Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Uluabat gölü
Uluabat gölü, Apolyont gölü və ya Öke gölü — Türkiyənin Bursa ilində, Mustafakamalpaşa ilçəsində yerləşən göl. Cənubi Mərmərə bölgəsində, Bursa şəhər mərkəzindən 34 km uzaqlıqdadır. Sahəsi 13.500 hektardır. Dəniz səviyyəsindən 9 m hündürlükdədir. Mustafakamalpaşa çayı ilə bəslənir və Uluabat dərəsi ilə Susurluq çayına qarışır. Dayaz göldür. == Yaranması == Göl tektonik fəaliyyətlər nəticəsində ortaya çıxmışdır. Göl şimaldan Neogen dövrünə aid alçaq təpələrlə, cənubdan isə Yura dövründən qalma alçaq dağlarla əhatə olunmuşdur. Uluabat gölünün ətrafında Paleozoik dövrə aid qədim süxurlar da vardır. == Xüsusiyyətləri == Gölün orta dərinliyi 2,5 metrdir.
Ulucay Akif
Ulucay Akif oğlu Məmmədov (14 may 1995; Bakı, Azərbaycan) — azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü. == Həyatı == Ulucay Akif 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub.Mərhum şair Akif Səmədin oğludur. == Təhsili == 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Rus dili bölməsində bakalavriat pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə "Publisistik Jurnalistika" ixtisası üzrə magistr təhsili alıb. == Fəaliyyəti == 2013-cü ildən Ulucay Akif imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə fəaliyət göstərən Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan III "Gənc Ədiblər Məktəbi"nin məzunudur.2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Tələbəlik illərindən Ədalət qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib. 2021-ci ildə "Ulduz" jurnalının redaksiya heyətinə üzv seçilib.2021-ci ildə Kulis.az ədəbiyyat və mədəniyyət portalının baş redaktoru təyin olunub.