Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kürkün
Kürkün — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Alpan bələdiyyəsinin tərkibindədir. == Tarixi == Kürkün kəndi nəinki Qubanın, həm də Azərbaycanın ən qədim kəndlərindəndir. Tarixi Qafqaz Albaniyasına gedib çıxan Kürkün Qorqan, Qorkan və Kyurkan adlarından yaranma ehtimalı var. Dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Kürkün kəndinin indiki əhalisi azərbaycanlılar və əslən Dağıstanın Miskincə rayonundan gəlmiş Cənubi azərbaycanlılardır.Ehtimal olunur ki Miskincə rayonuna Cənubi Azərbaycanın Meşgin şəhərindən gəlmişlər. Onların Azərbaycanda yerləşməsindən 150–200 il ötsə də burada qədim qəbristanlıqların və tarixi məlum olmayan başdaşılarından da onun tarixi haqqında dəqiq məlumat almaq olmur. == Toponimikası == Kürkün oyk., sadə. Quba r-nunun Alpan i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Tədqiqatçıların fikrincə, oykonim ləzgi dilindəki kürkün sözündən olub, "yüksəkliyin yamacı" mənasını bildirir.
Kürtün
Kürtün Gümüşxanə ilinin bir ilçesidir. Mərkəz ilçe əhalisi 3000-dən. Əhalisi köyleriyle birlikdə 12.500 adamdır. 1991-ci ildə ilçe olmuşdur. Xalqının əhəmiyyətli bir hissəsini Türkmen, Çepniler meydana gətirər.
Burun
Burun — əsasən tənəffüs və iybilmə üçün istifadə olunan, insan və ya heyvan üzünün bir hissəsi. == Quruluşu == Burun iki hissədən ibarətdir: xarici burun və daxili burun. Daxili burun burun boşluğu da adlanır. Xarici burun üzün ortasında yerləşərək qığırdaq və sümük toxumalarından təşkil olunub. Burun boşluğu çoxqatlı yastı epitellə örtülüdür. Burada çoxlu miqdarda selikli vəzilər yerləşir. Burun boşluğunda qoxu və tənəffüs nahiyələri ayrılır. Tənəffüs nahiyəsində havanı isitmək üçün mağaralı venoz kələf, selik vəziləri və kirpikli epitel yerləşir. Burun divarının içində yerləşən burun tükcükləri yad cisimləri (toz, qum) tutub saxlayır. Burnun iç hissəsi tüklü və nəmli olduğundan kənar mühitdən alınan hava təmizlənir və nəmləndirilir.
Gürün
Gürün (türk. Gürün) — Sivas ilinin ilçəsi.
Harun
Harun (ivr. ‏אַהֲרֹן‏‎, Aron; "ali", "dağ", "işıq dağı", "müəllim", "ziyalı"; ərəb. هارون ‎) — Tövratda Musanın böyük qardaşı və yəhudilərin Misir əsarətindən azad edilməsi zamanı yoldaşı, yəhudilərin ilk baş kahini. Levi qəbiləsindən Amram və İoxavedanın oğludur. İslamda o, Musanın qardaşı Harun ibn İmran kimi tanınır. == İstinadlar == == Əlavə ədəbiyyat == Аарон, первосвященник // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hüşün
Hüşün — Azərbaycan Respublikasının Ağdaş rayonunun inzibati ərazi vahidində kənd. Hüşün Ağdaş rayonunun Kükəl inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Oykonimin monqol dilinə mənsub xuşun/Xoşun sözündən olub, "feodal malikanəsi, feodal mulku" mənasında olması ehtimal edilir. == İnfrastruktur == 2009-cu ildə kəndin əhalisinə təbii qazın verilməsi bərpa olunub.
