Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rodonit
Rodonit CaMn4 [Si5O15] — triklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Faulerit (5-8 %-dək ZnO, 3-9 %-dək FeO, 6-7%-dək CaO), sixutsunit–maqneziumlu rodonit. == Xassələri == Rəng – səciyyəvi cəhrayıdan tünd- və qəhvəyimtil-qırmızıyadək; bu fonda çox vaxt törəmə Mn hidroksidlərinin qara ləkələri, damarcıq və dendritləri müşahidə edilir; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, sədəfi, donuq; Şəffaflıq – qeyri-şəffafdan yarımşəffafadək, bəzən şəffaf; Sıxlıq – 3,67-3,76; Sərtlik – 5,5-6,5; Ayrılma – {110} üzrə 92° bucaq altında mükəmməl, {010} üzrə – orta; Sınıqlar – dənəvərlik dərəcəsindən asılı olaraq hamar, qabıqvarı, pilləri; Morfologiya – kristallar: nadir hallarda izometrik lövhə şəkilli, bəzən prizmatik; Mineral aqreqatları: bütöv sıx və dənəvər kütlələr, tək-tək hallarda–nodullar. == Mənşəyi və yayılması == Əsasən metamorfik yolla əmələ gəlir. Çökmə manqan filizlərinin regional və kontakt metamorfizmi nəticəsində meydana çıxır, gilli və kristallik şistlərdə, habelə bəzi başqa metamorfik süxurlarda rast gəlir. Kontakt-metasomatik yolla da əmələ gəlir. Manqanla zəngin ətraf süxurları assimilyasiya etmiş qranit peqmatitlərində qeyd edilir. Bəzən mineralın hidrotermal əmələgəlmələrinə də rast gəlinir. Birlikdə rast gəldiyi minerallar: braunit, manqanit, tefroit, franklinit, bustamit, Mn – qranat, kalsit, kvars və b.
Şoşonit
Şoşonit - traxibazalta (traxidoleritə) yaxın, olivin saxlayan subqələvi sıralı effuziv (bəzən damar) süxur subqələvi bazalt-traxibazalt ailəsindən olub 25–55% plagioklazdan, 35%-dək sanidindən (bəzən analsimlə), 30%-dək avgitdən, 20%-ə qədər olivindən və 5% filiz minerallarından, apatit və biotitdən ibarətdir. Əsas kütləsi şüşəli və ya aydınkristallik olub, qələvi çöl şpatları ilə (bəzən leysitlə) zəngin olur. Absarokit və banakitlərlə assosiasiyadır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Bornit
Bornit — kubik sinqoniya – yüksək temperaturlu (>228 °C) modifikasiya; triqonal sinqoniya – aşağı temperaturlu metastabil modifikasiya; tetraqonal sinqoniya – aşağı temperaturlu (<228 °C) modifikasiya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – dəyişilməmiş təzə səthində tuncu-sarı, tünd misi-qırmızı. Havada dərhal tutqunlaşır və göy, qırmızımtıl və bənövşəyi çalarlı əlvan oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq–4,9–5,3; Sərtlik – 3; Kövrəkdir; Ayrılma – {110} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar, yarımqabıqvari; Başqa xassələr – elektrik keçiriliciyi ilə səciyyələnir; Morfologiya – kristallar: çox nadir heksaedrik, dodekaedrik, oktaedrik; Mineral aqreqatları: dənəvər, sıx kütlələr, damarcıqlar, püruzlar, qabıqlar, haşiyələr, lövhəciklər. == Mənşəyi və yayılması == Həm endogen, həm də ekzogen proseslərin məhsuludur. Mineralın hipogen əmələgəlmələrinə maqmatik (mis-nikel), skarn tipli və hidrotermal yataqlarda, hipergen əmələgəlmələrinə isə mis filizi yataqlarının törəmə sulfidlərlə zənginləşmə zonasında rast gəlinir. Misli qumdaşları və misli şistlər içərisində yerləşən stratiform tipli yataqlarda geniş yayılmışdır. Autigen mineral və sement kimi çox az hallarda çökmə süxurlarda tapılır. Birlikdə rast gəldiyi minerallar: xalkozin, digenit, kovellin, xalkopirit, tetraedrit, tennantit, enargit. Mineralın tapıldığı yerlər: Mansfeld (Almaniya); Cezkazqan, Uspenski (Qazaxıstan); Dzerjinski, Qay, Lyovixa (Rusiya); Byutt (ABŞ); Braden (Çili); Sumeb (Namibiya) və b.
