Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Anatoli Falkoviç
Anatoli Solomonoviç Falkoviç (4 oktyabr 1923, Bakı – 1 noyabr 1994, Hayfa) — sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1972). == Həyatı == Anatoli Falkoviç 4 oktyabr 1923-cü ildə Bakıda anadan olub. Bakı Teatr Məktəbində (1943) təhsil alıb. S.Vurğun adına Rus Dram Teatrında (1941–1942, 1945–1968, 1970–1994), Rostov-na-Donu M.Qorki adına Teatrda (1968–1970) çalışıb. Kinoda 1957-ci ildən çəkilməyə başlayıb. 8 filmdə F.Dzerjinskinin rolunu canlandırıb (1965–1975). Dövlət mükafatı laureatı (1972), xalq artisti (1972) Anatoli Falkoviç 1 noyabr 1994-cü il tarixində qastrol zamanı İsraildə səhnədə vəfat edib . Anatoli Falkoviçin "Azərbaycanfilm" kinostudiyasında ilk və ən yaddaqalan uğuru "Sehirli xalat" filmindəki İo-Kio adlı sehirbaz obrazıdır. Feliks Dzerjınski obrazının yaratması isə Falkoviçə SSRİ-də ümumittifaq tanınmasınıa səbəb oldu.