Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ostrıy adası
Ostrıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının şərq hissəsində, Axmatov körfəzinin şimal-şərqində yerləşir. Bolşevik adasında yerləşən Dalnı burnundan 1 km aralıda yerləşir. Ostrıy adasının ətrafında Şimal Torpağına daxil iki ada vardır: Cənub adası (700 m) və Nizkiy adası (1,3 km). Ada uzunsov formaya malikdir və 300 metrən artıq məsafədə uzanır. Adada seçilən yüksəklik yoxdur.
Ukatnıy adası
Ukatnıy adası - Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşən ada. Adanın sahilləri bataqlıqlaşmışdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı vardır. Ukatnıy adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.
Con Uitni
Con Vitni (ing. John Whitney; d. 1874, Lankaşir, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Uilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur.
Uitni Hyuston
Vitni Elizabet Hyuston (ing. Whitney Elizabeth Houston; d. 9 avqust 1963, Nyuark, Nyu-Cersi - ö. 11 fevral 2012, Beverli Hillz, Kaliforniya) — ABŞ müğənnisi. Bir neçə hitlərin ifaçısıdır (o cümlədən "I Will Always Love You" və "I Have Nothing"). Dörd filmdə çəkilmişdir. Con və Kissi Hyustonun sevimli qızları Vitni Hyuston 9 avqust 1963-cü ildə Nyu-Cersidə dünyaya göz açıb. Anası Elvis Preslinin vokalisti, əmisi oğlu Dion Uarvik superstar, xaç anası Aneta Franklin isə əfsanəvi müğənni idi. Belə ailədə Vitni də uşaqlıq yaşlarından etibarən musiqi ilə maraqlanmağa başlayır. Əvvəllər Nyu-Cersidə kilsə xorlarında mahnı oxuyan Vitni zamanla peşəkarlığa addım atırdı.
Uitni dağı
Vitni dağı (ing. Mount Whitney) — ABŞ-nin Kaliforniya ştatının Tulare və İnyo qraflıqlarında yerləşən dağ. Vitni dağının hündürlüyü 4.421 m olub Alyaska xaricində ABŞ-nin ən hündür dağ zirvəsidir. Şimali Amerika qitəsinin ən alçaq yeri olan Ölüm Dərəsi Milli Parkındakı Badvater hövzəsi (-84 m) ilə şimal-qərbində yerləşən və ABŞ-nin ən hündür ikinci dağı olan Vitni dağı arasındakı məsafə 136,2 km-dir. Vitni dağının qərb yamacları Sekvoya Milli Parkının sərhədləri içərisindədir. Şərq yamacları isə İnyo qraflığı tərəfindən İnyo Milli Meşəsi adı ilə qorunur. Vitni dağına gedən Vitni Dağı Yürüyüş Zolağının uzunluğu 341 km-dir. Vitni dağı Syerra Nevada dağlarının bir zirvəsidir. Ən yaxınlıqda olan Lone Pin şəhərindən 3,5 km uzaqlığındadır. Vitni dağında Alp iqlimi hakimdir.
Acacia montis-usti
Acacia montis-usti (lat. Acacia montis-usti) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Namibiya üçün endemik növdür.
Senegalia montis-usti
Acacia montis-usti (lat. Acacia montis-usti) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Namibiya üçün endemik növdür.
Usti nad Labem
Usti nad Labem (çex. Ústí nad Labem — Usti na Labe, keç. alm. Aussig an der Elbe‎) — Çexiyanın şimalında, Bilinanın Elbaya, töküldüyü yerdə şəhər. Əhalisi 98.9 min nəfər (2009). Şəhər dörd rayona bölünür: Neştemitse (Neštěmice), Severni-Terasa (Severní Terasa), Strşekov (Střekov) və Sentrum (Centrum). Şəhərin əsası Prjemısl II Ottokar tərəfindən Usti adı ilə əsası qoyulmuşdur. 1473-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Sigizmund şəhəri kurfürst Fridrixə həvalə vermişdi.