Hornet
Hiller YH-32 Hornet — Hiller Aircraft aviasiya şirkəti tərəfindən 1950-ci illərin əvvəllərində istehsal olunan aviavasitədir. McDonnell Douglas F/A-18 Hornet — McDonnell Douglas ve Northrop Corporation şirkətləri tərəfindən istehsal olunan döyüş təyyarəsi M93 HORNET minası — ABŞ tərəfindən təkmilləşdirilmiş tank əleyhinə mina.
Horonu
Horonu — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Horonu Yardımlı rayonunun Yolocaq inzibati ərazi vahidində kənd. Viləş çayının sahilində Qələbaşı dağının yamacındadır. Oykonim Talış dilindəki hor (mal yemləmək üçün təknə) və honi və ya honu (bulaq) sözlərinin birləşməsindən əmələ gəlib, "təknəli bulaq" mənasındadır. Yaşayış məntəqəsi salındığı ərazidəki bulağın adı ilə adlandırılmışdır.
Moroni
Moroni (fr. Moroni, ərəb. موروني‎) — Komor adalarının paytaxtı, Nqazica muxtar adasının inzibati mərkəzi, ölkənin ən iri şəhəri. == Adın etimologiyası == Hesab edilir ki, şəhərin adı malaqasi dilidə olan moron — «sahil» sözündən yaranıb ya da Kartala vulkanına işarə olaraq «odun ürəyi» deməkdir. Digər versiyaya görə ad Oundroni sözündən yaranıb «rifah» deməkdir. == İqtisadiyyatı == Şəhərdə dəniz portu və şahzadə Səid İbrahim adına beynəlxalq aeroport vardır. Moronidə kənd təsərrüfatı və emal müəssisələri vardır. == Tarixi == 1886 - 25 iyul 1912-ci ildə Moroni Bambao sultanlığının paytaxtı olub. 1962 - 6 iyul 1975-ci ildə Fransa nın dəniz ərazisi Komor adalarının paytaxtı olub. 6 iyul 1975-ci ildən Moroni müstəqil Komor adalarının paytaxtıdır.
Oronim
Oronim (yun. ὄρος — dağ, yun. ὄνομα — ad) — yerin hər hansı formasına — həm qabarıq (dağ, dağ silsiləsi, təpə), həm də çökəkliyə (yarğan, dərə, vadi, ova) verilən xüsusi ad. == Mənbə == Подольская Н. В. Словарь русской ономастической терминологии / Отв. ред. А. В. Суперанская.. — Изд. 2-е, перераб. и доп. — М.: Наука, 1988.
Azərbaycan (xoronim)
Azərbaycan xoronimi — konkret sərhədləri olan tarixi və müasir Azərbaycan ölkəsini bildirmək üçün istifadə olunur. Bu xoronim müxtəlif dillərdə yazılmış tarixi məxəzlərdə müxtəlif formalarda xatırlanmışdır. 13. Hürmüzün şahlıq hakimiyyətini itirdiyini eşidən oğlu Xosrov adətən yaşadığı yerləri tərk etdi, Hürmüzün düçar olduğu təhlükələrin qorxusu və bu bədbəxtliyin nəticələrinin ona da toxunacağını düşünərək Adrabiqana (orjinalda: yun. Αδραβιγανων Adrabiqanon) qaçdı.
Oleq Voronin
Voronin Oleq Vladimiroviç, (mold. Oleg Voronin), — Moldaviyalı sahibkar, rəhbər və siyasi xadim. == Şəxsi həyatı == 4 noyabr 1962 ildə Moldaviya SSR Kriulyanı şəhərində (Criuleni) dünyaya gəlmişdir. Moldaviyalı iş adamı, Moldaviya Respublikasının üçüncü prezidenti Vladimir Voroninin oğludur. Ailəlidir, iki uşağı var, Yekaterina və Aleksey. Voronin Vladimir Nikolayeviç, Oleq Voronin və onun ailəsi öz şəxsi həyatlarını nümayiş etməyi sevmirlər və dəbdəbəli mərasimlərdə iştirak etməkdən çəkinirlər. Konservativ dəyərlərin tərəfdarıdır: “Övladlarıma verdiyim tərbiyə prinsip etibarilə mənim və bacımın aldığı tərbiyədən seçilmir. Eləcə də mənim valideynlərim ənənəvi dəyərlər ruhunda tərbiyə almışlar. Bu dəyərləri mənimsədiyim kimi, onları öz övladlarıma da aşılayacağam" == Təhsil == Orta məktəbi 1979-cu ildə Ungenı şəhərində bitirmişdir. 1984-cü ildə Kişinyov Dövlət Universitetinin biologiya fakultəsini „Torpaqşünaslıq“ ixtisası üzrə başa vurmuş, Rusiya Federasiyası Prezidenti yanında Dövlət Xidməti Akademiyasının məzunu olmuşdur.
Vladimir Horovits
Vladimir Samoyloviç Horovits (ing. Vladimir Horowitz) — yəhudi əsilli sovet və amerika pianoçusudur. Musiqi tarixinin ən görkəmli pianoçularından biridir. == Bioqrafiyası == 1903-cü ildə Kiyevdə mühəndis və iş adamı, sonradan (1912) elektrik avadanlıqları satan şirkətin sahibi Samuil İoaximoviç Horovitsin (1871-1940) və onun həyat yoldaşı V.V. Puxalski adına Kiyev Musiqi Texnikumunun məzunu Sofiya (Sonya) Yakovlevna Horovitsin (1872-) 1930 ) ailəsində anadan olub. Atanın doğum şəhadətnaməsində (1871) onun Berdiçevdən olan ikinci gildiya taciri Yoahim Samuiloviç Horovitsin oğlu olduğu göstərir. Valideynləri 1894-cü ildə evlənmişdilər. Ailənin Kiyevdə doğulmuş, əvvəl Kiyev Musiqi Kollecində, sonra Konservatoriyada musiqi təhsili alan dörd övladı var idi: Yakov (1895-1915), Regina (1900-1984) və Vladimir - pianoçu, Qriqori (1901-1945) isə - skripkaçı idi. Vladimirə (eləcə də digər övladlarına) musiqi sevgisini aşılayan anası idi. Əvvəlcə anası özü Vladimirlə məşğul olurdu. O, 1913-cü ilin yanvarında (həmin ilin yayında konservatoriyaya çevrilən) Kiyev Musiqi Məktəbinə daxil olur.
Vladimir Voronin
Vladimir Voronin (25 may 1941, Korjeva[d], Rumıniya Krallığı[d]) — Moldova Respublikasının 3-cü Prezidenti. == Həyatı == Corjova şəhərində anadan olmuşdur.
Voronin burnu
Ader burnu — Şərqi Antarktidada, Mouson yarımadasının şimal nöqtəsində yerləşən burun. Burun Vladimir Voroninin şərəfinə adlandırılmışdır. Çarlz Vilksin ekspedisiya üzvü olan leytenant Vilyam Hadson (1794–1862) 19 yanvar 1840-cı ildə burun yaxınlığında torpaq aşkarlayır. Vilksin xəritəsində burun Keyp Hadson olaraq göstərilir.
Hudson Hornet
Hudson Hornet — 1951-ci ildən 1954-cü ilə qədər, Nash-Kelvinator və Hudson American Motors Corporation (AMC) yaratmaq üçün birləşdiyi zaman , Detroit, Michigan Hudson Motor Car Company tərəfindən istehsal olunan tam ölçülü avtomobil. Hudson avtomobilləri 1957-ci model ilinə qədər Hudson markası altında satılmağa davam etdi.
Voroniy Kust adası
Voroniy Kust adası- Kuybıçev su anbarında kiçik bir ada. Tatarıstan Respublikasının Kazan şəhərinin Vaxitovsk rayonuna daxildir. Həmçinin Markiz adasının qarşısında yerləşir. Ada bütünlüklə meşə ilə örtülmüşdür. Çox hissəsi isə bataqlıqlaşmışdır. Kommunikasiya şəbəkəri ölkədə qalmaqdadır. Belə ki, 2012-ci ilə qədər su anbarı doldurulana qədər ərazi qum ilə örtülü olmuşdur. Həmçinin ada quru ilə əlaqəyə malik idi. == Tarixi == XX əsrin əvvəllərində şəhərin mərkəzinə uğursuz naviqasiya kanalının çəkilməsi üçün dəmir yolu və şose yolu çəkilmişdir.
