Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fiqurlu konkisürmə
Fiqurlu konkisürmə — musiqinin müşayiəti ilə ediləcək rəqsin, ya da nümayişin mövzusuna uyğun kostyumlarla reallaşdırılan idman növü. Yarışma məcburi hərəkətlər və sərbəst fiqurların bir kombinasiyasından meydana gəlir. Qış Olimpiya idman növlərinə daxildir. Avropa çempionatı, Dünya çempionatı, Dörd Qitə çempionatı və İSU Grand Prix yarışmaları kimi yarışlar təşkil edilir. Olimpiadalar səviyyəsində yarışmalar təşkil edilən Buz Rəqsi, Cütlər, Təklər növlərdən başqa xeyli çox dəyişik şəkildə icra edilə bilər (dördlü ya da 10-12 şəxsiyyət qruplar halında). == Fiqurlu konki sürmə == Bu idman növündən adətən qışda istifadə edirlər. Bu idman növü həmdə hobbi ola bilər .Fiqurlu konki sürərkən cüt və tək durmaq olar. Ən əsası isə doğru konki seçimidir. Ən məşhur və yaxşı konki firması JACKSON firmasıdır. Bir çox insanlar konki alarkən ölçü seçimi onlara çətin gəlir.Bu idman növü sizi şəxsi dünyanızdakı kimi hiss etdirir.Hər bir hərəkət çətin gəlsədə ozünüzə inansanız nəticəni gördükdə çox sevinəcəksiniz.Mən özüm də fiqurlu konki sürürəm.Artıq bir ildir ki,ilk addımlarımı atıram.Və sizə deyə biəcəyim odur ki,əgər siz də fiquristka olmağı arzulayırsınızsa heç vaxt "alınmayacaq","bacarmaram" deməyin.Çoxlu məşqlər nəticəsində sizdə hər hərəkət alınacaq.
Maral fiquru
Mаrаl fiquru — Şərurun аrхеоlоji аbidələrindən аşkаr еdilmiş mаrаl fiquru sоn dərəcə оrijinаl bir tаpıntıdır. Mаrаl fiqurunun çiyin hissəsinə zəncir birləşdirilmişdir. Mаrаlın buynuzu və bоynunа kоnusvаri fоrmаlı, bucаq əmələ gətirən əlаvə bir fiqur birləşdirilmişdir. Gümаn еdirik ki, mаrаl fiqurundаn dəvə kаrvаnlаrındа istifаdə еdilmişdir. Görünür, fiqurun аşаğı hissəsinə əlаvə zəng birləşdirilmişdir. Kаrvаn hərəkət еtdikcə zəng səslənirdi. Maral fiquru III əsrə aid edilir. S.M.Qаzıyеvin fikrincə, mаrаl qədim Аzərbаycаnlılаrın tоtеmi оlduğu üçün оnun fiqurunu hаzırlаmışlаr.
İnsan fiqurlu şahmat
"İnsan fiqurlu şahmat" şahmatın bir növüdür və burda fiqruları insanlar əvəz edir. İnsan fiqurlu şahmat adətən açıq havada və ya böyük şahmat lövhəsi üzərində oynanılır. İntibah dövrünün sərgilərində tez-tez oynanılırdı. İnsan fiqurlu şahmat səhnə döyüşü təlimi keçmiş aktyorlar tərəfindən xoreoqrafiya səhnələri göstərilir. Həqiqətən fiqurun götürülüb götürülmədiyini fiqur vuranları təmsil edən xoreoqrafiya döyüşçüləri müəyyən edir. Alternativ olaraq fiqurlar "Yaradıcı Anarxizm Cəmiyyəti" tərəfindən istifadə edilən qaydaları izləyərək boks edə bilərlər Kostyumlu insan fiqurlu şahmat 1923-cü ildən Venesiya yaxınlığında, İtaliyanın Marostika şəhərində hər iki ildən bir sentyabrın 2-ci həftəsində səhnələşdirilir. Oyun 1454-cü ildə iki aşiq gənc cənab arasında qadının kimin olmasına qərar vermək üçün oynanılan əfsanəvi oyun anılır. == Animasiya geyimli insan fiqurlu şahmat == 2004-cü ildə "Metrocon" şirkəti ilk animasiyalı insan fiqurlu şahmat yaratdı və keçirtdi. Bu ilkin ssenari idi və döyüş xoreoqrafiyasından istifadə edilirdi. O vaxtdan etibarən, Bostondan tutmuş Manifest animasiyalarina qədər öz miqyasina görə fərqlənən digər animasiyalar ilə bağlı konvensiyalar şahmat fiqurlarında insanların animasiya və ya videooyun qəhrəmanlarını canlandırdığı insan şahmatını əks etdirdilər.
Şah (şahmat fiquru)
Şah — (Unicode: ♔♚) Şahmat fiquru Şah (qalaqurmadan başqa) öz xanasından rəqib fiqurunun zərbəsi altında olmayan başqa qarışıq xanaya hərəkət edir. Şahın topun hərəkəti ilə tamamlanmış hərəkəti qalaqurma adlanır. Bu, şah üçün bir gediş sayılır. Əgər şah və top qalaqurmaya qədər hərəkət edibsə, onda qalaqurma etmək olmaz. Qalaqurma aşağıdakı vəziyyətdə müvəqqəti olaraq mümkün deyil: a) Şahın olduğu xana və ya keçmək istədiyi xana rəqib fiqurunun zərbəsi altındadırsa; b) Şah və top arasında digər fiqurlar varsa; c) Şah verilmişsə. Rəqib fiqur şah verdikdə qalaqurma rəqibin şah verməsindən qurtulanadək olarak gerçəkləştirilə bilməz. Əgər şahdan qurtulmaq üçün şah fiqurunun özü hərəkət etmişsə, bu zaman artıq qalaqurma etmək mümkün deyildir. == Həmçinin bax == Şahmat Vəzir (şahmat) Top (şahmat) Fil (şahmat) At (şahmat) Piyada (şahmat) == Mənbə == Azər Zeynallı, Pərviz Əliyev, "Şahmat aləminə səyahət", Bakı, "İşıq", 1986, səh. 8.
Tor (həndəsi fiqur)
Tor (toroid) — doğuran çevrənin bu çevrə ilə eyni müstəvidə yerləşən və onu kəsməyən düz xəttin (fırlanma oxu) ətrafında firlanması nəticəsində alınan səth. Bəzən doğuran çevrənin fırlanma oxunu kəsməməsi də istisna olur. Belə olan halda, əgər doğuran çevrə fırlanma oxunu kəsərsə, yaxud ona toxunarsa, belə tor qapalı tor, əks halda açıq tor adlanır.