Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Elinor Farcon
Elinor Farcon(ing. Eleanor Farjeon) — ingilis uşaq yazıçısı, şairi. == Həyatı == Elinor Farcon 13 fevral 1881-ci ildə doğulmuşdu. Elinor Farcon 5 iyun 1965-ci ildə vəfat edib.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Barion
Barion (yun. βαρύς — ağır) - elementar hissəciklər qrupuna daxil olan, 3 kvarkdan ibarət güclü təsirə malik fermionlardır. Məlum olan barionlardan ən yüngülü nuklonlardır.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Fayton
Fayton — minik məqsədilə hazırlanmış cütatlı qədim nəqliyyat vasitəsidir. XIX əsrdə fayton müasir minik avtomobillərini əvəz edirdi. Rahat nəqliyyat növü olduğu üçün Azərbaycanda ondan son zamanlara qədər istifadə olunmuşdur. Şəhər nəqliyyatı hesab olunan fayton bir çox rütbəli adamlar tərəfindən kənd yerlərində işədilmişdir. XIX əsrin axırlarında Bakıdan müxtəlif istiqamətlərə işləyən 418 fayton qeyd alınmışdı. Qatarların gəldiyi vaxt Bakı dəmir yolunun vağzalının qarşısındakı meydanda sərnişinləri daşımaq üçün faytonlar növbəyə dururdu. Bu dövrdə faytonlarda gediş haqqını göstərən xüsusi qiymət cədəvəli də olurdu. Dəmir lövhə üzərinə yazılmış cədvəl faytonun açıq görünən tərəfində bərkidilirdi. Hər bir fatonda faytonçudan başqa 3-4 adam otura bilirdi. Faytonun xarici görkəmini gözə çarpdırmaq üçün fayton sahibləri çalıdşırdılar ki, qoşqu üçün xüsusi seçilmişdi.
Furano
Furano (yap. 富良野市) — Yaponiyanın Hokkaydo adasında və eyni adlı prefekturanın Kamikava sabprefekturada yerləşən şəhər.
Furqon
Furqon, malların və ya insanların daşınması üçün istifadə olunan yüngül kommersiya nəqliyyat vasitəsidir. Mikroavtobusun növündən asılı olaraq o, mikrofurqon, panel furqon, SUV, kompakt SUV və ya orta ölçülü avtomobildən daha böyük ola bilər. Mini MPV, yığcam MPV, düşərgə furqonlarını və mikrofurqonları da funksiyasına görə furqonla müqayisə etmək mümkündür. Mercedes-Benz Sprinter, Ford Transit, Ford Transit Connect, Chevrolet Express furqonların məşhur nümunələridir.
Jarqon
Jarqon - müəyyən bir sahə və ya fəaliyyət sahəsi ilə əlaqəli ixtisaslaşmış terminologiyadır. Jarqon adətən xüsusi kommunikativ kontekstdə istifadə olunur və kontekstdən kənarda yaxşı başa düşülməyə bilər. Kontekst adətən müəyyən bir məşğuliyyətdir (ticarət, peşə, xalq dili, akademik sahə və s.). Lakin hər hansı bir qrupda da jarqon ola bilər. Jarqonu dilin digər hissəsindən fərqləndirən əsas xüsusiyyət xüsusi lüğətdir. Qrup içində sözlərin mənalarını digər qruplardan fərqli anlama meyli nəticəsində ünsiyyətdə yanlış anlaşılmalar mümkündür. Jarqon bəzən texniki arqonun bir parçası olaraq başa düşülür və müəyyən bir fəaliyyət sahəsində istifadə olunan rəsmi terminologiyadan fərqləndirilir.Ədəbiyyatda jarqon və arqo terminləri kəskin şəkildə fərqləndirilmir. Müxtəlif müəlliflər bu anlayışları fərqli açıqlayırlar. Bir şərhə görə, jarqon təbiəti etibariylə gizli olması baxımından arqodan fərqlidir. Başqa bir izaha görə isə, jarqon xüsusi olaraq peşə və texniki dairələrlə bağlı olmasından dolayı fərqləndirilir.
