İNALTƏKİN
İNANCBƏY
OBASTAN VİKİ
İnanc
İnanc — Azərbaycanda xalq arasında sınama, yozum, yozma, inam adları ilə tanınan janr olub, İraq-türkman folkloruna aiddir. Professor Azad Nəbiyev inanclara İraq-türkman folkloru üçün də məqbul sayıla biləcək tərif vermişdir: "İnanclar sınamalar nəticəsində qətiləşən hökmlərin bədii ifadəsidir" İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır: Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar. Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranmışdır. Məsələn, bir ulduz axanda yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar. Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən birisi bir kərə asqırarsa, "Səbr gəldi, gözlənilsin, səbir edilsin", iki kərə asqırılarsa: "Cağat gəldi, xeyirlidir" — deyə yola çıxarlar. Təbiət hadisələri, bitki və heyvanat aləmi ilə bağlı inam və etiqadlar da çoxdur. Dolu yağanda onun bir dənəsini bıçaqla iki yerə bölsən, dolunun kəsəcəyinə inanırlar. Bu eynilə Azərbaycan folklorunda da belədir: "Uşağın dolu dənələrini dişləməsi, yaralayanda isə "mən kəsdim, sən də kəs!" — söyləyirlər.
Kazım İnanc
Kazım İnanc (türk. Kâzım İnanç; 1880, Diyarbəkir – 21 sentyabr 1938, Ankara) — Türkiyə əsgəri və siyasətçisi. == Həyatı == Hakkı bəyin oğlu idi. 17 yanvar 1900-cu ildə Hərbi Məktəbi bitirdi. 6 dekabr 1902-ci ildə Hərbi Akademiyadan məzun oldu. Kürdəsillidir. == Hərbi fəaliyyəti == 20 mart 1911-ci ildə hərbi təlim keçmək üçün Almaniyaya göndərildi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etdi. 27 iyun 1920-ci ildə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmək üçün Ankaraya gəldi. Türkiyə Böyük Millət Məclisinin nəznində Qərb Cəbhəsi Komandirliyində təhlükəsizlik, ictimai asayiş və işə götürmə fəaliyyətlərini həyata keçirmək üçün təyin edildi.
Qutluq İnanc
Qutluq İnanc – Eldəgiz şahzadəsi, Məhəmməd Cahan Pəhləvanın ögey oğlu. Məhəmməd Cahan Pəhləvanın bölgüsünə görə Qutluq İnanc İraqdan Xorasanadək İraq Səlcuqlu dövlətinə daxil olan ərazini idarə etməli idi. Əmisi Qızıl Arslana qarşı hazırlanan sui-qəsddə Qutluq İnanc da iştirak etmişdi. Qızıl Arslanın ölümündən sonra (1191) o, Rey və İsfahan hakimi oldu. Qutluq İnanc hakimiyyət uğrunda qardaşı Əbu Bəkrlə apardığı mübarizədə qələbə qazana bilmədi. Anası İnanc xatunun Sultan Toğrul (1176–1194) tərəfindən öldürülməsi ilə əlaqədar Xarəzmşah Təkəşlə (1172–1200) yaxınlaşdı və Rey döyüşündə (1194) Sultan Toğrulu öldürərək başını Xarəzmşah Təkəşə göndərdi. Xarəzmşah İsfahanın idarəsini Qutluq İnanca tapşırdı, lakin bir qədər sonra Xarəzmşah Təkəş Qutluq İnancın İsfahan, Rey və Həmədanda müstəqil dövlət yaratmaq istəyini öyrənib onu gizlincə hiylə ilə öldürtdü.