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Kuran
Kuran (Soyuqbulaq)
Kurud
Kurud — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Kurud Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd. Ku­rud kəndi rayon mərkəzindən 40 km şimal-qərbdə Şotalı çayının yuxarı axarında, dəniz səviyyəsindən 2.200 m hündürlükdə, Kirs dağının ətəyin­də, bir tərəfdən Sisyan, digər tərəfdən Goruş rayonları ilə həmsərhəd əra­zidə yerləşir. 1918-ci il qaçqınlığı dövründə Kurud kəndi bilavasitə keçid məntəqə­sinə çevrilmişdir. Ermənilərin azərbaycanlı kəndlərində törətdikləri qır­ğınlar Kuruddan da yan keçməmişdir. Kənd 1988ci ildə erməni daşnakları tərəfindən tamam dağıdılmış, əhalisinin əksəriyyəti həlak olmuşdur. Əhalinin bir hissəsi dağlardan aşaraq Naxçıvan ərazisinə qaçqın düşmüşdür. 1922-ci ildə kəndin əhalisinin bir qismi yenidən öz yurdlarına dönmüş­dü. Qonşu Çiriş və Kirs kəndləri ilə birlikdə yenidən özləri üçün güzəran yaratmışdı. Heyvandarlıq və əkinçilik əhalinin güzəranını yaxşılaşdırma­ğa xeyli kömək etmişdi.
Kuruş
Kuruş - (öncədən quruş) bir çox ölkələrdə fərqli zamanlarda istifadə edilen pul vahidi. Osmanlı vaxtında Kuruş, Türkiyədə ilk dəfə 1687 (hicri 1099)-ci ildə sultan II Süleyman'ın dönəmində istifadə edilmişdir.
Kuzun
Kuzun — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kəndin yaranma tarixi bəlli deyil. == Toponimikası == Kuzun oyk., sadə. Qusar rayonunun Zindanmuruq i.ə.v.-də kənd. Qusarçayın sahilində, dağətəyi ərazidədir. Tədqiqatçıların fikrincə, oykonim türk dillərində coğrafi termin kimi işlədilən kəzen (dağın beli, yayla, aşırım) sözündəndir. Yaşayış məntəqəsi salındığı ərazinin adını daşıyır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 847 nəfər, milliyətcə ləzgi olan əhali yaşayır.
Hüzün
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Haruun-Kel
Haruun-Kel (ing. Haruun Kal) — "Ulduz müharibələri" kainatında uydurma planet. Klon müharibələri zamanı Haruun-Keldə Qalaktik respublika ilə Müstəqil Sistemlər Konfederasiyası arasında döyüş baş vermişdir. Ceday ustası Meys Vindu bu planetdəndir. Klon müharibələrinədn sonra Qalaktik imperiya Haruun-Keldəki üsyanı yatırmaq üçün oraya öz qüvvələrini göndərmiş, döyüş orbital bombardman və imperiyanın qələbəsi ilə başa çatmışdır. Planet haqqında "Ulduz müharibələri"nin genişləndirilmiş kainatı olan "Əfsanələr"də daha geniş məlumat verilir. Planetin səthi Yerə bənzəyir, cəngəlliklərdən, yaylalardan və vulkanlardan ibarətdir. Planetin sıx yaşıllığı xəstəlik törədən həşəratlar, parazitlər və davamlı göbələklərlə doludur. Buna baxmayaraq, planetdə korunnay adlanan insanlar yaşayır. == İstinadlar == == Xarici keçidlər == Haruun Kal — Vukipediya saytında.
Kürü
Kürü — soyuq delikates qəlyanaltısı. Kürü həm konservləşdirilmiş, həm də təzə halda süfrəyə verilir.
Ağ Burun
Ağ Burun (ukr. Ак-Бурун, krımtat. Aq Burun, Акъ Бурун) — Krımın Kerç boğazı sahillərində yerləşir. Burun cənubdan Kerç buxtasını bağlayır. Burunda tarixi şəhərin qalıqları mövcuddur. XIX əsrdə Kerç boğazını qorumaq məqsədi ilə Kerç qalası inşa edilmişdir. Ağ Burunun qurtaracağında qədim kurqan vardı. Burada ayrıca batareyə yerləşdirilmişdi.
