Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Epitet
Epitet (yun. ἐπίθετος epithetos-qoşma, əlavə deməkdir) — məcazi məna bildirir məsələn:qızıl əllər,acı dil == Epitet bədii ədəbiyyatda == Epitet termini Azərbaycan dilinə bədii təyin kimi də tərcümə olunur və işlədilir. Epitet qabartma ilə bənzətmənin qarışığıdır. Epitet şeir dilində işlənən söz birləşmələrinin tərkibində olur, təyin etdiyi sözün ifadə etmək istədiyi əlamət və xüsusiyyətlərini, çalarlarını bildirir. Məsələn, ay üzlü söz birləşməsində ay sözü epitetdir, gözəl insanın üzünü aya bənzədir. Epitet həmişə digər ad sözə aiddir və onu konkretləşdirir və bu yolla dünyanın və insanın obrazını, ədəbi mənzərəsini yaratmağa xidmət edir. Əgər ay üzlü ifadəsi kifayət etmədikdə təhkiyəçi epitetə ikinci, üçüncü və s. epitet qoşur: ay üzü alma. Burada alma epiteti işıqlı üzdə qızartı əlamətləri olduğunu bildirir.Epitetləri ən çox izah etdiyi sözləri özünün hansı çalarları ilə aydınlaşdırmasına görə təsnif edirlər. Sözün işarə təbiəti onun digər sözləri aydınlaşdırma rolunda unikal xüsusiyyətlərini üzə çıxarır.
Spitak
Spitak, Hamamlı[mənbə göstərin] — Ermənistan Respublikasında şəhər. Hamamlı şəhəri (dəyişdirilmiş adı Spitak) Pəmbək çayının (Kür hövzəsi) sahilində yerləşir. 1960-cı ildən rayon tabeli şəhərdir. Hamamlı rayonunun mərkəzidir. Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2 Həbib Rəhimoğlu.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Qızıl unitaz
Qızıl unitaz (italyanca: Bidone d’oro) — İtaliya A seriyasının ən bərbad futbolçusuna verilən mükafat. İl ərzində ümidləri doğrultmayan, biabırçı səviyyədə çıxış edən oyunçuya verilən mükafat 2003-cü ildə təsis olunub. İndiyədək Rivaldo (2003-cü il), Nikola Leqrottalye (2004-cü il), Kristian Vyeri (2005-ci il), Adriano (2006-cı və 2007-ci illər) və Rikardu Kuarejma (2008-ci il) "Qızl unitaz"a "layiq görülüb". 2009-cu ildə isə bu mükafata Yuventus klubunun futbolçusu Felipe Melo layiq görülüb.
Spitak rayonu
Spitak rayonu, və ya Hamamlı rayonu — Ermənistan Respublikası ərazisində rayon. Qərbi Azərbaycanın Pəmbək mahalının bir hissəsi bu rayonun ərazisinə düşür. 1937-ci il dekabrın 31-də yaradılıb. 1949-cu il oktyabrın 26-na qədər Hamamlı, həmin tarixdən etibarən isə Spitak rayonu adlandırılıb. Ərazisi 596 kv km-dir. Rayon mərkəzi rayon tabeli Hamamlı (dəyişdirilmiş adı Spitak) şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 101 km-dir. Hamamlı rayonu Bazum, Şirək və Pəmbək dağ silsilələri arasındakı Pəmbək dərəsində yerləşir. Pəmbək çayı bu dərədən keçərək rayon boyu axır. Keçmişdə bu ərazidə hamısında azərbaycanlıların yaşadığı 24 kənd olub.
