Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Familiya
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Faminin
Faminin və ya Pambıqlı — İranın Həmədan ostanında yerləşən şəhər, Faminin şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 14019 nəfər və 3634 ailədən ibarət idi. Bu şəhərin köhnə adı "Pambıqlı" olub. Əhalisi azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar .
Discovery Familia
Discovery Familia — "Discovery Communications"a məxsus təhsil və ailə yönümlü ispandilli Amerika peyk və kabel televiziyası kanalı.
Faminin şəhristanı
Faminin şəhristanı (farsca: شهرستان فامنین) — İran İslam Respublikasının Həmədan ostanının şəhristanlarından biridir. Mərkəzi Faminin (Pambıqlı) şəhəridir. == Ərazi == Şəhristan 1362 km² ərazini əhatə edir. == Əhali == 2006-cı ilin siyahıya alınmasına əsasən, Faminin şəhristanının əhalisi toplam 40,541 nəfərdən ibarətdir. === Şəhristanın bəxşlərinin əhalisi === ==== Mərkəzi (Faminin) bəxşi ==== Əhali (toplam): 36,214 nəfər (2006 s.a.) — Şəhər əhalisi (Faminin şəhəri): 14,019 nəfər (2006 s.a.) — Kənd əhalisi : 22,195 nəfər (2006 s.a.) ==== Pişxor bəxşi ==== Əhali (şəhərləri yoxdur, əhalisi tamamiylə kəndlərdə yaşayır): 4,327 nəfər (2006 s.a.) === Milli tərkib === Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Saqrada Familia
Müqəddəs Ailə kilsəsi (kat. Temple Expiatori de la Sagrada Família) - Barselona şəhərində yerləşən memarlıq abidəsi İspaniyanın Barselona şəhərində yerləşən bu kilsənin inşası haqqında ilk fikirlər 1874-cü ildə yaranmışdır. Yeddi ildən sonra toplanmış ianələr hesabına o zaman şəhərin bir neçə kilometrliyindəki Eşample adlı ərazidə böyük torpaq sahəsi alınmış, 1882-ci ildə isə məbədin inşasına başlanmışdır. İlk layihəçisi memar Fransisko del Vilyar latın xaçı formasında, lakin qotik üslubda olmayan plan hazırlamışdı. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Buna görə də onun inşası dövrümüzədək davam edir. 1883-cü ildə Fransisko del Vilyar işdən uzaqlaşmış, bundan sonra kilsənin tikintisinə digər məşhur memar Antonio Qaudi rəhbərlik etmişdir. Tamamilə gözlənilmədən kilsənin inşası üçün çox böyük məbləğdə ianə toplanılmışdır. Qaudi bundan sonra əsas layihəni xeyli dəyişdirmək qərarına gəlmişdir. Onun fikrincə, kilsə çoxsaylı nəhəng qüllələrdən ibarət olmalı, bütün dekorasiyalar isə İncil və ya kilsə mərasimlərilə bağlı rəmzləri xatırlatmalı idi.
Discovery Family
Discovery Family (əvvəllər — ing. Discovery Kids and Hub Network) — 1996-cı il 7 oktyabrda yayıma başlamış amerikan kabel və peyk televiziya kanalı. Kanal Discovery Communications və Hasbro şirkətlərinin birgə müəssisəsidir. Discovery Family kanalı iki auditoriya növünə malikdir: gündüz vaxtı uşaqlar üçün öz proqramlarının və əldə edilmiş televiziya proqramlarının nümayişi, axşam və gecə vaxtlarında isə ailənin baxması üçün köhnə televiziya komediyalarının, dram və bədii filmlərin təkrarı. Şirkətin prezidenti Henri Şliffdir (Henry Schleiff). Televiziya kanalının baş icraçı direktoru Fox Kids-in keçmiş direktoru Tom Kosqrouv (Tom Cosgrove) idi. Hub Network (2010–2014) televiziya kanalının prezidenti və icraçı direktoru televiziya veteranı olan Marqaret Leş (Margaret Loesch) idi. Kanalın tamaşaçı auditoriyası təxminən 60 milyon insanı əhatə edirdi. 13 oktyabr, 2014-cü ildə Hub Network televiziya kanalı Discovery Family kanalına çevrildi. 14 sentyabr, 2017-ci ildə Fransada fransız versiyası yayıma başladı.
Family Guy
Qriffinlər, (ing. Family Guy) — Set Makfarleyn tərəfindən "Fox Broadcasting Company" teleşirkəti üçün yaradılan ABŞ animasiya sitkomu. Süjetin mərkəzində valideynlər Piter və Lois, onların uşaqları Kris, Meq və Styui, həmçinin antropomorf it Brayandan ibarət olan uğursuz Qriffinlər ailəsi dayanır. Şoudakı hadisələr Rod-Aylend ştatının Providens dairəsinin Kuahoq adlı uydurma şəhərətrafı qəsəbəsində cərəyan edir. Serialın yumorunun böyük bir hissəsini çox vaxt ümumi süjetlə heç bir əlaqəsi olmayan — siyasət, köləlik, əlillik, feminizm, piylənmə və sair kimi müxtəlif həssas və mübahisəli mövzularda edilən zarafatlar təşkil edir. "Qriffinlər" ideyası Makfarleynin ağlına hələ kollecdə oxuyarkən gəlib, amma onun reallaşdırmasına özünün ilk animasiya layihələri olan — "Larrinin həyatı" və "Larri və Stiv" üzərində işlədikdən sonra başlayıb. O, bu filmlərin əsas personajlarını, Larri və onun iti Stivi, müvafiq olaraq Piter və Brayana dəyişib. Makfarleyn 15 may 1998-ci ildə yeddidəqiqəlik pilot seriya çəkərək, öz ideyasını Fox telekanalının rəhbərlərinə təqdim edib, onlar layihəyə “yaşıl işıq” veriblər və beləcə serialın istehsalına başlanılıb. 2002-ci ildə, üç mövsüm nümayiş olunduqdan sonra serialın yayımını dayandırıblar. Lakin "Qriffinlər"in DVD buraxılışlarının yaxşı satışı və Adult Swim-də yüksək reytinqlər göstərməsi, 2004-cü ildə rəhbərliyi şounun yayımını bərpa etməyə vadar edib.
The Family Jewels
The Family Jewels — uelsli müğənni Marina Diamandisin, Marina and the Diamonds adı altında buraxdığı debüt studiya albomu. 15 fevral 2010-cu ildə 679 Recordings və Atlantic Records tərəfindən buraxılıb. Müğənninin sözlərinə görə albomdakı mahnılar maddi sərvətlərə önəm verilməsi, müasir sosial dəyərlər, ailə, və qadın seksuallığı mövzularındadır.