Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Himiko
Himiko (yaponcaː 卑弥呼; bilinmir – 247, Yaponiya) — Yaponiyanın erkən dövlət qurumlarından birinin hakimi (173-250). == Haqqında == Himiko barədə məlumat verən yeganə etibarlı yazılı mənbə Çin tarixi salnaməsi "3 şahlığın yazıları" əsərdir. Bu əsərin xüsusilə "Şərq varvarları haqqında bölməsi"ni qeyd etmək olar. Həmin əsər təxminən 297-ci ildə yazılmışdır. Bu əsərdə Yaponiya arxipelaqının sakinlərinin - "Va insanları"nın (倭人 — «karlik insanlar) sosial təşkili, həmçinin "Qadın hökmdar Himikonun hakimiyyəti dövrü təsvir olunur. O, çin mənbələrində Yamatay ölkəsinin şaman və Yaponiyanın asılı ölkələrinin hakimi kimi xatırlanır. Çin salnamələri qeyd edir ki, 239-cu ildə Himikonun Çin sülaləsi - Veyə (220-265) hədiyyələr göndərməsi barədə məlumat verilir. 243-cü ildə Himikonun ikinci dəfə hədiyyələrlə öz nümayəndəsini Loyana göndərməsi barədə məlumat verilir. Sonuncu dəfə isə 248-ci ildə Çinə Himiko tərəfindən hədiyyələr göndərilməsindən bəhs edilir. Eramızın əvvəllərində Yaponiya adaları ərazisində yaşayan kumaso (xayato) (Şikoku adasında və Kyüsyü adasının cənubunda), tenson (Kyüsyü adasının şimalında), icumo (Xonsyu adasında, Noto yarımadasının mərkəzində) və emişi (eco) (Xonsyu adasının şimal-şərqində) tayfalarını göstərmək olar.
Mimika
Mimika (q.yun. μιμικός q.yun. μιμικός - əks etdirmək) — müəyyən insan hisslərinin təzahür formalarından biri olan üz əzələlərinin ifadəli hərəkətləri və ya müxtəlif psixi vəziyyətlərini əks etdirən əlaqələndirilmiş komplekslərdə əzələ hərəkətləri. Qeyd etmək lazımdır ki, bu təriflər mimikaların əks etdirmə funksiyasına, onun psixikanın vəziyyətinə uyğunluğuna diqqət yetirir. Bədənin fiziki vəziyyəti, yəqin ki, ədalətli hesab edilə bilməyən psixi vəziyyətlə birləşir. Bundan əlavə, üz ifadəsinin vacib elementi, göz bəbəyinin ölçüsündən asılı olan baxışdır: gözün rəngi, somatik əzələlər tərəfindən idarə olunmayan buynuz qişanın parlaqlığı”.
Şanay-Timpişka
Şanay-Timpişka çayı (isp. Shanay-timpishka) və ya La Bomba — Amazon çayının qoludur və "dünyada yeganə qaynayan çay" adlanır. Uzunluğu 6,4 km (4,0 mil) təşkil edir. Sularının çox yüksək temperaturu ilə tanınır. Suyunun terpmeraturu 45 °C (113 °F) ilə təxminən 100 °C (212 °F) arasında dəyişir. İstiliyin mənbəyi əslində geotermal olsa da, adı "günəşin istiliyində qaynadılmış" deməkdir. Çay Huanuko yüksək meşəsinin bir hissəsi olan Mayantuyacu ziyarətgahında yerləşir. Ərazidə Aşaninka icması yaşayır. Yerli şamanlar qaynar suyun “Suların Anası” kimi tanınan nəhəng ilan ruhu Yakumama tərəfindən doğulduğuna inanırlar. Geotermal sahə üzrə alim Andres Ruzo istiliyin mənbəyini araşdırıb.
Himiko dövrü