Burun (Gorus)
Burun — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 5 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «irəliyə çıxan və ya suya doğru uzanan quru», «qurunun, dənizin içinə girən dağlıq, qayalıq hissəsi», «qurunun, dağın və ya qayanın sivri bucaq şəklində düzünə tərəf uzanmış hissə», başqa türk dillərində «dağ çıxıntısı, qum silsiləsi, cərgəsi, qum təpəsi», «sıra dağlardan ayrılan dağ qolu, dil» mənasında işlənən «burun» sözündən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca sadə toponimdir.
Burun (Xudabəndə)
Burun — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Xudabəndə şəhristanının Şöhrəvərd kəndistanında, Qiydar qəsəbəsindən 30 km. cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (68 ailə).
Burun (coğrafiya)
Burun — Dəniz, göl və çayın daxilinə istiqamətlənən küncvari quru parçası. Burun ya köklü sərt süxurlardan ya da qum, lil və balıq balıqqulağının bir yerə toplanmasından əmələ gəlir. == Formalaşması == Burunlar bir qayda olaraq eroziya prosesi nəticəsində meydana gəlir. Burun sahil xəttində bərk və yumşaq suxurlardan ibarətdir. Yumşaq suxurlardan ibarət olan burunlar bərk suxurlardan təşkil olunan burunlara nisbətdə daha tez yaranır.
Burun (dəqiqləşdirmə)
Burun
Burun boşluğu
Burun boşluğu və ya burun keçidi − üzün ortasında, burunun üst və arxa hissəsində içi hava dolu böyük bir boşluqdur. Hər boşluq iki burun dəliyindən birinin davamıdır. "Burun boşluğu" termini burunun iki tərəfinin hər birinə ayrılıqda və ya birlikdə aid edilə bilər. Hər bir burun boşluğunun yan divarı, əsasən əng sümüyündən ibarətdir. == Strukturu == "Burun boşluğu" termini burnun iki boşluğunun hər birinə və ya birləşdirilmiş iki tərəfə aid edilə bilər. Hər burun boşluğunun yan divarı əsasən çənə sümüyündən ibarətdir. Bununla birlikdə, palatin sümüyünün perpendikulyar lövhəsi, medial pterygoid lövhə, etmoid labirint və aşağı konka ilə kompensasiya olunan bir çatışmazlıq var. Paranazal sinuslar ostia adlanan kiçik deşiklər vasitəsilə burun boşluğuna bağlanır. Bu ostiaların əksəriyyəti burunla yan burun divarı vasitəsilə, yarımaysal boşluq kimi tanınan yarımaysal depressiya vasitəsilə əlaqə qurur. Fasilə yanal olaraq unsinat prosesi kimi tanınan bir proyeksiya ilə bağlanır.
Burun sümüyü
Burun sümüyü —
Faik Türün
Faik Türün (17 oktyabr 1913 və ya 1914, Bursa, Xudavəndigar vilayəti – 15 fevral 2003, İstanbul) — Türkiyə ordusunun general-mayoru və siyasətçisi. 1950–1953-cü illərdə Türk Briqadasının tərkibində Koreya müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə fərqləndiyinə görə Faik Türün ABŞ ordusu komandanlığı tərəfindən "Gümüş ulduz"la təltif edilmişdir. Türkiyə Quru Qoşunlarının 3-cü Ordu və 1-ci Ordu birləşmələrinə komandanlıq etmişdir. Faik Türün 1970-ci illərdə "sosialist" fikirli şəxslərə qarşı represiyalarda ən çox adı hallanan generallardan idi. O, 9 mart 1971-ci il tarixində o zamankı Türk Hava Qüvvələrinin komandanı general Muhsin Baturun rəhbərliyi altında reallaşması planlaşdırılan hərbi çevriliş planının qarşısını alan əsas şəxs sayılırdı. Güclü sosialist meyllərə sahib yeni bir hökumət qurmaq üçün çevriliş etməyi düşünən bu zabitlərə və onlarla əlaqəli jurnalistlərə, yazıçılara qarşı "Balyoz Əməliyyatı"na (Ziverbey villası ilə əlaqəli) başçılıq etmişdir. Bu əməliyyat zamanı bir neçə jurnalist və siyasətçi Ziverbəy villasında siyasi rəqiblərinə işgəncə verilməsinin arxasında Faik Türünün durduğu iddia edirdilər. Ordudan təqaüdə çıxdıqdan sonra 1977-ci ildə Manisanı təmsil edən mühafizəkar və sağ yönümlü Ədalət Partiyasından millət vəkili olaraq Türkiyə parlamentinə seçilmişdir. == Həyatı == Faik Türün 1913-cü il oktyabrın 17-də Bursada anadan olmuşdur.
