Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Fran Kristo Frankopan
Fran Kristo Frankopan (mac. Frangepán Ferenc Kristóf; 4 mart 1643 – 30 aprel 1671, Viner-Noyştadt[d], Aşağı Avstriya[d]) — xorvat əsilli xorvat barokko şairi, zadəgan və siyasətçisi. Uğursuz Zrinski-Frankopan sui-qəsdində iştirakı ilə yadda qalan Frankopan Kristo xorvat markesası, Frankopan zadəgan ailəsinin üzvü. == Bioqrafiyası == === Erkən həyatı və yaradıcılığı === Xorvatiyanın Bosilyevo şəhərində doğulmuş Fran Kristo Frankopanın özünəməxsus dəsti-xətti var idi. Atası Vuk Kristo Frankopan öümündən sonra Zaqrebdə təhsil almağa gedən Fran burada Yezuitlər Akademiyasına daxil olub. O, təhsilini İtaliyada davam etdirməzdən əvvəl Gornı Grad-Medveşak şəhərin indiki Habdelik küçəsində yaşayıb. Orada 1656-cı ildə 13 yaşında latın dilində ilk poetik əsəri olan Elegiyanı nəşr etdirib. O, müxtəlif poetik təsirlərə məruz qalmış şair olub. Onun "Zamanı aldatmaq üçün bağ" (“Gartlic za čas kratiti”) adlı əsəri həbsxanada olduğu illərinin xatirələrindən bəhs edir. Frankopan şeirlərini əsasən xorvat dilinin kaykavian-ikavian ləhcəsində yazmışdır (Srića daje kaj misal ne zgaje şeirində göründüyü kimi).