Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Holosen
Holosen – geoloji epoxalardan biridir. Pleystosendən sonra gəlir və təxminən 11.7 min il əvvəldən bu günə qədər olan dövrü əhatə edir. "Resent" (adətən böyük hərflə) termini tez-tez "Holosen" terminin dəqiq sinonimi kimi istifadə olunurdu, baxmayaraq ki, bu cür istifadə 21-ci əsrdə işlənmir. Holosen Dördüncü dövrün bir hissəsidir. Onun adı yunan dilindəki ὅλος (holos, tam və ya bütöv) və καινός (kainos, yeni) sözlərindən götürülüb, mənası "ən yeni" deməkdir. O hazırkı mülayim dövr ilə müəyyən olunmuşdur (Dəniz İzotopları mərhələsi kimi tanınır). Holosen həmçinin insanın artımını və Yerdəki növlərə təsirini, o cümlədən əsas sivilizasiyaların inkişaf tarixini əhatə edir. == İcmal == Beynəxalq Stratiqrafia Komissiyası tərəfindən Holosenin təxminən 11.7 min il əvvəl başladığı qəbul olunmuşdur. O Pleystosen və gec buzlaşma dövründən (gec buzlaşma dövrünə Şimali Amerikada Viskosinan, Avropada Veiçselia, Böyük Britaniyada Devensia, Çilidə Llanuihue və Yeni Zellandiyada Otria daxil edilir) sonra gəlir. Holosen əsas iqlim dəyişgənliyinə əsasən beş vaxt interalına və ya xronozonaya bölünür: • Preboreal (10 ka–9 ka) • Boreal (9 ka–8 ka) • Atlantik (8 ka–5 ka) • Subboreal (5 ka–2.5 ka) • Subatlantik (2.5 ka–indiyə qədər) ~ Qeyd: "ka" mənası "min il"-dir.
Adamas Qolodets
Adamas Qolodets (rus. Адамас Голодец; 23 avqust 1933, Moskva – 7 aprel 2006, Moskva) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu. SSRİ idman ustası, RSFSR-nin əməkdar məşqçisi (1989). == Həyatı == 1933-cü ildə Moskvada anadan olmuşdur, onun valideynləri paytaxta 1930-cu ildə Klintsı şəhərindən köçmüşdülər. Böyük Vətən müharibəsi zamanı anası Lyubov İoffe (1904—1975) və qardaşları Varlen (1925—2012) və Yuri (1939 təvəllüdlü) ilə birlikdə Kamışlova təxliyə ediliblər. Atası, Qomel sakini Solomon Qolodets (1906—1941) cəbhəyə çağırılmış və 1941-ci ilin oktyabr ayında itkin düşmüşdür. Böyük qardaşı Varlen Kamışlov Piyada Məktəbini bitirdikdən sonra atası kimi cəbhəyə çağırılıb. O, sonralar peşəkar hərbçi olmuş və SSRİ Daxili İşlər Nazirliyinin Ali İstintaq Məktəbinin sosial elmlər kafedrasında müəllim kimi çalışmışdır. Adamas Qolodets 7 aprel 2006-cı ildə Moskvada vəfat edib. Vostryakov yəhudi qəbirstanlığında dəfn olunub.
Hologen süxurlar
Hologen süxurlar- (rus. галогенные породы, ing. halogen rocks) / yun. hals-duz və genes-doğuran, doğulmuş/- arid iqlim şəraitində duzlu göl və laqunlarda suyun buxarlanması nəticəsində yaranan kimyəvi / xloridlər, sulfatlar/ mənşəli süxurlar / daş-duz, kalium və maqnezium duzları, gips və s./.
Holosen təqvimi
Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cı ili holosen təqviminin 12023-cı ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib. == Motivasiya == İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir. == Çevirmə yolu == İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-ci ili h.e.12023-ci ilə uyğundur. == Həmçinin bax == David Ewing Duncan.
Senecio helodes
Senecio helodes (lat. Senecio helodes) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid biki növü.