Harun Alqayev
Harun Məhəmməd oğlu Alqayev (14 iyul 1992; Balakən rayonu, Azərbaycan — 15 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Harun Alqayev 1992-ci il iyulun 14-də Balakən rayonunun Gərəkli kəndində anadan olub. 1998-2006-cı illərdə Balakən şəhərində İ. Nəsimi adına 2 nömrəli tam orta məktəbdə, 2007-2010-cu illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. == Hərbi xidməti == Harun Alqayev 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində xidmət edirdi. 2015-2016-cı illərdə Taqım Komandirinin müavini, 2016-cı ildən isə Taqım Komandiri vəzifəsində xidmət edib. Azərbaycan Ordusunun baş leytenantı olan Harun Alqayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Harun Alqayev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Balakən şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Harun Alqayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Harun Batukayev
Harun Mahmudoviç Batukayev (23 sentyabr 1914, Qroznı, Terek vilayəti – 1999) — ilk peşəkar çeçen rejissoru, Çeçen-İnquş Dram Teatrının baş rejissoru, Cambul şəhərində Rus Regional Dram Teatrının qurucusu, Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının xalq artisti. == Həyatı == Harun Batukayev 23 sentyabr 1914-cü ildə Staraya Sunjada tacir ailəsində anadan olub. İbtidai sinif müəllimləri kurslarını bitirmişdir. Şali kəndində kənd müəllimi olaraq çalışmışdır. Batukayev məktəbdə dram dərnəyi yaratmışdır. Bu dərnəyin uşaqları daim hər cür incəsənət yarışmalarında qalib gəlirdilər. Onda həvəskar rejissor istedadı görüldü və Proletbat klubuna rəhbərlik etmək üçün Qroznıya dəvət edildi. Batukayev tamaşaların mətnlərini və ssenarilərini özü yazıb, səhnədə quruluş vermişdir. Tədricən onun rəhbərlik etdiyi klub populyarlaşdı. Batukayevin potensialını görən şəhər rəhbərliyi onu Moskvaya oxumağa göndərdi.
Harun Səidov
Harun Səidov (8 may 1891, Dağıstan vilayəti – 13 avqust 1919) — inqilabçı, Vətəndaş müharibəsi iştirakçısı, lak yazıçısı, publisist. == Bioqrafiyası == Harun Səidov 1894-cü ildə Vaçi kəndində (indiki Dağıstanın Kuli rayonu) rayon məhkəməsinin katibi Səid Səidovun ailəsində anadan olmuşdur. Temir-Xan-Şurdakı realnı məktəbini bitirmişdir. 1912-1915-ci illərdə kadet məktəbində təhsil alır. 1915-ci ildə Moskva Ticarət İnstitutuna daxil olur. 1917-ci ildə Dağıstana qayıdır, burada Ulibiy Buynakski ilə birlikdə Dağıstanın təhsil və təşviqat bürosunu qurur. "İlçi" qəzetinin, 1918-ci ildən isə "İnqilabci dağlı" qəzetinin redaktoru olur. Burjua partiyasının siyasətini ifşa edən inqilabçı, qanlı imperialist savaşın davam etməsinə qarşı çıxır. Vətəndaş müharibəsi illərində "Qırmızılar"-ın tərəfini tutur. Dağıstanda əks-inqilab qüvvələrinə qarşı may qiyamının təşkilatçılarından biri olur.