Spitak zəlzələsi
Spitak zəlzələsi (həmçinin Leninakan zəlzələsi, Gümrü zəlzələsi də adlanır) — 7 dekabr 1988-ci ildə Ermənistanın şimalında baş vermiş 7 bal gücündə zəlzələ. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan (hazırkı Gümrü), Kirovakan (hazırkı Vanadzor) və Stepanavan şəhərlərini dağıdıb. Ümumilikdə zəlzələdən 21 şəhər, eləcə də 350 kənd (58-i tamamilə dağılıb) ziyan çəkib. Rəsmi məlumatlara görə, 25 min nəfər ölüb, 140 min adam şikəst olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistanın şimalına güclü zərbə vurub və respublikanın 40 faizinə təsir edib. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss edilib. Alimlərin hesablamalarına görə, zəlzələ zamanı Xirosimaya atılmış on atom bombasına bərabər enerji çıxıb. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri Azərbaycan olub. O zaman təbii fəlakətdən zərər çəkənlərə yardım göstərmək üçün Bakıdan fəlakət zonasına təcili yola düşən azərbaycanlılardan ibarət böyük qrupu təyyarə qəzasına düşmüşdü. İL-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 78 azərbaycanlı könüllü həlak olmuşdu.
Unitar dövlət
Dövlət — vahid, ayrılmaz dövlət olub ərazisinin hər hansı siyasi müstəqilliyə malik olmayan inzibati ərazi vahidlərinə bölünməsi ilə xarakterizə edilir. Unitar dövlət (latın dilində "unus" - "vahid", "tək" deməkdir) – sadə, bəsit, vahid dövlətdir ki, onun tərkibi bir qayda olaraq inzibati ərazi vahidlərindən (vilayət, mahal, rayon, departament və s.) ibarətdir. Unitar dövlətə aşağıdakı xüsusiyyətlər xasdır: Ölkənin bütün ərazisində qüvvədə olan vahid konstitusiya Yüksək dövlət hakimiyyəti orqanlarının vahid sistemi Ölkənin bütün ərazisinə şamil edilən yuridiksiyası Vahid hüquqi sistem Bələdiyyə orqanlarının ümumdövlət hakimiyyət orqanlarına tabe edilməsi. Unitar dövlətin iki tipi mövcuddur: mərkəzləşdirilməmiş və mərkəzləşdirilmiş. Birinci tipdə, regional orqanlar mərkəzi orqanlardan asılı olmayaraq formalaşır ona görə də onlar arasında hüquqi münasibətlər desentralizasiya (mərkəzləşdirilməmiş) əsasları üzərində qurulur. (Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, İspaniya, İtaliya). İkinci tipə elə unitar dövlətlər aiddir ki, burada mərkəz (Niderland, Qazaxıstan, Özbəkistan) tərəfindən təyin olunan vəzifəli şəxslərin vasitəsilə regional orqanların mərkəzə tabeçiliyi həyata keçirilir. Dövlət quruluşunun unitar forması dünyada daha geniş yayılmışdır. Belə dövlətlərdə federasiyadan fərqli olaraq vahid konstitusiya, dövlət hakimiyyətinin vahid ali nümayəndəli orqanları, vahid hökuməti, vahid vətəndaşlığı, vahid maliyyə-kredit və pul sistemi və s. olur.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
Pita
Pita — Orta Şərq, Aralıq və Balkan mətbəxlərində məşhur olan girdə bir çörək növüdür.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Pitot Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Ponti Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Pontiy Pilat
Ponti Pilat (lat. Pontius Pilatus) — Yəhudi əyalətinin V prefekti, Suvarilər rəisi. İosiv Flaviy və Taçit onu prokurator adlandırsalar da 1961 ci ildə aşkar edilmiş, Pilatın yaşıdı olan Kesari yazısında göstərilir ki, 6-41 ci illərdə o, prefekt vəzifəsini daşımışdır. Əhdi-Cədidə görə sinedrionun (dini şuranın) başçısı Kaiafanın təkidinə baxmayaraq, Ponti Pilat məhkəmədə İsaya ölüm hökmü verməkdən üç dəfə çəkinmişdir. Pilatın həyat yoldaşı Klavdiya Prokula İsanın yuxusunda ona əzab verdiyini söyləyərək onu öldürməməyi ərindən israrla xahiş edir.Buna görə də bəzi xristian təriqətlərində onun adı - Klavdiya Prokula əziz tutulur. “Onlar bağırırdılar: Onu çarmıxa! Çarmıxa! O, üçüncü dəfə onlara dedi: O nə bəd iş görmüşdür? mən Onu öldürmək üçün heç bir səbəb görmürəm ki, Onu cəzalandırım, buraxacağam. Lakin onlar gurultu ilə bağırırdılar ki, o, çarmıxa çəkilsin; və rahibin çığırtıları da onlara qatışmışdır.
