Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Blijnıy adası
Blijnıy — Şimal Torpağı arxipelaqı ərazisinə daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə yerləşir. == Yerləşməsi == Laptevlər dənizini ərazisində, Şimal Torpağı Arxipelaqının mərkəzi hissəsində, Oktyabr İnqilabı adasının şimalında Fiqurnıy burnundan 300 m aralıda yerləşir. Bir qədər uzunsov formaya malikdir. Uzunluğu 1,8 km, eni 1,3 m təşkil edir. Adanın səthi hamardır. Mərkəzi hissəsində 47 metr hündürlüyə sahibdir. Adada göl və çay yoxdur. Blijnıy adasından şərqdə Kosistıy adası, 500 m şimal-şərqdə Sredniy adası yerləşir.
Qlavnıy adası
Qlavnıy adası — Sedov arxipelaqı qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir. Kara dənizində, Demyan Bednıy adalarının şərqində, Komsomoles adasından 6,6 km şimal-qərbdə yerləşir. Qlavnıy adasından şərqdə Kolokol adası və Krayniy adası (müvafiq olaraq 0,5 vvə 1 km) yerləşir. Adalar arasında qumlu say yerləşir. Qərbində, 1,4 km aralıda Raket adası yerləşir. Uzunluğu 1,8 kilometr, eni isə 700 metr təşkil edir. Qrupun ən iri adasıdır. Bu isə adanın bu cür adlanmasına səbəb olmuşdur. Adanın sahilləri hamardır.
Zlatnıy Rat
Zlatni Rat (xorv. Zlatni rat), həmçinin Qızıl burun və ya Qızıl buynuz ― dil Xorvatiyanın Dalmasiya regionu, Braç adası, Bol şəhərinin 2 km cənubunda, yerləşir. Xvar kanalında Braç və Xvar adalarının arasında, güçlü axınların təsiri ilə meydana gəlmişdir. Ağ qumlardan təşkil olunan dil Adriatik dənizində qərarlaşır. Çimərlik dilin hər iki sahili boyunca 634 m məsafədə uzanır. Dilin sonucu cənub-qərb küləklərinin yəsiri ilə şərqə, nadir hallarda isə qərbə əyilir. Bu külək Corvatiyada Sirroko adlanır. Çimərlikdə uzağa getmək təhlükəlidir. Səbəb axınların bir başa açıq dənizə çıxmasıdır. Buradan əsən qərb küləkləri (Miqstral) Vindsyorfinq vəhəskarlarını bura cəlb edir Dil dövlət tərəfindən geomorfoloji obyekt kimi qorunur.