Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Militsa Mirçeva
Militsa Mirçeva (24 may 1994) — Bolqarıstanlı marafonçu. Militsa Mirçeva Bolqarıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Militsa Mirçeva birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 51 dəqiqə 6 saniyəyə qət edərək 157 marafonçu sırasında 108-ci yeri tutdu.
Utilita
Utilita (ing. utility və ya tool) — dar çərçivədə spesifik vəzifələr yerinə yetirən, aparat təminatını və operasiya sistemləri imkanlarını genişləndirən kompyüter proqramı. Utilita parametr, tənzimlənməni və quraşdırmanı təmin edir və ya onları yerinə yetirilməsini avtomatıaşdırır. Utilitalar çox zaman operasiya sistemləri tərkibinə daxil edilirlər. aparat hissələrinin göstəricilərinin monitorinqi. aparat hissələrinin parametrlərinin idarə edilməsi. daxil/çıxış əmrlərinin yerinə yetirilməsinin düzgünlüyünə nəzarət. disk imkanlarının genişləndirilməsi. sistem imkanlarının incə şəkildə tənzimlənməsi — tviker.