Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Holostei
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.
Stellaria holostea
Neştәrvari cincilim (lat. Stellaria holostea) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin cincilim cinsinə aid bitki növü. Hündürlüyü 15-60 sm, gövdəsi zəif, yuxarı qalxan, 4 tillidir, adətən hamar, kövrək, uc hissədə budaqlanan çoxillik ot bitkisidir. Kökümsovu sürünən, budaqlanan, qısa barsız və daha uzun çiçək daşıyan budaqlarladır. Yarpaqları ensiz neştərvaridir, uzun sivriləşmiş, uzunluğu 12 sm-ə qədərdir, gövdədən aralı yerləşmişdir, kənarları çox kələkötürdür. Ləçəkləri yarıya qədər ikiyə bölünmüşdür, uzunluğu 8-15 mm-dir. Qutucuq demək olar ki, şarşəkillidir, kasacıqdan uzun deyildir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir. BQ (Quba), Qob., BQ şərq, BQ qərb, Lənk. oval.
Bidens holstii
Bidens holstii (lat. Bidens holstii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yatıqqanqal cinsinə aid bitki növü.
Pavetta holstii
Pavetta holstii (lat. Pavetta holstii) — boyaqotukimilər fəsiləsinin pavetta cinsinə aid bitki növü.
Triplocephalum holstii
Triplocephalum (lat. Triplocephalum) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Triplocephalum holstii O.Hoffm.