Karano
Karano- İtaliyanın şimalında Trentino-Alto Adige/Südtirol regionunda bir bələdiyyə. Trentonun təxminən 35 kilomter şimal-şərqində yerləşir. == Ədəbiyyat == All demographics and other statistics: Italian statistical institute Istat.
Karaok
Karaok - Roketsan tərəfindən inkişaf etidirilən 125 mm daşınabilən qısa məsafəli tank əleyhinə idarəolunan raket (TƏİR) sistemidir. Raketin uzunluğu 110 sm-dir. İnfraqırmızı tuşlama başlığına malik "Karaok"un 2000 metrə yaxın məsafədə hədəfləri məhv etdiyi bildirilir. Kompleks atıcı qurğu ilə birlikdə 25 kq-dan az kütləyə malikdir. "Karaok" raketinin hazırlanmasında daha əvvəl istehsal edilən OMTAS platformasından istifadə edilir. Son zamanlar "Karaok" raketinin seriyalı istehsal prosesi davam edərkən, məhsulun bəzi hissələri embarqolar səbəbiylə yenidən işlənməli olub. Bu səbəblə kütləvi istehsal prosesinə hazırlığın daha bir neçə il davam edəcəyi gözlənilir. ASELSAN bu məqsədlə Konyada yeni bir istehsal xətti də açıb. Müəssisənin 2019-cu ildə istehsala başlayacağı gözlənilir. Modernləşmə proqramı çərçivəsində "Karaok" raketinin atəş məsafəsinin gələcəkdə mərhələli şəkildə əvvəlcə 4, sonra isə 6 km-ə çatdırılması planlaşdırılır.
Karavon
Karavon (tatar. Каравон) — yerli ənənə, ansambl, Ümumrusiya rus folkloru festivalı, Tatarıstan Respublikasında rus xalq bayramı. == Tarixi == 2003-cü ildən bəri, Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə bu, tətil günüdür və hər il Laişevski rayonunun Nikolskoye kəndində eyni adlı respublika rus folklor festivalı ilə birlikdə keçirilir. 1993-cü ildən bəri Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin himayəsindədir. Yerli folklorşünaslara görə, tətilin üç yüz ildən çox yaşı var və kökləri XVI əsrdə, üç gün ərzində may ayında “Müqəddəs Nicholas Wonderworker Günü” adlı bir patron ziyafəti olaraq qeyd edildiyi zaman. Rusiyanın Tatarıstan, Udmurtiya, Mari El və digər bölgələrindən folklor qrupları (bir neçə min nəfər) Laishevsky rayonunun Russkoye Nikolskoye kəndinə gəlir. Əksəriyyəti rus milli geyimlərini geyinirlər. Festival iştirakçıları festival qonaqlarına Volqa Pravoslav inancının ənənələri əsasında etno-teatrlaşdırılmış tamaşalar, mahnı və rəqslər təqdim edəcəklər. Antik dövrlərdən bəri əl sənətləri emalatxanaları nümayiş olunur. Yarmarka kəndin mərkəzi küçəsi oldu.
Karbon
Karbon (C) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 6-cı element. Karbon Mendeleyevin dövri sistem cədvəlində 2-ci dövr, 4-cü qrupda yerləşir. Karbonla eyni yarımqrupa silisium Si, germanium Ge, qalay Sn, qurğuşun Pb elementləri daxildir. Valent elektronlarının sayı 4-dür. Karbon təbiətdə çox tapılan qeyri-metal kimyəvi elementdir. Kainatda yayılmasına görə altıncı yerdədir. Dünyada həm təbii, həm də mürəkkəb birləşmələr şəklində olan karbon ağırlıq olaraq Yer qabığının təxminən 0,2% — ni təşkil edir. Atmosferin isə təxminən 0,05% — ni təşkil edən karbon dioksid, mərmər kimi karbonat minerallarının, kömürün, neftin, təbii qazın əsas elementlərindən olan hidrokarbonatların və s. tərkibində vardır. Birləşmələrin 94% — in (4 milyondan çoxunun) tərkibində karbon vardır.