Gənc Pirat Partiyası
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Sitat vermək hüququ
Sitat vermək hüququ (ing. Right to quote) — müəllif hüquqları ilə qorunan materialdan icazəsiz müəyyən məhdudiyyətlər daxilində sitat gətirmək hüququnu ifadə edir. Bu hüquq əsasən ədalətli istifadə (ing. fair use) və ya ədalətli rəftar (ing. fair dealing) prinsipləri çərçivəsində tətbiq olunur. Sitat vermək hüququ, elmi, tədqiqat və ya tənqidi əsərlərdə mənbə materiallarından sitat gətirməyə imkan verir, eyni zamanda orijinal müəllifin hüquqlarını qorumaq üçün bəzi qaydalara əməl edilməsini tələb edir. == Əsas xüsusiyyətləri == Sitat vermək hüququ müəllif hüquqları ilə qorunan materialın kiçik hissələrinin istifadə olunmasına icazə verir. Məqalələrdə, kitablar və ya tədqiqat işlərində mənbələrin dəqiq şəkildə göstərilməsini təmin etmək məqsədi daşıyır. Sitatın ölçüsü və miqyası, istifadə olunan mətnin məqsədinə uyğun olmalıdır və əsərin əsas məzmununu kopyalamaq məqsədini daşımamalıdır. Sitat vermək hüququndan istifadə edərkən, istifadə olunan mətnin orijinal müəllifi və mənbə dəqiq şəkildə göstərilməlidir.
Bred Pitt
Bred Pitt (Uilyam Bredli Pitt, 18 dekabr 1963[…], Şauni[d], Oklahoma) – məşhur ABŞ kinoaktyoru, prodüseri, film səsləndiricisi. 1995-ci ildə "12 Meymun" kinofilmindəki 2-ci planda canlandırdığı obraza görə Qızıl qlobus mükafatına, "12 İllik əsarət" filminə görə 2014-cü ilin ən yaxşı prodüseri Oskar Mükafatına və 2020-ci ildə Bir vaxtlar Hollivudda filmindəki ən yaxşı 2-ci plan kişi roluna görə Oskar mükafatına layiq görülmüşdür. Həyat yoldaşları – Ancelina Coli (2014–2016); Cennifer Eniston (2000–2005). Üçü bioloji olmaqla altı uşaq atasıdır. == Həyatı == Pitt 1963-cü ilin Dekabrın 18-də Oklahoma ştatının Şauni şəhərində anadan olub. Atası Ulliam Pitt yükdaşıma şirkətinin birində menecer, anası isə məktəbdə müəllimə vəzifəsində çalışıb. Bred anadan olduqdan bir müddət sonra Pitt ailəsi Missuri ştatının Sprinqfild şəhərinə köçür və o burada özündən yaşca kiçik olan qardaşı və bacısı ilə birlikdə böyüyür. Məktəbdə Bred bir neçə idman növü ilə məşğul olur. Bir neçə intellektual klubların aktiv üzvünə çevrilir. Məktəbi bitirdikdən sonra təhsilini 1982-ci ildə qəbul olduğu Missuri Universitetinin jurnalistika fakültəsində davam etdirir, lakin universitetdən məzun olmağa az müddət qalmış Bred öz gələciyini jurnalistika sahəsində görməyərək,Hollivud ulduzu olmaq kimi bayağı bir istəklə filmlərin vətəninə-Los Angeles şəhərinə üz tutur.
