Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Umudlu
Umudlu — Soyad və təxəllüs. ŞəxslərVidadi Umudlu – tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı.Yaşayış məntəqələriUmudlu (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Tərtər) — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Umudlu (Xocalı) — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd.
Elmir Umudlu
Elmir Pərviz oğlu Umudlu (25 mart 2001, İnçə, Şəki rayonu – 28 oktyabr 2020) – Azərbaycanlı şəhid (2020) == Həyatı == Umudlu Elmir Pərviz oğlu 25 mart 2001-ci ildə Şəki rayonunun İnçə kəndində anadan olub. 2007-ci ildə İnçə-Zunud kənd tam orta məktəbinin 1-ci sinfinə gedib. 1-ci sinfi bitirdikdən sonra yenidən valideynlərinin yaşadığı Bakı şəhərinə qayıdıb və VIII sinfə qədər orada təhsil alıb. Orta təhsilinin davamını yenidən Şəki rayonu İnçə-Zunud kənd tam orta məktəbində oxuyub. 2018-ci ildə İnçə-Zunud kənd tam orta məktəbini əla qiymətlərlə bitirib və həmin il də Sumqayıt Dövlət Universitetinin nəzdində olan Sumqayıt Dövlət Texniki Kollecində Nəqliyyat daşınmaların təşkili fakültəsinə qəbul olub. == Hərbi xidməti == 2019-cu ilin aprel ayında Müdafiə Nazirliyinin «N» saylı hərbi hissəsində həqiqi hərbi xidmətə başlayıb. Əsgəri xidmətini başa vurmağa 3 ay qalmış – 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsi zamanı xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə qatılıb. === İkinci Qarabağ müharibəsində === O, Cəbrayıl şəhərinin alınması uğrunda gedən döyüşlərdə xüsusi fərqlənib. Sonra Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərin iştirakçısı olub. Həmin döyüşlərdə yaralanmasına baxmayaraq, Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə yaralı vəziyyətdə mühasirəyə düşmüş taboru təkbaşına mühasirədən çıxarmışdır.
Umudlu (Ağdam)
Umudlu — Azərbaycan Respublikasının Ağdam rayonunun Nəmirli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Umudlu (Ağdərə)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Əhalisi == === Tanınmış şəxsləri === Akif Əzizov Əhəd Kərimov == İstinadlar == == Xarici keçidlər == Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Umudlu (Tərtər)
Umudlu — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Umudlu kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Kənd 1993-cü ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı kənd Azərbaycanın nəzarətinə keçib. == Tarixi == Umudlu kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Umudlu kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. == Əhalisi == === Tanınmış şəxsləri === Akif Əzizov Əhəd Kərimov == İstinadlar == == Xarici keçidlər == Unutmayacağımız işğal tarixləri: Ağdərə, Çərəkdar, Narınclar, Umudlu...
Umudlu (Xocalı)
Umudlu — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ilin fevral ayından Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. == Həmçinin bax == Xocalı soyqırımı == İstinadlar == == Ədəbiyyat == Ramiz Abbaslı. Umudlu qətliamı. Papravənd müharibəsi.
Vidadi Umudlu
Vidadi Umudlu (tam adı: Vidadi Umud oğlu Umudlu; 5 fevral 1959, İmişli) — Azərbaycan tarixçisi, AMEA Tarix İnstitutunun Azərbaycanın yeni tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı Laureatı. == Həyatı == Vidadi Umud oğlu Umudlu 1959-cu il fevralın 25-də İmişli rayonunun Otuzikilər kəndində anadan olmuşdur. 1976-cı ildə İmişli şəhər 1 saylı orta məktəbini müvəffəqiyyətlə bitirmişdir. 1976–1980 illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsində ali təhsil almışdır. 1980–1983 illərdə İmişli şəhər 2 saylı orta məktəbində tarix və ictimaiyyat müəllimi vəzifəsində çalışmışdır. 1984-cü ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Bakı şəhərinə köçmüşdür. 1984-cü ildə Azərbaycan Neft və Sənaye Universitetinin Fəlsəfə kafedrasında baş laborant, Azərbaycan tarixi kafedrasında isə saat hesabı müəllim vəzifəsində çalışmışdır. 1985–1989 illərdə Nizami rayonu mənzil idarəsində təşkilatçı-müəllim işləmişdir. 1990-cı ildən Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutu "Azərbaycanın yeni tarixi" şöbəsində işləyir. 1989–1993 illərdə Azərbaycan MEA A.A.Bakıxanov adına Tarix İnstitutunun qiyabi aspirantı olmuşdur.
