Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Furunkul
Furunkul — tək tük kisəsinin və yaxın piy vəzinin kəskin irinli nekrotik iltihabıdır. Nekrozlu iltihab genişlənib, ətraf birləşdirici toxumanı əhatə edir. Furunkulun əsas törədicisi qızılı stafilokoklardır. Qadınlara nisbətən kişilərdə dəri tük örtüyü güclü olduğu üçün onlarda furunkul daha çox müşahidə edilir. Furunkul bədənin hər bir tüklü yerində əmələ gələ bilər, lakin daha çox boyunda, kürəkdə, sağrıda, beldə, üzdə törənir. Şəxsi gigiyena tələblərinə əməl olunmaması, alimentar çatışmazlıq, şəkər mübadiləsinin pozulması irintörədici mikrobların inkişafına şərait yaradır. Dəri örtüyünün kobud sürtülməsi, sıyrıntılar, bəzən piy vəzilərinin axarı infeksiya qapısı rolunu oynayır. İnfeksiya qapısından dəriyə daxil olan irintörədici mikroblar furunkulun yaranmasına səbəb olur. == Klinik gedişi == Furunkulun kliniki gedişi biri digərini əvəz edən 3 mərhələdə gedir: infiltrat ocağının yaranması; irinli nekrotik közün törənməsi və xaric olması; irinli ocağın çapıqlaşması; İltihabi infiltratın böyük, irinli nekrotik közün isə nisbətən kiçik olması furunkulun kliniki xüsusiyyətidir. Tük kisəsindən mikroblar dərinin məməvari hüceyrələrinə yayıldıqda iltihab infiltratı əmələ gəlir.