Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ksilit
Ksilit(CH2OH(CHOH)3CH2OH)-rəngsiz hidroskopik kristal, çoxatomlu spirtlərin nümayəndəsidir. == Fiziki xassələri == Optiki aktiv deyil; suda, metil və etil spirtlərində, qlikollarda, piridində, sirkə turşusunda həll olur; efirlərdə, dioksanda, karbohidrogenlərdə, alkilhalogenidlərdə, butil və propil spirtlərində həll olmur. == Kimyəvi xassələri == Kimyəvi xassələrinə görə Ksilit çoxatomlu spirtlərin tipik nümayəndəsidir. == Alınması == Ksilit sənayedə ksilozaları reduksiya etməklə alırlar. Bu məqsədlə xammal kimi kənd təsərrüfatının pentoza tərkibli tullantılarından və ağacdan istifadə olunur. Ksiliti təyin etmək üçün, adətən, xromotoqrafiyadan, eləcə də onun mis və vanadium-xinolin kompleksləri əmələ gətirmək xassəsinə əsaslanan üsullardan istifadə olunur. == Tətbiqi == Ksilit və onun 1,4-anhidridi (klisitan) sellofan istehsalında plastifikator və rütubət stabilizatoru kimi, kağız və ətriyyat sənayesində istifadə olunur. Ksilit ksiftal alkid qatranının, səthi-aktiv maddələrin, lakların, yapışdırıcıların alınmasında komponentdir. Ksilit şirin dada malikdir (saxarozadan iki dəfə şirindir), ödqovucudur; insan orqanizmi ilə mənimsənilmir. Şəkərli və piylənmədən əziyyət çəkən xəstələr üçün qənnadı məmulatların hazırlanmasında saxarozanın əvəzinə istifadə olunur.
Simit
Simit — suysamla qablı yumru formalı çörəklərə verilən ümumi ad. Türkiyə və Yunanıstanda geniş şəkildə istehlak edilən simitə Yunanıstanda kuluri (Yunanca: κουλούρι) deyilir. İzmir elində simit gevrek adıyla bilinir.(Bolqarıstanda 'gevrek' və Serbiyada 'çevrek' və Rumıniyada da 'covrigi' deyilir. Ehtimalla balkanlardan İzmirə gələn immiqrantların təsiriylə simitə 'gevrek' deyilir.) Ümumiyyətlə tək istehlak edilən simit, nahar üçün seçildiyində pendir, çay və ya cemlə birlikdə də yeyilə bilər. İndiki vaxtda simit, müasir sobalarda və simit evlərində hazırlanıb satıla bildiyi kimi prospekt və küçələrdə satıcılıq edən səyyar satıcılar tərəfindən bir əl avtomobili içində də satılar.
Udipi
Udipi və ya Udupi (kann. ಉಡುಪಿ) — Hindistanın Karnataka ştatında şəhər. Udupide məşhur Krişna mandir yerləşir ve Udupi Vayşnav dini səfər yeridir. Şəhərin əhalisi 165401 nəfərdir (2011).
Uşişir adaları
Uşişir adaları (rus. Ушишир) — Kuril adalarının Böyük Kuril cərgəsinə şimal qrupuna daxil olan adalar qrupu. İnzibati cəhətdən Saxalin vilayəti Severo-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalarda yaşayış yoxdur. Adalar qrupu iki adadan ibarətdir:Yakiç və Ruyponkitya. Adaların ümumi sahəsi 5 km² təşkil edir. Adalar qayalıqlardan ibarətdir. Burada bir çox quşlar yuva qurur (ağılsızlar, qarabatdaqlar, ördəklər və s.). Adalara vaxtı ilə tülkü gətirilmişdir. Hazırda sayları azdır.