Armudlu
Armudlu (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Armudlu (Şuşa) — Azərbaycanın Şuşa rayonunda kənd. Armudlu (Qubadlı) — Azərbaycanın Qubadlı rayonunda kənd. Armudlu (Kəlbəcər) — Azərbaycanın Kəlbəcər rayonunda kənd. Armudlu (Başkeçid) — Gürcüstan Respublikasının Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Armudlu (Sərdarabad) — Qərbi Azərbaycanın Sərdarabad mahalında kənd. Armudlu (Şörəyel) — Qərbi Azərbaycanın Şörəyel mahalında kənd. Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Dilican şəhəri yaxınlığında qışlaq. Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Artik rayonunda kənd. Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunun ərazisində kənd Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd Armudlu — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda çay.
Cümşüdlü
Cümşüdlü — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Cümşüdlü Göygöl r-nunun Balçılı i.ə.v.-də kənd. Xeyrə çayının yaxınlığındadır. Yaşayış məntəqəsi XIX əsrin sonralarında cümşüdlü nəsli tərəfindən salınmışdır. Etnotoponimdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1674 nəfər əhali yaşayır. == Mədəniyyəti == Ərazisində qədim "Qız qalası" abidəsi yerləşir. == İqlimi == Kəndin iqlimi mülayim-istidir.
Gümüşlü
Gümüşlü (Şərur) — Şərur rayonunda kənd. Gümüşlü (çay) — Quba rayonunda çay. Cimi çayının sağ qoludur. == Türkiyə == Gümüşlü (Besni) — Türkiyədə kənd. Gümüşlü (Korkuteli) — Türkiyədə kənd.
Sümüklü
Sümüklü-i Ülya (Biləsuvar)
Udullu
Birinci Udullu
Usublu
Yusifli — Azərbaycan Respublikasının Ağdam rayonunun Üçoğlan kənd inzibati ərazi dairəsində kənd. == Tomonimikası == Kəndin adı Qarabağda yaşamış Kəbirli elinin Qərvəndli tayfasının Yusifli tirəsinin adındandır. Qərvəndli tayfası Ətyeməzli, Yusifli, Səfilər, Ballılar, Mərəbasanlar və Bozallar tirələrindən ibarət idi.
Utuqlu
Şamaxı r-nu ərazisində Pirsaat çayının sol tərəfındəki Çobançatladan dağının şərq tərəfındə Əhmədli (Kürdəmic) kəndinin torpaq sahəsindədir. Utuq çayı Gilgilçayın qoludur. Kəndin ərazisindən axdığından Utuq çayı adlanmışdır.19 əsr mənbələrindən məlum olur ki, Utuqlular tarixən Şirvanda heyvandarlıqla məşğul olaraq yaşamışlar. Bakı quberniyası Şamaxı qəzasında Kürdəmir sahəsində Utuqlu köçü (26 ailə, 91 nəfər ) qeydə alınmşdır. Bəzi türk dillərində isə Utuq suvarılan biçənək, otlaq, tarla anlamında da işlədilir.1921 Göyçay qəzasının Ucar icmasına tabe idi. 112 ev var idi.
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.