İnanc xatun
İnanc xatun — Atabəy Məhəmməd Cahan Pəhləvanın həyat yoldaşı olmuş və Eldəniz atabəyləri arasındakı saray intriqalarında fəal iştirak etmişdir. Qutluq İnanc və Əmir Əmiran Ömərin anasıdır. 1161-ci ilin avqustun 3-də Mahmud şah ibn Məhəmmədin tərəfdarları Həmədan yaxınlığında darmadağın edildi. Eldəniz Reyi tutdu və oranı Cahan Pəhləvana iqta kimi verdi. Rey hakimi İnanc, Sultan Arslan şahdan vassal asılılığını qəbul etməyə və öz qızı İnanc xatunı Cahan Pəhləvana ərə verməyə məcbur oldu. Bunun ardınca Qum və Ərdəbil hakimləri sultanın tərəfinə keçdilər. Əl-Hüseyni yazır : "Sultan və atabəy onların üzrxahlığını qəbul edib, bağışlanmaları haqqında təliqənamə yazdılar. Onlar Həmədanda sultan xidmətinə girdilər, onlann əyalətlərindən yığılan gəlir və xərac sultan xəzinəsinə gəlirdi". 1186-cı ilin əvvəlində, Cahan Pəhləvan uşaqlarına əmiləri Qızıl Arslana tabe olmağı, sultan Toğrula xidmət etməyi vəsiyyət etdi. Lakin atabəyin qəfil ölümü onun qoyduğu qayda-qanunu pozdu.
Batil inanc
Mövhumat və ya batil inanc (ərəb fəhm — fal, ovsun) yaxud xurafat — qorxu, psixi pozuntular və sosial bərabərsizlikdən yaranan, heç bir duyma orqanı ilə tanınmayan və deməli əslində maddi mənada mövcud olmayan proseslərə, qüvvələrə, şəxslərə inam. Mövhumat məişət səviyəsində, ilk baxışda heç bir məntiqi mənası olmayan hərəkətlərlə müşayət olunan müxtəlif ayinlərin yerinə yetirilməsi, təkrar olunan sözlərin ifadə edilməsi ilə səciyələnir.
İnanc yerlərimiz (film, 2003)
İnanc yerlərimiz. Üçüncü film. Piri-Mərdəkan (film, 2004)
Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər. Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi.
Azərbaycan təqvim inancları
Azərbaycan təqvim inancları (az.-əski. آزربایجان تقویم اینانجلاری‎) — Azərbaycan mədəniyyətində müxtəlif vaxtların (kosmik dövrlər, illər, aylar və s.) adlandırılması ilə bağlı yayılmış inanclar. Tarixən Azərbaycan mədəni mühitində on iki heyvanlı türk təqvimi və Cəlali təqvimi istifadə edilmişdir. Bölgədə on iki heyvanlı təqvim monqol dövründən, Cəlali təqvimi isə ən geci XVIII əsrdən etibarən istifadə edilmişdir. Səfəvilər dövründə on iki heyvanlı təqvim rəsmi təqvim kimi istifadə edilmişdir. Bu dövrdə məlik-üş-şüəra (şairlərin başçısı) sarayda köhnə ildən yeni ilə keçid ilə bağlı, Azərbaycan dilində şeirlər deyirdi. On iki heyvanlı təqvim İranda 1925-ci ilə, Qacarların süqutuna qədər istifadədə qalmışdır. Azərbaycan xalq təqviminin formalaşması təbiətə münasibətdən (məs. Boz ay), səma cisimlərinin hərəkətindən (məs. Quyruqdoğdu), təsərrüfat ənənələrindən (məs.
Cövdət İnancalp
Cövdət İnancalp (Müəllim Cövdət) (1883–1935) — Türkiyə tarixçisi. == Həyatı == Onun ailəsi Rumelidə qalan Niş şəhərindəndir. Babası Səid əfəndi Niş qalasının bir az bərisində, Nişava çayı kənarında bulunan bir təkkənin şeyxi, atası Məhəmmədsədi əfəndi isə hərbçidir. M. Cövdət ailəsinin 1876-cı ildə köçdüyü Boluda 1883-cü ildə dünyaya gəlmişdir. İlk və orta məktəbi Boluda, liseyi Kastamonuda oxumuşdur. 1901-ci ildə İstanbula gələrək İstanbul Darülmüəlliminin ədəbiyyat şöbəsinə girmişdir. Bu məktəbdən qabaq bir il Hüquq Məktəbində oxumuş, atası rahatsız olduğuna görə şagirdinə tam bir sarı altın (qızıl) təqaüd verən Darülmüəlliminə keçmişdir. Bu məktəbdə ən çox fransız dili və pedaqogika üzərində çalışmış, ərəbcə öyrənmişdir. İlk müəllimliyini "Darüşşəfəqə" məktəbində edib (yeri gəlmişkən, bir çox Azərbaycan müəllimləri də burada təhsil alıb). Bir cəmiyyət tərəfindən özəl olaraq idarə edilən, o tarixdə Maarif Nazirliyinə bağlı həmin məktəbdə türkcə və ərəbcə dərsləri gecə müzakirəçiliyinə və bir müddət sonra müəllimliyə təyin edilmişdir.
