhər və kommuna. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsində, vilayətin inzibati mərkəzi Blidanın yaxınlığında, dəniz səviyyəsindən 223 metr yüksəklikdə yerləşir. Ulad-Yəiş ölkənin paytaxtı Əlcəzairdən təxminən 30 kilometr cənub-qərbdə yerləşir. == Tarixi == Əlcəzair müstəqillik qazanmazdan əvvəl şəhər Dalmati adlandırılırdı. == Əhalisi == 2008-ci ilin siyahıyaalınmasına əsasən, şəhərdə əhalinin sayı 87,131 nəfər idi.