Ümüdlər
Ümid — Arzu edilən bir şeyin ola biləcəyinə inanma və bu inamdan doğan daxili fərəh, xatircəmlik hissi; güman.
Mumlu
Mumlu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Mumlu kəndi Düz Bilici kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Taxtalar kəndi olmaqla, Taxtalar kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.
Udulu
Udullu, Udulu — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Anar Umudov
Anar Umudov (tam adı: Anar Azər oğlu Umudov; 9 iyun 1983, Liski) — Azərbaycanlı hüquqşünas, siyasətçi; "Alibi Peşəkar Hüquq və Konsaltinq Xidmətləri" MMC-nin təsisçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü; 2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə, 2015 və 2020 Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizəd. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən aparılan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən "Doing Business" adlı hesabatların Azərbaycana aid hissəsinin hazırlanmasında fəal iştirak etdiyinə görə Dünya Bankı tərəfindən dəfələrlə təşəkkürə layiq görülüb, Avropa Yenidənqurma və İnkişaf Bankı, Qaradəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarının Azərbaycanda həyata keçirdikləri irihəcimli kreditləşmə layihələrinin hüquqi müşayiətində iştirak edib.Avropanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konfrans və seminarlarda işitirak edib. Hüquq sahəsində bir sıra təlim və seminarlarda mühazirəçi qismində çıxış edib. 15 ildən artıq hüquqşünas ixtisası üzrə, o cümlədən 10 ilə yaxın rəhbər vəzifələrdə iş stajına malik olan Anar Umudov Azərbaycanın bir sıra tanınmış müəssisələrində işləyib. İngilis və rus dillərini yüksək səviyyədə bilir. == Həyatı == Anar Umudov 1983-cü il iyun ayının 9-da Rusiya Sovet Federativ Sosialist Respublikasının Voronej vilayətinin Liski şəhərində anadan olub.1999-cu ildə Bakı şəhəri Nərimanov rayonunda yerləşən hazırda "Tərəqqi liseyi" adlanan 66 №-li orta məktəbi bitirib.2003-2004-cü illərdə hərbi xidmətdə olub.Ailəlidir, 5 övladı var. == Təhsili, elmi və pedaqoji fəaliyyəti == 2003-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2010-cu ildə isə eyni fakültənin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun beynəlxalq münasibətlər və beynəlxalq hüquq şöbəsinin doktoranturasına qəbul olunub, 2019-cu ildə doktorantura təhsilini müvəffəqiyyətlə başa vurub.Hazırda "Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə qəbulunun beynəlxalq-hüquqi aspektləri" mövzusunda dissertasiya işi üzərində işləyir.2016–2018-ci illər ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Qulluğu və Kadr Siyasəti kafedrasında müəllim işləyib. 2017-ci ildə Akademik IELTS imtahanından 6.5 bal toplayıb. "Ümumdünya Ticarət Təşkilatı hüququ – Beynəlxalq ticarətin yeni tənzimləmə aləti kimi" və "Azərbaycan və ÜTT: Üzvolma prosesi və daxili hüquq normalarının ÜTT qaydalarına uyğunlaşdırılması məsələlərinin bəzi aspektləri" elmi məqalələrinin müəllifidir. İngilis və rus dillərini yüksək səviyyədə bilir.
Armudlu (Başkeçid)
Armudlu (gürc. პანტიანი) — Gürcüstan Respublikasının Aşağı Kartli bölgəsinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Kənd adını ətrafındakı kol armudu ağaclarının çoxluğuna görə almışdır. Armudlu kəndi Dmanisidən 7 km məsafədə, Maşavera çayı ətrafında yerləşir. Kəndin ətrafı həmişəyaşıl iynəyarpaqlı meşə ilə örtülmüşdür. Armudlu kəndi içməli suyu ilə də məşhurdur. Dmanisi ərazisində ən dadlı su mənbəsini məhz Armudlu kəndindən götürür. Armudlu kəndində "Cacıqlı" adlanan ərazidə şəlalələrdən süzülən su xüsusi kanallarla Armudlu kəndinə və oradan da başqa kəndlərə ötürülür. Başqa su mənbələrinə də "Göy Bulaq", "Qırmızı Bulaq" və s. nümunələri göstərmək olar.