Mari Pitt
Mari Pitt(ing. Marie Pitt; 6 avqust 1869 – 20 may 1948)—Mari Elizabet Josephine Pit (1869-1948) Avstraliyalı şair və sosialist fəal, jurnalist və Unitar idi. Pitt bir zamanlar antologiyaya çevrilmiş təbiət haqqında çox canlı şeirlər yazdı; həm də sosialist və fəhlə hərəkatlarını dəstəkləmək üçün şeirlər yazdı. == Həyatı == Pittin qızlıq adı McKeown idi. 6 Avqust 1869-cu ildə Bairnsdalenin şimalındakı Viktoriya Koloninin Gippsland bölgəsindəki qızıl mədəni Bullumwall şəhərində anadan olmuşdur. Erkən uşaqlığı əsasən Bairnsdale yaxınlığındakı kiçik bir qəsəbə olan Wee Jung'da keçdi, burada valideynləri üçün və ya kiçik bir fermada "damazlıq" olaraq çalışdı. Müəllim ixtisası almadan, 1887-ci ildə Bairnsdaledə fotoşəkil rötüşçüsü olaraq iş tapdı və 1893-cü ildə Tasmaniyada, Qərbi Avstraliyanın qızıl sahələrində, yenidən Bairnsdaledə və nəhayət Melburnda yaşadığı Tasmaniya fermer və mədənçisi William Pitt ilə evləndi. Viktoriya Sosialist Partiyası və The Social jurnalının redaktoru oldu. 1900-cu ildə nüfuzlu Bülleten şeirlərindən birini qəbul etdi. İlk şeirlər toplusu 1911-ci ildə nəşr olundu.
Pita Taufatufa
Pita Taufatufa — Tonqa taekvondoçusu. Rio-de-Janeyroda keçirilən 2016 Yay Olimpiya Oyunlarının açılış mərasimində Tonqa millisinin bayrağını daşımışdır. Açılış mərasimindən sonra məşhurlaşmışdır. Belə ki, onun zahiri görkəminə vurulan braziliyalı qadınlar Pita Taufatufaya heyran qalmışlar.
Pitt boğazı
Pitt boğazı (ing. Pitt Strait) Boğaz 25 km enə malikdir. Catem adasını Pitt adasından ayırır. Boğazı ilk dəfə avropalılar 1791-ci ildə üzüb keçmişlər. Bundan 1000 il əvvəl isə Maorilər bura məskun olmuşlar. Boğazın sahilində Catem adasında 600 nəfərin yaşadığı kiçik yaşayış məntəqəsi vardır.
Pita Limcaroenrat
Pita Limjaroenrat (tay พิธา ลิ้มเจริญรัตน์, Tim ləqəbi ilə tanınır; 5 sentyabr 1980, Banqkok, Tailand) — Tailand siyasətçisi və iş adamıdır. O, İrəli Hərəkət Partiyasının lideri, ləğv edilmiş Gələcək İrəli Partiyasının faktiki varisidir.
Maks Hedrum pirat yayımı
Maks Hedrum pirat yayımı (ing. Max Headroom broadcast signal intrusion) — Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərində yerləşən WGN televiziyasının yayım tezliyində baş vermiş müəmmalı pirat yayım. Hadisə XX əsrin sonlarına yaxın ABŞ və Qərbi Avropanın populyar mədəniyyətində geniş müzakirə olunmuşdur. == Hadisə == Hadisə 1987-ci ilin 22 oktyabr tarixində, Amerika Birləşmiş Ştatlarının İllinoys ştatının Çikaqo şəhərində yerləşən WGN televiziya kanalının canlı xəbərlər proqramının yayınlanması zamanı baş vermişdir. Saat 21:14-də xəbərlər proqramı qəfil kəsilmiş və ekranda üzündə "Maks Hedrum" maskası olan bir şəxs, 28 saniyə ərzində qəribə hərəkətlər edərək, anlaşılmaz sözlərdən istifadə etmişdir. Televiziya əməkdaşlarının təcili müdaxiləsindən sonra yayım dayandırılmışdır. Lakin, təxminən 2 saat sonra 23:15 radələrində bu dəfə "WTTW" kanalının yayımı oxşar səbəbdən kəsilmişdir. Yenə eyni şəkildə, üzündə maska olan şəxs ekranda göründü. Həmin şəxs anlaşılmaz sözlərdən istifadə edərək, qeyri-adi hərəkətlər edirdi. 88 saniyəlik yayım bitdikdən sonra kanalın normal yayımı davam etdi və pirat yayımı bu dəfə kəsmək mümkün olmamışdır.