Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Alet
Alet (Mikena çarı) — yunan mifologiyasında personaj. Alet (Korinf çarı) — yunan mifologiyasında personaj.
Alət
Alət — obyektə təsir etmək üçün əl ilə idarə edilən sadə qurğu, predmet və ya maşın. Onunla obyekt öyrənilir, ölçülür və ya dəyişilir. Geniş mənada obyekti dəyişmək və ya yaratmaq üçün istifadə edilən vasitə. O ancaq əmək aləti olaraq köməkçi vasitə deyil. == Alət anlayışı == "Alət" heç də bütün maşən və qurğular demək deyil. Alət dedikdə əllə istifadə edilə bilən, daşınan və ötürülə bilən qeyri-stasionar qurğular başa düşülür. Təbiətdə alətlərin məqsədli hazırlanması qabiliyyəti insanlarla yanaşı bəzi heyvanlara da aiddir. Hissənin alətlə emalı insan və heyvanın fiziki gücünün istifadəsi və ya maşınların tətbiqi ilə həyata keçirilir. Aləti sərbəst olaraq tətbiq edən maşın və dəzgahlar alət hesab edilmir. Ümumlilkdə alət aşağıdakı hallara xasdır: Dülgərlik işləri (çəkic, yiyə, açar), Presləmə və yayma prosesləri (formalar), Dəzgahlarda tətiq olunan kəsmə əməliyyatları (kəski, frez, burğu) İnformasiya texnologiyasında yeni proqramların yaradılmasında (kompayler, interpreter).
Klet
Klet (təq. 25, Roma – 90-cı illər, Roma, Roma imperiyası) — əsasən Klet adıyla da tanınır, 76-88-ci illər aralığında Papalıq etmişdir. 3-cü Roma Papası olan Klet, papalıq vəzifəsinə Papa Lindən sonra gəlmişdir. Adının mənası Cleteus, Yunancadan "Kimsə" mənasındadır. Sonrakı zamanlarda Klet adını almış və beləcə Papalıq adı bu olmuşdur. == Papalıq dövrü == Papa olması tam dəqiq olmamaqla yanaşı, 76–88-ci illər aralığında davam edən 12 illik fəaliyyəti təxmin edilməkdədir. Papa Klet dövründə, Roma 25 hissəyə bölünmüşdü. Bəzi sənədlərə əsasən, Kletin bu bölgələrdə əhəmiyyətli rütbəsi və söz sahibliyi vardı. Bununla yanaşı, siyasətdə də geri qalmadığı yazılmaqdadır. 88-ci ildə, səbəbi bəlli olmayan bir xəstəliyə tutulması nəticəsində ölmüşdür.
Ələt
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Ulex
Uleks (lat. Ulex) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Hanqiri (alət)
Hanqiri (半切 və ya 飯切), həm də handay (飯台, düyü mizi və ya düyü kasası) – dairəvi, altı düz ağacdan qayrılmış ləyən və ya boçka. Suşi üçün düyü hazırlamanın son mərhələlərində istifadə olunur. Ənənəvi hanqiri sərv ağacından hazırlanır və iki mis lent ilə bağlanır. Hanqiri və şamoci (ağacdan qayrılmış qısa kəfgir) düyünü soslandırmaq və soyutmaq üçün istifadə olunur. Bişdikdən sonra düyü hangiriyə tökülür və orada düyü sirkəsi, şəkər və duzdan hazırlanmış sos ilə qarışdırılır. Qarışdırma əməliyyatı tamamlandığından sonra bir parça fukin ilə əhatə olunur və soyumağa buraxılır.
Kürək (alət)
Bel — dünyada geniş yayılmış kənd təsərrüfatı aləti. Bel aləti tətbiq sahəsindən və coğrafi yerdən, torpağın keyfiyyətindən asılı olaraq müxtəlif forma və quruluşa malik əmək alətlərindəndir. Ən’ənəvi qalaqlı bellər bir qayda olaraq, təpkəncli (bir saplı) düzəldilirdi. Forma etibarilə onlar xış gavahınını xatırladırdı. Bu tip bellər, əsasən, Azərbaycanın düzənlik rayonlarında, xüsusilə bağ-bostan kimi kiçik torpaq sahələrinin bellənməsində və çəltik zəmilərinin əkilib becərilməsində daha çox tətbiq olunurdu. Torpaq layının dərin qatlarını qazıb çevirə bildiyindən yumşaq torpaq sahələrini əkmək üçün «qalaqlı bel» bir növ xış və ya kotanı əvəz edirdi. Belin bu növü «şum beli» adlanır. Şumlama əməliyyatını yaxşı yerinə yetirə bilmək üçün onun qalağının sağ və ya sol küncləri «təpkən» adlanan qulaqcıqla tamamlanırdı. Bellərin zavodda kütləvi istehsal olunduğundan «zavod», yaxud «rus» beli XX əsrdə geniş yayıldı. == Azərbaycan ərazisində bel alətinin növləri == Quba-Xaçmaz bölgəsi əhalisi arasında bel «qazqır bel», «Quba beli», «Dərbənd beli», «ləzgi beli», Şirvanda «Navahı beli», Şəki-Zaqatala bölgəsində «Gülüstan beli», «Qarabağ beli», Naxçıvanda «Şərur beli», «Naxçıvan beli», Lənkəran-Astara bölgəsində «şuxm (şum) beli», «əyri bel», «xiling» və b.