Armudlu (Kəlbəcər)
Armudlu — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yellicə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Keşdək kənd Sovetindən Armudlu kəndi Yellicə kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində Azərbaycana qaytarılıb. == Toponimikası == Oykonim ərazidə armud ağacının zəngin olduğunu göstərir. Ermənistandakı Tuafnin ve Tandzit yaşayış məntəqələrinin adı 1946-cı ilədək, Gürcüstandakı Pantiani kəndinin adı isə 1949-cu ilədək Armudlu olmuşdur. Azərbaycanda Qax və Qubadlı rayonlarında da eyniadlı kəndlər mövcuddur. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Tərtərçayın sol sahilində yerləşir. === Yaylaqları === Qırmızıqaya yurdu, Dəlihəsən yurdu, Əyriyurd. === Bulaqları === Çınqıllı bulaq, Boğaz bulağı, Xudumlu bulağı, Abdulla bulağı, Sarı bulaq, Ataxan bulağı, Nəbi bulağı.
Armudlu (Qax)
Armudlu — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Böyük Qafqaz Dağlarının əhatəsində olan Armudlu kəndi Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində, Qaşqaçayın sol sahilində, Cavanşir zirvəsi (Qanbay) dağının ətəyində yerləşir. Bu kəndin ərazisi keçmişdə qaraqoyunlu tayfasına mənsub yaylaq yeri olmuşdur. Sonralar həmin tayfa üzvləri orada məskunlaşmışdır. Kənd sakinləri Qaraqoyunlu dövlətinin başçısı Qara Yusifin nəslindən gəlir. == Coğrafiyası və iqlimi == Qax rayonun mərkəzindən 19 km məsafədə yerləşir və təxminən 20–25 evdən ibarətdir. Kənddə 1 məktəb və 1 mağaza var.Armudlu dağlarla əhatə olunmuş kənddir. == Əhalisi == 1 yanvar 2020-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 48 təsərrüfatda 183 nəfər əhali yaşamaqdadır.
Armudlu (Qubadlı)
Armudlu — Azərbaycan Respublikasının Qubadlı rayonunun Başarat kənd inzibati ərazi dairəsində kənd.1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. == Tarixi == Armudlu kəndi Əliyanlı tayfasına mənsub ailələr tərəfindən salınmışdır. 1948-ci ilədək kəndin adı Amuduq olmuş, Amuduq dağının adı ilə adlandırılmışdır. Sonralar Amuduq kimi təhrif olunmuş və kəndin adı da belə qeydə alınmışdır.Toponimi qrammatik xüsusiyyətlərinə görə yozanlar da var. Bu, mənası aydın olan düzəltmə sözdür. Armudlu toponimi armud sözünə -lu şəkilçisi artırılaraq armud ağacının həmin ərazidə çox olduğunu bildirir. Müasir Azərbaycan dilində -lu şəkilçisi əsasən sifət düzəldən formant kimi fəaliyyət göstərir, başqa sözlə, atributiv sözlər əmələ gətirir. Belə şəkilçili sözlər asanlıqla substansivləşir, yəni, təyinsiz işlənir. Armudlu sözündəki -lu şəkilçisi meyvə ağacı adı bildirən isimə birləşərək, topluluq, yəni orada həmin ağacın çoxluğunu ifadə edir. Yaşayış məntəqəsi armud ağacları bol olan sahədə salındığı üçün belə adlanmışdır.
Armudlu (Sərdarabad)
Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. == Tarixi == === Böyük Armudlu === Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur. === Kiçik Armudlu === Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi.