BOŞ

1. пустой, порожний; 2. незанятый, свободный, вакантный, незамещенный; 3. необитаемый, запустелый; 4. незаряженный, холостой; 5. суетный, тщетный, напрасный; 6. некрепкий, слабый; 7. ничтожный, незначительный; 8. рыхлый, рассыпчатый; 9. вздорный;
BOSTANLIQ
BOŞ-BİKAR
OBASTAN VİKİ
Robert Boş
Robert Boş (alm. Robert Bosch‎; 23 sentyabr 1861[…] – 12 mart 1942, Ştutqart) — Alman ixtiraçı. Robert Bosch GmbH şirkətinin təsisçisi. Çox sayda ideyalara və müasir avtomobil istehsalının prinsipial olaraq yeni texniki həllərinə görə məşhur alman ixtiraçısı Robert Boşa (1861–1942) borcluyuq. Robert Boş Ulm yaxınlığında kiçik bir şəhərdə anadan olmuşdur. O, Servasius Boş ailəsinin on birinci uşağı idi. Atası təhsilli və savadlı biri idi, onun kiçik mehmanxanası və pivə zavodu var idi. Atası arzu edirdi ki, onun oğlu əczaçı və ya müəllim olsun, lakin oğlunun marağı tamam fərqli idi: ustalıq etməyi həddindən artıq sevirdi. 1869-cu ilin yazında Boş ailəsi Ulm şəhərinə köçdü. 1869-cu ildən 1876-cı ilə qədər Robert Boş şəhər məktəbində təhsil aldı, sonra isə usta köməkçisi kimi işə düzəldi.
Boş funksiya
Boş funksiya – təyin oblastı sıfra bərabər olan funksiyaya deyilir. f A : ∅ → A .
Boş krateri
Boş krateri (lat. Bosch) — Ayın görünməyən tərəfindəki Şimal qütbü sahəsində yerləşən zərbə krateri. Krater öz adını alman kimya və biokimyaçısı olan Nobel mükafatı laureatı Karl Boşun (1874–1940) şərəfinə almışdır və 22 yanvar 2009-cu ildə Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsdiq edilmişdir. == Kraterin təsviri == Boş kraterinə ən yaxın yerləşən krater Uypl krateridir və ondan şimalda yerləşir. Rojdestvenski krateri bu kraterdən şərqdə, Plaskett krateri cənub-şərqdə, Hevesi və Haskin krateri cənubda, Usay krateri isə cənub-qərbdə yerləşir. Krater mərkəzinin selenoqrafik koordinatları 86°49′ şm. e. 133°32′ ş. u.86,82° şm. e.
Boş məhsul
Riyaziyyatda boş məhsul və ya sıfır məhsul heç bir vuruğun vurulmamasının nəticəsidir. Konvensiyaya görə, boş cəm də olduğu kimi — heç bir rəqəmin əlavə edilməməsinin nəticəsi — sıfırdır. Rəqəmlər nəzərdə tutulduqda, boş məhsul birə bərabər olur. Boş məhsul termini hesab əməliyyatlardan bəhs edərkən ən çox yuxarıdakı mənada istifadə olunur. Bununla belə, termin kompüter proqramlaşdırmasında çoxluq-nəzəri kəsişmələri müzakirə edərkən istifadə olunur.
Boş çoxluq
Boş çoxluq, tərkibində heç bir elementi olmayan çoxluğa deyilir. Boş çoxluq ∅ {\displaystyle \emptyset } ilə işarə olunur. Uyğun olaraq: ∅ {\displaystyle \emptyset } və { ∅ } {\displaystyle \{\emptyset \}} müxtəlif olurlar. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Boş çoxluğu həmçinin aşağıdakı kimi də ifadə etmək olar: ∅ A = { x ∈ A ∣ ∀ x ∉ A } {\displaystyle \emptyset _{A}=\{x\in A\mid \forall x\notin A\}} ∅ A − A {\displaystyle \emptyset _{A}-A} çoxluğunun boş alt çoxluğudur.
Boş çəki
Boş çəki - standart avadanlıqlarla real olan bir nəqliyyat vasitəsinin ümumi çəkisidir; mühərrik yağı, ötürücü yağı, soyuducu, kondisioner qazı və bəzən dolu bir yanacaq çəni kimi işləməsi üçün lazımlı olanlar daxil, sərnişin və ya yük daxil edilməmək şərti ilə hesablanır.
İeronim Boş
İeronim Bosx (nid. Hieronymus Bosch; təq. 1450[…] – avqust 1516) (Jeroen Anthoniszoon van Aken) — XV və XVI əsr holland rəssamı. İntibah dövrünün şimaldakı nümayəndələrindən biri sayılır. Yaşadığı dövrdə əsərləri kral və zadəganlar tərəfindən alınan məşhur rəssam olmağına baxmayaraq, indiki dövrdə haqqında çox az şey məlumdur. Jeroen Anthoniszoon van Aken adıyla rəssam Antonis van Akenin (ö. 1478) oğlu kimi 1450-ci ildə Şimali Brabant, Hollandiya da dünyaya gəlmişdir. Həyatının böyük bir qismini Sertoqenbuş ('s-Hertogenbosch) şəhəri və ətrafında keçirən Bosxun rəsmi qeydlərdə adı ilk dəfə 1474-cü ildə, iki qardaşı və bir bacısı ilə birlikdə keçir.
Aşağı boş vena
Aşağı boş vena ABV (lat. Vena cava inferior) — dördüncü bel fəqərəsinin aşağı kənarı bərabərliyində sağ və sol ümumi qalça venalarının (lat. vv. iliacae communes dextra et sinistra) birləşməsindən əmələ gəlir; onurğanın ön səthi ilə qarın aortasının sağ tərəfilə yuxarı və bir az sağa doğru gedərək, qaraciyərin arxa səthinə çatarkən aortadan uzaqlaşır və diafraqmanın vətər mərkəzində olan aşağı boş vena dəliyindən döş boşluğuna daxil olan kimi ürək kisəsini dəlib, sağ qulaqcığaaçılır. Aşağıda bel əzələsinin içəri kənarında, bir az yuxarıda ön səthində və diafraqmaya çatarkən onun bel hissəsinin ön səthində yerləşir. ABV ekstraperitoneal (peritondan xaric) üzvlərdən olub, ön tərəfdə yuxarıdan aşağıya doğru növbə ilə, qaraciyər ilə, onikibarmaq bağırsağın enən hissəsilə, pankreas başı ilə, nazik bağırsaq müsariqəsilə əhatə olunmuşdur. Bunlardan başqa ABV öndə çəp istiqamətdə sağ xaya arteriyası ilə və arxada üfüqi istiqamətdə sağ böyrək arteriyası ilə çarpazlaşır. == Qəbul etdiyi venalar == ABV qarın aortasının cüt şaxələrinə uyğun venaları və qaraciyər venalarını qəbul edir. == Təsvirlər == == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş Yer (1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisi Anatoli Yeqorov — ezam olunmuş Rafiq Əliyev — alverçi Fərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçi Mübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yuxarı boş vena
Yuxarı boş vena (YBV) (lat. Vena cava superior) — birinci sağ qabırğa-döş sinxondrozunun arxasında sağ və sol bazu-baş venalarının (lat. vv. brachiocephalicae dextra et sinistra) birləşməsindən əmələ gələrək döş sümüyünün və aortanın sağ tərəfi ilə aşağıya doğru gedur və üçüncü qabırğanın yuxarı kənarı bərabərliyində sağ qulaqcığa açılır. YBV-nin uzunluğu 5–6 sm və diametri təxminən 2,5 sm-dir, sol tərəfdən aortaya, sağ tərəfdən sağ ortadivar plevrasına və ağciyərə söykənmişdir; ikinci qabırğa səviyyəsində ürək kisəsi ilə örtülü olur, belə ki, aşağı hissəsi ürək kisəsi daxilində yerləşir. Aşağı boş vena kimi bunun da qapağı yoxdur. YBV ürək kisəsinə daxil olmamış arxa tərəfdən tək venanı — lat. v. azygos qəbul edir və bunun vasitəsilə aşağı boş vena sistemi ilə rabitədə olur. Tək venadan başqa YBV-yə lat.
Aşağı boş vena sistemi
Aşağı boş vena sistemi — Aşağı boş vena vasitəsilə aşağı ətraflardan, çanaq və qarın boşluğu divarı və üzvlərindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Aşağı boş vena sisteminə aid olan venalar: == Mənbə == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş yer (film, 1989)
Boş yer qısametrajlı bədii filmi rejissor Cahangir Şahmuradov tərəfindən 1989-cu ildə ekranlaşdırılmışdır. "Debüt" studiyasında istehsal edilmişdir. Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Əsas rolları Lyudmila Duxovnaya, Anatoli Yeqorov, Rafiq Əliyev, Fərman Şəkili və Mübariz Əlixanoğlu ifa edirlər. == Məzmun == Filmdə durğunluq hesab edilən dövrün nöqsanları tənqid olunur, yaşadığımız cəmiyyətin sosial-mənəvi inkişafına o dövrün mənfi təsiri açılıb göstərilir. Müəlliflər filmin süjetini qrotesk üslubda qurmuşlar. == Rollarda == Lyudmila Duxovnaya — qatar bələdçisi Anatoli Yeqorov — ezam olunmuş Rafiq Əliyev — alverçi Fərman Şəkili (Fərman Abdullayev kimi) — təbilçi Mübariz Əlixanoğlu — məmur Pavel Vinnik — saatsaz Manefa Sobolevskaya — saatsazın arvadı Viktor Lazarev — akademik Vitali Leonov — maşinist Yuri Mitrofanov — maşinist köməkçisi Aleksey Fadeyev — ocaqçı Tatyana Xaritonova — manekençi Nuriyyə Çavkina — idmançı Eduard Ozeryanski — ofisiant == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm".
Yuxarı boş vena sistemi
Yuxarı boş vena sistemi aorta qövsü və döş aortası şaxələrinin təchiz etdikləri nahiyələrdən: başdan, boyundan, yuxarı ətraflardan, döş qəfəsindən venoz qanı yığıb ürəyin sağ qulaqcığına daşıyır. Yuxarı boş vena sisteminə aid olan venalar: Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı — 1979 Р. Д. Синельников.
Boş yerə təbil vurma (film, 2011)
Boş yerə təbil vurma (rus. ...В барабан не бью без толку...) qısametrajlı sənədli filmi rejissorlar Andrey Pavlenko və Tahir Əliyev tərəfindən 2011-ci ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyası və Lennauçfilmin birgə istehsalıdır. Film Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. == Məzmun == Ekran əsəri Rusiya Dövlət Mükafatı laureatı, bu ölkənin Əməkdar İncəsənət Xadimi, sovet kinosunun tanınmış səs rejissoru və operatoru, həmvətənimiz Ələkbər Həsənzadəyə həsr olunmuşdur. Ə. Həsənzadə 2000-ci ildə Rusiyanın “Nika” mükafatını alan ilk azərbaycanlı kino ustasıdır.
Alovsuz qaz boşalması
Qaz boşalması — qazlardan elektrik cərəyanı keçdikdə baş verən proseslər toplusu. Tipik olaraq, nəzərəçarpacaq cərəyanın axını yalnız qazın kifayət qədər ionlaşmasından və plazmanın formalaşmasından sonra mümkün olur. == Alovsuz qaz boşalması == Alovsuz qaz boşalması qaz boşalmasının bir növüdür. Alçaq təzyiqlərdə (10−2−10−3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklm lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur. Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.
Anika Boşkoviç
Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı. == Haqqında == O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir. Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi.
Elektrik boşalması
Elektrik boşalması — Dünyada ilk dəfə rus alimləri Mixail Lomonosov (1711‐1765) və Qeorq Vilhelm Rixman (1711‐1753) və onlardan asılı olmadan amerikan alimi Frankel havada elektrik boşalmasını tədqiq etmişlər. 1743‐cü ildə M.V.Lomonosov «Allahın böyüklüyü haqqında axşam düşüncələri» əsərində ildırımın və şimal qütb parıltısının elektrik təbiətli olması ideyasını irəli sürmüşdür. Bir qədər sonra (1752‐ci ildə) Frankel və Lomonosov ildırım maşınının köməyi ilə göstərmişlər ki, ildırım və şimşək – havada güclü elektrik boşalmasıdır. Bununla yanaşı aşkar edilmişdir ki, hətta ildırım olmadıqda da havada elektrik boşalması baş verir. İldırım maşını sadə quruluşa malik olub, yaşayış evində qurulmuş Leyden bankalarından ibarət idi. Bankalardan birinin qapağı naqil vasitəsilə açıq havada yerləşdirilmiş metal darağa və ya dəmir milə birləşdirilirdi. Sankt-Peterburq tibbi‐cərrahiyyə akademiyasının akademiki Vasili Vladimiroviç Petrov (1761‐1834) M.V.Lomonosovun elmi işlərini inkişaf etdirərək, 1802‐ci ildə ilk dəfə olaraq (ingilis fiziki Devidən bir neçə il əvvəl) havada iki kömür elektrod arasında qövs boşalması hadisəsini müşahidə etmiş və göstərmişdir ki, havadan elektrik cərəyanı keçərkən elektrik boşalması baş verir. V.V.Petrov öz kəşfini belə təsvir edirdi: «Əgər şüşə masanın üzərinə 2‐3 qırıntı ağac kömürü qoyub, onları naqillər vasitəsilə güclü elektrik mənbəyinə qoşsaq və bir‐birinə yaxınlaşdırsaq, həmin kömür qırıntıları arasında parlaq (gözqamaşdırıcı) ağ işıqlanma (alov) yaranacaq və bu alovun təsirindən kömürlər yanacaq». V.V.Petrovun elmi işləri rus dilində dərc olduğuna görə, onlar xarici ölkə alimləri üçün əlçatmaz idi. Rusiyada həmin dövrdə elmi işlərə bir o qədər maraq göstərilmədiyindən həmin işlər tezliklə unudulmuşdu və məhz bu səbəbdən də, sonralar qövs boşalmasının kəşfi ingilis alimi Devinin adına yazılmışdır.
Fridrixs Boşs
Fridrixs Boşs (7 fevral 1887 — 12 fevral 1950) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Fridrixs Boşs Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Fridrixs Boşs birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Makedoniya Respublikasında boşnaklar
Makedoniya Respublikasında boşnaklar (mak. Македонски бошњаци) Makedoniya Respublikasında yayılmış xalqlardan biridir. 2001-ci ildə Makedoniya Respublikasının Konstitutsiyasına görə milli azlıq olaraq təstiqlənmişdir. 2001-ci il siyahıya alınmağa görə Makedoniyada 17018 nəfər boşnak yaşayır. Bu isə ümumi əhalinin 0,84% təşkil edir. Makedoniya ərazisində yayılmış boşnaklar əsasən Skopye və ətrafı ərazilərdə yayılmışdır. 8 fevral 2007-ci ildən ölkədə 28 sentyabr beynəlxalq boşnak günü kimi qeyd edilir. İcma üçün isə həmin gün istirahət günüdür. Boşnakların ölkədə iki siyası partiyası vardır: Boşnakların Demokratik Liqası və Demokratik Hərəkat partiyası. == Tarixi == Boşnaklar Makedoniya ərazisində bərabər yayılmışdır.
Monteneqroda boşnaklar
Monteneqroda boşnaklar — ilk dəfə 2003-cü il siyahıyaalınması zamanı bir etnik qrup olaraq qeydə alınırlar. 2011-ci ilin son siyahıyaalmasına əsasən, Monteneqrodakı boşnakların ümumi sayı 53 605 nəfər olmuşdur. Bu isə onlar ümumi ölkə əhalinin 8,65% -ni təşkil etməsi deməkdir. Boşnaklar monteneqrolular və serblərdən sonra ölkədə üçüncü ən böyük etnik qrupdur. Boşnaklar Monteneqronun şimalında, Sancak adlanan ərazisində yaşayırlar və dörd bələdiyyədə əhalinin əksəriyyətini təşkil edirlər: Rojae (83.91%), Petnisya (83.02%), Plav (56%) və Qusinye (42.64%). Sancaq bosnaklarının üçdə ikisi Monteneqronun digər ərazilərindən gələnlərin nəsillləridir. İlk köç 1687-ci ildə Osmanlıların Boka-Kotorskanı itirməsi ilə başlayır. Tendensiya sonralarda davam edir. 1711-ci ildə Köhnə Monteneqrodan müsəlmanlar qətlə yetirilməsi səbəbindən Sancaq vilayətinə üz tuturlar. Müsəlmanların bura köç etməsini körüklüyən digər fakt isə provaslavların bbu vilayətdən Serbiya və Habsburqların nəzarətində olan bölgəyə köç etmələri ilə əlaqəli olur.
Qaldan-Boşoqtu
Qaldan-Boşoqtu (monq. Галдан бошигт) 1644 — 1697 — Cunqar xanlığının üçüncü hakimi, Erdeni-batırın oğlu. Qaldan, Batır-xuntaycının altıncı oğlu olaraq 1644-cü ildə doğulmuşdu. 1650-ci ildə Buddizmi öyrənməsi üçün Tibetə göndərilmiş və təqribən 13 il orada təhsil aldıqdan sonra ölkəsinə dönmüşdür. Cunqariyaya döndükdən sonra Senqe tərəfindən dini və idari işlərə məmur edilmiştir1. Erdeni-batır xuntaycı və Senqedən sonra Cunqar xanlığının taxtına 1671-ci ildə Qaldan-Boşoqtu keçmişdir. Qaldan, uzun müddətli bir təhsil alması və Tibet kimi qədim mədəniyyət mərkəzlərində yetişməsi səbəbiylə geniş bir dünya görüşünə və təcrübəsinə sahib idi. Bütün Oyrat oymaqlarını və Xalxa-Monqollarını Cunqar xanlığının damı altında toplayaraq çevrəsindəki böyük qüvvələrə qarşı ayaqda dura biləcəyini düşünürdü. Qaldan-Boşoqtu xan, Rusiya ilə münasibətləri inkişaf etdirərək qərb sərhəd-sınırlarının güvənliyini qorumağa çalışdı. Rus hökuməti də şərq sərhəd-sınırlarının və şəhərlərinin güvənlik altında olmasını istəyirdi.
Qaz boşalma displeyi
Qaz boşalma displeyi -(ing.gas-discharge display, ru.газоразрядный дисплей) - çox kiçik neon lampalarının birləşməsindən ibarət olan yastı-ekran displey növü. Neon üfüqi və şaquli elektrod qrupları arasından keçir ki, onlar da hər bir elektrod cütünün kəsişməsindəki pikseli işıqlandırmaq üçün fərdi yüklənə bilər. Sin: GAS-PLASMA DISPLAY. Qaz-plazma displeyi' - (ing. gas-plasma display, ru.плазменный дисплей) İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qeyri-bircins sahələrdə boşalma
Qeyri-bircins sahədə bircins sahədən fərqli olaraq sahə aralığının müxtəlif nöqtələrində sahə gərginliyinin qiyməti və istiqaməti müxtəlifdir. Qeyri-bircins sahəyə malik aralıqlara çubuq – çubuq, çubuq – müstəvi, naqil – torpaq və digər real izolyasiya aralıqları aiddir. Şəkil-də elektrik sahə gərginliklərinin çubuq-müstəvi tipli elektrodlar arası məsafədən asılılığı göstərilir. İstənilən kəskin qeyri-bircins sahədə (Kq>4) boşalmanın əsas inkişaf qanunauyğunluqları praktiki olaraq eynidir. Hər hansı bir başlanğıc gərginlik(Ub) aralıqda sel şəklində sərbəst boşalma yaranır, çünki çubuq yaxınlığında sərbəst boşalma formasının yaranmasına uyğun olan sahə gərginliyinin E*b qiymətindən çox olan gərginlik olur . Boşalma bu hissədə lokallaşır, ikinci sellər isə ya qazın həcmində fotoionlaşma hesabına (çubuq müsbət qütblü olduqda), ya da katoddan fotoemissiya vəya avtoelektron (soyuq) emissiya hesabına (çubuq mənfi qütblü olduqda) saxlanılır. Belə boşalma sel formasında tac boşalması adlanır. Tac boşalması yarandıqda elektrodda gərginliyin və cahə gərginliyinin qiyməti sahənin qeyri-bircinslik dərəcəsindən asılıdır. Qeyri-bircinslik dərəcəsi artdıqca çubuq elektrodda sahə gərginliyi artır, tacın yaranma gərginliyi isə azalır. Gərginliyin Ub-dən yuxarı qiymətlərində, elektronların sayı 107– 109 -a çatdıqda sel plazma halına keçir və aralıqda yüksək sahə gərginlikli elektrod yaxınlığında strimer yaranır.
Qırılmaz boşluq
Qırılmaz boşluq (non-breaking space) — mətn emalı proqramlarında və ya nəşriyyat sistemlərində: standart boşluq simvolunu əvəz edən, ancaq iki sözün bir sətirdə qalması üçün onları bir-birinə bağlayan, yəni onların sətirdən-sətirə keçirilməsinə icazə verməyən simvol. Məsələn, sətrin sonunda "M. F. Axundzadə" kimi ifadələrdə inisialların bir sətirdə qalması, soyadın isə yeni sətrə keçirilməsi arzuolunan deyil. Bəzi tətbiqi proqramlarda qırılmaz boşluğun ölçüsü dəyişməz olur, yəni hətta mətnin səhifənin qıraqlarına nəzərən düzləndirilməsi zamanı da o, dəyişmir. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Roma boşləçəyi
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Rus boşnyakiyası
Sen-Julyen-an-Boşen
Sen-Jülyen-an-Boşen (fr. Saint-Julien-en-Beauchêne, oks. Sant Julian de Buechaine) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Aspr-sür-Büeş kantonuna daxildir. INSEE kodu — 05146. 2008-ci ildə əhalinin sayı 124 nəfər təşkil edirdi. 2007-ci ildə 85 yaşdan yuxarı (15-64 yaş arasında) 54 nəfər iqtisadi cəhətdən fəal, 31 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63.5%, 1999-cu ildə 70.1%). Fəal olan 54 nəfərdən 51 nəfər (32 kişi və 19 qadın) işləyir, 3 kişi işsizdir.
Təbil boşluğu
Təbil boşluğu (lat. cavitas tympani) — orta qulağın bir hissəsi, 1sm2 həcmində olub gicgah sümüyünün daşlıq hissəsində daxili qulaqla xarici qulaq arasında yerləşmişdir. Təbil boşluğunun ön divarını - lat. paries caroticus yuxu kanalının divarı təşkil edir. Bu divarın yuxarı hissəsində eşitmə borusunun daxili dəliyi - lat. ostium tympanicum tubae auditivae açılır. Təbil boşluğunda 3 ədəd qulaq sümükcükləri, əzələlər və bağlar yerləşmişdir. Təbil boşluğunda iki kiçicik əzələ vardır. Üzəngi əzələsi (lat. m.
Yazılararası boşluq
Yazılararası boşluq ( ing. inter-record gap (IRG) ~ ru. промежуток между записями ~ tr. kayıtlararası boşluk) – diskdə və ya lentdə yazılmış verilənlər blokları arasında istifadə olunmamış yer. Disklərdə və lentlərdə olan yazılarası boşluqlar qonşu verilənləri korlamadan yeni verilənlər yazmağa imkan verir. Disklərin və lentlərin sürəti sabit olmadığından, yeni verilənlər əski verilənlərin “düz üstünə” yazılmır. Yazılararası boşluqlar olmasa idi, yeni verilənlər qonşu verilənlərin bir hissəsinin üstünə düşə bilərdi. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yaşıl boşləçək
Yaşıl boşləçək (lat. Dactylorhiza viridis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Dactylorhiza viridis var. virescens (Muhl. ex Willd.) Baumbach Dactylorhiza viridis var.
Baltik boşləçəyi
Fuks boşləçəyi
Xallı boşləçək
Xallı boşləçək (lat. Dactylorhiza maculata) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. Dactylorchis maculata (L.) Verm. Orchis basilica L. ex Klinge Orchis basilica subsp.