Koreyalıların batil inancları
Qatilin inancı: Mənşə (film, 2009)
Assasinin kredosu: Mənşə (ing. Assassin’s Creed: Lineage) — Qatilin İnancı II videooyunu əsasında çəkilmiş üç qısa bölümdən ibarət bir filmdir. Film Ubisoft tərəfindən çəkilmişdir. Və birinci bölümü də 26 oktyabr 2009-cu ildə YouTube-də çıxmışdır. Filmin məqsədi videooyun üçün həvəs yaratmaq idi, bununla bərabər, həm də o, Ubisoft-un film sahəsinə girməsində ilk addım oldu. Filmi kanadalı rejissor İv Simono yönəltmişdir. Filmdəki əhvalat Qatilin İnancı II oyunundakı əhvalatın başlanğıcıdır. Diqqətlər videooyunun baş qəhrəmanı Ezio Auditore da Firenze-nin atası Covanni Auditore-nin üzərində cəmləşir. Covanni XV əsr intibah dövrundə İtaliyada yaşayan bir Qatildir. Yeni bir çağın başlanğıcında satqın bir ailə tərəfindən birləşmiş vahid İtaliyanı dağıtmaq üçün İtaliyanın güclü ailələrindən olan Medisi ailəsinə qarşı sui-qəsd qurulur.
Tanrı inancı (Bartolini)
"Tanrı inancı" (it. La Fiducia in Dio) - neoklassik üslubda işləmiş italyan heykəltəraşı Lorenzo Bartolininin ən məşhur əsərlərindən biridir. Ağ mərmərdən yonulmuş əsərin üç əsas nüsxəsi vardır ki, onlar da Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitajda və Milandakı Muzey Poldi-Pezzolidə saxlanılır. Əsər Can Cakomonun anası Roza Trivulzio Poldi Pezzoli tərəfindən sifariş edilmişdir. 1833-cü ildə həyat yoldaşını itirdikdən sonra dul Roza Bartolinidən, onun inancını əks etdirən, ev üçün təsəlliverici bir heykəl işləməsini xahiş etmişdir. Bartolini tənha qadının hisslərini oturaraq əllərini dizlərinin üstündə birləşdirmiş çılpaq qadın fiqurunda təcəssüm etdirmişdir. Etik və dini dəyərlərin təsviri olan heykəlin hazırlanmasında sənətkarın nümayiş etdirdiyi nəfis mərmər işləmə bacarığı heykəlin böyük uğur qazanmasına səbəb olmuş və tənqidçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Sifarişçiyə təslim edilməmişdən əvvəl heykəl Florensiya, Parma və 1837-ci ildə Milanda Brera Akademiyasında sərgilənmişdir. Əsərdə diz çökərək oturmuş orta yaşlı çılpaq qadın təsvir edilmişdir. Orta çəkili bədən quruluşuna malik olan qadın əllərini dizinin üstündə birləşdirmişdir.