Tsipi Livni
Tsipora Malka "Tsipi" Livni (8 iyul 1958[…], Tel-Əviv) – İsrailin xarici işlər naziri və baş nazir vəzifəsini müvəqqəti icra edən. Kadima partiyasının lideri, keçmiş ədliyyə naziri. Ali təhsilini bitirdikdən sonra Avropada qalmağa qərar verən Livni orada müxtəlif istiqamətlərdə fəaliyyət göstərmişdir. Onun Avropada qaldığı illərdə İsrail kəşfiyyat xidməti Mossadın üzvü olduğu və Avropada yaşayan bir çox fələstinli siyasətçiyə qarşı törədilən sui-qəsdlərdə iştirak etdiyi məlumdur. İsrail ordusunda xidmət edən Livni daha sonra İsrail kəşfiyyat xidməti Mossadda dörd il işləyib. Əslən polyak olan Eytan Livni İsrailin Fələstin yaşayış məskənlərinin zorla boşaldılması zamanı törətdiyi terror hadisələri ilə ad çıxaran İrgun təşkilatının şefi olub. 1931-ci ildə Qüdsdə fəaliyyət göstərən yəhudi terror təşkilatı Haganahdan ayrılan Avraam Tehomi və dostları tərəfindən yaradılan İrgun müdafiə doktrinası əvəzinə hücum doktrinasını mənimsəyən və başda Der Yasir qətliamı olmaqla onlarla ərəb qətliamına imzasını atan təşkilatdır. Tzipinin hər iki valideyni Fələstində ingilis diplomatlara hücumda iştirakdan dolayı həbs edilmişdi. Daha sonra atası həbsdən qaçmış, aradan bir müddət keçdikdən sonra isə Likud partiyasından Knessetə seçilmişdi. Anası isə özünü hamilə qadın kimi qələmə verərək ingilis işçilərinə maaş daşıyan qatarın soyulmasında iştirak etmişdi.
Şipot şəlaləsi
Şipot şəlaləsi (ukr. Шипіт; hərfi tərcümədə "cızıltı") – Ukraynanın Zarkarpatya vilayətində, Mejqorsk rayonunda, Pilipets çayı üzərində yerləşən şəlalə. Pilipets kəndindən 6 km uzaqlıqdadır. Şəlalənin hündürlüyü 14 metrdir. Şipot şəlaləsi Ukraynanın ən məşhur şəlalələrindən biridir. Hər il bura xeyli turist gəlir.
Sipil heykeli
Manisa reyefi, Akpınar relyefi və ya Kibela relyefi (türk. "Taş Suret") və ya Sipil heykeli — Türkiyənin Manisa şəhərindən 5 km şərqdə yerləşən Akpınarda, Salehli yolundakı əyləncə parkının yuxarısında hettlərə aid qaya relyefi. == Təsvir == Relyef Spil dağındakı qranit uçurum üzərində, Manisa şəhəri ilə üzbəüz yerləşir. Relyefin 6 m-dən çox hündürlüyü var və pis vəziyyətdədir. 8–10 m hündürlüyündəki bu oturan fiqur yüksək relyef üzərində təsvir edilmişdir. Fiqur şimala baxır və hündür, sivri uclu baş geyimindədir. Əlləri döşlərinə söykənmiş, ayaqları isə taburenin üstündə dayanır. Fiqurun başı təbii səbəblərdən qismən qopmuşdur. Relyefin başının sağında Luvilərə məxsus hiyeroqlif yazının iki qalığı vardır ki, bu da relyefin Hett dövrünə aid olduğunu göstərir. Xristian teoloq Sesil Con Kadoux relyefin Hett kralı I Suppiluliuma və ya oğlu oğlu II Mursilin hakimiyyəti dövrünə aid olduğunu düşünürdü Helmuth Theodor Bossert , Hanyeri relyefində və İmamkullu relyefində olan eyni adla "Şahzadə Kuwalanamuwa" şəklində ən soldakı yazını (Akpınar 1) oxudu, lakin hər üçünün də eyni şəxsə aid olub olmadığı aydın deyil.