Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Chamitea
Söyüd (lat. Salix) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Söyüd qışda yarpağını tökən, iri ölçülü ağac və ya xırda kol şəklində olan bitkidir. Yarpaqları uzunsov lansetvaridir, damarlanması lələkvaridir, saplağı qısadır. Çiçək sırğaları sallaq və ya dikdayanandır. Yarpaqlamadan əvvəl və ya sonra, yaxud yarpaqlama vaxtı çiçəkləyirlər. Nektarlı bitkilərdir. Cinsin yer kürəsində 600-dən artıq növü məlumdur. Qafqazda təqribən 25 növü, Azərbaycanda isə 15 növü bitir. Çox qədim cinsdir və onun qazıntı halında tapılmış nümunələri üçüncü dövrə aiddir.
Хаditа
Amçitka adası
Amçitka (ing. Amchitka, aleut. Амчихтаҳ) — Aleut arxipelaqının Siçovul adaları ərazisində yerləşir. == Coğrafiyası == Ada su altı silsilənin səthə çıxdığı ərazidə formalaşmışdır. Cənb-şərqdən, şimal-qərbə 68 km, eni isə 3–6 km təşkil edir. Mərkəz hissəsi dağlıqdır. Tundra iqliminə malikdir. Burada əsasən Şibyə və Mamır yayılmışdır. Qərb sahillərində bitki örtüyü zəyifdir. İqlimi soyuq dəniz iqliminə malikdir.
Amçitka boğazı
Amçitka boğazı (ing. Amchitka Pass) Boğaz Aleut adaları hövzəsinədə yerləşir. Boğaz Siçovul adasını Delarov adasından ayırır. Ən ensiz yeri 50 mil, ən dayaz yeri isə 49 m təşkil edir. Ən dərin yeri isə 1000 m-dir. Gəmilərə boğazın hər iki sahilindən 5 mil aralı üzmək məsləhət görülür. Pis havalarda xırda və orta tutumlu gəmilərin üzməsi təhlükəlidir. Burada güclü axınlar olur ki, oda böyük dağıntılara səbəb olur. Sahəsi 308,6 km² təşkil edir. Boğaz Berinq dənizi Sakit okean ilə birləşdirir.
Chamitea reticulata
Salix reticulata (lat. Salix reticulata) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Chamitea reticulata (L.) Kern Nectusion reticulata (L.) Raf. Oisodix reticulata (L.) Raf. Salix reticulata var. normalis Andersson Salix reticulata f. typica Kimura ex Tatew.
Hamida Candubi
Həmidə Candubi (ərəb. حميدة جندوبي‎) (22 sentyabr 1949, Tunis – 10 sentyabr 1977, Marsel Penitensiar mərkəzi[d]) — Qərbi Avropada edam edilən sonuncu şəxs və Qərb ölkələrində başı kəsilərək edam edilən sonuncu şəxs. Tunisli mühacir olan Candubi 21 yaşlı Elizabet Buketə işgəncə verməkdə və onu öldürməkdə təqsirli bilinib. O, 1977-ci il sentyabrın 9-da prezident Valeri Jiskard d'Estenqə əfv edilməsi barədə xahişi rədd edildikdən sonra xahişi mənfi cavab aldıqdan az sonra gilyotinlə edam edilib. 1981-ci ildə Fransua Mitteran prezident seçildikdən sonra Fransada ölüm hökmü ləğv edildi.
Cucumis melo f. hamikua
Yemiş (lat. Cucumis melo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin xiyar cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Qovun qarpıza nisbətən daha çox istisevən bitkidir və quruluşuna görə qarpızdan fərqlənir. Bunun toxumları içərisi boş olan toxum kamerasında yerləşir. Əsasən Orta Asiya respublikalarında və Zaqafqaziya respublikalarında becərilir. Tərkibində şəkərin miqdarı 5-17%-ə çatır. 20 mq% C, 1,2 mq% A, 0,5 mq% B1, 0,3 mq% B2, 0,6 mq% PP vitaminləri vardır. Mineral maddələrdən ən çox rast gələni dəmirdir ki, bunun da miqdarı 2,5 mq%-ə bərabərdir. Qarpızdan fərqli olaraq saxlanılarkən yetişə bilir. Qovunların təsərrüfat-botaniki sortları biri-digərindən meyvəsinin ölçüsünə və kütləsinə, qabığının rənginə və bərkliyinə, ətli hissəsinin konsistensiyası və rənginə, dad və ətrinə, yetişmə müddətinə və saxlanılmasına görə fərqlənirlər.