İnancoğulları bəyliyi
İnancoğulları bəyliyi və ya LADİK BƏYLİYİ olaraq da bilinir.1261–1368-ci illər arasında Ladik (Denizli) yörəsində hakimiyyətdə olan Anadolu bəyliyidir. Monqol istilasından qaçaraq Ladik, Honas və Dalaman yörələrinə gələn Türkmanların uc bəylərinden Məhəmməd bəy, 1261-ci ildə Anadolu Səlcuqlu sultanı II İzzəddin Keykavusa qarşı üsyan etdi. Eyni il elxanlı hökmdarı Hülaku xana bağlı olaraq İnancoğulları bəyliyini qurdu. Amma Hülagûnun hüzuruna çıxarak ona bağlılığını bildirmeyi qəbul etməyincə, 1262-ci ildə kürəkəni Əli bəyin də yardım etdiyi elxanlılar tərəfindən yaxalanılaraq öldürüldü. bəyliyin başına Əli bəy (hd 1262–78) keçdi. Anadolu Səlcuqlularına bağlanan Əli bəy, 1277-ci ildə meydana gələn Cimri olayında Əlaəddin Siyavuşu dəstəklediyi üçün həbsə atıldı. Bundan sonra Ladikin idarəsi Sahibataoğulları bəyliyinın əlinə keçdi. 1310-cu ilə doğru Gərmiyanoğlu I Yaqub bəy, Ladiki alaraq zindanda ölən Əli bəyin oğlu İnanc bəyi bəyliyin başına gətirdi. Bəyliyi yenidən gücləndirən İnanc bəydən sonra oğlu Murad Arslan bəyin (hd 1335–68) və İshaq bəyin (hd 1360–68) idarə etdiyi İnancoğulları, Gərmiyanoğulları bəyliyinin 1368-ci ildə Ladiki almasıyla ortadan qalxdı.
Azərbaycan ovçuluq inancları
Azərbaycan ovçuluq inancları — azərbaycanlıların mifik inanclarına və adət-ənənələrinə görə ovçuluqla bağlı inanclar, ov zamanı icra edilən rituallar və s. == İnanclar == Azərbaycan türklərinin ovçuluq inancları ilə Sibir Altay türklərinin mərasim və inancları bir-birinə bənzərdir. Azərbaycan ovçuluq inanclarına görə ovçular həm fiziki, həm əxlaqi baxımdan təmiz olmalı, ova çıxan adam haram yeməməli, yalan danışmamalı və pislik etməməlidir. Ovçular öz fəlakətlərini və ya xoşbəxtliyini əvvəlcə yuxuda görürlər. Kumandıların əfsanələrində və Azərbaycan türklərinin ovçuluq miflərində, nağıllarında yuxu motivi vacibdir. Hekayələrin birində ovçu pis yuxu görər, yuxuda "ova gəlmə!" deyilər. Lakin ovçu yuxuya məhəl qoymaz və dostları ilə ova çıxar. Ovçu evdən çıxandan sonra birdən hava soyuyar, sel basar. Üç gündən sonra ovçunun cəsədi tapılar. Ovçular ov zamanı heyvanların adını çəkməz, onlara xüsusiyyətlərinə uyğun yeni ad verərlər.
Mustafa Kamal Atatürkün dini inancı
Müasir Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün dini inancı ilə bağlı bir mübahisə var. Dini inancı, onun ifadələri ilə prezidentlik dövründəki ictimai və siyasi tətbiqləri əsas alınaraq fərqli formalarda şərh olunmaqdadır. Bəzi araşdırmaçılar onun dinə bağlı ifadələrinin dövri olduğunu vurğulamaqda və bu mövzu ilə əlaqəli müsbət görüşlərinin 1920-ci illərin başları ilə məhdud olduğunu bildirirlər. Bəzi türk mənbələri iddia edir ki, o dindar bir müsəlman idi. Bununla birlikdə, digər mənbələrə görə Atatürkün özü ümumiyyətlə din əleyhdarı və anti-islamçı olan bir aqnostik, yəni doktrinyor olmayan deist və ya ateist idi. Mənbələr, Atatürkün dini skeptik və azadfikirli olduğunu ortaya qoyur. 1933-cü ildə ABŞ səfiri Çarlz H. Şerill onunla görüşdü. Müsahibədə Atatürk ümumiyyətlə aqnostik olduğuna dair qəbul edilmiş inancı rədd etdi, ancaq dininin yalnız kainatın ixtiraçısı və hakimi tək Allaha inanmaq olduğunu söylədi. O, həmçinin hesab edir ki, bəşəriyyətin belə bir Allaha inanması lazımdır. Bundan əlavə, dua ilə Allaha səslənməyin insanlıq üçün yaxşı olduğunu söylədi.

Значение слова в других словарях