İrvinq Lyuis Horovits
İrvinq Lyuis Horovits (ing. Irving Louis Horowitz; 25 sentyabr 1929, Nyu-York, Nyu-York ştatı – 21 mart 2012, Prinstom, Nyu Cersi) — ABŞ sosioloqu, yazıçısı, professoru. O, öz sahəsində geniş yazılar dərc etmiş və dərslər demişdir. Horovits Argentina, Hindistan, Yaponiya, Meksika, Kanada və Rusiya universitetlərində dərs demişdir. O, 1994-cü ildə nəşr etdirdiyi "Professing Sociology" kitabı ilə tanınır və o, burada, sosiologiyanın həddindən artıq ideoloji nəzəriyyəyə üstünlük verilməsi və siyasətə açıq-aşkar diqqət verilməməsi səbəbindən tənəzzülə uğradığını iddia etmişdir. == Seçilmiş əsərləri == The Anarchists (1964) Winners and Losers: Social and Political Polarities in America (1984); a criticism of left-wing fascism Cuban Communism: 1959-2003. 11th edition. The Long Night of Dark Intent: A Half Century of Cuban Communism. Transaction Publishers (2011). The War Game, Transaction Publishers (2013), Edited and with a new Introduction,"Conflagration and Calculation," by Howard G. Schneiderman Professing Sociology: Studies in the Life Cycle of the Social Sciences, Transaction Publishers (2014), with a new Introduction - "Fugitive Thoughts Tamed," by Howard G. Schneiderman == İstinadlar == == Əlavə ədəbiyyat == Martin, Douglas.
Karen Horni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Oront çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
M93 HORNET minası
M93 HORNET minası, ABŞ tərəfindən hazırlanmış, geniş ərazidə 100 metrə qədər məsafədən atəşlənə bilən tank əleyhinə mina növüdür. == Dizaynı == 1987-ci ilin avqustunda Amerikan Honeywell Defense System (Honeywell Müdafiə Sistemləri) və Textron Inc. firmaları tenderdə iştirak etdilər. 1990-cı ilin aprelində Textron şirkəti tələb olunan şərtləri yerinə yetirərək tenderi qazandı. == Tərifi == Həm seysmik, həm də akustik sensorlarla işləyən M93, bununla da yanından keçən vurulması mümkün hədəfləri müəyyənləşdirir. Mənzilinin içində bir hədəf tapdıqdan sonra, mina istiqamətini o tərəfə çevirib, başlatmanın atəş edəcəyi bucağı müəyyənləşdirir. Sonra qaz generatorunun köməyi ilə mina işə salınır. İnfraqırmızı sensorlar hədəfi izləyir və istiqamətini dəyişir. Hədəfə yaxınlaşdıqdan sonra, minanın içindəki detonator işə düşür. Döyüş başlığının daxilində olan partlayıcı Misznay Schardin təsiri ilə hərəkət edir və hədəfini vurur.
F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asya ölkələri tərəfindən istifadə edilir, Liviya, İraq, Yuqoslaviyadakı döyüşlərdə istifadə edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982 ci ildə belə qeyd edilmə ləğv edilib.
Hiller YH-32 Hornet
Hiller YH-32 Hornet, Hiller Aircraft tərəfindən 1950-ci illərin əvvəllərində istehsal edilmiş bir aviavasitədir. Kiçik və fərqli bir dizayna malikdir. Rotor bıçaqlarının ucunda quraşdırılmış iki Hiller 8RJ2B ramjet mühərriki ilə işləyirdi. 1950-ci illərin əvvəllərində ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri üçün fərqli YH-32 Hornet versiyaları istehsal edildi. Hiller Muzeyi YH-32A Sally Rand modelini ilk hücum vertolyotu hesab edir.
McDonnell Douglas F/A-18 Hornet
F/A-18 Hornet — Amerika Birləşmiş Ştatları tərəfindən 1970ci illərdə istehsal edilən, hərbi hücum-döyüş göyərtə təyyarəsi. Hal-hazırda ABŞ HHQ-nin əsas hücum-döyüş təyyarəsidir. Bəzi Avropa və Asya ölkələri tərəfindən istifadə edilir, Liviya, İraq, Yuqoslaviyadakı döyüşlərdə istifadə edilib. Bəzi mənbələrdə F-18 kim qeyd edilir, lakin bu düz deyil belə ki 1982 ci ildə belə qeyd edilmə ləğv edilib.