Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Adaçi
Adaçi rayonu (足立区, Adaçi-ku) — Tokionun şimali hissəsində yerləşən xüsusi rayon. Adı tarixi Adaçi qəzasından irəli gəlir (足立郡, adaçi koori).
Yawar Hamdani
Əhməd Nik Talab (Adı ilə bilinir:Yawar Həmedani, fars. یاور همدانی‎; 22 aprel 1934, Həmədan – 3 mart 2020, Tehran) — İran yazıçısı və şairi. Harvard Universitetində söylədiyi Saye Sar Alvand adlı kitab Hamadan ləhcəsində qorunub saxlanılır. 22 aprel 1934-cü ildə Həmədanda anadan olub. İranın fars və türk şairlərindən biridir. 2020-ci ildə Tehranda vəfat edib.
Pseudophoxinus hasani
Pseudophoxinus hasani (lat. Pseudophoxinus hasani) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Kenzo Adaçi
Kenzo Adaçi (安達 謙蔵, Adaçi Kenzo, 20 dekabr 1864 və ya 22 noyabr 1864, Kumamoto – 2 avqust 1948, Kumamoto) – Yaponiya siyasətçisi, Konstitusional Demokratik Partiyanın milliyyətçi rəhbəri olmuşdur. == İlk illəri == Kenzo Adaçi 1864-cü ildə Yaponiyanın Hiqo əyalətində yerləşən Kumamoto şəhərində doğulmuşdur. Kumamoto klanına mənsub olan bir samurayın oğlu idi. Kumamotoda yerləşən han məktəbi Seyseykodan məzun olmuşdur. == Fəaliyyəti == Adaçi fəaliyyətinə jurnalist kimi başlamışdır. Qərb ölkələri ilə bağlanmış qeyri-bərabər müqavilələrin dəyişdirilməsi fikrini təbliğ etmiş, Çin-yapon müharibəsində (1894–1895) müxbir olmuş, Sassa Tomofusanın göstərişi ilə Koreyaya gedərək orada qəzetlər yaratmış və 1895-ci ildə İmperatriça Myonsonun sui-qəsdində iştirak etmişdir. 1894-cü ildə "Çosen Ciho" əsəri nəşr olunmuşdur. 1902-ci ildə Yaponiya parlamentinə seçilmişdir. Kanseykay və Rikken Minseyto partiyalarının parlamentdəki gücünü möhkəmləndirməsi və 14 dəfə ardıcıl seçilməsi səbəbilə "seçkilər tanrısı" kimi tanınmışdır. 1925–1931-ci illərdə bir neçə dəfə daxili işlər naziri və rabitə naziri kimi fəaliyyət göstərmiş, müharibə sənayesindən şəxslər ilə yaxın əlaqələr qurmuşdur.
Sovet Havanı körfəzi
Sovet Havanı körfəzi — Tatar boğazının qərb sahillərində yerləşən körfəz. O dünyanın ən rahan və təbii havanlarından biridir. İstənilən istiqamətdən əsən küləklərdə gəmilərin qorunmasına yararlıdır. Körfəzə 300 min tonluq sudəyişmə gücü olan gəmilər də rahatlıqla daxil ola bilir. İnzibati cəhətdən Rusiya Federasiyası Xabarovsk diyarı ərazisinə daxildir. Körfəzə giriş Putyatin burnundan şimalda yerləşir. Şimaldan isə Menşikov yarımadası ilə əhatələnir. Körfəzin uzunluğu 11 km, girişdə eni isə 2 km-dir. Körfəzin maksimal dərinliyi 30 metrdən şoxdur. Orta dərinliyi isə 20 metrdir.
Menşikov burnu (Sovet Havanı)
Menşikov burnu (rus. Мыс Меншикова) — Rusiyanın Xabarovsk diyarı ərazisində, Menşikov yarımadası, Sovet Havanı körfəzi sahilində yerləşən burun. Burun 1854-cü ildə leytenant nikolay Boşnyakov tərəfindən «Knyaz Menşikov» barkının şərəfinə adlandırılmışdır. Bu gəmi elə həmin ilin yazında körfəzdə sinka əziyyət çəkən Boşnyakovun ekspedisiyasına kömək məsədi ilə əraziyə gəlir. Bəzən Knyaz Menşikov burnu adlanır.
Təkcə adanı özünlə apara bilməzsən...
Təkcə adanı özünlə apara bilməzsən... filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. İnsan və təbiət, təbiətə məhəbbət, nadir heyvanların taleyi üçün narahatlıq. Təbii sərvətlərin, eyni zamanda ətraf mühitin qorunması-bütün bunlar bəşəriyyəti narahat edən vacib məsələlərdir. Ətraf mühit təbiətin konkret bir guşəsidir və insan onunla daim əlaqə saxlayır. Bu mühiti qorumaq, onun çirklənməsinin qarşısını almaq həyatımız qədər vacib və təxirəsalınmazdır. Filmdə bu problemlərə toxunulmuşdur. Film aktrisa Ayan Mirqasımovanın kinoda ilk işidir. Film mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir.
Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980)