Maxaon
Maxaon (mifologiya) — qədim yunan mifologiyasında məşhur təbib, təbabət tanrısı Asklepin və Epionun oğlu, Apollonun nəvəsi. Maxaon (kəpənək) — əsl yelkənqanadlı cinsinə aid heyvan növü.
Narbon
Narbon (fr. Narbonne, oks. Narbona) — Fransanın Od (fr. Aude) departamentində qədim şəhər, Lion körfəzindən 12 km Aralıq dənizini Atlantik Okeanı ilə birləşdirən Cənubi Kanalın bir hissəsində yerləşir. Şəhər əhalisi 46510 nəfərdir (1999) == Tarix == Narbon (Colonia Narbo Martius) - Kolumbiya şəhərində ilk Roma koloniyası olan Naronia dan böyüyüb. O, dövrdə şəhər Aralıq dənizinin sahillərində dayanmış və mühüm dəniz limanı kimi xidmət etmişdir. İmperatorluq dövründə də bu, hərbi mərkəzi və Cənubi paytaxtı idi və ya Narbon Qallo şəhəri kimi hesablanırdı. Narbon döyüşündən sonra (436) Vestqot burada hökmranlıq ediblər. 719-759-cu ildə Narbon və ətraf ərazisi (lat. Septimania) məxsus idi.
Paraoa
Paraoa (fr. Paraoa) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Taiti atolundan 930 km cənub-şərqdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 4 km²-dir. Daxilində laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Hao kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. O, adanı Qloster olaraq adlandırır. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Qaradon
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
Qarmon
Qarmon — Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti kimi qarşılanır. Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. == Tarixçə == Qarmon tipli alətlərin vətəni qədim Çin sayılsa da, çağdaş biçimli qarmonları alman musiqiustası Kristian Buşman (1805—1864) 1822-ci ildə icad edib. 1830-cu illərdə diatonik səsdüzümlü qarmonlar Rusiyanın Tula şəhərində istehsal olunub. Təxminən 10-15 il sonra, XIX əsrin I yarısında belə qarmonlar Azərbaycana gətirilib. 1870-ci ildə tulalı dirijor və qarmon ustası N. İ. Beloborodov xromatik səsdüzümlü qarmonlar düzəldib. XIX əsrin I yarısında Rusiyadan Azərbaycana diatonik səsdüzümlü, yalnız ağ dillərdən ibarət olan qarmonlar gətirilmişdir.
Tarton
Tarton (fr. Tartonne, oks. Tartona) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04214. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 140 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 60 nəfər iqtisadi cəhətdən fəal, 34 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,8%, 1999-cu ildə 71.8%). Fəal olan 60 nəfərdən 55 nəfər (36 kişi və 19 qadın), 5 nəfər işsiz (3 kişi və 2 qadın) idi.
Xaraton
Qaradon (yun. Χαράτων; IV əsr – V əsr) — hunların xanı.
506 Marion
506 Marion (ing. Marion) — qaranlıq spektral C sinfinə aid olan əsas qurşağın kifayət qədər böyük asteroidi. 18 yanvar 1903-cü ildə Heydelberq rəsədxanasında amerika astronomu Raymond Duqan tərəfindən kəşf edildi və kəşfçinin əmisi oğlunun şərəfinə adlandırıldı.
Adam Karson
Adam Karson (ing. Adam Carson; Qlazqo – 1935) — hücumçu mövqeyində oynamış Şotlandiya futbolçusu, 1890-cı illər ərzində "Qlazqo Tisl", "Nyuton Hit", "Arvdik" və "Liverpul" klublarında çıxış etmişdir. == Karyerası == 1892–1893-cü illərdə "Nyuton Hit" (indiki "Mançester Yunayted") komandasının heyətində 13 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.1893-cü ildə "Ardvik" (indiki "Mançester Siti") komandasının heyətində 9 oyunda meydana çıxmış və 3 qol vurmuşdur.