Boşnyanlar
Boşnyanlar sözü (bosn. Bošnjani / Boshāni, lat. Bosniensis) Bosniyalılar mənası verib, orta əsrlərdə Bosniya sakinlərinin adı kimi istifadə olunan köhnəlmiş bir demonimdir. Müəyyən bir yerin sakinlərini və ya yerlilərini adlandırmaq üçün sözügedən yerin adından yaranmış sözdür. == Terminin yaranması == O dövrdə konkret etnik qrupa aid olmasa da, bu dövrün yazılı sənədlərində istifadə edilirdi. Geniş mənada desək, bu söz həm Bosniyanın yerli əhalisini, həm də onun ərazisində yaşayan bütün insanları nəzərdə tuturdu. Müasir dövr qeydlərində kiril əlifbası ilə yazılmış «Boşnyanlar» demoniminin ən erkən nümunələrinə 12-ci əsrə aid xarici və ya Bosniya mənşəli orta əsr dövlət xartiyalarında rast gəlinir və orta əsrlər Bosniya zadəganlarının nümayəndələrini, o cümlədən onların təbəələrini, mübahisələrdə, vəsiyyətnamələrin və müqavilələrin hazırlanmasında şahidləri, habelə onların qohumlarını və ailə üzvlərini ifadə edir. Bu demonim Bosniya kralı Stepan Tomaşeviçin hakimiyyətinin sonuna doğru, Osmanlının Bosniya və Herseqovinanı fəth etməsinə qədər əsasən zadəgan titullarına əlavə edilirdi. Demonim o dövrün bir sıra sənədlərində "xeyirxah" (bosn. dobri / dobri) mənasında işlənmişdir - məsələn, Steran Ostoya latın dilində yazılmış 1417-ci il tarixli məktubda, «i nostri boni Bosnensi» kimi qeyd olunub.
Qaz boşalması
Qaz boşalması — qazlardan elektrik cərəyanı keçdikdə baş verən proseslər toplusu. Tipik olaraq, nəzərəçarpacaq cərəyanın axını yalnız qazın kifayət qədər ionlaşmasından və plazmanın formalaşmasından sonra mümkün olur. Alovsuz qaz boşalması qaz boşalmasının bir növüdür. Alçaq təzyiqlərdə (10−2−10−3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklm lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur. Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.
Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri
Türkiyə tərəfindən boşaldılmış kürd kəndləri — Türkiyə Silahlı Qüvvələri tərəfindən Türkiyə ərazisində əhalisi kürdlərdən ibarət olan boşaldılmış kəndlər. Onların sayının 3,000 civarında olduğu təxmin edilir. 1984-cü ildən Türkiyə ordusu Kürdüstan Fəhlə Partiyasının kökünü kəsmək üçün kampaniyaya başlamışdır. 2000-ci ilə qədər 30,000-ə yaxın insan həlak olmuş, iki milyon kürd qaçqın isə evlərini tərk edərək şəhərlərə köçmüşdür. Humanitar Hüquq Layihəsinə görə, Türkiyə hökuməti tərəfindən 2,400 kürd kəndi dağıdılmış, 18 min kürd edam edilmişdir. Digər hesablamalara görə, dağıdılmış kürd kəndlərinin sayı 4,000-dən çoxdur. Ümumilikdə 3,000,000-a qədər insan (əsasən kürdlər) didərgin düşmüşdür. Kürd İnsan Hüquqları Layihəsi kəndlərin əhalisinin boşaldılmasını (evakuasiyasını) 5 mərhələyə bölür: 1985–1989-cu illərdə ilkin mərhələ 1990–1991-ci illərdə sentralizasiya mərhələsi 1992–1993-cü illərdə kəndlərin sistematik boşaldılması mərhələsi 1994-cü ildə kəndlərin boşaldılmasının eskalasiya mərhələsi 1995–2001-ci illərdə daha digər kəndlər boşaldılmışdır 2009-cu ilin məlumatına görə, 1,000,000 nəfər hələ də məcburi köçkündür.
Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası
Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası (日本空飛ぶ円盤研究会, Nihon Soratobu Enban Kenkyukay) – Yaponiyada uçan naməlum obyektləri araşdırmaq və tapmaq üçün yaradılmış təşkilat. Yaponiyadakı ilk belə ufologiya təşkilatıdır. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası 1955-ci ildə Yaponiyadakı UNO tədqiqatlarının qabaqcılı olmuş Kiniçi Aray tərəfindən qurulmuşdur. 1950-ci illərdə Yaponiyada UNO-larla bağlı hadisələrin və hekayələrin artdığını müşahidə edən Aray UNO-larla bağlı geniş müzakirələr aparmaq üçün bu təşkilatı yaratmaq qərarına gəlmişdir. Təşkilat pik nöqtəsində 1000-ə yaxın üzvə malik olmuşdur. Təşkilatın məşhur üzvləri arasında yazıçılar Yukio Mişima, Şinichi Hoşi, Ciro Nitta, Şintaro İşihara, Yaponiya raketçiliyinin atası Hideo İtokava, bəstəkar Toşiro Mayuzumi kimi şəxslər olmuşdur. 1957-ci ildə üzv olmuş Mişima təşkilatın ən aktiv üzvlərindən biri olmuş, 1957-ci ildə Tokionun Hibiya bölgəsində baş tutmuş UNO müşahidə tədbirində iştirak etmişdir. Yaponiya Uçan Boşqab Tədqiqat Assosiasiyası 1957-ci ildə digət təşkilatlarla birlikdə "universal sülh" birgə bəyannaməsini buraxmışdır. Xəbərdarlıq xarakterli bu bəyannamədə nüvə yarışının bəşəriyyətin gələcəyinə təhlükə təşkil etdiyi bildirilmiş və uçan boşqabların gəlişinə hazırlaşmaq üçün dövlətlər və irqlər arasındakı fərqliliklərin öhdəsindən gəlmək barədə çağırış edilmişdir. Həmin il SSRİ-nin Aya nüvə başlığı olan raket göndərməyə hazırlaşdığı xəbəri yayılmış və təşkilat bu cür raketin göndərilməməsi üçün SSRİ-nin Yaponiyadakı səfirinə məktub yazmışdır.
Texnoloji boşluq nəzəriyyəsi
Texnoloji boşluq nəzəriyyəsinə uyğun olaraq, ölkələr arasında ticarət eyni istehsal amilləri ilə də baş verir və ticarət ölkələrindən birində hər hansı bir sənayedə baş verən texniki dəyişikliklər nəticəsində yarana bilər. Bunun səbəbi odur ki, texniki yeniliklər əvvəlcə bir ölkədə meydana çıxır, ikincisi üstünlük qazanır: yeni texnologiya daha az xərclə mal istehsalına imkan verir. Əgər innovasiya yeni məhsulun istehsalından ibarətdirsə, o zaman innovasiya edən ölkədə sahibkar müəyyən müddət ərzində “kvaziinhisar” adlanan vəziyyətə malikdir, başqa sözlə, yeni məhsulu ixrac etməklə əlavə gəlir əldə edir. Beləliklə, yeni optimal strategiya: nisbətən ucuz olanı deyil, hələ heç kimin istehsal edə bilmədiyi, lakin hamı və ya çoxları üçün zəruri olanı buraxmaq. Başqaları bu texnologiyaya yiyələnən kimi yeni və yenə başqaları üçün əlçatmaz bir şey istehsal edəcəklər. == Tarixi == Texnoloji boşluq nəzəriyyəsi 1961-ci ildə amerikalı iqtisadçı Maykl Pozner tərəfindən hazırlanmışdır. Beynəlxalq ticarətin təhlilində bu konsepsiyanın istifadəsi Hekşer-Ulin nəzəriyyəsinin bütün ölkələrdə eyni adlı malların istehsalı üçün eyni texnologiyadan istifadə edilməsi fərziyyəsinin rədd edilməsi demək idi. M.Pozner ondan çıxış edirdi ki, eyni texnologiya müxtəlif ölkələrdə həmişə eyni vaxtda istifadə olunmur və onun beynəlxalq miqyasda yayılması müəyyən vaxt tələb edir. Nəticədə bir ölkə bu və ya digər yeni texnologiyadan istifadə edə bilər, halbuki bu yenilik başqa ölkəyə hələ çatmayıb. Bundan əlavə, yenilikçi şirkət ən son texnologiyalarının tez bir zamanda ümumi mülkiyyətə çevrilməsində maraqlı deyil.

Значение слова в других словарях