Mikania ulei
Mikania ulei (lat. Mikania ulei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Yeni Ələt
Yeni Ələt — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Zindan (alət)
Zindan və ya qədim qıpçaq türkcəsində Örs — əl ilə sərbəst döymədə pəstah üçün dayaq kimi işlədilən stasionar dəmirçi aləti. Zindanın işlək səthi pardaqlanmış ağır polad tökmə hissədən ibarətdir. Tökmə adətən kötük oturacağa bərkidilir. Cihazqayırmada və saat istehsalında masaya bərkidilmiş kiçik zindanlardan istifadə edilir.
Ülfət (qəzet)
"Ülfət" — Azərbaycan həmkarlar ittifaqlarının rəsmi mətbuat orqanı. "Ülfət" qəzetinin ilk sayı 1991-ci ilin may ayında çap olunub. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müsbət rol oynamışdır. Xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində öz əksini tapır. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin əsas istiqamətlərindən biri sayır. İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Oxuculardan alınan sorğu məktubları hüquqşünaslar və mütəxəssislər tərəfindən cavablandırılıb «Soruşun cavab verək», «Sual-cavab», «Advokat», «Sənin hüquqların» rubrikaları altında dərc edilir. "Ülfət" qəzəti 20 illik fəaliyyəti ərzində oxucularının görüşünə hər dövrün tələblərinə uyğun rubrikalarla gəlmişdir. Qəzetin yazıları əsasən "Cəmiyyət", "Gerçəklik", "Rakurs", "Yaxşılığa doğru", "Gəncliyimiz-gələcəyimiz", "Aktual", "Problem", "Sosial", "İqtisadiyyat", "Gender bərabərliyi", "Beynəlxalq panoram" və s rubrikalar altında hazırlanır.
Ülfət Abbasov
Ülfət Babazadə
Ülfət Badalbəyli
Ülfət İsmayıl qızı Bədəlbəyli (27 dekabr 1939, Bakı – 15 aprel 2020, Bakı) — Azərbaycan ədəbiyyatşünası, Azərbaycanın "Əməkdar müəllim"i, professor (2010), filologiya elmləri doktoru (2005). 1939-cu ildə dekabrın 27-də Bakıda anadan olub 1947–1957-ci illərdə Bakı şəhəri 6 saylı məktəbdə oxuyub 1957–1962-ci illərdə M. F. Axundov adına Rus dili və ədəbiyyatı institutunda təhsil alıb 1962-ci ildən BDU-da Dünya ədəbiyyatı kafedrasında çalışır 1987-ci ildə "Şekspir irsi Azərbaycan ədəbiyyatında" adlı namizədlik dessertasiyası 2004-cü ildən "İngilis İntibahında Şərq motivləri" adlı doktorluq dissertasiyası 2006-cı ildən "Dünya ədəbiyyatı" kafedrasının professor əvəzi vəzifəsini tutur Ülfət Bədəlbəyli 15 aprel 2020-ci ildə vəfat etmişdir. 1994–2005 – "Dünya ədəbiyyatı" kafedrasının dosenti. 1982–1987-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında müəllim. 1987–1994-cü illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında baş müəllim. 1994–2005-ci illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasının dosenti. 2006–2010-cu illərdə BDU-nun Dünya ədəbiyyatı kafedrasında professor əvəzi. 2010-cu ildən BDU-nun Dünya ədəbiyyatı kafedrasının professoru. 2002–2010-cu illərdə ADU-da Elmi Müdafiə Şurasının üzvü olub. 2017-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Elmi Şuranın üzvü.
