Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hazaniya
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Azaniya
Azaniya (q.yun. Ἀζανία) və ya Barbariya (q.yun. Βαρβαρία) — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat. Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun. Βαρβαρικός κόλπος, lat. Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat. Mare Azanium) adlandırılırdı Azaniyaya Muxadan zeytun yağı və büxur, Avropadan isə dəmir, şüşə, buğda və şərab idxal olunurdu. Azaniyadan xaricə fil sümüyü, kərgədan buynuzu, tısbağa sümüyü və hindqozu ixrac olunurdu. Azaniyanın əsas ticarət şəhəri Rufici çayının mənsəbində yerləşən Rapta idi.
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Azaniya (Arkadiya)
Azaniya ( q.yun. Ἀζᾱνία) — coğrafi cəhətdən Arkadiyanın bir hissəsi olan Peloponnes yarımadasının şimalında yerləşən tarixi region. Azaniyanın adı mifik padşah Arkadın oğlu Azanın adından gəlir.