Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Buteo buteo
Adi sar (lat. Buteo buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü.
Buteo
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Buton
Buton — Sulavesi yarımadasından cənub-şərqdə yerləşir. İndoneziyanın ərazisinə daxildir. Ərazisi 4408 km²-dir. Ərazisinə görə dünyada 119-cu, İndoneziyada isə 19-cu yerdə gedir. == Tarixi == Koloniyalaşma dönəminə qədər Butunq adı ilə tanınırdı. Ada Ternate adasının əhatə dairəsinə daxil idi. XVI əsrdə Ternat dövlətinin mühüm mərkəzlərindən biri olmuşdur. Əsas ticarət mərkəzlərindən biri olmuşdur. == Coğrafiya == Adanın böyük hissəsi tropik meşə ilə örtülüdür. Buton dünyada iki yerdən biridir ki, burada cırtdan camış olan anoa yayılmışdır.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Quano
Quano – quru iqlim şəraitində dəniz qurşaqlarının peyin yatağıdır. Yaxşı gübrədir. Çili və Peru sahili yaxınlığındakı adalarda, Karib dənizindəki adalarda böyük quano yataqları vardır.. Quanin ilk dəfə quanodan əldə edildiyi üçün bu çür adlandırılmışdır.
Rudno
Rudno — Polşanın cənubunda kənd. Krakov şəhərinin qərbində, ondan 28 km aralı (sərhəddən 20 km) yerləşir. 745 nəfər əhalisi var. == İnfrastrukturu == Yehovanın Şahidləri abidəsi, orta məktəb.
Cuno
Cuno (ing. Juneau) - ABŞ-də şəhər,Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Juno
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən - Iris pseudacorus L., Florensiya süsəni - I. florentina L., Almaniya süsəni - I. germanica L., solğun süsən - I. pallida Lam. və s. növlərindən istifadə olunur.Süsən çiçəyi təbiətin yaratdığı gözəl canlı abidədir.
Kuno
Cuno (ing. Juneau) - ABŞ-də şəhər,Alyaska ştatının inzibati mərkəzi. Əhalisi 33,026 min nəfərdir (2015) == Haqqında == Cuno şəhərinin materik hissəsi Qastino boğazı sahilində, Cuno dağının ətəyindədir. Cuno bələdiyyəsi ərazisinin tərkibinə boğazın qarşı sahilində yerləşən Aleksandr arxipilaqındakı Duqlas adası da daxildir (1970-ci ildən).
Lüno
Lüno (fr. Luneau) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Donjon kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03154. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 284 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 164 nəfər (15-64 yaş) arasında 121 nəfər iqtisadi fəal, 43 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73,8%, 1999-cu ildə 67.9%). Fəal 121 nəfərdən 116 nəfəri (67 kişi və 49 qadın), 5 nəfəri işsizdir (2 kişi və 3 qadın). Fəal olmayan 43 nəfər arasında şagird və ya tələbə, 16 nəfər təqaüdçü, 20 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Ruto
Vilyam Ruto (21 dekabr 1966, Kamaqut[d], Keniya) — Keniya siyasətçisi, fəalı, 2022-ci ildən Keniya Prezidenti. O, Birləşmiş Demokratik Alyans Partiyasının təsisçisidir. == Həyatı == Vilyam Ruto 21 dekabr 1966-cı ildə Keniyanın Kamaqut kəndində anadan olmuşdur. O, yerli ibtidai məktəbi bitirmişdir. Ruto 1980-ci illərin əvvəllərində Nayrobi Universitetində biologiya ixtisası üzrə təhsil almış və aktivizm işləri ilə məşğul olmuşdur. Vilyam Ruto 1992-ci il seçkilərində Daniel Arap Moinin yenidən seçilməsi üçün kampaniya aparmış, daha sonra Keniya Parlamentinin bəzi üzvlərinin köməkçisi kimi çalışmışdır. O, 1997-ci ildə ilk dəfə Keniya Parlamentinə seçilmişdir. Ruto 2007-ci il prezident seçkilərində Narıncı Hərəkat adından iştirak etməyi planlaşdırırdı. O, partiya praymerizində 368 səslə üçüncü yeri tutmuşdur. Ruto 2012-ci ildən Keniya hökumətində nazir vəzifələrində çalışmışdır.