Ələt FK
Ələt FK — Azərbaycanın Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsini təmsil edən futbol klubudur. Futbol klubu 1997-ci il tarixində "Ələt" adı ilə yaradılmışdır. Ələt Futbol Klubu 1997-ci ildən bəri bir çox Bakı kənd və qəsəbə çempionatlarında iştirak etmiş və yaxşı nəticələr əldə etmişdir. Klubun yaranma tarixi 1996–1997-ci illərə təsadüf edir, ancaq rəsmi olaraq 16 mart 2017-ci il tarixində Ayaz Məmmədzadə tərəfindən təsis edilərək dövlət qeydiyyatından keçirilmişdir. Komandanın yaranmasında Zaur Mehdiyev, Coşqun Qarayev, Xudat İsrafilov, Cəfər Həşimov, Mirağa Zamanov və Zaur Kərimov yaxından iştirak etmişdir. Ələt Futbol Klubunun ənənəvi forması ağ və tünd göydür. Futbol klubunun gənclər bölməsi 4 iyun 2017-ci il tarixində yaradılmışdır. U 10–15 və U 17 yaş qrupları üzrə təlimlər keçirilir. Uşaq futbolunda məşqçi vəzifəsində Xudat İsrafilov fəaliyyət göstərir.
Ələt burnu
Ələt burnu — inzibati cəhətdən Qaradağ rayonu Ələt qəsəbəsi ərazisinə daxildir. Burundan cənub-şərqdə Ələt qəsəbəsi yerləşir. Burun Xəzər dənizinin içərilərinə doğru irəliləmiş formadadır. Onun şərqində Bahar palçıq vulkanı yerləşir. Burnun əmələ gəlməsi vulkanın fəailyyəti ilə bağlıdır. Burundan cənubda Ələt buxtası yerləşir. Ələt burnundan cənubda Gil adası, şərqdə isə Daş adalar qövsü və Xərə Zirə adaları yerləşir.
Ələt buxtası
Ələt buxtası — inzibati cəhətdən Bakı şəhərı Qaradağ rayonun Ələt qəsəbəsi ərazisinə daxildir. Körfəzə yaxın yaşayış məntəqəsi Ələt qəsəbəsidir. Buxtanın daxili hissəsində, sahildən 3,5 km-lik məsafədə Gil adası yerləşir. Ada şimal-şərqdən cənub-qərbə doğru uzanır. Ada yasaqlıq elan edilmişdir bu səbəbdən burada çoxlu sayda su quşları yumurta qoyur. Körfəz iqtisadi baxımdan əlverişli bölgədə yerləşir. Körfəzin sahilindən Ələt-Astara avtomobil yolu, Biləcəri-Ağstafa dəmir yolu keçir. Üstəlik mühüm neft və qaz kəmərlərinə yaxındır. Buxta şimaldan Ələt burnu, cənubdan isə Pirsaat burnu ilə əhatələnir. Ələt buxtasında Ələt burnu ərazisində Ələt dəniz limanı inşa edilmişdir.
Ələt bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ələt qəsəbəsi
Ələt — Bakının Qaradağ rayonunda eyniadlı inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Xəzər dənizi sahilində, düzənlikdədir. Toponim türk-monqol mənşəli oyrat tayfasının ələt qolunun adından yaranmışdır. Etnotoponimdir. Ələt qəsəbəsinin ərazisində XIX əsrin 40–50-ci illərində bir neçə balıqçı evi olmuş, yaxın rayonların dağ kəndlərinin əhalisi heyvanların qışlaması üçün qəsəbənin ərazisindən istifadə etmiş və tədricən orada məskunlaşmışlar. 1881–1884-cü illərdə tikilən Bakı-Tiflis və 1921–1924-cü illərdə tikilən Bakı-İrəvan dəmir yolları Ələt qəsəbəsinin ərazisindən keçir. Ələt qəsəbəsi inzibati ərazi vahidliyi kimi 1935-ci ildə təşkil olunmuş, qəsəbənin ərazisində Bakı-Ələt və Yeni Ələt dəmir yol stansiyaları tikilmiş və balıq vətəgələrinə balıqla yüklənən gəmilərin yan aldığı Ələt-Pristan (Sahil) yaşayış məntəqəsi salınmışdır. Ələt qəsəbəsi 1956-cı ilə qədər Hacıqabul rayonunun tərkibində olmuş, 1956-cı ildən isə Qaradağ rayonunun tərkibindədir. Hazırda Ələt qəsəbəsinin inzibati ərazi vahidliyinə Şıxlar, Kötəl, Baş-Ələt, Ələt-Körpü və Pirsaat 2 yaşayış məntəqələri daxildir. Ərazidə "Ələt Azad İqtisadi Zonası" yerləşdir.