Holden Kolfild
Holden Kolfild (ing. Holden Caulfield) - amerikan yazıçı Cerom Selincerin Çovdarlıqda uçurumdan qoruyan adlı romanının əsas qəhrəmanı. Bu obraz gənclərin etirazının və nonkomformizminin əsas simvoluna çevrilmişdir. Bu adda personaj ilk dəfə olaraq Selincerin 1941-ci ildə yazdığı və The New Yorker qəzetində yayımlanan "Are You Banging Your Head Against a Wall?" hekayəsində yer almışdır. Bundan sonra isə 1946-cı ildə yazılmış "Medison prospektində yüngül qiyam" adlı hekayədə də Holden Kolfild obrazı peyda olmuşdur. Bu hekayədə Holdenin Sally Hayes ilə qaçmaq istəyi, Carl Luce ilə içməsi və sərxoş olduqdan sonra Salliyə zəng açmasından bəhs olunur. Sonradan isə bu hekayə müəllif tərəfindən daha da təkmilləşdirilərək romanın 17-ci bölməsini təşkil etmişdir. == Personajın xarakteri == Yaxşı təminatlı və imtiyazlı bir həyat üçün doğulmuş Kolfild, özünün də yaşadığı elitar mühitə xor baxır. O, yaşadığı cəmiyyətin dəyər anlayışına şübhə ilə yanaşır və bəzən də cəmiyyət tərəfindən qəbul olunmuş davranış qaydalarını rədd edir. Holdenin əsas xarakterik xüsusiyyətləri diqqətcillik, öz-özünü təhlil etmə, acıdillilik və kinayədir.
Otto Hölder
Otto Lüdviq Hölder (22 dekabr 1859, Ştutqart, Vürtemberq krallığı[d] – 29 avqust 1937, Leypsiq) — Ştutqartda doğulmuş alman riyaziyyatçı. Ən məşhur çalışmaları arasında: Hölder bərabərsizliyi və Cordan–Hölder teoremi vardır.
Uilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Vilyam Holden
Vilyam Holden (ing. William Holden; 17 aprel 1918 — 12 noyabr 1981) — Amerika aktyoru. "Oskar" qalibi (1953).
Pleystosen-Holosen epoxası
== Pleystosen-Holosen epoxası == Pleystosen-Holosen epoxası Bakı, Xəzər (Gürgan), Xvalın və Yeni kaspi əsrlərini əhatə edir. Abşeron əsrində, xüsusilə onun axırlarında tektonik hərəkətlərin canlanması və relyefin inkişafının qalxan istiqamətinin güclənməsi pleystosenin əvvəllərində, daha doğrusu Bakı əsrinin əvvəllərində morfotektogenez proseslərin nisbi sakitliyi ilə əvəz olunur. Bu zaman Xəzər dənizi səviyyəsinin qısa müddətli qalxması nəticəsində Kür və qismən də Qusar-Dəvəçi çökəkliklərinə transqressiyası baş verir. Bununla yanaşı dənizin transqressiyası bəzi yerlərdə abşeron əsrinin sonlarındakı transqressiya sahələrini örtsə də onun maksimal transqressiyası hüdudlarına çatmır. Dənizin Bakı əsrinin sonundakı qısa müddətli reqressiyası Xəzər (Gürgan) əsrinin əvvəllərində transqressiya ilə əvəz olunur. Dəniz Samur-Dəvəçi ovalığını bütünlüklə örtür və ensiz körfəzlər şəklində Sital, Germian və b. çayların dərələri boyu quruya soxulur. Bu zaman Böyük və Kiçik Qafqazıda qalxmaının güclənməi ilə əlaqədar olaraq Kür çökəkliyinin kənar sahələri quruya çevrilir, ox hissəi isə Acınohur öndağlığının cənub tirəsi boyu uzanır. Gürgan əsrinin ortalarından etibarən Kür-Araz depressiyası intensiv çökməyə məruz qalır. Abşeron yarımadası ilə Girovdağ-Babazənan antiklinal zonası arasında mövcud olmuş, dayaz dənizdə, əsasən, palçıq vulkanlarının əmələ gətirdiyi adalar və tirələr yayılmışdır.
Dactylis glomerata subsp. hylodes
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.
Dactylis smithii subsp. hylodes
Dactylis glomerata (lat. Dactylis glomerata) — qırtıckimilər fəsiləsinin dactylis cinsinə aid biki növü. == Sinonim == Bromus cylindraceus (Brot.) Brot. Bromus glomeratus (L.) Scop. Dactylis abbreviata Bernh. ex Link Dactylis altaica Besser Dactylis aschersoniana Graebn. Dactylis canariensis Nees ex Steud. [Invalid] Dactylis capitellata Link Dactylis ciliata (Peterm.) Opiz Dactylis cylindracea Brot. Dactylis decalcata Brand Dactylis fasciculata C.Sm. ex Link [Invalid] Dactylis glaucescens Willd.