Ancelo Buono
Ancelo Entoni Buono (5 oktyabr 1934, Nyu-York, Roçester – 21 sentyabr 2002, Kaliforniya, Kalipatriya) – qohumu Kennet Biançi ilə birlikdə “Hillside Stranglers” kimi tanınan və Kaliforniya, Los-Ancelesdə 1977-ci ilin oktyabr və 1978-ci ilin fevral ayları arasında 10 gənc qadını öldürməkdə günahkar bilinən amerikalı seriyalı qatil, oğru, təcavüzkar. == Uşaqlıq və gənclik illəri == Ancelo Buono San-Buonodan olan birinci nəsil italyan mühacir kimi 5 oktyabr 1934-cü ildə Nyu-York, Roçesterdə anadan olub. Buono aliment ödəməməkdən tutmuş, avtomaşın oğurluğu, təcavüz, zorlamaya qədər geniş cinayət tarixinə sahibdir. 1975-ci ildə Buono 41 yaşında olanda qohumu Kennet Biançi ilə əlaqə saxladı. Buono Biançini virtual dustaq kimi saxladığı iki qadının fahişəliyində ona qoşulmasına inandırdı. == Cinayətlər == 1977-ci ilin oktyabrında Buono və Biançi Kaliforniya, Los-Ancelesdə səyahət edərkən Buononun maşınında saxta nişanlardan istifadə edərək qadınları gizli polis olduqlarına inandırıb öldürməyə başladılar. Onlar daha sonra qurbanları polis maşını olduğunu iddia etdikləri Buononun avtomobilinə mindirdilər və işgəncə verərək öldürmək üçün Buononun evinə apardılar. Qızlar və qadınlar 12 və 28 yaş aralığında idilər. Qurbanlar: Yolanda Vaşinqton, 19 yaş – 17 oktyabr 1977-ci il Cudit Linn Miller, 15 yaş – 31 oktyabr 1977-ci il Lissa Kastin, 21 yaş – 6 noyabr 1977-ci il Ceyn Kinq, 28 yaş – 10 noyabr 1977-ci il Dolores Sepeda, 12 yaş – 13 noyabr 1977-ci il Sonya Conson, 14 yaş – 13 noyabr 1977-ci il Kristina Vekler, 20 yaş – 20 noyabr 1977-ci il Loren Vaqner, 18 yaş – 29 noyabr 1977-ci il Kimbereli Martin, 17 yaş – 9 dekabr, 1977-ci il Sindi Li Hadslet, 20 yaş – 16 fevral 1978-ci ilBuono və Biançi qurbanlarını boğaraq öldürməzdən əvvəl təcavüz edirdilər. Onlar ölümcül inyeksiya, elektrik vurması və karbonmonoksit zəhərlənməsi kimi digər öldürmə üsullarını sınaqdan keçirirdilər.
Antuan Kurno
Antuan Ogüsten Kurno (fr. Antoine Augustin Cournot; 28 avqust 1801[…], Qre[d] – 31 mart 1877[…], Paris) — Fransa filosofu və riyaziyyatçısı. İqtisadi nəzəriyyənin inkişafında böyük töhfələri olmuşdur. == Həyatı == Antuan Ogüsten Kurno Yuxarı Sonada dünyaya gəlmişdir. 1821-ci ildə dövrünün nüfuzlu təhsil müəssisələrindən biri olan Paris Ali Normal Məktəbinə qəbul olur. Sanmoya görə, Sonralar Kurno riyaziyyat üzrə professor kimi uzun müddət fəaliyyət göstərir və Dijon Akademiyasının rektoru təyin edilir. 1877-ci ildə vəfat etmişdir. Ömrünün son illərində Kurno, demək olar ki, kor idi. == Fəaliyyəti == === İqtisadiyyat === Kurnonun əsas təhsili riyaziyyat üzrə olsa da, iqtisadi nəzəriyyəyə də öz töhfəsini vermişdir. Onun monopoliyalar və duopoliyalar haqqında nəzəriyyələri hələ də öz aktuallığını qoruyub saxlayır.
Buteo lagopus
Tüklüayaq sar (lat. Buteo lagopus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. Bədənlərinin uzunluğu 51-61 sm, kütləsi 800—1300 q. olur. Adi sara oxşayır, lakin bədəninin aşağı hissəsi parlaqdır. Tülküayaq sar Avrasiya və Şimali Amerikada yayılmışdır.
Buteo rufinus
Çöl sarı (lat. Buteo rufinus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl sar cinsinə aid heyvan növü. == Kateqoriya və statusu == (II-EN). Təhlükə altındadır. Məhdud ərazidə qalıb. == Qısa təsviri == Qarğadan böyük yırtıcıdır. Qanad lələklərinin dibi ağdır, havada uçarkən aydın görünür. Bel tərəfi açıq-qonur, qarın tərəfi kürəndir. Qanadlarının tinində (əyrisində) tünd rəngli böyük ləkə var (uzaqdan görünür). == Yayılması == Avropa, Asiya və Şimali Afrikada yayılıb.