Ələt silsiləsi
Ələt silsiləsi — Azərbaycanın şərqində nəhəng antiklinal ərazi. Qobustandan cənub-qərbə 40 km məsafədə uzanır. Yaxınlığında neft ehtiyatları zəngindir. Alyat silsiləsi Azərbaycanda ən böyük vulkanlardan olan Torağay, Böyük Kənizdağ, Daşğil, Koturdağ, Ayrantökan və s. kimi çox sayda palçıq vulkanları ilə zəngindir. Azərbaycan coğrafiyası Azərbaycan geologiyası Azərbaycan. Relyef.
Ulex europaeus
Avropa uleksi (lat. Ulex europaeus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin uleks cinsinə aid bitki növü. Qərbi Avropanın Atlantik okeanı və Aralıq dənizi sahillərində rast gəlinir Hündürlüyü 60-200 sm, bəzən 4 m-dək olan koldur. Düz dayanan budaqları seyrək tükcüklü və iynəlidir.Yarpaqları və yan zoğları xətvari, iti iynəli, toxumları cücərdikdə əmələ gələn 1-3 yarpağı təklələkvaridir. Çiçək saplaqları, kasacığı və çiçək altlıqları sıx, keçəli-tükcüklü, kiçik, qırmızımtıl-qonurdur. Çiçəkləri qızılı-sarı, tək, adi kəpənək tiplidir. Kasacığı iki hissəli, vəzicikli-tükcüklü, bünövrəsindən bölünmüşdür. Çiçək tacı uzunluğuna görə kasacıqdan böyükdür. Erkəkcikləri saplaqlarla bitişmişdir. Paxlaları tükcüklü və bəzən uzunluğu 15 mm-dək çatır.
Darçınlı rulet
Darçınlı rulet və ya darçınlı burma (isv. kanelbulle) — Avropa (Skandinav ölkələri, Almaniya və Avstriya) və Şimali Amerika ölkələrində yayımlamış un məmulatı. == Mənşəyi == Darçınlı burmanın ən erkən resepti Birinci Dünya Müharibəsi sonra İsveçdə qeyd olunub. Halbuki, o zaman qida qıtlığına görə, o, geniş yayılmamış. Populyarlığı 1950-ci ildə başlamışdı.
Sümük alət
Sümük alət — sümükdən yaradılmış alətdir. Sümük aləti demək olar ki, hər bir sümükdən və müxtəlif üsullarla yaratmaq mümkündür. Sümük alətlər qrupuna heyvanların sümükləri, buynuzları və diş kimi sərt hissələrindən istifadə olunaraq hazırlanan alətləri qeyd etmək olar. Bu alətlər əsasən qoyun, keçi, iribuynuzlu mal-qara və s. heyvanların sümüklərindən hazırlanmışdır. Sümük alətlər Homo sapiensin yaranmasından sənədləşdirilmişdir və həmçinin Homo neandertalların kontekstlərindən və ya daha əvvəllər məlumdur. Sümük, digər materiallarla yanaşı, demək olar ki, bütün ovçu-yığıcı cəmiyyətlər tərəfindən alətlər hazırlamaq üçün istifadə edilmişdir. Skeletin hər hansı bir hissəsi potensial olaraq istifadə edilə bilər; bununla belə, buynuzlar və uzun sümüklər ən yaxşı iş materialını təmin edir. Uzun sümük parçaları aşındırıcı daşa sürtülərək ox və nizə ucları, iynələr, çəngəllər və balıq qarmaqları kimi əşyalara çevrilə bilər. Sümük alətlər əsasən sümük qırıqlarından hazırlanır və ya faydalı formada kəsilirdi.
Mlet adası
Mlet (xorv. Mljet, it. Meleda, lat. Melita) — Xorvatiyaya məxsus ada. Ada Adriatik dənizində, ölkənin cənubunda, dalmasiya sahillərində yerləşir. Ada haqqında ilk məlumat qədim yunan dənizçilərinin qeydlərində verilir. Sonralar adaya romalılar nəzarət etmişdir. 1333-cü ildə adanı bosniya monarxları Dubrovnik şəhərinə satmışdır. 1345-1808-ci illərdə ada Dubrovnik Respublikasına aid idi. Adanın sahəsi — 100,41 km²-dir.
Ulex hispanicus
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.