Adi qaraot
Adi qaraqınıq (lat. Origanum vulgare) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin qaraqınıq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Dalamzkimilər fəsiləsinin Qaraot cinsindən olan çoxillik ot bitkisidir. Bitki tam olaraq qısa tüklüdür, kökü sürünəndir. Gövdəsi 30-60 sm hündürlükdə, dördkünc, budaqlıdır. Yarpaqları qarşılıqlı, qısa saplaqlı, uzunsov, yumurtavaridir. Xırda, çəhrayitəhər çiçəkləri gövdəsinin və budaqlarının uclarında sıx salxım şəklində formalaşmışdır. Meyvəsi dörd xırda qozcuqdan ibarətdir. Otun iyi ətirli, dadı acı ədviyyəli, azacıq büzüşdürücüdür. İyun-avqust aylarında çiçəkləyir və avqust-oktyabr aylarında meyvə verir.
Araqon dili
Araqon dili — İspaniyanın Araqon Muxtar Bölgəsində təxminən 10.000 nəfər tərəfindən danışılan latın dilidir. Dil Ribaqorça bölgəsində Katalon dili ilə qarşılıqlı təsirə məruz qalmışdır. Araqonca Bölgədə İspan dili təsirində qaldığı üçün yox olma təhlükəsi ilə qarşı-qarşıyadır. İkinci dil olaraq bu dildən istifadə edənlərin sayı 30.000 nəfərdir.
Barlon Sekeyra
Barlon Sekeyra (25 may 1998-ci ildə Limpioda anadan olub) — Kosta-Rika Liqa FPD təmsilçilərindən olan Alayuelense klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kosta-Rikalı futbolçudur. == Klub karyerası == === Alayuelense === Sekeyra Alayuelense akademiyası vasitəsilə inkişaf etmişdir. Sekeyra öz peşəkar karyerasında debütünü 28 avqust 2016-cı ildə San Karlos klubuna qarşı oyunda etmişdir. O, 64-cü dəqiqədə Xose Ortiz ilə əvəz olunmuşdur. Həmin görüşdə Alayuelense liqa görüşündə rəqibinə 2-1 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 3 İyun 2017 tarixində yenilənib1Libertadores Kuboku görüşləri daxildir. 2Kosta-Rika Superkuboku görüşləri daxildir.
Barton reaksiyası
Barton reaksiyası - fotokimya,nitrosoalkonallarda alkil nitritlərin yenidən təşkili ikincisinin oksimlərə və ya dimerlərə çevrilməsidir: burada R = H, Alk, Ar. Proses ümumiyyətlə təsirsiz bir p-həlledici və > 330 nm-də soyutma ilə həyata keçirilir. Alkil zənciri üçdən çox C atomunu və karbon atomundakı H atomunu əvəz edən reaksiyaya daxil olur. Sonuncunun H atomu yoxdursa, spirtlərin və karbonil birləşmələrin əmələ gəlməsi ilə nisbət pozğunluğu müşahidə olunur. Barton, reaksiya sərbəst radikal mexanizminə görə davam edir və H atomunun alkoksi radikalında (f-la I) keçid vəziyyətindən (II) keçərək H atomunun hüceyrədaxili miqrasiya mərhələsini əhatə edir; nitro mürəkkəb III okside izomerləşir: P-tion yalnız 6 üzvlü bir həlqənin meydana gəlməsinin mümkün olduğu hallarda problemsiz bir şəkildə davam edir. keçici vəziyyət. Başlanğıc nitritdəki karbon atomunun ikinci bir H atomu yoxdursa, nitroz birləşməsinin də dimeri yaranır. Bartonun reaksiyası steroid molekullarının qeyri-aktiv bölgələrinə funksiyanı təqdim etmək üçün geniş istifadə olunur., xüsusən 18 və 19 mövqelərindəki metil qruplarında, məsələn: Barton reaksiya məhsulları aralıq maddə olaraq istifadə olunur, politsikl sintezində. nitronlar, məsələn: Reaksiya 1960.-cı ildə D.Barton tərəfindən kəşf edilmişdir. == Mənbə == Г.О. Беккера, /Введение в фотохимию органических соединений,/.