Con Uitni
Con Vitni (ing. John Whitney; d. 1874, Lankaşir, İngiltərə – ö. məlum deyil) — ingilis futbolçu; onun müntəzəm mövqeyi müdafiəçi idi. "Mançester Yunayted" komandasında çıxış edib. == Həyatı == Uilyam Gives 1867-ci il ilin iyul ayında İngiltərənin Mançester şəhərində anadan olmuşdur.
Kate Upton
Keyt Apton (ing. Kate Upton; 10 iyun 1992) — amerikalı model və aktrisa. == Həyatı == Keyt Apton 10 iyul 1992-ci ildə ABŞ-nin Miçiqan əyalətində anadan olmuşdur. Uşaqlığını Florida ştatının Melburn şəhərində keçirmişdir. == Karyerası == 2008-ci ildə "Miami Elite Model Managment" ilə müqavilə imzalayan Kate, sonradan Nyu-Yorka köçmüşdür və elə orada ilk dəfə modelliyə addım atmışdır. İlk dəfə Dooney&Bourke çanta markasının modeli olmuşdur. Daha sonra "Sports Illustrated Swimsuit Issue" üz qabığına çıxmışdır və müxtəlif mükafatlara layiq görülmüşdür. Həmin dövrdən, indiyədək Beach Bunny çimərlik geyimi və Victoria Secret üçün modellik edir. Həmçinin 2011-ci ilin iyul ayında, "Esquire" jurnalı tərəfindən "Yayın qadını" seçilmişdir. 2014-cü ildə Kameron Diaz və Lesli Mannla birlikdə "Digər qadın" filmində rol almışdır.
Kurno oliqopoliyası
Kurno oliqopoliyası — bazar rəqabətinin iqtisadi modeli. Onu formalaşdıran fransız iqtisadçısı A. Kurnonun (1801-1877) şərəfinə adlandırılmışdır. Modelin əsas müddəaları: Bazarda eyni adlı iqtisadi məhsul istehsal edən sabit sayda N > 1 {\displaystyle N>1} firma var; Bazara daxil olan və çıxan yeni firmalar yoxdur; Firmaların bazar gücü var. Qeyd: Kurno özü bazar gücünün nə olduğunu bilmirdi. Bu termin sonradan ortaya çıxdı; Firmalar mənfəətlərini maksimuma çatdırır və əməkdaşlıq olmadan fəaliyyət göstərir. N {\displaystyle N} bazarındakı firmaların ümumi sayının bütün iştirakçılara məlum olduğu güman edilir. Hər bir firma öz qərarını verərkən digər firmaların məhsuldarlığını verilmiş parametr (sabit) kimi qəbul edir. Firmaların məsrəf funksiyaları c i ( q i ) {\displaystyle c_{i}(q_{i})} müxtəlif ola bilər və həmçinin bütün iştirakçılara məlum olduğu güman edilir. Tələb funksiyası malın qiymətinin azalan funksiyasıdır. Malın qiyməti sektoral bazarın tarazlıq qiyməti kimi verilir (sahə təklifinin dəyəri eyni qiymətdə verilmiş iqtisadi əmtəəyə olan tələbin dəyərinə bərabərdir).
Masao Uçino
Masao Uçino (21 aprel 1934 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 18 oyun keçirib, 3 qol vurub.
Qobe Quano
Qobe Quano (10 dekabr 2000-ci ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda hücumçu kimi çıxış edən peşəkar Fransa futbolçusudur. == Klub karyerası == === Monako === Quano Monako akademiyası vasitəsilə inkişaf etmişdir. O, 7 may 2018-ci ildə klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. Quano peşəkar karyerasında debütünü 6 noyabr 2018-ci ildə Brügge klubuna qarşı oyunda etmişdir. O, 61-ci dəqiqədə Radamel Falkaonu əvəz etmişdir. UEFA Çempionlar Liqasının qrup mərhələsi görüşündə rəqibinə 0-4 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Quano Fransada anadan olmuşdur. Valideynləri isə Kot-d'İvuar vətəndaşlarıdır. O, hal-hazırda Fransa millisinin müxtəlif yaş qruplarında çıxış edir.