Hamının hamıya qarşı müharibəsi
"Hamının hamıya qarşı müharibəsi" (lat. Bellum omnium contra omnes) — Tomas Hobbsun sosial fəlsəfəsində cəmiyyətin "ictimai müqavilə"nin bağlanmasından və dövlətin formalaşmasından əvvəlki təbii vəziyyətini təsvir edən konsepsiya. Dövlət haqqında fikirlərini əsaslandırmaq üçün Hobbs "təbii vəziyyəti" təsvir etmək üçün artıq sübut edilmiş texnikaya müraciət edir. Burada bütün insanlar bərabərdir və hər kəs öz ehtiyac və maraqlarını rəhbər tutur. İnsan eqoistdir, bu ona güclü ehtiraslar verir və insan hakimiyyət, sərvət, ləzzətlər arzulayır. Onun davranış prinsipi son dərəcə sadədir: insan mümkün qədər çox fayda əldə etməyə, əziyyətdən isə qaçmağa çalışır. İnsan azaddır: hər kəsin hər şeyə, hətta başqa bir insanın həyatına belə haqqı var. Bu, daimi münaqişələrə, ictimai rifahı təmin edə və özümüzü şərdən qoruya bilməməyə gətirib çıxarır. Beləcə, hamının hamıya qarşı müharibəsi yaranır. Bu ideya ilk dəfə "Leviafan" traktatında təqdim edilmişdir: Birincisi, sübut edirəm ki, vətəndaş cəmiyyətinə malik olmayan insanların vəziyyəti (bu vəziyyətə biz düzgün şəkildə təbii vəziyyət deyə bilərik) hamının hamıya qarşı sadə müharibəsindən başqa bir şey deyildir; və bu müharibədə bütün insanlar hər şeyə bərabər hüquqa malikdirlər.Belə bir fikir var ki, Hobbs üçün bu konsepsiyanın mənbəyi İngiltərədəki vətəndaş müharibəsi təcrübəsidir.
Semit-hamit dil ailəsi
Semit-hamit dil ailəsi –semit, Misir (hamit), liviyabərbər, kuş və çad budaqları ilə təqdim olunur. Semit budağı şimal və cənub qruplarına ayrılır. Onlardan birincisi akkat (babil-assur) dilindən ibarət olan şərq yarımqrupuna və xananey, finikiya, uqarit, moavit, qədim yəhudi və aramey dillərindən ibarət olan qərb yarımqruplarına ayrılır. İsraildə hazırda süni sürətdə qədim yəhudi dilini bərpa etməy çalışırlar. Aramey dili b.e.ə VI əsrdən başlayaraq eramızın VI əsrinə qədər yaxın Şərqdə ən geniş yayılan dil olmuşdur. Onun qalıqlarına hazırda Livanda təsadüf edilir. Arameyin bir hissəsi aysor dili kimi bu günə qədər Rusiya, İraq, İran və Türkiyədə saxlanılır. Semit dillərinin cənub qrupu ərəb və efiopiya dilləri ilə: amxar, tiqre, tiqrinye ilə təmsil olunmuşdur. Köhnə həbəş dili-gez hazırda kilsə dili kimi saxlanılır. Qədim, orta və yeni Misir dilləri Misir budağına aiddir.
Bir nəfər hamıya görə (film, 1989)
Bir nəfər hamıya görə qısametrajlı bədii filmi rejissor Murad İbrahimbəyov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yalançı liderin iç üzünü açıb göstərir. Əsas rolları İqor Kostalevski, Mixail Filippov, Vladimir Yermolayev, Yelena Romanova və Aleksandr Şarovski ifa edirlər. == Məzmun == Səhvə yol verilir. Əllərində etibarsız biletləri olan bir qrup təyyarə sərnişini yersiz qalır. Onlardan biri təşəbbüsü əlinə alıb şuluqluq salır. Bərk hiddətlənmiş cavan oğlan hamı üçün ədalət tələb edir... Lakin təyyarədə onun üçün yer tapılan kimi qəhrəmanın xeyirxahlıqdan coşmuş qəzəbi ani olaraq soyuyur. Film yalançı liderin iç üzünü açıb göstərir.