Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fioletovka
Çaylı (əvvəlki adı: Fioletovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Çaylı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kəndi Biləsuvar şəhər Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Fioletovka kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Fioletovka kənd inzibati ərazi vahidi tərkibindəki Fioletovka kəndi Çaylı kəndi, Fioletovka kənd inzibati ərazi vahidi Çaylı kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kəndi XX əsrin əvvəllərində Rusiyanın mərkəzi quberniyalarından köçürülmüş rus ailələri salmışlar. İnqilabçı İ.T.Fioletovun (1883-1918) şərəfinə Fioletovka adlandırılmış və memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Çaylı adlanır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə yerləşir. == Əhalisi == === Şəhidləri === Allahverdiyev Elnur Kamil oğlu (2001–2020) — İkinci Qarabağ müharibəsi şəhidi. Babayev Elməddin Cəfərqulu oğlu (1981–2020) — İkinci Qarabağ müharibəsi şəhidi.
Fioletovo
Nikitino, Fioletovo — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Quqark rayonunda kənd.
İvan Fioletov
İvan Fioletov (rus. Иван Тимофеевич Фиолетов; 1884 – 20 sentyabr 1918, Türkmənistan) — dövlət xadimi, 26 Bakı komissarından biri. 1917-ci ildə yaranan Bakı kommunasında xalq təsərrüfatı şurasının sədri. İvan Fioletov 1918-ci ildə ingilislər tərəfindən güllələnib.
İvan Fioletov (1984)
Film 26 Bakı komissarından biri — İvan Fioletova həsr edilmişdir.
İvan Fioletov (film, 1984)
Film 26 Bakı komissarından biri — İvan Fioletova həsr edilmişdir.