Santyaqo Bueno
Santyaqo İqnasio Bueno Ssiutto (isp. Santiago Ignacio Bueno Sciutto; 9 noyabr 1998, Montevideo, Uruqvay) — Sequnda Liqa təmsilçilərindən olan Barselona B klubunda müdafiəçi kimi çıxış edən peşəkar Uruqvay futbolçusudur. == Bioqrafiya == Bueno peşəkar karyerasına paytaxt klubu olan Penyarol klubunda başlamışdır. Erkən illərində Santyaqo klubunda çıxış etdikdən sonra Penyarolun əsas komandasına qoşulmuşdur. Lakin bu klub ilə heç bir rəsmi oyuna çıxmamışdır. Bueno 2017-ci ilin əvvəllərində İspaniya klubu olan Barselona klubu ilə 2019-cu ilə qədər müqavilə imzalamışdır. Transferin dəyəri isə 1 milyon avro olmuşdur. 2018-ci ilin yanvar ayında Bueno Peralada-Jirona B klubuna icarəyə verilmişdir. == Milli karyerası == 2015-ci ildə Bueno Uruqvayın gənclərdən ibarət milli komandası ilə Paraqvayda keçirilən Cənubi Amerika Gənclər Çempionatında iştirak etmişdir. Turnirdə Bueno Boliviya, Çili, Kolumbiya, Braziliya, Paraqvay və iki dəfə Argentina və Ekvador milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır.
Sitno (dağ)
Sitno — Slovakiyada dağ. 1,009 metr (3,310 ft) hündürlüyü ilə Ştyavniske dağ sisliləsindəki ən hündür dağdır. Dik andezit divarları zirvəya qalxan yamacı üç tərəfdən əhatə edir. Sitno qalası orta əsrlərdə Banska Ştyavnisa və ətrafındakı filiz yataqlarına çıxış yollarını qorumaq üçün inşa edilmişdir. Qala 18-ci əsrin əvvəllərindən bəri xarabalığa çevrilib. Dağa Pohuvadlo gölündən təbii cığır ilə və ya Prenhov kəndindən qalxan piyada yolu ilə çıxmaq olar. == Tarixi == Sitno arxeoloji cəhətdən qorunan ərazi elan edilmişdir. Arxeoloji işlər zamanı burada Lusatiya mədəniyyətində aid kütləvi yaşayış yeri aşkar edildi. İstehkam tipli yaşayış sahəsi 16 hektar əraziyə sahibdir və Slovakiyadakı Lustaiya mədnəiyyətinə aid in yüksək istehkam yeridir. Eramızdan əvvəl 1200-800-cü illərdə burada yerləşən bu yaşayış məskəni çoxsaylı saxsı qablar, iplik alətləri, daş qablar, habelə bir sıra tunc tapıntılar, məsələn, bir fincan, balta, tir, iynə, iynə və s.
Taras Dutko
Taras Dutko (tam adı: Тарас Романович Дутко; d.
Uitni Hyuston
Vitni Elizabet Hyuston (ing. Whitney Elizabeth Houston; d. 9 avqust 1963, Nyuark, Nyu-Cersi - ö. 11 fevral 2012, Beverli Hillz, Kaliforniya) — ABŞ müğənnisi. Bir neçə hitlərin ifaçısıdır (o cümlədən "I Will Always Love You" və "I Have Nothing"). Dörd filmdə çəkilmişdir. == Həyatı == Con və Kissi Hyustonun sevimli qızları Vitni Hyuston 9 avqust 1963-cü ildə Nyu-Cersidə dünyaya göz açıb. Anası Elvis Preslinin vokalisti, əmisi oğlu Dion Uarvik superstar, xaç anası Aneta Franklin isə əfsanəvi müğənni idi. Belə ailədə Vitni də uşaqlıq yaşlarından etibarən musiqi ilə maraqlanmağa başlayır. Əvvəllər Nyu-Cersidə kilsə xorlarında mahnı oxuyan Vitni zamanla peşəkarlığa addım atırdı.
Uitni dağı
Vitni dağı (ing. Mount Whitney) — ABŞ-nin Kaliforniya ştatının Tulare və İnyo qraflıqlarında yerləşən dağ. Vitni dağının hündürlüyü 4.421 m olub Alyaska xaricində ABŞ-nin ən hündür dağ zirvəsidir. Şimali Amerika qitəsinin ən alçaq yeri olan Ölüm Dərəsi Milli Parkındakı Badvater hövzəsi (-84 m) ilə şimal-qərbində yerləşən və ABŞ-nin ən hündür ikinci dağı olan Vitni dağı arasındakı məsafə 136,2 km-dir. Vitni dağının qərb yamacları Sekvoya Milli Parkının sərhədləri içərisindədir. Şərq yamacları isə İnyo qraflığı tərəfindən İnyo Milli Meşəsi adı ilə qorunur. Vitni dağına gedən Vitni Dağı Yürüyüş Zolağının uzunluğu 341 km-dir. == Coğrafiya == Vitni dağı Syerra Nevada dağlarının bir zirvəsidir. Ən yaxınlıqda olan Lone Pin şəhərindən 3,5 km uzaqlığındadır. Vitni dağında Alp iqlimi hakimdir.