Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Motal
Motal — müxtəlif süd məhsullarını uzun müddət saxlamaq üçün xırdabuynuzlu heyvan dərisindən hazırlanmış qab. Pendir, yağ və şor maldar əhali arasında əsasən motallarda saxlanılır. Azərbaycanda bir-birinə oxşar iki motal növü var: Xırdabuynuzlu heyvan dərisinin iyidilərək yunu yonulur və duzlanaraq qurudulur. Sonra dəri yenidən yumşaldılaraq içəri tərəfə çevrilir. Dərinin qolları iplə möhkəm bağlanır. Motala pendir yığılanda onun içərisinə bir qədər üzlü süd, dələmə və ya qaymaq tökülür ki, pendir həm yaxşı qalsın, həm də yağlılığı və dadı artsın. Ağzı bağlanan motalı uzun müddət saxlamaq olur. Xalq arasında buna Qarabağ motalı deyilir. Qazax motalı adı ilə tanınan digər motal Azərbaycanın qərb zonasında geniş yayılmışdır. Bu növ motalı hazırlamaq üçün yenə də dəri duzlanır və günün altında möhkəm qurudulur.
Motal papaq
Motal papaq – əsasən kənd əhalisinin yoxsul təbəqələri istifadə edərdi. Uzuntüklü qoyun dərisindən hazırlayırdılar, konus formasında olurdu. Qədimlərdən üzü bəri hər kişinin başında börk olması əsas şərt idi. Kişidə böyük (papaq), arvadda isə ləçək (çərqəd) şərafət nişanəsi sayılırdı. Papağa və ləçəyə hörmətsizlik müqəddəslərə və namusa hörmətsizlik sayılırdı. Buna görə də heç vaxt kişinin papağı başından əskik olmazdı. Hətta oğlan uşaqlarının da özünəməxsus papaqları olurdu. Bu papaqlara "tərlik" deyərdilər. Ancaq tərlik papaq qədər qalın olmazdı, bir qat toxunmuş açıq qırmızı forması olardı və bu papaq formasının Səfəvi hökmdarlarının "qızılbaş" ordusundan qalması zənn edilir.
Umalat bəy Buynaklı
Umalat bəy Buynaklı və ya rus qaynaqlarında qeyd edildiyi kimi Amalat bəy (rusca:Умалат-бек Буйнакский; d. ? - ö. 1831, Abxaziya) — XIX əsr Qafqaz müharibəsi zamanı mühüm rol oynamış qumuq hərbi-siyasi xadim, İmam Qazi Məhəmməd tərəfindən 1831-ci ildə elan edilmiş Tərki şamxalı, Şimali Qafqaz İmamlığının naibi. Umalat bəy 1818-1819-cu il üsyanınınn aktiv iştirakçısı olmuş, Yermelova qarşı döyüşdə Akuşalıların rəhbərlərindən biri olmuşdur. O, eyni zamanda 1825-ci ildə Bəybulat Taymiyevin hərəkatının da üzvü olmuş, Tərki şamxallığı ərazisində 1823 və 1831-ci illər üsyanlarına rəhbərlik etmişdir. == Mənşəyi və ilk illəri == Umalat bəy qumuqların Şimali Qafqazdakı dövləti olan Tərki şamxallığı hakimləri ailəsindən gəlməkdə idi. O, Krım-şamxalın, yəni şamxallığa vəliəhdin ailəsində dünyaya gəlmişdi. Şamxalın taxtına namizəd olan atasının adı Şabaz Şamxal idi. Şabaz ailədə ən böyük şahzadə olduğu üçün taxta onun çıxacağı güman edilirdi.
Con Mott
Con Reley Mott (ing. John Raleigh Mott; 25 may 1865[…] – 31 yanvar 1955[…]) — yevangelist və Dünya Xristian Tələbələr Birliyi(YMCA) və Dünya Tələbə Xristian Federasiyasının (WSCF) rəhbəri. 1946-cı ildə Nobel sülh mükafatını,dünyanı sülhə təşviq etmək üçün çalışan Beynəlxalq Protestant Xristian Tələbə təşkilatlarının qurulması və gücləndirilməsindəki işinə görə aldı. Mükafatı Emili Qrin Bolç ilə bölüşdü. 1895-1920-ci illərdə Mott Dünya Tələbə Xristian Federasiyasının baş katibi oldu. 1948-ci ildə Ümumdünya Kilsələr Şurasının yaradılmasında yaxından iştirak edən bu qurum onu ömürlük fəxri prezident seçdi. Ən çox tanınan kitabı,Bu nəsildə dünyanın müjdələnməsi (ing. The Evangelization of the World in this Generation) XX əsrin əvvəllərində missioner şüarı oldu. == Həyatı == Mott,25 may 1865-ci ildə Nyu York,Sallivan dairəsinin,Livinqston yaşayış məntəqəsində anadan olmuşdur. Ailəsi 1865-ci ilin sentyabr ayında Ayova ştatının Postvill şəhərinə köçür.
Mott və beyli
Mott və beyli (ing. Motte-and-bailey, fr. Motte, Motte castrale) — xüsusi bir tip erkən orta əsr qalası, bir palisade ilə əhatə olunmuş bir həyət, içəridə və ya yaxınlıqda bir donjon ilə taclanmış höyüd var. Belə qalalar XI-XII əsrlərdə Fransada, 1066-cı il Norman fəthindən sonra İngiltərə, Uels və Şotlandiyada da geniş yayılmışdır. İngilis termininin adı Fr.-nin birləşməsindən yaranır fr. motte — "təpə", və ing. bailey, bir qala həyətini ifadə edən bir söz. Bu tip qalaların əsas üstünlüyü onlardan ibarət idi ki, onların inşası çox vaxt və səy tələb etmirdi, həmçinin müdafiə zamanı taktiki üstünlük verəcək təbii yüksəkliklər qəsrinin inşasını tələb etmirdi (yəni qala "açıq sahədə" inşa edilə bilər). Lakin taxtadan olan bu istehkamlar yanğına həssas idi və mühasirədə çox vaxt yanğın qurbanı olurlar, bununla əlaqədar olaraq XII əsrin sonlarında geniş yayılmış daş qalalarının inşasına başlanılır. Mott, ya da qala qülləsi, Qərbi Avropadakı feodal qalasının ilk formasıdır.
La-Mott-Sen-Marten
La-Mott-Sen-Marten (fr. La Motte-Saint-Martin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Matezin-Triyev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38266. Kommunanın 1999-cu il üçün əhalisi 339 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 486 ilə 1 712 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 510 km cənub-şərqdə, Liondan 115 km cənub-şərqdə, Qrenobldan 27 km şimal-qərbdə yerləşir.