Azaniya (q.yun.Ἀζανία) və ya Barbariya (q.yun.Βαρβαρία)[1] — qədim coğrafiyaşünaslıqda Şərqi Afrikada, Hind okeanı sahilində, Somalidəki Aromat burnundan (Qvardafuy) Tanzaniyadakı Rapta burnuna (lat.Raptum) qədər uzanan vilayət. Azaniya körfəzi yunanlar tərəfindən Barbariya körfəzi (q.yun.Βαρβαρικός κόλπος, lat.Sinus Barbaricus), romalılar tərəfindən isə Azaniya dənizi (lat.Mare Azanium) adlandırılırdı
Azaniya müasir Somali, Keniya, Tanzaniya və şimali Mozambikin sahillərini əhatə edirdi. Azaniyada arxeoloji tədqiqlər 1920-ci illərdən bəri aparılır. Corc Hantinqford yeganə bir «Azaniya sivilizasiyası» olduğunu irəli sürmüşdür,[10] ancaq bu fikir sonralar ifşa olunmuşdur. Çağdaş tarixşünaslar Azaniyada erkən dəmir dövrünə aid müxtəlif sivilizasiyaların olduğuna inanırlar. Vilayətdə yerləşən evlərin tikinti üslubları yerli xarakteristika daşıyır.[4][11][12]
↑Hatinqford, Q. U. D. Antiquity // The Azanian civilizations of Kenya (ingilis) (7). Kembric: Cambridge University Press. 1933. səh. 153—165. doi:10.1017/S0003598X00007900.
↑General History of Africa. Vol. 2, Ancient civilization of Africa (ingilis). 2 (Gamal Mokhtar, ed.). London: Heinemann Educational. 1981. ISBN92-3-101-708-X.
↑Konna, Qraham. African civilizations: an archeological perspectives (ingilis). Kembric: Cambridge University Press. 2001. ISBN978-0-521-59309-0.